Month: February 2025

  • Banklar süni intellekt səbəbindən bütün dünyada işçilərini ixtisar etməyə başlayır

    Bütün dünyada banklar süni intellektin (Sİ) tətbiqi fonunda işçilərini ixtisar etməyə başlayır.

    Bu barədə “The Banker” nəşri məlumat yayıb.

    Sinqapurun DBS bankı Sİ səbəbindən iş yerlərində əhəmiyyətli ixtisarlar elan edən ilk böyük Asiya bankı olub. DBS-in baş direktoru Piyuş Qupta bildirib ki, yaxın üç il ərzində bankın işçi heyəti 10 % azalacaq.

    Bənzər tədbirlər barədə İtaliyanın “Intesa Sanpaolo” bankı da məlumat verib. Analitiklərin proqnozlarına görə, Sİ-nin bank sektorundakı əmək bazarına təsiri yalnız güclənəcək. Növbəti beş il ərzində 200 minə qədər insan süni intellektlə əvəzlənəcək.

    İxtisarlara baxmayaraq, bank sektorunda Sİ ilə işləmək üçün yeni iş yerləri də yaranır.

  • Polisdən maliyyə piramidalarına qarşı ƏMƏLİYYAT: 500 min manatlıq dələduzluq sistemi ifşa edildi – VİDEO

    Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə investisiya şirkəti adı altında fəaliyyət göstərən “First Zenit Capital” səhifəsinin “Shopify” beynəlxalq elektron ticarət portalında dövr etdirmək vədi ilə müxtəlif şəxslərin pul vəsaitlərini ələ keçirdiyi barədə çoxsaylı şikayətlər daxil olub.

    Bu barədə DİN məlumat yayıb.

    Bildirilib ki, araşdırmalarla həmin şirkətin investisiya layihələri ilə məşğul olmadığı, elektron piramida dələduzluq sistemi əsasında fəaliyyət göstərdiyi və insanları ələ almaq məqsədilə yüksək məbləğdə qazanc vəd etdikləri müəyyən edilib.

    Bu məqsədlə sosial şəbəkələrdə mütəmadi olaraq “First Zenit Capital” şirkətinin reklamları paylaşılıb şirnikləndirici elanlar yerləşdirilib. Əməliyyat zamanı həmin şirkətin təsisçi-direktoru Kərim Bəşirzadə və onunla birgə bu qanunsuz əməlləri törədən Taleh Əlizadə müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla onların bu yolla zərərçəkənlərin 500 min manata yaxın pulunu ələ keçirdikləri məlum olub.

    Saxlanılan şəxslərdən dələduzluq əməlləri zamanı istifadə etdikləri bank kartları və digər elektron sübutlar aşkarlanaraq götürülüb.

    Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. K.Bəşirzadə və T.Əlizadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-texniki tədbirlər davam etdirilir. “First Zenit Capital” şirkətinin qanunsuz fəaliyyətindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər:

    “Sonda bir daha vətəndaşları sosial şəbəkələrdə qarşılaşdıqları və iqtisadi əsaslara söykənməyən piramida dələduzluq sxemlərinə, həmçinin yatırım adı altında şişirdilmiş qazanc vəd edən tətbiqlərə inanmamağa çağırırıq”.

  • Girov götürüldü, kibercinayətkarlığa məcbur edildi – İrandan Azərbaycana ilginc qaçış

    İran vasitəsi ilə Türkiyədən qaçıb Biləsuvarda saxlanılan azərbaycanlı gəncə bəraət verilib.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, 1998-ci ildə Gəncə şəhərində anadan olmuş V.H. Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin Biləsuvar sərhəd nəzarət şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Onun barəsində Cinayət Məcəlləsinin 29, 318.1-ci maddələri ilə cinayət işi açılaraq, baxılması üçün məhkəməyə göndərilib.

    Məhkəmədə məlum olub ki, V.H. Türkiyədə cinayətkar qrup tərəfindən girov götürülərək, dövlət qurumlarında çalışan məmurların hesablarına müdaxilə etməklə həmin hesablarda olan pulların mənimsənilməsinə məcbur edilib.

