Month: January 2025

  • İşə gedən gənc müəllimi maşın vurub öldürdü

    Bakıda avtomobil qadını vuraraq öldürüb.

    Median.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 07:40 radələrində Nizami rayonu R.Rüstəmov küçəsində qeydə alınıb.

    Belə ki, Şükür Məhərrəmov idarə etdiyi “Tofaş Doğan” markalı avtomobillə yolu keçən 1992-ci il təvəllüdlü Günay Əli qızı Pirizadəni vurub.

    Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Qeyd edək ki, G.Pirizadə P.İsmayılov adına 278 saylı orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi olub. Hadisə müəllim işə gedərkən baş verib.

  • ChatGPT не работает по всему миру

    Пользователи со всего мира сообщают, что сайт ChatGPT не работает.

    Об этом сообщило издание “Downdetector”.

    По имеющимся данным, проблемы начались два часа назад и продолжаются до сих пор. Сообщения об этом поступают из Португалии, Кореи, США, Украины и многих других стран.

    При попытке доступа к ChatGPT появляется служебное сообщение, что на сервере произошла ошибка и “неисправен шлюз”.

    Компания еще не комментировала этот инцидент.

  • “ChatGPT” bütün dünyada sıradan çıxdı

    Dünyanın hər yerindən olan istifadəçilər “ChatGPT” saytının işləmədiyini bildirirlər.

    Bu barədə “Downdetector” nəşri məlumat verib.

    Məlumata görə, problemlər iki saat əvvəl başlayıb və hələ də davam edir. Portuqaliya, Koreya, ABŞ, Ukrayna və bir çox başqa ölkələrdən bununla bağlı xəbərlər daxil olur.

    “ChatGPT”yə daxil olmağa cəhd etdikdə, serverdə xəta və “nasaz şlüz” haqqında servis məlumat ortaya çıxır.

    Şirkət hələlik hadisə ilə bağlı açıqlama verməyib.

  • Şamaxıda güclü qar: Avtomobillər yolda qalıb

    Şamaxıya yağan güclü qar nəticəsində dağlıq kəndlərə gedən avtomobil yollarında çətinlik yaranıb.

    Belə ki, Qızmeydan, Sis, Qaladərəsi, Qaleybuğurd, Dəmirçi kəndlərinə gedən yollarda buzlaşma müşahidə edilir, havanın dumanlı olması da sürücülərin hərəkətinə mane olur.

    “Sis kəndindən gəlirəm. Yollar bərbad haldadır. Maşınlar yolda qalıb, dolayları çıxa bilmir”, – deyə sürücü bildirib.

  • Narkotik satışında ittiham edilən tiktokerə hökm oxunub

    Narkotik satışında ittiham edilən tiktoker Zeynəb ən-Nəiminin barəsində olan cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, Zeynəb Ən-Nəimi 5 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, dövlət ittihamçısı onun 7 il müddətində azadlıqdan məhrum edilməsini istəmişdi.

    Qeyd edək ki, Zeynəb ən-Nəimi polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb və ona Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.

  • Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmədə şahidlərin dindirilməsi başa çatdı

    Xalq artisti Ağadadaş Ağayevə qarşı xuliqanlıqda ittiham olunan “Medera” hospitalın mühafizəçisi Nurəddin Cəlilovun cinayət işi üzrə məhkəmə davam etdirilib.

    Median.Az apa-ya istinadən xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə Ağadadaş Ağayevin səhhəti ilə əlaqədar prosesdə iştirak edə bilmədiyi elan olunub.

    Prosesdə şahid qismində Binəqədi rayon Mənzil-Kommunal İstismar Sahəsinin işçisi Validə Cabbarova, “Medera Hospital”da xəzinədar vəzifəsində çalışan Güldəstə Aşurlu və xadimə Xuraman Abbasova dindirilib.

    Təqsirləndirilən Ağadadaş Ağayevin vəkili hər üç şahidin məhkəmədəki ifadələri ilə ibtidai istintaqa verdikləri ifadələr arasında ziddiyyət olduğunu bildirib.

    Daha sonra cinayət işi üzrə şahidlərin dindirilməsinin başa çatdığı elan olunub.

    Növbəti prosesdə sənədlərin tədqiqi mərhələsi başlayacaq.

    Proses fevralın 6-da davam etdiriləcək.

  • Yeniyetməyə qarşı əxlaqsızlıq edən molla həbs edildi

    Naxçıvan Muxtar Respublikasının kəndlərindən birində yeniyetmə qıza qarşı əxlaqsız hərəkətlər etmiş molla cinayət məsuliyyətinə cəlb edilib.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Naxçıvan MR Dini Qurumlarla İş üzrə İdarəsinin kənd üzrə molla-mükəbbiri 1984-cü il təvəllüdlü Hətəm Zeynalova (ad və soyad şərtidir) Cinayət Məcəlləsinin 153.1-ci maddəsi (16 yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər) maddəsi ilə iş açılıb.

