Month: February 2025

  • “Bloomberg”in Azərbaycanda akkreditasiyası ləğv edilib

    “Bloomberg” agentliyinin Azərbaycanda müxbir akkreditasiyası ləğv edilib.

    Bu barədə “Report” etibarlı mənbəyə istinadən xəbər verir.

  • Следующее заседание комиссий по делимитации границ Азербайджана и Армении может состояться в марте

    Следующее заседание комиссий по делимитации Азербайджана и Армении может состояться в марте.

    Как передает Median.Az со ссылкой на Sputnik Армения, об этом заявил вице-премьер Армении Мгер Григорян.

    По его словам, до начала второго этапа делимитации предстоит новая встреча комиссий.

    “Я думаю будет еще одна встреча, поскольку еще есть вопросы, которые нужно обсудить”, – сказал он.

    Напомним, что 16 января 2025 г. по итогам очередной встречи комиссий под руководством вице-премьеров Азербайджана и Армении – Шахина Мустафаева и Мгера Григоряна – стороны определили новый участок для делимитации границы. Они согласились начать комплекс работ по делимитации госграницы с северного участка – с района точки стыка границ Азербайджана, Армении и Грузии, и далее в южном направлении – с севера на юг, до границы Азербайджана, Армении с Ираном.

    Последняя встреча комиссий состоялась 15 февраля 2024 года, она прошла в формате видеоконференции.

  • Azərbaycan-Ermənistan delimitasiya komissiyasının növbəti iclası martda keçirilə bilər

    Azərbaycan-Ermənistan delimitasiya komissiyasının növbəti iclası martda keçirilə bilər.

    “Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan deyib.

    Nazir müavini tərəflər arasında hələ müzakirə edilməli olan məsələlərin qaldığını deyib. O, Tavuş istiqamətində delimitasiyanın ikinci mərhələsi üzrə qərarı tərəflər arasında bu məsələdə konsensusun olması ilə izah edib.

  • Qəbələdə güclü qar səbəbindən köməkçi tikilinin dam örtüyü avtomobilin üzərinə aşıb – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qəbələ şəhəri, Məcid Mərdanov küçəsində güclü qar səbəbindən köməkçi tikilinin dam örtüyünün avtomobilin üzərinə aşması barədə məlumat daxil olub.

    Bu barədə FHN-dən bildirilib.

    Daxil olan məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunublar.

    Xilasedicilər müvafiq vasitələrlə avtomobili çökmüş dam örtüyünün altından çıxararaq sahibinə təhvil veriblər.

  • Из Гянджи в Шушу с завтрашнего дня начнет курсировать регулярный автобус

    С 28 февраля запускается регулярный автобусный маршрут из Гянджи в Шушу.

    Об этом заявили в Агентстве наземного транспорта Азербайджана (AYNA).

    Отмечается, что новый рейс организован в рамках программы “Великое возвращение” для обеспечения транспортных услуг жителям освобожденных территорий, а также интеграции Карабаха и Восточного Зангезура в национальную транспортную систему.

  • Gəncədən Şuşaya müntəzəm avtobus reysi istifadəyə veriləcək

    Sabahdan Gəncədən Şuşa şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək.

    Bu barədə Median.Az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    Məlumata görə, məqsəd “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşlara keyfiyyətli nəqliyyat xidmətlərinin göstərilməsi, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkənin nəqliyyat sisteminə inteqrasiyasının təmin olunmasıdır.

    Reyslər Gəncə Beynəlxalq Avtovağzalından hər gün saat 08:00-da, Şuşa şəhərindən Gəncəyə isə 14:45-də həyata keçiriləcək.

    Gəncə-Şuşa-Gəncə reysi üzrə bir istiqamət üçün biletin qiyməti 6,20 manat təşkil edir. Bu reys üzrə Tərtər, Xocalı və Xankəndi şəhərləri aralıq məntəqələr olaraq müəyyən edilib. Gəncə-Xocalı aralıq məntəqəsi üçün biletin qiyməti 5,20 manat, Gəncə-Xankəndi 5,70 manat, Tərtər-Xocalı 2,40 manat, Tərtər-Xankəndi 2,80 manat və Tərtər-Şuşa aralıq məntəqəsi üçün biletin qiyməti 3,30 manatdır.

    Biletləri “biletim.az” portalı üzərindən yalnız onlayn qaydada əldə etmək olar.

    Qeyd edək ki, biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.

  • Комиссия по вопросам помилования провела очередное заседание

    Состоялось второе в 2025 году заседание Комиссии по вопросам помилования при президенте Азербайджана.

    Об этом сообщил член комиссии Рашад Меджид.

    Он отметил, что на заседании было рассмотрено более 100 обращений.

    “Заседание открыл руководитель Администрации президента Самир Нуриев. Каждое обращение было тщательно изучено. Решения принимались путем голосования. Очередное заседание комиссии пройдет на следующей неделе”, – сказал он.