    Belə ki, V.H. 2016-cı ildən Türkiyədə Mersin Dövlət Universitetində təhsil almağa başlayıb. 17 iyul 2021-ci il tarixindən Mersin şəhərində işləyib, yaşamağa başlayıb. O, Türkiyədə yaşadığı zaman özünə məxsus bank kartlarına xəbəri olmadan və tanımadığı şəxslər tərəfindən qeyri-qanuni köçürmələr həyata keçirilməsi barədə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. V.H. 2022-ci ilin oktyabr ayından dələduzluq cinayətini törətməkdə ittiham edilərək həbs olunub, 17 iyun 2023-cü il tarixində azadlığa buraxılıb.

    Lakin azadlıqda olduğu müddətdə tanımadığı şəxslər tərəfindən bank kartına təkrarən müdaxilələr edilərək, qanunsuz pul köçürmələri həyata keçirildiyindən yenidən 6 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. O, həmin hökmdən narazı olduğuna görə apellyasiya şikayəti versə də, şikayəti təmin edilməyib. Türkiyə qanunvericiliyinə əsasən, cəzası 3 il 4 aya endirilib.

    V.H. 2024-cü ilin yanvar ayında tutulub və cəzaçəkmə müəssisəsinə göndərilib. Cəzasının altı aynı “Sincan 4” nömrəli “L” tipli cəzaçəkmə müəssisəsində, dörd ayını isə açıq tipli cəzaçəkmə müəssisəsində çəkdikdən sonra – 28 may 2024-cü il tarixində polisin nəzarəti altında azadlığa buraxılıb.

    Bir ay sonra yaşaması üçün internet üzərindən iş axtarmağa başlayıb və sosial şəbəkələr vasitəsilə Ərzurum şəhərində bir şirkətdə iş tapıb. Həmin müəssisədə işə qəbul edilib və qurumun mühasibatlıq işlərini aparmağa başlayıb. Təxminən 20 gün həmin şirkətdə rəsmi şəkildə işləyib, daha sonra isə rəhbərlik onu ofis şəraitindən ev şəraitinə keçirib.

    Lakin həmin şirkəti idarə edən dörd nəfər hazırda xatırlamadığı tarixdə onun yaşadığı evə gələrək, şəxsiyyət vəsiqəsini, pasportunu və digər hüquq müəyyənedici sənədlərini əlindən alıblar, onu qanunsuz işlər görməyə məcbur ediblər. Belə ki, həmin şəxslər üçüncü şəxslərin hesablarında müvafiq əməliyyatlar apararaq, həmin hesablarda olan pulların mənimsənilməsini ondan tələb ediblər. Onların tələbi ilə əməliyyatları əvvəllər yalnız sadə vətəndaşlara qarşı etsə də, sonradan dövlət qurumlarına qarşı da həyata keçirməyə başlayıb.

    Məcburi kibercinayətkarlığa cəlb edilən V.H. gizli şəkildə İrana qaçmalı olub. Təbriz şəhərində yerləşən Azərbaycan Respublikasının Baş Konsulluğuna gedərək, başına gələnlər barədə məlumat verib və ona ölkəsinə qayıtmaq üçün kömək etmələrini xahiş edib. Konsulluqda V.H.-ya İran İslam Respublikası ərazisinə qanunsuz keçdiyinə görə həmin ölkədə cinayət məsuliyyətinə cəlb ediləcəyi deyilib.

    İranda həbs olunmasından qorxan V.H. özü Azərbaycan sərhəd-buraxılış məntəqəsinə gedərək, sərhəd nəzarətçilərinə özünü təqdim etməyə qərar verib. O, hərəkətdə olan TIR-ın yanı ilə iti addımlarla İran dövlət sərhədini keçib və neytral zonaya daxil olmağı bacarıb. Yük avtomobilinin yanı ilə qaçaraq hərəkət etməklə, Azərbaycan dövlət sərhədi istiqamətində irəliləyib. V.H. özünü könüllü olaraq Biləsuvar sərhəd naryadına təqdim edərək, başına gələn hadisələri danışıb.

