Month: January 2025

  • Qəbələdə göldə bir nəfər batıb

    Qəbələdə göldə bir nəfər batıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, Nohurqışlaq kəndində göldə bir nəfərin batması barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin xilasediciləri axtarışlara cəlb olunublar.

    Hadisə barədə əlavə məlumat veriləcək.

  • СМИ: Делимитация армяно-азербайджанской границы продолжается на северном направлении

    Из Тавушской области Армении поступают сообщения о том, что со вчерашнего дня началась делимитация на условной армяно-азербайджанской границе, в течение нескольких часов стороны проводили замеры.

    Об этом пишет газета “Грапарак”.

    “Примечательно, что премьер-министр Армении Никол Пашинян отправил губернатора региона Айка Галумяна в отпуск с 27 января по 10 февраля. Вчера брат губернатора, депутат от правящей в Армении партии “Гражданский договор” Ваге Галумян заявил, что он не знает, начался процесс делимитации или нет. Комиссия по делимитации границ на прошлой неделе сообщила, что процесс возобновится с севера Армении, не представив никаких подробностей”, – говорится в статье издания.

    Отметим, что вчера вице-премьер Армении Мгер Григорян заявил в парламенте, что есть утвержденный регламент, в котором четко расписано, как принимаются решения, как они выглядят и как вступают в силу, пояснив, что ответы на все вопросы по делимитации можно найти в этих рамках.

  • Ermənistan KİV: “Azərbaycanla sərhədin növbəti delimitasiyası Tavuş istiqamətindən başlayıb”

    “Ermənistanın Tavuş vilayətindən dünəndən etibarən Ermənistan-Azərbaycan şərti sərhədində delimitasiyanın başlandığı və bir neçə saat ərzində tərəflərin ölçmələr apardığı barədə məlumatlar daxil olur”.

    Bu barədə “Hraparak” qəzeti yazır.

    Nəşr Ermənistanın baş naziri Nikol Paşinyanın regionun qubernatoru Ayk Qalumyanı yanvarın 27-dən fevralın 10-dək məzuniyyətə göndərdiyinə diqqət çəkib.

    “Dünən qubernatorun qardaşı, Ermənistanın hakim Vətəndaş Sazişi partiyasından olan deputat Vaqe Qalumyan bəyan edib ki, delimitasiya prosesinin başlayıb-başlamadığını bilmir”, – deyə müəllif qeyd edib.

    Nəşrdə vurğulanır ki, sərhədlərin delimitasiyası üzrə komissiya ötən həftə heç bir təfərrüat təqdim etmədən prosesin Ermənistanın şimalından bərpa olunacağını bildirib.

    İşlərin aparılması prinsiplərinə gəlincə, Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan bəyan edib ki, qərarların necə qəbul edilməsi, necə görünməsi və necə qüvvəyə minməsinin dəqiq göstərildiyi təsdiqlənmiş reqlament var və delimitasiya ilə bağlı bütün suallara bu çərçivədə cavab tapmaq olar.

    Xatırladaq ki, 2025-ci il yanvarın 16-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib.

    Tərəflər növbəti mərhələdə dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının İran İslam Respublikası ilə sərhədinə qədər başlanması barədə razılığa gəliblər.

    Bundan öncə, 2024-cü ilin mayın 24-də Qazax rayonunun 30 il işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri rəsmən Azərbaycana geri qaytarılıb. Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib.

  • Nəsimi rayonunda polisin əməliyyatları zamanı 16 kiloqram narkotik vasitə aşkarlanıb – VİDEO

    Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 20 yaşlı Vilayət Quliyev saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, ondan 5 kiloqrama yaxın yüksək təsiredici xassəyə malik narkotik vasitə həşiş və marixuana aşkarlanıb. Saxlanılan şəxs ifadəsində narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satış məqsədilə əldə etdiyini bildirib.

