Month: February 2025

  • Число погибших от отравления спиртом достигло 22 человек

    В Баку еще один человек скончался от отравления техническим спиртом.

    Как сообщает lent.az, тело 47-летнего Дмитрия Викторовича Гарамина было обнаружено на улице в поселке Бакиханов Сабунчинского района.

    Согласно данным, мужчина умер от отравления метиловым спиртом.

    Отметим, что таким образом, число погибших от отравления спиртом в столице достигло 22 человек.

  • Bakıda spirt kabusu davam edir: Ölənlərin sayı 22-yə çatdı

    Bakıda daha bir nəfər texniki spirtdən zəhərlənərək ölüb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib.

    47 yaşlı Dmitri Viktoroviç Qaraminin meyiti küçədə tapılıb. Onun metil spirti qəbul etdiyi üçün zəhərlənərək öldüyü bildirilir.

    Qeyd edək ki, bununla da Bakı şəhərində spirtdən zəhərlənərək ölənlərin sayı 22-yə çatıb.

  • В двух районах Баку не будет газа

    Сегодня будет прекращено газоснабжение зданий на некоторых улицах в Бинагадинском и Ясамальском районах Баку.

    Об этом сообщает Median.Az со ссылкой на ПО “Азеригаз” Государственной нефтяной компании Азербайджана (SOCAR).

    С 10:00 часов будет приостановлена подача голубого топлива в целях переноса газопровода на улице Рашида Исмайылова в поселке Баладжары Бинагадинского района в безопасную зону, а также устранения утечки газа, обнаруженной на подземном газопроводе на улице Шафаята Мехдиева Ясамальского района столицы.

    На период ремонтных работ газоснабжение будет временно прекращено на улицах Р.Исмайылзаде, Н.Хашими и Х.Натаван в Бинагадинском районе, а также на улице Шафаята Мехдиева в Ясамальском районе.

  • Bakının iki rayonunda qaz olmayacaq

    Bu gün Bakının Binəqədi və Yasamal rayonlarının bəzi küçələrinin qaz təchizatı dayandırılacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Bildirilib ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində isə yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi məqsədilə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

    Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonunun R.İsmayılzadə, N.Həşimi, X.Natavan küçələrinin, həmçinin Yasamal rayonunun Şəfayət Mehdiyev küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • АФИША сегодняшних матчей европейского футбола

    Сегодня в футбольных лигах Германии, Италии и Испании пройдут интересные матчи.

    В немецкой Бундеслиге “Штутгарт” примет “Баварию”. В итальянской Серии А “Фиорентина” встретится с “Лечче”. В испанской Ла Лиге “Вальядолид” сыграет с “Лас-Пальмасом”.

    28 февраля

    Немецкая Бундеслига

    23:30 “Штутгарт” – “Бавария”

    Итальянская Серия А

    23:45 “Фиорентина” – “Лечче”

    1 марта

    Испанская Ла Лига

    00:00 “Вальядолид” – “Лас-Пальмас”

    Отметим, что время начала всех матчей указано бакинское.

  • Bu gün Avropada keçiriləcək futbol oyunlarının AFİŞASI

    Bu gün Almaniya, İtaliya və İspaniya liqalarında maraqlı görüşlər keçiriləcək.

    Almaniya Bundesliqasında “Ştutqart” “Bavariya”nı qəbul edəcək.

    İtaliya A Seriyasında “Fiorentina” “Leççe” ilə qarşılaşacaq.

    İspaniya La Liqasında “Valyadolid” “Las Palmas”la üz-üzə gələcək.

    28 fevral

    Almaniya Bundesliqası

    Saat 23:30, “Ştutqart” – “Bavariya”

    İtaliya A Seriyası

    Saat 23:45, “Fiorentina” – “Leççe”

    1 mart

    İspaniya La Liqası

    Saat 00:00, “Valyadolid” – “Las Palmas”.

  • Türkiyə Kubokunda yeni derbi həyəcanı

    Türkiyə Kubokunun 1/4 final mərhələsində üz-üzə gələ biləcək komandalar bəlli olub.

    Median.Az “SporX”ə istinadən xəbər verir ki, qrupda birinci yerdə yer alan “Trabzonspor”, “Fənərbağça”, “Beşiktaş”, və “Konyaspor” ikinci olan rəqiblərlə üzləşəcək.

    Belə ki, ikinci yerlə növbəti mərhələyə adlamağa şans qazanan “Qalatasaray” eyni qrupda mübarizə apardığı üçün “Konyaspor”la qarşılaşmayacaq. “Sarı-qırmızılar” “Fənərbağça”, “Beşiktaş” və ya “Trabzonspor” olmaqla bu üç klubdan biri ilə üz-üzə gələcək.