    Məhkəmənin qərarı ilə V.H Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz hesab edilib və əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilib.

  • Мария Захарова о закрытии “Русского дома” и редакции Sputnik в Азербайджане

    Глава пресс-службы МИД России Мария Захарова прокомментировала закрытие “Русского дома” и редакции Sputnik в Азербайджане.

    “Мы находимся в контакте с азербайджанской стороной по этому вопросу. Довели до сведения азербайджанских коллег нашу позицию по этому вопросу. Для нас это действительно важный вопрос, думаю, что не менее важный и для Баку”, – сказала она на брифинге.

    Захарова отметила, что российская сторона прекрасно понимает аргументацию.

    “Да, действительно закон есть закон, никто не спорит. Но всегда можно найти возможность для разрешения и урегулирования ситуации”, – добавила она.

    Напомним, что после информирования российской стороны о том, что российский информационно-культурный центр – представительство “Россотрудничества” в Азербайджане – “Русский дом” не имеет регистрации в качестве юридического лица и нарушает законодательство Азербайджана, была направлена нота российской стороне о прекращении деятельности “Русского дома”.

    Кроме того, представительство “Россия Сегодня” (Sputnik) в Азербайджане было ликвидировано. Они могут пройти аккредитацию только для одного корреспондента.

  • Mariya Zaxarova “Rus Evi”nin və “Sputnik” redaksiyasının Azərbaycanda bağlanması ilə bağlı danışdı

    Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Mariya Zaxarova Azərbaycanda “Rus Evi”nin və “Sputnik” redaksiyasının bağlanmasına münasibət bildirib.

    “Biz bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə təmasdayıq. Öz mövqeyimizi azərbaycanlı həmkarlarımızın diqqətinə çatdırmışıq və bunun bizim üçün həqiqətən də vacib məsələ olduğunu bildirimişik. Hesab edirəm ki, bu, Bakı üçün də az əhəmiyyət kəsb etmir”, – deyə o bildirib.

    Zaxarova qeyd edib ki, Rusiya tərəfi arqumentləri mükəmməl başa düşür.

    “Bəli, qanun həqiqətən qanundur, heç kim mübahisə etmir. Ancaq vəziyyəti həll etmək və nizamlamaq üçün hər zaman fürsət tapmaq olar”, – deyə o bildirib.

    Qeyd edək ki, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra rəsmi Bakı fevralın 3-də “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərib.

    Bundan əlavə, “Russia Today”in (“Sputnik”) Azərbaycandakı nümayəndəliyi ləğv edilib. Onlar yalnız bir müxbir üçün akkreditə oluna bilər.

  • Ильхам Алиев и Умару Сисоку Эмбало выступили с заявлениями для прессы

    27 февраля Президент Азербайджанской Республики Ильхам Алиев и его бисайский коллега Умару Сисоку Эмбало выступили с заявлениями для прессы.

    Как сообщает АЗЕРТАДЖ, сначала с заявлением выступил Президент Азербайджана.

    Заявление

    Президента Ильхама Алиева

    – Уважаемый господин президент, мой дорогой брат.

    Дорогие гости, дамы и господа, добро пожаловать. Мой дорогой брат, рады видеть вас снова. У меня остались очень хорошие воспоминания о Вашем последнем визите в ноябре на конференцию COP29, и я пригласил господина президента посетить Азербайджан с официальным визитом. Я рад, что он принял мое приглашение. Итак, сегодня президент посещает нас во второй раз. Это является подтверждением тесных братских отношений между нашими странами и показывает, что мы действительно работаем вместе как братья и друзья и продолжим это делать.

    Этот визит является историческим. Впервые президент Гвинеи-Бисау посещает нас с официальным визитом. Мы уже обсудили важные вопросы нашей двусторонней повестки дня и договорились об укреплении наших усилий по развитию партнерства во всех областях. Политические отношения очень хорошие, и я снова хотел бы сказать, что лучшим показателем этого является второй визит президента.