    Araşdırmalarla müəyyən edilib ki, evli olan din xadimi işlədiyi kəndin məscidində təmizlik işlərinə kömək edən 14 yaşlı qıza qarşı bir neçə dəfə əxlaqsız hərəkətlər edib, ona telefon və mobil nömrə hədiyyə edib, həmçinin Naxçıvan şəhərində onunla görüşərək vaxt keçirib.

    Məhkəmənin 21 yanvar tarixli hökmü ilə Hətəm Zeynalova 1 il 6 ay həbs cəzası verilib. Onun vəzifə tutmaq hüququ da 1 il 6 ay müddətinə məhdudlaşdırılıb.

  • Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA ( SƏS YAZISI)

    Yanvarın 23-ü səhər saatlarında Bakıda, 212 saylı məktəbdə valideyn İlahə Hüseynova təhsil ocağının direktoru və adıçəkilən müəssisədə mühafizəçinin hücumuna məruz qaldığını iddia edir.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, bu barədə “Hörümçək TV”-yə məktəb rəhbərinin, direktor müavini və mühafizəçinin hücumuna məruz qaldığını söyləyən İlahə Hüseynova məlumat verib.

    Valideyn İlahə Hüseynovanın iddiasına görə, bu gün səhər 212 saylı məktəbə çağırılıb.

    Övladının sinif rəhbərinin çağırışı ilə təhsil ocağına gələn valideyn burada hücuma məruz qaldığını dilə gətirib:

    “Övladım Nərimanov rayonunda yerləşən 212 saylı məktəbin rus bölməsində təhsil alır. Yeddinci sinifdə təhsil alan Markov Məmmədxan Alekseyeviçin anasıyam. Bu səhər qızımı aparıb məktəbə düşürdüm. Qızım birinci növbədə təhsil alır. Saat 9-da gördüm oğlumun sinif rəhbərindən – Nüşabə Qasımovadan mənə mesaj gəlib. Mesajda qeyd olunurdu ki, bütün müəllimlər, valideynlər Məmmədxandan şikayətçidirlər və Məmmədxan təcili şəkildə məktəbdən çıxmalıdır. Mən də bir ana, valideyn olaraq sinif rəhbərinə səs atdım ki, Nüşabə müəllimə indi özümü məktəbə çatdırıram. İşdə də ola bilərdim, sonra da gedərdim, amma valideyn kimi məsuliyyət daşıyıram, getdim”.

    Valideyn İlahə Hüseynovanın iddiasına görə, hadisələr elə bu zaman özünün kuliminasiya nöqtəsinə çatıb:

    “Oğlumun sinif rəhbərinə dedim ki, kimlər, hansı müəllimlər Məmmədxandan şikayət yazıblarsa, çağırın, söhbət edək. Görək, uşağın problemi nədir?! Müəllim dedi ki, vaxtım yoxdur, mən səni çağırmamışam. Cavab verdim ki, necə çağırmamısınız, axı, siz mənə səsli mesajlar göndərmisiniz?! Biz dəhlizdə söhbət edirdik. Bir az emosional danışırdım, çünki iki gündən bir məni məktəb direktorunun otağına çağırırdılar. Övladım cinayət törətməyib, heç kimin uşağına sataşmayıb, kiminsə cibinə girərək pul oğurlamayıb. Heç kimi təhqir etməyib. Bu barədə direktor Sevil Cavadovaya məlumat verdilər. Direktor da bayıra çıxdı və möhkəm şəkildə əlimdən tutaraq məni itələdi. Ona dedim ki, niyə məni bayıra çıxarırsınız, mən sizin yanınıza söhbətə gəlmişəm. Bildirdim ki, gedək otağınıza, orada söhbət edək. Gördü ki, mən yerdən bərk yapışmışam, çıxmaq istəmirəm. Bu zaman məktəbin direktoru mühafizəçini çağırdı ki, gəlib ona kömək etsin. Sonra məktəbin qapısını bağladılar (ağlayır-T.T), sonra məktəbə gələn uşaqlara dedilər ki, içəriyə arxa qapıdan keçsinlər. Mühafizəçi ilə birlikdə məni itələyə-itələyə bayıra çıxardılar”.

    İlahə Hüseynova iddia edir ki, bu zaman ona zor tətbiq edənlər daha aşağılayıcı hərəkətlər ediblər:

    “Saçımdan tutub itələdilər. Bu zaman kofta əynimdən elə çıxdı ki, iç paltarım görsəndi. Bütün bunlar şagirdlərin gözünün qarşısında baş verdi. Çünki tənəffüs idi. Müəllimlər də baş verənləri gördülər. Məni məktəbdən bayıra atdılar. Məktəbin qapısını da, darvazanı da bağladılar. Bir valideyn olaraq məni niyə bayıra atırlar, səbəbi nədir?! Mənə əl qaldırdılar, döydülər. Axı, mən ora adam döyməyə, təhqir etməyə gəlməmişdim?! Özümü çox pis hiss edirəm, rahat danışa bilmirəm, üzr istəyirəm. Direktor dedi ki, sən yüksək tonla danışırsan və mənim sakitliyimi pozursan (yenə ağlayır). Direktor mənə dedi ki, məni başqa direktorlarla səhv salma, halbuki, 8 ildir həmin məktəbdə 3 uşağım təhsil alır. Bu günə qədər heç bir müəllimlə, direktorla problem yaşamamışam”.