    Ümumilikdə, yanvar ayı ərzində Nəsimi rayonunda polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı 40-dan artıq əməliyyat keçirilib. Qanunsuz dövriyyədən 16 kiloqramdan artıq müxtəlif xassəli narkotik vasitə çıxarılıb. Saxlanılanlardan 6-sı paytaxt ərazisində narkotiklərin bilavasitə satışını həyata keçirən şəxslər olublar.

    Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

    Həmçinin son bir neçə gündə həyata keçirilən əməliyyat, profilaktik və maarifləndirmə tədbirləri nəticəsində Nəsimi rayon sakinləri tərəfindən 8 avtomat, 3 tüfəng və bir tapança polis idarəsinə təhvil verilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.

  • Около автовокзала в Баку произошла авария, образовался затор

    В Бинагадинском районе Баку, вблизи Международного автовокзального комплекса произошло ДТП, что вызвало сильный затор на дорогах.

    Об этом сообщили в Центре интеллектуального управления транспортом.

    Затор образовался в направлении круговой развязки Хырдалан. На месте происшествия находятся сотрудники дорожной полиции, принимаются меры по устранению пробки.

  • Bakıda avtovağzal yaxınlığında qəza olub, sıxlıq yaranıb

    Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Bildirilib ki, bu səbəbdən “Xırdalan” dairəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb. Yol polisi əməkdaşları hadisə yerindədirlər və sıxlığın aradan qaldırılması məqsədilə tədbirlər görülür.

  • Алена Алиева поздравила Арзу Алиеву с днём рождения – ВИДЕО

    Невестка Президента Ильхама Алиева Алена Алиева поздравила Арзу Алиеву в социальных сетях.

    Супруга Гейдара Алиева сделала публикацию в своем аккаунте в Instagram по случаю дня рождения руководителя Baku Media Center Арзу Алиевой.

  • Prezidentin gəlinindən Arzu Əliyevanın doğum günü ilə bağlı paylaşım – VİDEO

    Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Arzu Əliyevanı sosial şəbəkə vasitəsilə təbrik edib.

    Alyona Əliyeva Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın doğum günü münasibətilə “Instagram” hesabında videoçarx paylaşıb:

  • BDU-nun laborantı vəfat edib

    Bakı Dövlət Universitetinin (BDU) laborantı Sevinc Rəhimova vəfat edib.

    Bu barədə BDU məlumat yayıb.

    Bildirilib ki, o, universitetin Fizika fakültəsinin Nəzəri fizika kafedrasının laborantı olub.

  • 13 il sonra Türkiyədən Suriyaya ilk uçuş

    Türkiyə Hava Yolları (THY) 13 ildən sonra Suriyaya uçuşları bərpa edib.

    “Qafqazinfo” Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu gün İstanbul Hava Limanından göyərtəsində 349 sərnişinin olduğu “TK 846” təyyarəsi Dəməşqə yola düşüb.

    Bildirilib ki, həftədə 3 dəfə İstanbul Hava Limanından Dəməşq Beynəlxalq Hava Limanına birbaşa uçuşlar həyata keçiriləcək. Eyni günlərdə Dəməşq aeroportundan İstanbula dönüş reysləri olacaq.

    Qeyd edək ki, THY Suriyaya son uçuşunu 31 mart 2012-ci ildə həyata keçirib. Buna səbəb ölkədəki daxili iğtişaşların qarşısını almaq olub.

    Xatırladaq ki, bu ilin noyabrın 27-də Suriyada şiddətlənən qarşıdurmalardan sonra Bəşər Əsəd Hələb, İdlib, Həmadan və bir çox bölgələrdə nəzarəti itirib. Paytaxt Dəməşqdə xalqın küçələrə çıxması ilə isə rejim qüvvələri dövlət qurumlarından və küçələrdən çəkilməyə başlayıb, hakimiyyətə qarşı çıxan qruplar isə şəhər mərkəzində nəzarəti gücləndirib. Bununla da 61 illik BƏƏS rejimi devrilib.