Həmyerlimiz Elvin Nuriyev Rusiya-Ukrayna müharibəsində itkin düşüb.
Month: February 2025
-
36 yaşlı Elvin Rusiya-Ukrayna müharibəsində itkin düşdü
“Qafqazinfo” xəbər verir ki, onun Rusiyanın Kurs vilayətində gedən döyüşdə itkin düşdüyü bildirilir.Elvinin atasının sözlərinə görə, ötən ayın 20-də onların olduğu mövqe pilotsuz uçuş aparatı (PUA) ilə vurularkən ölən yaralananlar olub və həmin tarixdən sonra oğlundan bir xəbər yoxdur.Qeyd edək ki, əslən Lənkərandan olan Elvin Əlimusa oğlu Nuriyev sonradan ailəsi ilə Biləsuvarın Xırmandalı kəndinə köçərək orada yaşayıb. O, 10 il öncə Rusiyanın Tabolsk şəhərinə köçübmüş.Elvin Rusiya vətəndaşlığını aldıqdan 3 ay sonra müharibəyə aparılıb.1989-cu il təvəllüdlü E. Nuriyev ailədir, iki övladı var. -
Arayik məhkəmədən vaxt istədi – Digərləri ifadə verib
Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası fevralın 27-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər – Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, habelə müdafiələri üçün vəkillərlə təmin olunub.Məhkəmənin baxış iclasında təsirləndirilən şəxslər və onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, habelə dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.İclasın əvvəlində hakim Zeynal Ağayev məhkəmə prosesinə erməni dilinə yeni tərcüməçi qoşulduğunu elan edib. Tərəflər tərcüməçiyə etiraz etməyib.Budəfəki məhkəmə iclasında təqsirləndirlən şəxslər sərbəst ifadə veriblər.Məhkəmə iclasında sədrlik edən dindirməni başlayarkən təqsirləndirilən şəxslərin hər birinə onlara elan edilmiş ittiham və həmin ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün əhəmiyyətli olan digər hallar barədə ifadə verməyi təklif edib.Əvvəlcə təqsirləndirilən şəxs Arkadi Qukasyan ifadə verib. O, Ermənistanın Azərbaycana qarşı apardığı təcüvüzkar hərbi müharibə nəticəsində ölkəmizə və xalqımıza qarşı həyata keçirilən çoxsaylı cinayət əməllərinin törədilməsində iştirak etdiyinə görə ittiham olunur.A.Qukasyan deyib ki, Ermənistan Respublikası Qarabağın qarantı kimi çıxış etmişdi: “Təbii ki, bu həll olunmamış məsələlər qrupunda kiçik Qarabağ öz müdafiəsini konflikt həll olunana qədər təkbaşına həyata keçirə bilməzdi”.O, 2020-ci ildə 44 günlük müharibə zamanı Qarabağda olduğunu bildirib: “Bu, o vaxta təsadüf etdi ki, mən Qarabağa gəlmişdim. Demək olar ki, müharibənin 2-ci günü biz digər “keçmiş prezident” Bako Saakyanla birgə, Arayik Harutyunyanla görüş tələb elədik.Biz onunla görüşdük. Ondan xahiş etdik ki, əlindəki bütün imkanlardan istifadə edərək Ermənistandan müharibəni dayandırmağı xahiş etsin”.A.Qukasyan iddia edib ki, Qarabağ ərazisində heç bir muzdlu olmayıb: “Müdafiə Nazirliyi və Ermənistan ordusu olub, hansı ki, Ermənistan Respublikası tərəfindən maliyyələşdirilirdi”.Ardınca təqsirləndirilən şəxs Bako Sahakyan ifadə verib. O, istintaqın gedişində hüquqlarının təmin olunduğunu bildirib: “2023-cü il oktyabrın 3-də bizi – məni, Arkadi Qukasyanı Qarabağdan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasına gətirdilər. Həmin gün Bakı 12 saylı vəkil bürosunun vəkili Nigar Mirbabayeva Azərbaycan Respublikasın tərəfindən mənim hüquqlarımı müdafiə etmək üçün təyin edilidi. Mənə həmçinin tərcüməçi təqdim edildi.İstintaq prosesi zamanı mənim müstəntiqim tərəfindən mənim bütün hüquqlarım təmin olunub ki, suallara tam şəkildə cavab verim. Həmçinin öz fikrimi bildirməyə və nöqteyi-nəzərimi də ortaya qoymağa şəraitim olub.