    Qrupda ikinci pillədə qərarlaşaraq növbəti mərhələyə yüksəlmə şansı əldə edən digər klublar isə “Göztəpə”, “Bodrumspor” və “İskəndərunspor”dur.

    Qeyd edək ki, kubokun bu mərhələsinin görüşləri bir oyundan ibarət olacaq. Məğlub olan komanda kubokla vidalaşacaq. Görüşlər isə qrupu lider adlayan komandaların meydanında baş tutacaq.

  • Şuşa fatehi Hikmət Mirzəyevin doğum günüdür

    Bu gün Xüsusi Təyinatlı Qüvvələrin sabiq komandanı, Vətən Müharibəsi Qəhrəmanı, Azərbaycan müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyevin doğum günüdür.

    General-polkovnikin bu gün 56 yaşı tamam olur.

    O, Biləsuvarda anadan olub.

    Birinci Ermənistan-Azərbaycan müharibəsində xüsusi təyinatlı taborun tərkibində döyüşüb.

    Hikmət Mirzəyev Ulu öndər Heydər Əliyevin prezident olduğu illərdə polkovnik-leytenant rütbəsini daşıyıb.

    Ona polkovnik rütbəsini də məhz Heydər Əliyev təqdim edib.

    Hikmət Mirzəyev 2002-ci ilin 19 yanvarında Heydər Əliyevin imzaladığı sərəncamla general-mayor hərbi rütbəsini alıb.

    H.Mirzəyev 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsində Cəbrayılın və Şuşanın azad edilməsi əməliyyatlarına başçılıq edib.

    Prezident İlham Əliyevin 2020-ci ilin oktyabrın 17-də imzaladığı sərəncamla Hikmət Mirzəyevə general-leytenant hərbi rütbəsi verilib. 2024-cü il noyabrın yeddisində Prezidentin növbəti sərəncamı ilə H.Mirzəyev general-polkovnik rütbəsi alıb.

    Hikmət Mirzəyev adını tarixə Şuşa fatehi kimi yazdırıb.

    Şuşa işğaldan azad olan gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Hikmət Mirzəyevə zəng edib.

    Ali Baş Komandan Şuşa şəhərinin işğaldan azad edilməsində qəhrəmancasına və rəşadətlə iştirak etmiş hərbi qulluqçulara, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətinə təbriklərini çatdırıb.

    Onu da bildirək ki, 2016-cı ilin aprel döyüşlərində işğal edilmiş torpaqların azad edilməsində əsas pay sahiblərindən olan xüsusi təyinatlılar 2018-ci ildə Ordunun 100 illiyi münasibəti ilə keçirilən hərbi paradda general Hikmət Mirzəyevin başçılığı altında keçiblər.

  • Ərdoğan özü ilə eyni ad və soyadlı gəncə partiya nişanını taxdı

    Türkiyə Prezidenti və Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan özü ilə ad və soyadı eyni olan gəncin üzərinə partiya nişanını taxıb.

    Bu haqda “TRT Haber” məlumat yayıb.
    Belə ki, Burdur şəhərində yaşayan 21 yaşlı Rəcəb Tayyib Ərdoğan partiya üzvlüyü prosedurlarını tamamladıqdan sonra dünən keçirilən AK Partiya Toplantısına qatılıb.
    Toplantıdan sonra burdurlu gənc Prezident Ərdoğanla görüşmək fürsəti əldə edib. Orada Prezident Ərdoğan AK Partiya nişanını gəncin yaxasına taxıb.

  • Eduard Məmmədov vitse-prezident təyin OLUNDU

    Eduard Məmmədov Azərbaycan Kikboksinq Federasiyasının (AKF) vitse-prezidenti təyin olunub.

    Median Az xəbər verir ki, bu barədə report-a dəfələrlə dünya və Avropa çempionu olan idmançının özü məlumat verib.

    O, Azərbaycan Kikboksinq Federasiyası rəhbərliyinin etimadını doğruldacağını və kikboksinqin inkişafı üçün bundan sonra da əlindən gələni edəcəyini bildirib:

    “Belə bir vəzifəyə təyin olunmaq xoşdur. Azərbaycan idmanına xidmətlərimi davam etdirəcəyəm. Çalışacağam ki, Azərbaycan kikboksinqi hər zaman irəli getsin. İdmançılarımızın beynəlxalq arenalarda, dünya və Avropa çempionatlarında uğur qazanmaları üçün çalışacağıq”.
    AKF-nin fəxri prezidenti Adil Əliyevin rəhbərliyi altında baş tutan tədbirdə Elşən Abdulrəhimov I vitse-prezident, Azər Aslanov isə digər vitse-prezident təyin edilib. Həmçinin Orxan Əliyev federasiyada prezident vəzifəsini davam etdirəcək.