    Также мы всегда поддерживаем друг друга в рамках международных институтов и будем продолжать это делать, в первую очередь в Организации Объединенных Наций и других институтах, таких как Организация исламского сотрудничества и Движение неприсоединения.

    На экономическом направлении мы договорились, что нам будут предоставлены конкретные проекты инвестиционных возможностей, и мы их рассмотрим. Я уверен, что мы найдем точки соприкосновения в этом вопросе, так как уже осуществляем инвестиции во многие страны. И, конечно же, мы будем рады возможности рассмотреть конкретные проекты.

    Мы также считаем, что есть хорошие перспективы для сотрудничества в сфере оборонной промышленности и обороны. Господин Президент в ходе визита посетит одну из военных частей Азербайджана, где ему будет также представлена презентация об оборонной промышленности Азербайджана, которая может заинтересовать наших друзей.

    Таким образом, повестка дня сейчас очень насыщенная. Самое важное – это наши тесные братские отношения, взаимная поддержка в международных организациях и конкретные проекты. Мы хотим их реализовать, поскольку политические отношения создают для этого платформу.

    Я надеюсь, мой дорогой брат, что Вы снова посетите нас. Господин президент также пригласил меня посетить его страну. Я с удовольствием это сделаю, чтобы продолжить наш плодотворный диалог.

    Еще раз, добро пожаловать.

    Х Х Х

    Затем с заявлением выступил президент Республики Гвинея-Бисау.

    Заявление


    Президента Республики Гвинея-Бисау

    – Большое спасибо, дорогой брат, Президент Алиев.

    Мне приятно быть сегодня в Баку и возобновить наши отношения. Я помню, что во времена Советского Союза здесь училось много наших технических специалистов. Завтра сюда прибудет первая команда для обучения в армии и полиции. Это очень важно для нас.

    Мы здесь сегодня, чтобы возобновить наше сотрудничество во многих областях, включая здравоохранение, образование, военную сферу и сферу безопасности. Мы уверены, что этот визит не только станет возможностью встретиться с вами, но и принесет пользу нашим двум странам.

    Господин Президент, Гвинея-Бисау и Азербайджан – дружественные друг другу страны. У нас также есть некоторые общие взгляды. Вот почему мы проводим консультации. Вопросы в рамках ООН и ОИС, членами которых мы являемся, очень важны для нас.

    Во время нашей встречи с глазу на глаз мы обсудили много вопросов международного значения, договорились о взаимной поддержке. Считаю это очень важным. Это дает нам цель для совместной работы, чтобы увидеть пути для сближения наших стран.

  • İlham Əliyev və Umaru Sisoku Embalo mətbuata bəyanatlarla çıxış ediblər

    Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo mətbuata bəyanatlarla çıxış ediblər.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti mətbuata bəyanatla çıxış edib.

    Prezident İlham Əliyevin bəyanatı

    – Hörmətli cənab prezident, əziz qardaşım.

    Əziz qonaqlar, xanımlar və cənablar.

    Əziz qardaşım, xoş gəlmisiniz. Bir daha Sizə “Xoş gəlmisiniz!” deyirəm. Sizin son səfəriniz yadımdadır, noyabr ayında COP29 konfransında iştirak etmək üçün ölkəmizdə oldunuz. Mən cənab prezidenti Azərbaycana rəsmi səfərə dəvət etdim və şadam ki, o, mənim dəvətimi qəbul etdi. Beləliklə, bu gün cənab prezident artıq ikinci dəfədir ki, ölkəmizdədir. Bu, bizim sıx qardaşlıq münasibətlərimizin aydın təzahürüdür. Bu onu göstərir ki, biz qardaş və dost kimi birgə işləyirik və bunu davam etdirəcəyik.

    Bu səfər tarixi səfərdir. İlk dəfədir ki, Qvineya-Bisaunun prezidenti rəsmi səfərə gəlib. Biz artıq ikitərəfli gündəliyə aid olan mühüm məsələləri müzakirə etdik və belə razılığa gəldik ki, tərəfdaşlığımızı bütün sahələrdə gücləndirək. Siyasi münasibətlər çox yaxşıdır. Bir daha qeyd etmək istəyirəm, bunun ən yaxşı təzahürü ondan ibarətdir ki, cənab prezident ölkəmizə ikinci dəfədir, səfər edir. Beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləyirik, bunu belə də davam etdirəcəyik. BMT və digər beynəlxalq təsisatlarda, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında bir-birimizi dəstəkləyirik.