İstintaqın başlanğıcında mən bildirmişəm və həmin bəyanatı indi də vermək, təsdiqləmək istəyirəm ki, bu münaqişə, bu tarix cinayət və məhkəmə istintaqı predmeti deyil. Mən bu fikri bildirərkən də nə məhkəmənin, nə də istintaqın səlahiyyətlərini şübhə altına almamışam”.Daha sonra təqsirləndirilən şəxs Arayik Harutyunyana sərbəst ifadə verməsi təklif olunub. O, ifadəsinə hazırlaşmaq üçün məhkəmədən əlavə vaxt istəyib. Məhkəmə təqsirləndirilən şəxsin xahişini nəzərə alıb.Bundan sonra təqsirəndirilən şəxs Davit İşxanyan sərbəst ifadə verib. O, elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilmədiyini qeyd edib.Sonra təqsirəndirilən şəxs Davit Babayan sərbəst ifadə verib. O da elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyib.“İttiham aktında qeyd olunan əməlləri törətmək iqtidarında olmamışam. Azərbaycan xalqına qarşı nifrət təbliğ etməmişəm. Öz xalqımı sevirəm, lakin milliyyətçi deyiləm”, – deyə D.Babayan bildirib.Məhkəmənin növbəti iclası martın 3-nə təyin olunub. Növbəti məhkəmə iclası təqsirləndirilən şəxslərin sərbəst ifadəsi ilə davam etdiriləcək.Qeyd edək ki, Ermənistan dövlətinin onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər erməni əsilli təqsirləndirilən şəxs ittiham edilir.Həmin şəxslər, yəni Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar. -
İrəvanın Sumqayıt hadisələri ilə bağlı iddialarına – Rəsmi Bakıdan cavab
“Ermənistan Xarici İşlər Nazirliyinin Sumqayıt hadisələri ilə bağlı 27 fevral tarixli bəyanatında ölkəmizə qarşı irəli sürdüyü iddialar tamamilə əsassız olmaqla yanaşı, tarixi faktların təhrif edilməsi və saxtalaşdırılmasıdır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan XİN-in Sumqayıt hadisələri ilə bağlı bəyanatına dair şərhində deyilir.“Bu bəyanat, 1980-ci illərin sonlarından başlayaraq Ermənistanın Azərbaycana qarşı əsassız və qeyri-qanuni ərazi iddialarını həyata keçirmək məqsədilə zorakılıq əməllərini, Ermənistan ərazisində yaşayan azərbaycanlı əhalinin kütləvi qovulmasını, Azərbaycan xalqına qarşı terroru, etnik zəmində təxribatları və hərbi gücdən istifadəni ört-basdır etmək cəhdləridir.Ermənistan XİN-nə xatırladırıq ki, Sumqayıtda etnik zəmində törədilən iğtişaş SSRİ və Ermənistan rəhbərliyinin, erməni şovinist ideoloqların və ekstremist təşkilatların öncədən düşünülmüş və planlaşdırılmış məqsədyönlü təxribatlarının tərkib hissəsi idi”, – A.Hacızadə bildirib.Onun sözlərinə görə, SSRİ Baş Prokurorluğu tərəfindən hadisə ilə bağlı cinayət işi açıldığı, nəticədə iğtişaşların icraçıları və əlbir olan şəxslər, həmçinin ümumi sayı 32 nəfərdən ibarət qurbanlar müəyyən edildiyi hər kəsə məlumdur:“Hadisənin qurbanları arasında 6 nəfəri azərbaycanlının olması sübut edir ki, bu iğtişaşlar azərbaycanlı əhali tərəfindən həyata keçirilməmişdi.Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, hadisələrin səbəbkarı, yürüşə başçılıq edən, şəxsən 6 nəfəri öldürən və erməni millətindən olan 3 qadına təcavüz edən şəxs milliyyətcə erməni olan Eduard Qriqoryan olub və onun barəsində Sumqayıtda yaşayan ermənilərin çoxsaylı şahid ifadələri toplanıb. Məhkəmənin qərarı ilə 12 il azadlıqdan məhrum edilən E.Qriqoryan cəzasını çəkmək üçün Ermənistana köçürülüb və daha sonradan azadlığa buraxılıb.27-29 fevral 1988-ci il tarixli Sumqayıt hadisələri ilə əlaqədar məhkəmə prosesinin nəticələri ilə bağlı təqsirkar bilinən 92 nəfər barəsində həbs cəzası verilib, həmçinin bir nəfər ölüm cəzası alıb.Müqayisə üçün onu da qeyd etmək istərdik ki, 1980-ci illərin sonlarında Ermənistan SSRİ-də azərbaycanlıların tarix boyu sıx yaşadıqları rayonlardan 300 minə yaxın əhalinin zorla qovulması zamanı 200-dən çox azərbaycanlının ölümündə təqsirli olanlar barəsində heç bir tədbir görülməyib.Bununla yanaşı, Azərbaycan ərazilərinə qarşı hərbi təcavüz zamanı Ermənistanın Xocalı daxil olmaqla bir çox şəhər və kəndlərdə törətdiyi çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətləri törədənlərdən heç kimin bu günədək hüquqi məsuliyyətə cəlb olunmadığı Ermənistan XİN-ə məlumdur.
