Month: January 2025

  • Mağazanın qarşısında ona irad bildirən şəxsi bıçaqladı

    Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Asim Məmmədovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

    Median.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə Asim Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.

    İttihama görə, hadisə 18 iyun 2024-cü il tarixdə, saat 21 radələrində Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən marketlərin birinin qarşısında qeydə alınıb.

    Belə ki, “Subtropik” çörək zavodunda sürücü işləmiş Asim Məmmədov idarə etdiyi “Ford Transit” avtomobili ilə yolu keçən qadına yol vermədiyi üçün mübahisə edib. Buna görə zərərçəkmiş Elvin Qafarlı (soyadı şərti) ona haqlı irad tutub. Təqsirləndirilən şəxs isə zərərçəkmişlə mübahisə edib onu nalayiq sözlərlə təhqir edib. Sonra Asim üzərində saxladığı bıçaqla Elvinə xuliqanlıq niyyəti ilə qəsdən bir dəfə zərbə endirərək xəsarət yetirib.

    Daha sonra Asim Məmmədov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

  • В части Баку и Агдашского района отключили газ

    В Хатаинском районе Баку и части Агдашского района приостановлено газоснабжение.

    Об этом сообщает Median.Az со ссылкой на ПО “Азеригаз” Государственной нефтяной компании Азербайджана (SOCAR).

    С 10:00 23 января перекрыта подача газа в связи с работами по переносу газопровода на улице Мухаммеда Хади в Хатаинском районе. До завершения работ временные перебои ожидаются на улицах Хади, Сараево, Гачага Наби, Сеида Азима Ширвани, Ашуга Алескера, Рамиза Гулиева в поселке Ахмедли и на проспекте Бабека.

    Кроме того, в связи с установкой нового газорегулирующего устройства на газораспределительной станции “Агдаш”, с 10:00 сегодняшнего дня приостановлена подача газа от одноименного измерительного узла. До завершения работ временные перебои газоснабжения ожидаются в части города Агдаш, одном поселке и 22 селах района.

  • Bakının və Ağdaşın bir hissəsinin qazla təchizatı dayandırılıb

    Bu gün Bakının Xətai rayonu və Ağdaş rayonunun bir hissəsinin qazla təchizatı dayandırılıb.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Bildirilib ki, Xətai rayonu, M.Hadi küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə yanvarın 23-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılıb. İşlər başa çatanadək M.Hadi, Sarayevo, Q.Nəbi, Şirvani, A.Ələsgər, R.Quliyev küçələrinin, Kənd Əhmədli qəsəbəsinin, Babək prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Həmçinin, “Ağdaş” qazpaylayıcı stansiyasında (QPS) yeni qaz tənzimləyici qurğunun quraşdırılması məqsədilə “Ağdaş” ölçü qovşağından bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılıb. İşlər başa çatanadək Ağdaş şəhərinin bir hissəsinin, bir qəsəbə və 22 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • В Ираке разрешили религиозные браки с девятилетними девочками

    Парламент Ирака принял закон, который фактически легализует детские браки. Поправки дают исламским судам больше полномочий в семейных вопросах, включая заключение брака и развода.

    Как сообщает Median.Az, об этом передает Associated Press.

    Закон в Ираке устанавливает 18 лет в качестве минимального возраста для вступления в брак в большинстве случаев. Однако принятые изменения позволят священнослужителям выносить решение “в соответствии с их интерпретацией исламского права”. Некоторые из них считают, что девочки могут вступать в брак в “раннем подростковом возрасте”, или с девяти лет.

    Активисты утверждают, что нововведения подрывают иракский Закон о личном статусе от 1959 года, который унифицирует семейное право и устанавливает гарантии для женщин. Сторонники изменений, в числе которых – консервативные шиитские законодатели, утверждают, что закон привели “в соответствие с исламскими принципами” и что это уменьшит “западное влияние” на иракскую культуру.

    По данным ООН на 2024 год, около 28% женщин в Ираке выходят замуж до совершеннолетия. До принятия закона религиозные лидеры могли регистрировать брак с девочками с разрешения отца. В то же время такой брак не считался официальным, и девушке, например, могли отказать в приеме в роддом. Правозащитники еще до утверждения поправок отмечали, что легализация детских браков значительно повысит для девочек риски физического и сексуального насилия.

