Month: February 2025

  • На Филиппинах при пожаре погибли восемь человек

    Пожар произошел в трехэтажном жилом здании в городе Кесон-Сити в столичном регионе Филиппин. В результате инцидента погибли восемь человек, в том числе один ребенок.

    Как передает Median.Az со ссылкой на зарубежные СМИ, об этом сообщили в Бюро пожарной охраны (BFP) страны.

    Кроме того, один человек пострадал.

    Возгорание произошло около 11 утра, спустя три часа пожарным удалось потушить пламя.

    Отмечается, что на место происшествия были направлены 24 пожарные машины и три бригады скорой помощи.

    Общая сумма ущерба оценивается в 3,6 млн филиппинских песо ($62 тыс.). Правоохранителям предстоит установить причины возгорания.

  • Filippində yanğın baş verib, 8 nəfər ölüb

    Filippinin Keson-Siti şəhərində üçmərtəbəli yaşayış binasında yanğın baş verib.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Yanğından Mühafizə Bürosu (BFP) məlumat yayıb.

    Hadisə nəticəsində biri uşaq olmaqla 8 nəfər ölüb, bir nəfər isə yaralanıb.

    Yanğın səhər saat 11 radələrində başlayıb, yanğınsöndürənlər alovu 3 saatdan sonra söndürə biliblər.

    Qeyd olunub ki, hadisə yerinə 24 yanğınsöndürən maşın və üç təcili tibbi yardım briqadası göndərilib.

    Yanğın nəticəsində dəymiş zərərin 3,6 milyon Filippin pesosu (62 min dollar) olduğu bildirilib.

  • Автобус BakuBus занесло на скользкой дороге

    Сегодня около 10:18 курсирующий по регулярному маршруту №508 автобус, принадлежащий ООО BakuBus, съехал на обочину из-за гололеда.

    Как сообщает Report со ссылкой на компанию, инцидент произошел при выезде с остановки на фоне интенсивного снегопада.

    Автобус не получил повреждений. Пассажиры продолжили путь на другом автобусе, осуществляющем пассажироперевозки по тому же маршруту.

    “После поступления в Центр мониторинга информации об инциденте, транспортное средство было оперативно эвакуировано с территории. Автобус вновь запущен на линию”, – сообщили в BakuBus.

  • “BakuBus”un avtobusu qarda sürüşərək yolun kənarına düşüb

    Bu gün saat 10:18 radələrində “BakuBus” MMC-nin balansındakı 508 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus sürüşərək yolun kənarına düşüb.

    Hadisə intensiv yağan qar səbəbindən nəqliyyat vasitəsi dayanacaqda hərəkətə başlayarkən baş verib.

    Sürücünün verdiyi ilkin məlumata əsasən, avtobusda heç bir zədə yoxdur. Sərnişinlər həmin xətt üzrə hərəkət edən digər avtobusda səfərlərini davam etdirib.

    Monitorinq Mərkəzinə hadisə barədə məlumat daxil olduqdan sonra, nəqliyyat vasitəsi yolun kənarından çıxarılıb. Artıq onun fəaliyyəti bərpa edilib.
    //report

  • Fevral ayı üzrə müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlar ödənilib

    Bu ilin fevral ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da yekunlaşdırılıb.

    Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

    Qeyd edək ki, fevralın 11-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, fevralın 25-də isə bölgələrdə yaşayan şəxslərin pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

  • Maykl Cordanın rekordu təkrarlanıb

    ABŞ-nin “Çikaqo” klubunun basketbolçusu Coş Qiddi Milli Basketbol Assosiasiyasında (NBA) əfsanəvi Maykl Cordan və Klem Haskinsin rekordunu təkrarlayıb.

    22 yaşlı idmançı buna “Los-Anceles Klippers”ə uduzduqları (117:122) matçda nail olub.

    O, bu görüşdə dabl-dablla (21 xal, 12 assist) yadda qalıb. Avstraliyalı basketbolçu ardıcıl dördüncü qarşılaşmada 20-dən çox xal toplayıb və dabl-dabl edib.

    “Çikaqo” tarixində bunu daha əvvəl Maykl Cordan və Klem Haskins bacarıb.
    //report

  • Cəlilabad sakinindən tapança aşkarlanıb

    Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 45 yaşlı Cavid Niftioğlu saxlanılıb.

    DİN-in Mətbuat Xidməti Lənkəran regional qrupundan verilən məlumata görə, həmin şəxsdən 1 ədəd “Beretta” markalı tapança aşkarlanıb.

    Məhkəmənin qərarı ilə C.Niftioğlu barəsində həbs qətimkan tədbiri seçilib.

  • Завтра в высокогорных районах Азербайджана ожидается до 22 градусов мороза

    28 февраля в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно, преимущественно без осадков.

    Как сообщили в Национальной службе гидрометеорологии, с утра в некоторых районах возможен мокрый снег и снег.

    Будет преобладать умеренный северо-западный ветер, который днем местами усилится. Температура воздуха ночью составит 1-4° мороза, днем – от 1° мороза до 2° тепла. Атмосферное давление выше нормы – 767 мм ртутного столба. Относительная влажность воздуха составит 70-80%. Ночью и утром на некоторых дорогах образуется гололед.

    В районах Азербайджана преимущественно без осадков, однако в некоторых восточных районах временами ожидаются осадки в виде снега, местами интенсивные. В отдельных районах прогнозируется туман. Умеренный западный ветер днем местами усилится.

    Температура воздуха ночью составит 1-6° мороза, днем – 5-10° тепла, в горах ночью 10-15, в высокогорных районах – 17-22, днем – 0-5° мороза. На дорогах образуется гололед.

  • Fevral ayının son gününə olan hava proqnozu açıqlanıb

    Bakıda və Abşeron yarımadasında fevralın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhərdən bəzi yerlərdə arabir sulu qar, qar yağacağı gözlənilir.

    Mülayim şimal-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək.

    Havanın temperaturu gecə 1-4° şaxta, gündüz 1° şaxtadan 2°-dək isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

    Gecə və səhər bəzi yollar buz bağlayacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə 17-22° şaxta, gündüz 0-5° şaxta olacaq. Bəzi yollar buz bağlayacaq.

  • Bakıda əvvəl oğurluq etdiyi evdə yenidən eyni əməli törədən şəxs saxlanılıb

    Bakıda əvvəl oğurluq etdiyi evdə yenidən eyni əməli törədən şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, fevralın 22-də paytaxtın Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

    Əməli törətməkdə şübhəli bilinən 18 yaşlı T.Hüseynzadə saxlanılıb. Araşdırmalarla onun həmin evdən əvvəllər 12 min manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da məlum olub.

    Faktla bağlı araşdırma aparılır.