Ermənistan XİN-nə xatırladırıq ki, Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin bir hissəsində Ermənistanın onilliklər boyu davam edən hərbi işğalına son qoyub, ərazi bütövlüyü və suverenliyini təmin edib.Ermənistan tərəfinin guya ermənilərə qarşı 2023-cü ildə “etnik təmizləmə” siyasəti həyata keçirildiyi barədə iddialar səsləndirmək əvəzinə, nəinki indiki Ermənistan ərazisində, eləcə də işğal dövründə azərbaycanlılar və Azərbaycan irsinə qarşı törətdiyi cinayət əməllərinə nəzər yetirməsi daha faydalı olardı”. -
Kadırov Aydanla Zülfüqarı təltif edəcək
Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğrayan AZAL sərnişin təyyarəsinin bələdçilərinə “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” mükafatı təqdim olunacaq.
Bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özünün teleqram kanalında məlumat verib.
Kadırov qeyd edib ki, hadisə zamanı bələdçilər Zülfüqar Əsədov və Aydan Rəhimli müstəsna cəsarət və yüksək peşəkarlıq nümayiş etdiriblər:
“Ötən ilin dekabrında Bakı-Qroznı reysi zamanı qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer E190” tipli sərnişin təyyarəsinin sağ qalan ekipaj üzvlərini mükafatlandırmaq qərarına gəldim. Fövqəladə cəsarət və yüksək peşəkarlıq nümayiş etdirən stüardessalar Zülfüqar Əsədov və Aydan Rəhimli təyyarə qəzası qurbanlarının xatirəsinə “Respublika Xidməti” mükafatına layiq görüləcəklər”.Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb.
Prezident İlham Əliyevin sərəncamı ilə ekipajın üç üzvü – Gəmi kapitanı İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva Milli Qəhrəman adına layiq görülüb, sağ qalan bələdçilər Zülfüqar Əsədov və Aydan Rəhimli isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib. -
Nərimanovda binada yanğın: 3 nəfər təxliyə edildi

Bakının Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 1600 m² olan obyektin sahəsi 8 m² olan otağında taxta tullantıları və əşyalar yanıb.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
Obyekt yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
-
Qədr gecələrinin vaxtı açıqlanıb – TƏQVİM
Ramazan ayının Qədr (Əhya) gecələrinin vaxtı açıqlanıb.
Apa xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvimində qeyd edilib.Təqvimə əsasən, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, yəni martın 18-nə təsadüf edəcək.
Bundan əlavə, Ramazan ayının 20-dən 21-nə keçən gecə (20 mart), Ramazan ayının 22-dən 23-nə keçən gecə (22 mart) və Ramazan ayının 26-dan 27-nə keçən gecə (26 mart) Qədr gecələri olacaq.
Qeyd edək ki, Ramazan ayı Azərbaycanda martın 1-də başlayacaq. Şəvval ayının 1-i, yəni martın 30-da Ramazan (Fitr) bayramı olacaq.
-
Azərbaycanın Pakistandakı səfirliyində Xocalı soyqırımının 33-cü ildönümü qeyd edilib
Azərbaycanın Pakistandakı səfirliyi Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar fotosərgi və seminar keçirilib.
Azərbaycanın Pakistandakı səfirliyi bu ölkənin aparıcı beyin mərkəzlərindən olan Müslüm İnstitutu ilə birgə Pakistan Milli Kitabxanasında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan “Xocalı soyqırımı və etnik təmizləmə: İnsanlığa qarşı cinayət” mövzusunda seminar təşkil edib.