  • İraqda uşaq evliliyi ilə bağlı qanun: Doqquz yaşlı qızlarla dini nikaha icazə verildi

    İraq parlamenti uşaq evliliyini faktiki olaraq qanuniləşdirib.

    Bu barədə “Associated Press” nəşri məlumat verib.

    Məlumata görə, qanun dəyişiklikləri İslam məhkəmələrinə ailə məsələlərində, o cümlədən evlilik və boşanmalarda daha çox səlahiyyət verir.

    İraqda əksər hallarda 18 yaş evlilik üçün minimum yaş olaraq qəbul edilir. Lakin yeni dəyişikliklər din xadimlərinə “öz İslam qanunlarına uyğun” qərarlar vermək imkanı tanıyır. Bəzi din xadimləri isə hesab edirlər ki, qızlar “erkən yaşlarda”, hətta 9 yaşında ərə gedə bilərlər.

    Fəallar iddia edirlər ki, bu dəyişikliklər İraqın 1959-cu ildə qəbul edilmiş və qadınların hüquqlarını qoruyan ailə qanununu pozur. Qanun dəyişikliklərini dəstəkləyən mühafizəkar şiə qanunvericilərinə görə isə, qanun “İslam prinsiplərinə uyğunlaşdırılıb” və bu, İraq mədəniyyətini “Qərb təsirindən” qoruyacaq.

    Qeyd edək ki, BMT-nin 2024-cü il üçün açıqladığı statistikaya görə, İraqda qadınların təxminən 28%-i hələ yetkinlik yaşına çatmadan ailə qurur. Qanun qəbul olunmazdan əvvəl dini liderlər, azyaşlı qızlarla evliliyi onların atalarının icazəsi ilə qeydə alırdılar. Lakin belə evliliklər rəsmi sayılmırdı və bəzən qızları doğum evinə qəbul etməkdən imtina edilirdi.

    Dəyişikliklər təsdiqlənməzdən əvvəl hüquq müdafiəçiləri xəbərdarlıq edirdilər ki, uşaq nikahlarının qanuniləşdirilməsi qızlar üçün fiziki və cinsi zorakılıq riskini artıracaq.

  • Abşeronda yol ÇÖKDÜ: Problem nə vaxt həll olunacaq? – VİDEO

    Abşeronda avtomobil yolunda çökmə baş verib.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, yaranmış vəziyyət xüsusən də ilk dəfə həmin yoldan istifadə edən sürücülər üçün böyük təhlükə yaradır.

    Bu yoldan istifadə edən həm sürücülər, həm də sakinlər çökmə hadisəsinə görə narahatdırlar. Sürücülər deyirlər ki, həmin ərazidən sürətlə keçdikdə qəza riski yaranmaqla yanaşı, avtomobillərin alt işlək hissələri də zərər görür.

    Mövcud vəziyyətdən Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi də məlumatlıdır.

    Bildirilib ki, həmin yolun bir neçə hissəsində adıçəkilən qurum tərəfindən mütəmadi olaraq təmir bərpa işləri aparılır.

    Abşeron Rayon İcra Hakimiyyətindən isə ”Xəzər Xəbər”ə bildirilib ki, Xırdalan şəhəri Heydər Əliyev prospektinin bir hissəsində yüksəktəzyiqli su kəmərində baş vermiş qəza və nəticədə, su sızıntısının yaranması tədricən yolun alt qatının yuyulmasına və yolun çökməsinə gətirib çıxarıb.

    O da bildirilib ki, rayon icra hakimiyyəti tərəfindən qəza və yolun bərpası ilə əlaqədar Dövlət Su Ehtiyatları Agentliyinə məlumat verilib. Aidiyyəti təşkilatlardan müvafiq icazələr alınıb. Sabahdan etibarən ərazidə qazıntı, qəzanın aradan qaldırılması və yolun bərpası işlərinə başlanılacaq.

