Month: January 2025

  • Azərbaycana qeyri-leqal yollarla gətirilən 36 kq narkotik vasitə aşkarlanıb – VİDEO

    Azərbaycana qeyri-leqal yollarla gətirilən 36 kq narkotik vasitə aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinə növbəti dəfə külli miqdarda narkotiklərin ölkəyə qeyri-leqal yollarla gətirildiyi barədə əməliyyat məlumatı daxil olub. Narkotiklərin ölkə ərazisində daşınması, ünvanlara çatdırılması və satış şəbəkəsini quran şəxsin müəyyən edilməsi məqsədi isə xüsusi əməliyyat planı hazırlanaraq həyata keçirilib.

    Lənkəran rayonundan başlayan əməliyyata paytaxtın Sabunçu rayonu ərazisində yekun vurulub. Narkoşəbəkənin ölkə üzrə əsas üzvlərindən olan şəxs – əvvəllər də narkotik və digər cinayətlərə görə dəfələrlə məhkum olunmuş 31 yaşlı Elgün Əliyev bu əməliyyatın nəticəsi olaraq saxlanılıb. Onun evindən və sərnişin kimi əyləşdiyi avtomobildən 36 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.

    Bu şəxs ifadəsində marixuananı şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının vasitəsilə əldə etdiyini etiraf edib.

    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • На каких каналах можно будет посмотреть сегодняшние матчи Лиги Европы УЕФА? (АНОНС)

    Сегодня состоятся очередные игры VII тура общего этапа Лиги Европы УЕФА.

    Телеканал CBC Sport будет транслировать в прямом эфире матчи “Карабах” – ФКСБ (начало в 21:45) и “Манчестер Юнайтед” – “Рейнджерс” (00:00).

    Встречу “Фенербахче” – “Лион”, которая начнется в 21:45, любители футбола смогут посмотреть в прямом эфире Общественного телевидение (İTV).

    Отметим, что начало всех матчей указано по бакинскому времени.

    23 января

    Лига Европы УЕФА

    VII тур

    21:45 “Карабах” – ФКСБ (CBC Sport)

    21:45 “Фенербахче” – “Лион” (İTV)

    00:00 “Манчестер Юнайтед” – “Рейнджерс” (CBC Sport).

  • Bu gün keçiriləcək futbol oyunlarını hansı kanallardan izləmək olar? (ANONS)

    Bu gün UEFA Avropa Liqasında VII turun oyunları keçiriləcək.

    “CBC Sport” kanalı saat 21:45-də başlayacaq “Qarabağ” – FKSB, 00:00-da start götürəcək “Mançester Yunayted” – “Reyncers” matçlarını canlı yayımlayacaq.

    İctimai TV isə saat 21:45-dən etibarən “Fənərbağça” – “Lion” görüşünü canlı yayımlayacaq.

    23 yanvar

    UEFA Avropa Liqası

    VII tur

    Saat 21:45, “Qarabağ” – FKSB (“CBC Sport”);

    Saat 21:45, “Fənərbağça” – “Lion” (İctimai TV);

    Saat 00:00, “Mançester Yunayted” – “Reyncers” (“CBC Sport”).

  • Телеканал CNN анонсировал массовое сокращение сотрудников

    Телеканал CNN анонсировал массовое увольнение сотрудников на фоне планов по оптимизации работы, передает Median.Az со ссылкой на mk.ru.

    В агентстве отметили, что сокращение сотрудников пройдет по всему миру в связи с переориентацией курса работы на онлайн-аудиторию. Также в компании рассматривают возможность снижения издержек с помощью переноса съемок ряда шоу из Нью-Йорка и Вашингтона в Атланту.

    “Сокращения не коснутся самых известных имен CNN, которые работают по контракту”, – отмечается в сообщении.

    В настоящее время в отделениях CNN по всему миру трудятся около 3 500 человек.

  • ABŞ-nin məşhur telekanalında kütləvi ixtisar: Dünya üzrə əməkdaşlarını işdən azad edəcək

    ABŞ-nin dünyaca məşhur CNN telekanalı işin optimallaşdırılması planları fonunda kütləvi ixtisar barədə elan edib.

    Bu barədə Median.Az Mk.ru-ya istinadən xəbər verir.

    Məlumata görə, iş kursunun onlayn auditoriyaya yönləndirilməsi ilə əlaqədar bütün dünyada əməkdaşların ixtisarı aparılacaq. Həmçinin, şirkət bir sıra şouların çəkilişlərini Nyu-York və Vaşinqtondan Atlantaya köçürməklə xərcləri azaltmaq imkanını da nəzərdən keçirir.