Təşkil edilmiş seminarda xarici dövlətlərin bu ölkədəki səfirləri və diplomatları, Pakistanın müxtəlif beyin mərkəzlərinin və universitetlərinin rəhbər heyətləri, alimlər, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə, hər iki ölkənin dövlət himnləri səsləndirilib, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Xocalı soyqırımı ilə bağlı geniş məlumatları özündə əks etdirən videoçarx nümayiş olunub.
Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov tədbirdə çıxış edərək bəşəriyyətin ən dəhşətli qətliamlardan biri olan Xocalı soyqırımı haqqında iştirakçılara müfəssəl məlumat verib.
Əlavə olaraq 44 günlük Vətən müharibəsindən, eləcə də 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilmiş antiterror əməliyyatlarından danışan X.Fərhadov, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun erməni işğalına son qoyduğunu, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam təmin etdiyini, bu gün işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Xocalıda üçrəngli Azərbaycan bayrağının dalğalandığını diqqətə çatdırıb.
Sonra tədbirdə Türkiyənin Pakistandakı səfiri İrfan Neziroğlu, Air Universitetinin Sosial Elmlər Fakültəsinin dekanı vəzifələrini icra edən xanım Vasima Şahzad, Pakistan ordusunun sabiq general-mayoru Zahid Mahmud, səfir R.Nailə Çohan və MÜSLÜM İnstitutunun İctimaiyyətlə Əlaqələr üzrə əməkdaşı Asif Tanvir Avanın çıxışları dinlənilib. Natiqlər öz məruzələrində Xocalı soyqırımının ötən əsrin ən dəhşətli faciəsi olduğunu vurğulayaraq, həmin hərbi təcavüz zamanı dinc sakinlərin amansızcasına qətlə yetirlməsinə dair tarixi faktları, həqiqətləri və elmi araşdırmalara söykənən məlumatları iştirakçıların diqqətinə çatdırıb. Bildirilib ki, 1992-ci ilin 26 fevral tarixində Xocalıda törədilən soyqırımı aktı sadəcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş ən amansız cinayətlərdəndir. Qeyd olunub ki, Xocalı soyqırımını törədən qatillər beynəlxalq ədalətə cəlb olunmalı və ən ağır şəkildə cəzalandırılmalıdırlar.
Çıxışlar zamanı, həmçinin, tarix boyunca Qərbi azərbaycanlıların etnik təmizləməyə və zorla deportasiyaya məruz qalmasından bəhs edilərək, onların geri qayıdış ilə bağlı fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımların atılmalı olduğu bildirilib. Bu mənada ədalətin və qlobal həmrəyliyin vacibliyi xüsusilə vurğulanıb.
-
“Şlyapa Zahid”in məhkəməsində şahid: Milyonlarla kreditin ayrılması barədə sabiq vergilər naziri göstəriş vermişdi

Müdafiə Nazirliyinin sabiq işçisi Zahid Niftəliyevin 42 milyon manatlıq mənimsəmədə ittiham olunması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində “AtaBank”ın Müşahidə Şurasının sədri Əşrəf Kamilov ifadə verib.O bildirib ki, rəhbərlik etdiyi banka “Şahin CO” şirkətinin adına kredit götürülməsi üçün müraciət olunub. “Həmin şirkət müdafiə sənayesinin inkişafına köməklik məqsədi ilə işlərin görülməsi üçün yaradılıb. Sözügedən şirkət vasitəsi ilə Zahid Niftəliyevin adına kredit götürülüb. Bankda səhimləri olan bir şəxs kimi mənə ziyan dəyib. Əmanətlərin sığortalanması fondu araşdırma aparır. Mənim də təsisçi kimi bankda əmanətim olub. Hesab edirəm ki, sonda mənə də dəymiş ziyan ödəniləcək. Bankda kreditlərin götürülməsindən xəbərim olmayıb. “Şahin CO” şirkətinin banka nə qədər borclu olduğunu bilməmişəm”.
Əşrəf Kamilovun sözlərinə görə, Zahid Niftəliyevin adına bankda böyük məbləğdə kredit götürülməsi üçün müraciət olunub: “Amma məbləğ böyük olduğu üçün idarə heyəti və müşahidə şurasında müzakirə edildi. Amma sonda kreditin verilməsinə müsbət rəy verildi. Məbləğin yarısı başqa hesaba köçürüldü”.