    Ətraflı süjetdə:

  • Xətai rayonunda içməli su fasilələrlə verilir? – AÇIQLAMA (VİDEO)

    Paytaxtın Xətai rayonunun Səməd bəy Mehmandarov küçəsi, 74 ünvanında yaşayan sakinləri günün istənilən vaxtı su problemi yaşayırlar. Səbəb isə çox sadədir. Binada çənlərə icazə verilmir, su isə qrafiklə verilir.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, onların sözlərinə görə, illər öncə binalarının damındakı çənlər yığışdırılarkən suyun fasiləsiz veriləcəyi bildirilsə də, bu, sadəcə vəd olaraq qalıb.

    Vətəndaşlar bildiriblər ki, problemlə bağlı müxtəlif qurumlara müraciət etsələr də, vəziyyət dəyişməyib.

    İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən “Xəzər Xəbər”ə bildirilib ki, qeyd olunan ərazidə suyun verilməsi qrafikli rejimlə tənzimlənir. Bu rejimin tətbiqi bütün abonentlərin dayanıqlı içməli su ilə təminatına hesablanıb.

    Əhalinin fasiləsiz su ilə təminatı istiqamətində mərhələli şəkildə işlər həyata keçirilir. Sözügedən yaşayış binasından su çənlərinin yığışdırılması isə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə aid məsələ deyil.

    Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, binaların damından çənlər yığışdırılsa da, fasiləsiz su ilə təmin olunmayan ünvanlarda sakinlər su çənlərindən istifadə edə bilərlər. Amma burada da xüsusi meyarlar var.

    İcra Hakimiyyətindən o da əlavə olundu ki, su çənlərinin yığışdırılmasına səbəb damların əsaslı təmiri, bir çox lift şaxtalarının yüklənməsi və binalardakı təhlükə ilə əlaqədar olub.

    Ətraflı süjetdə:

  • СМИ: В Турции снесут отель, где погибли 79 человек

    Отель Grand Kartal на горнолыжном курорте Карталкая в Турции, где произошел крупный пожар, унесший 79 жизней, решено снести.

    Об этом сообщил со ссылкой на власти телеканал Habertürk.

    Решение о сносе 12-этажной гостиницы, возведенной в 1978 году, принято на основании результатов экспертизы, проведенной специалистами Министерства окружающей среды, градостроительства и изменения климата. Они выявили серьезные повреждения основных конструкций здания и пришли к выводу о невозможности его эксплуатации в дальнейшем.

    Пожар в отеле произошел в ночь на 21 января. Всего на момент возгорания в гостинице находились 238 постояльцев. В Турции 22 января был объявлен общенациональный траур.

  • Türkiyədə yanan hotel söküləcək

    Türkiyənin Kartalkaya dağ-xizək kurortunda 79 nəfərin ölümü ilə nəticələnən güclü yanğının baş verdiyi “Grand Kartal” hotelinin sökülməsinə qərar verilib.

    Median.Az xəbər verir ki, bu barədə “Habertürk” telekanalı hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

    1978-ci ildə tikilmiş 12 mərtəbəli hotelin sökülməsi ilə bağlı qərar Türkiyənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin mütəxəssislərinin apardığı ekspertizanın nəticələrinə əsasən verilib. Onlar yanğının binanın əsas konstruksiyalarına ciddi ziyan vurduğunu aşkar edərək, binadan gələcəkdə istifadənin mümkünsüzlüyü qənaətinə gəliblər.

    Xatırladaq ki, hoteldə yanğın yanvarın 21-nə keçən gecə baş verib. Yanğın zamanı hoteldə ümumilikdə 238 qonaq olub. Yanvarın 22-də Türkiyədə milli matəm elan edilib.

  • Yeni nəsil rəqəmsal hüquqlara dair qanun layihəsi hazırlanacaq

    Yeni nəsil rəqəmsal hüquqlara dair qanun layihəsi hazırlanacaq.

    Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin yaz sessiyası üçün İş Planına daxil edilib.

    Yaz sessiya müddətində rəqəmsal məkanda vətəndaşlarının hüquqlarının qorunması ilə bağlı dinləmələr, bu sahədə qanun layihəsinin işlənib hazırlanması nəzərdə tutulur.