    Отметим, что на предыдущем заседании комиссии было рассмотрено более 100 обращений.

  • Əfv Komissiyasının növbəti iclası keçirilib, baxılan müraciətlərin sayı 200-ü keçib

    Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün ikinci iclası keçirilib.

    Bu barədə Komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

    Rəşad Məcid qeyd edib ki, iclası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev açıb:

    “İclasda 100-dən çox müraciətə baxılıb. Bu müraciətlərə əsasən qəsdən öldürməyə cəhd, sağlamlığa ağır zərərvurma, adam oğurluğuna cəhd, oğurluq və quldurluqla bağlı cinayətlərdə məhkum olunmuş müraciətləri müzakirəyə çıxarılıb. Hər bir müraciət diqqətlə araşdırıldı. Səsvermə ilə qərarlar verildi. Komissiyanın növbəti iclası gələn həftə davam edəcək”.

    Komissiya üzvü qeyd edib ki, əfv məsələləri Prezidentin müstəsna səlahiyyətidir, humanizm və mərhəmət aktıdır:

    “Komissiya iclaslarını yekunlaşdırandan sonra müsbət rəy verilmiş sənədlər toplanaraq cənab Prezidentə təqdim olunacaq. Yəqin ki, yaxın aylarda biz Prezident tərəfindən növbəti əfv sərəncamının imzalmasının şahidi olacağıq”.

    Qeyd edək ki, ötən iclas da 100-dən çox müraciətə baxılıb.

  • Прокурор потребовал для Агададаша Агаева условного наказания

    В Бинагадинском районном суде под председательством судьи Вюсала Тагиева прошло заседание по уголовному делу народного артиста Агададаша Агаева.

    Как сообщает Report, в ходе заседания было объявлено о завершении судебного следствия.

    Прокурор предложил признать Агададаша Агаева виновным в хулиганстве и назначить ему 2 года лишения свободы, применив статью 70 Уголовного кодекса (условное осуждение), позволяющую заменить наказание на условный срок.

    Адвокат Агаева Асим Аббасов попросил время для подготовки защитной речи.

    Кроме того, в ходе другого судебного заседания под председательством судьи Эльчина Агаева прокурор запросил 2 года 6 месяцев лишения свободы для охранника клиники MedEra Нуреддина Джалилова, с которым у народного артиста произошел конфликт. В отношении Джалилова также предложено применить статью 70 УК и назначить условное наказание.

    Защита попросила время для подготовки выступления.

    Следующее судебное заседание назначено на 6 марта.

    Отмечается, что стороны пришли к примирению, в связи с чем обе стороны отозвали гражданские иски. Однако уголовные дела в отношении Агададаша Агаева и Нуреддина Джалилова продолжают рассматриваться в суде.

    Напомним, что инцидент произошел в июле прошлого года. В результате конфликта пострадали Нуреддин Джалилов и уборщица клиники Незакет Пашаева, в которую, по версии следствия, попал брошенный Агаевым топор. Агададашу Агаеву предъявлено обвинение по статье 221.3 Уголовного кодекса (хулиганство с применением предметов, используемых в качестве оружия).

  • Prokuror Ağadadaş Ağayevə cəza istəyib

    Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    “Report”un məlumatına görə, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

    Prokuror çıxışında Ağadadaş Ağayevə xuliqanlıqda təqsirli bilinərək 2 il azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə həmin cəzanın şərti hesab olunmasını istəyib.

    Ağadadaş Ağayevin vəkili Asim Abbasov müdafiə çıxışı üçün vaxt istəyib.

    Həmçinin, hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən digər prosesdə dövlət ittihamçısı xalq artisti ilə mübahisə edən “MedEra” hospiatlın mühafizəçisi Nurəddin Cəlilovun isə 2 il 6 ay azadlıqdan məhrum edilməsini, onun barəsində də Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə cəzasının şərti hesab olunmasını istəyib.

    Müdafiə tərəfi çıxış üçün vaxt istəyib.

    Məhkəmənin növbəti tarixi 6 marta təyin olunub.

    Qeyd edək ki, sözügedən məsələ ilə bağlı tərəflər barışıblar. Həmçinin Ağadadaş Ağayevin “MedEra” hospitala, eləcə də hospitalın xalq artistinə qarşı qaldırdığı mülki iddiaya da xitam verilib.

    Lakin həm Ağadadaş Ağayevin, həm də Nurəddin Cəlilovun barəsində açılan cinayət işləri üzrə məhkəmə prosesləri davam edir.

    Xatırladaq ki, hadisə ötən ilin iyul ayında baş verib.

    Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva xalq artistinin cinayət işində zərərçəkən qismində tanınıb.

    Eləcə də, onun mübahisə etdiyi Nurəddin Cəlilov barəsində də cinayət işi açılıb.

    Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.