    “İxtisarlar CNN-in müqavilə əsasında işləyən ən məşhur adlarına təsir etməyəcək”, – deyə məlumatda bildirilib.

    Qeyd edək ki, hazırda CNN-in dünya üzrə şöbələrində təxminən 3 500-ə yaxın işçi çalışır.

  • Pensiyalar nə qədər artırılır: 8, yoxsa 14.3 faiz? – Deputatdan AÇIQLAMA

    “Son günlər bizə olan müraciətlərin əksər hissəsi pensiyalardakı artım faizi ilə bağlıdır. Belə ki, gələn aydan pensiyaların neçə faiz artırılacağı hələ də daha çox soruşulan məsələlərdəndir. Bunun əsas səbəbi isə gələn aydan pensiya sistemində iki istiqamətdə artımların olması ilə bağlıdır”.

    Bu barədə iqtisadçı deputat Vüqar Bayramov “Facebook” hesabında paylaşım edib.

    O bildirib ki, gələn aydan həm minimum pensiya artırılacaq, həm də əmək pensiyaları indeksləşdiriləcək:

    “Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” sərəncama uyğun olaraq, minimum pensiya məbləği bu ilin fevral ayından 280 manatdan 320 manata çatdırılacaq. Bu o deməkdir ki, minimum pensiya alanlar artıq gələn aydan artırılmış məbləği alacaqlar. Yəni 14.3 faiz artım minimum pensiyalara tətbiq olunacaq. Əgər vətəndaşımız 280 manat, minimum pensiya alırsa, gələn aydan həmin məbləğ 14.3 faiz artırılacaq. Fevral ayından etibarən ölkədə ən aşağı pensiya 320 manat olacaq”.

    V.Bayramovun sözlərinə görə, əmək pensiyalarının indeksləşdirilməsi isə “Əmək Pensiyaları” haqqında Qanuna əsasən həyata keçirilir:

    “Sözügedən qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə ölkə üzrə ortaaylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2024-cü ilin ilk 11 ayında ölkə üzrə ortaaylıq əməkhaqqı 8.0 faiz artaraq 996.8 manata çatıb. Bu isə o deməkdir ki, ölkə üzrə ötən ilin yekun əməkhaqqı artımının təxminən 8.0 faiz olacağı gözlənilir.

    İndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq”.

    “Qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2024-cü il dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq. Belə ki, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğ artırılır.

    Ümumiləşdirsək: minimum pensiya alanlarda artım 14.3 faiz, digər məbləğ əmək pensiyası alanlarda indeksləşdirmə ilə artım 8 faiz olacaq. Gələn aydan minimum pensiya 320 manat olduğu üçün aşağı pensiya alanlarda bu meyar nəzərə alınacaq”, – deyə deputat qeyd edib.

  • Скончался экс-глава художественной комиссии AzTV – ФОТО

    Скончался бывший глава художественной комиссии Азербайджанского государственного телевидения (AzTV) Ильхам Алышанов.

    Об этом сообщили его родные в социальных сетях.

    Отмечено, что И.Алишанов на протяжении многих лет работал на телевидении на различных должностях.

  • AzTV-nin sabiq vəzifəli şəxsi vəfat edib (FOTO)

    Azərbaycan Dövlət Televiziyasında (AzTV) bədii komissiyanın rəhbəri olmuş İlham Alışanov vəfat edib.

    Bu barədə onun yaxınları sosial şəbəkələrdə paylaşım ediblər.

    Bildirilib ki, İlham Alışanov uzun illər televiziyada müxtəlif vəzifələrdə fəaliyyət göstərib.

  • В Гёйчайском районе 21-летний пастух совершил самоубийство

    В Гёйчайском районе произошло самоубийство.

    Как сообщает Qafqazinfo, уроженец Евлаха Нурлан Аббасов (2004 г.р.) повесился на чердаке недостроенного дома недалеко от фермы, расположенной в селе Шахсолтанлы.

    Молодой человек работал пастухом на этой ферме.

    По данному факту ведется расследование.

  • 21 yaşlı çoban fermada intihar etdi

    Göyçayda intihar hadisəsi baş verib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Yevlax rayon sakini, 2004-cü il təvəllüdlü Nurlan Abbasov Göyçay rayonu Şahsoltanlı kəndində yerləşən fermanın yaxınlığındakı yarımtikilinin çardağında özünü asıb.

    O, həmin fermada çoban işləyirmiş.

    Faktla bağlı araşdırma aparılır.