Zahid Niftəliyev isə bildirib ki, kreditin götürülməsindən, yarısının isə başqa hesaba köçürülməsindən xəbəri olmayıb.
Daha sonra şahid qismində ifadə verən Adıgözəl Ağayev bildirib ki, “ATA Bank”ın idarə heyətinin sədr müavini olub.
Şahid bildirib ki, 2015-ci ilin iyul ayında idarə heyəti tərəfindən “Şahin CO” MMC-nin adına böyük məbləğdə kredit verilməsi üçün müraciət müzakirə edilib: “Müşahidə şurası tərəfindən banka rəy verildi. Biz də həmin rəyə imza etdik. Kreditin verilməsinə müsbət cavab verildi və daha sonra kreditin ayrılması barədə qərar verildi”.
Adıgözəl Ağayev qeyd edib ki, onların vəzifəsi banka böyük məbləğdə kreditin ayrılması üçün müraciətlərin araşdırılması, əvəzində qoyulan girovların yoxlanılması olub. Sorğu-sual zamanı məlum olub ki, “Şahin CO” MMC-yə böyük məbləğdə kredit ayrılsa da, amma heş bir girov qoyulmayıb. Bununla bağlı məsələyə Adıgözəl Ağayev belə cavab verib: “Bununla bağlı xahiş olunmuşdu. Çünki müsbət cavab verilməli idi”.
Sualları cavablandıran zaman şahid qeyd edib ki, kreditin ayrılmasına sabiq vergilər naziri, mərhum Fazil Məmmədov göstəriş verib: “Amma sonradan kreditin ödənilməməsi bizə məlum oldu. İlin sonunda faizlərin bağlanması zamanı bunu müəyyən etdik. 2019-cu ildə bununla bağlı İqtisad Məhkəməsinə müraciət etdik”.Növbəti proses martın 12-də davam edəcək.
Qeyd edək ki, Zahid Niftəliyev iki il əvvəl rüşvətalma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib. Azadlığa buraxıldıqdan sonra o, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.
İstintaq dövründə Gəncə Apelyasiya Məhkəməsi dövlət ittihamçısının Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.
Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq “AtaBank” ASC-dən götürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir.İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “AtaBank” ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan “AtaBank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.
Qeyd edək ki, Zahid Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub. Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.
-
Трамп подтвердил планы ввести с 4 марта пошлины на товары из Мексики, Канады и Китая
Президент США Дональд Трамп подтвердил, что намерен с 4 марта ввести пошлины в размере 25% на товары из Мексики и Канады.
Об этом он сообщил в соцсети.Трамп подчеркнул, что с этой же даты в отношении товаров из Китая будут введены “дополнительные пошлины в 10%”.
Он мотивировал это решение тем, что “наркотики по-прежнему поступают в нашу страну из Мексики и Канады в очень большом и недопустимом количестве”.
“Большая доля этих наркотиков (…) производится и поставляется Китаем”, – написал президент США.
Напомним, что в начале февраля Трамп подписал указ о пошлинах в 25% на товары, импортируемые из Мексики и Канады, и в 10% – из Китая. Позже президент США объявил о решении отсрочить на месяц введение мер и дать возможность руководству стран принять шаги по урегулированию ситуации.
-
Tramp martın 4-dən Meksika, Kanada və Çindən idxal edilən mallara rüsum tətbiq edəcək
ABŞ Prezidenti Donald Tramp martın 4-dən etibarən Meksika və Kanadadan gətirilən mallara 25 % rüsum tətbiq etmək niyyətində olduğunu təsdiqləyib.
O, bu barədə sosial şəbəkə hesabında məlumat verib.Tramp həmin tarixdən etibarən Çindən gələn mallara da 10 % əlavə rüsumun tətbiq ediləcəyini vurğulayıb.
O, bu qərarı “Meksika və Kanadadan narkotik vasitələrin külli miqdarda daxil olmaqda davam etməsi” ilə əsaslandırıb.
“Bu narkotiklərin böyük hissəsi Çin tərəfindən istehsal olunur və tədarük edilir”, – ABŞ Prezidenti yazıb.
Xatırladaq ki, Tramp fevralın əvvəlində Meksika və Kanadadan idxal edilən mallara 25 %, Çindən gətirilən mallara isə 10 % rüsumun tətbiq edilməsi haqqında fərman imzalayıb.
//report