    İlahə Hüseynovanın redaksiyamıza göndərdiyi şəkillərdən belə aydın olur ki, Məmmədxan Markov fəal şagirdlərdəndir. Sinif rəhbəri ilə çəkdirdiyi fotolarda yaxasından xeyli medal asıldığı, əlində “Diplom”, “Fəxri fərman” tutduğu görünür.

    Məmmədxanla sinif rəhbəri burada qalsın, indi sizə kimdən deyim, nədən danışım – məktəb direktoru Sevil Cavadovadan və onun bizə söylədiklərindən…

    Məsələ ilə bağlı qarşı tərəfin – 212 saylı təhsil ocağının direktoru Sevil Cavadova ilə əlaqə saxlayıb onun mövqeyini öyrənməyə çalışdıq. Amma ilk cümləsindən hiss olundu ki, məktəb direktoru sualımızdan yayınmağa çalışır:

    – Sevil xanım, salam!

    – Salam!

    – Sizi narahat edən “Hörümçək TV-dən Turaldır.

    – Buyurun.

    – Valideyn İlahə Hüseynova redaksiyamıza müraciət ünvanlayıb. Bu gün siz və müavininiz tərəfinizdən təhqir olunduğunu, döyüldüyünü iddia edir. Məsələyə münasibətinizi öyrənmək istəyirik.

    Bir neçə dəfə imzamı və əməkdaşı olduğum “Hörümçək TV”-nin adını təkrarlayır. Məktəb direktoru sanki hansı cavabı verəcəyi ilə bağlı “vaxt udmağa” çalışırdı. Müəyyən qısa sükutdan sonra telefonun o başından məktəb rəhbərinin səsi eşidilir:

    – Hazırda bələdiyyə seçkiləri ilə bağlı işdə deyilik. Seçkidə məntəqə sədri kimi fəaliyyət göstəririk. Təfərrüat öyrənildikdən sonra sizə məlumat verilər.

    – Müəllim, valideyn sizi şəxsən ittiham edir. Yəni əsas ittiham olunan tərəf sizsiniz. Hansı təfərrüatı nəzərdə tutursunuz?

    – Təfərrüatı öyrənib sizə məlumat verərik, təşəkkür edirəm – deyib, valideyn döyməkdə ittiham olunan məktəb direktoru telefonu üzümüzə söndürür.

  • Azərbaycanlı deputatlar Belarusda prezident seçkisini müşahidə edəcəklər

    Milli Məclisin bir qrup deputatı Belarusda keçiriləcək prezident seçkisini müşahidə etmək üçün yanvarın 24-də bu ölkənin paytaxtı Minsk şəhərinə səfər edəcək.

    Səfər çərçivəsində Milli Məclisin sədr müavini Musa Qasımlı, Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyad Səmədzadə və deputat Bəhruz Məhərrəmov ikitərəfli əsasda, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov MDB İcraiyyə Komitəsinin, deputatlar Xanlar Fətiyev və Sabir Hacıyev isə MDB PA-nın xətti ilə Belarusda yanvarın 26-da keçiriləcək prezident seçkisinə hazırlıqla tanış olacaqlar və seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.

    Səfər yanvarın 27-də başa çatacaq.

  • В Азербайджане увеличат штрафы за уклонение от воинского учета

    В Азербайджане предлагается увеличить с 30 до 100 манатов штраф за неявку в военкомат с целью уклонения от постановки на воинский учет.

    Как сообщает Report, соответствующие поправки в Кодекс об административных проступках поступили на рассмотрение в парламент Азербайджана.

    Поправки также предусматривают штрафы для должностных и юридических лиц, препятствующих выполнению обязанностей по воинскому учету.

    В частности, за несвоевременное информирование призывников или военнообязанных о необходимости явки в военкомат должностным лицам грозит штраф в размере от 200 до 300, а юридическим – от 600 до 800 манатов.

    Для граждан, не исполнивших обязанности по воинскому учету, предлагается увеличить штраф с 30 до 100 манатов. За преднамеренную порчу или утерю воинских документов штраф вырастет с 50 до 200 манатов.

    Должностные лица, не обеспечившие своевременное информирование военнообязанных о мобилизации, могут быть оштрафованы на сумму от 400 до 600 манатов.

    Также предусматривается штраф в размере от 500 до 700 манатов для должностных лиц за невыполнение возложенных на них обязанностей законом “О мобилизационной подготовке и мобилизации в Азербайджанской Республике”.