    Biz iqtisadi sahədə belə bir razılığa gəldik ki, konkret layihələr, investisiya imkanları müəyyən edilsin. Əminəm ki, beləliklə, biz ümumi məxrəcə gəlib çıxacağıq. Çünki biz artıq bir çox ölkələrə sərmayələr yatırırıq. Əlbəttə, biz məmnun olardıq ki, konkret layihələr fürsətlərini nəzərdən keçirək. Biz, həmçinin hesab edirik ki, bu, müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq etmək üçün fürsət yaradır. Cənab prezident Azərbaycanın hərbi hissələrinin birində olacaq və ona, o cümlədən müdafiə sənayesi haqqında təqdimat ediləcək. Bu, ola bilsin ki, bizim dostlarımız üçün maraqlı olsun.

    Bir sözlə, gündəlik genişdir, ən vacibi isə odur ki, bizim dost, qardaş münasibətlərimiz var, beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləyirik və biz konkret layihələri icra etməliyik. Çünki siyasi münasibətlər bunun üçün bir platforma kimi xidmət edir.

    Ümid edirəm ki, əziz qardaşım, Siz bir daha ölkəmizə gələcəksiniz. Həmçinin cənab prezident məni öz ölkəsinə səfərə dəvət etdi. Məmnunluqla bunu edəcəyəm və biz öz məhsuldar dialoqumuzu davam etdirəcəyik. Bir daha xoş gəlmisiniz.

    Sonra Qvineya-Bisau Respublikasının prezidenti mətbuata bəyanatla çıxış etdi.

    Prezident Umaru Sisoku Embalonun bəyanatı

    – Çox sağ olun, əziz qardaşım Prezident Əliyev.

    Bu gün burada – Bakıda olmaqdan və münasibətlərimizə yenidən nəzər salmaqdan məmnunam. Çünki xatirimdədir ki, hələ Sovet İttifaqı vaxtlarında bir çox texniki heyət üzvlərimiz burada təhsil almışdır. Sabah ilk heyətimiz buraya polis və hərbi məktəblərdə təlim üçün gələcək. Bu, bizim üçün çox vacibdir. Bu gün biz bu əlaqələri yeniləmək üçün buradayıq.

    Əməkdaşlıq üçün sahə çoxdur – səhiyyə, təhsil, hərbi və təhlükəsizlik sahələri var. Əminik ki, bu səfər Sizi görməklə bərabər, ölkələrimiz üçün də faydalı olacaq.

    Cənab Prezident, Qvineya-Bisau və Azərbaycan iki dost ölkədir, bizim amallarımız ümumidir. Bir sıra vacib məsələlər üzrə əminlik var. BMT və İƏT çərçivəsində əməkdaşlıq edirik. Biz də, siz də həmin iki təşkilatın üzvüyük.

    Təkbətək görüşdə biz beynəlxalq münasibətlərə aid çox məsələləri müzakirə etdik və bir-birimizi dəstəkləməklə bağlı razılığa gəldik. Düşünürəm ki, bu, daha vacibdir. Birgə işləmək üçün hədəfləri müəyyən edə bilərik. Əl-ələ verib ölkələrimizi daha yaxın etmək üçün işləyə bilərik.

  • В ходе ланча состоялась встреча Ильхама Алиева с Умару Сисоку в расширенном составе

    27 февраля в ходе ланча состоялась встреча Президента Азербайджанской Республики Ильхама Алиева с бисайским коллегой Умару Сисоку Эмбало в расширенном составе.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyevin Qvineya-Bisau prezidenti ilə lanç əsnasında geniş tərkibdə görüşü olub

    Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo ilə lanç əsnasında geniş tərkibdə görüşü olub.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Bakıda narkopriton əməliyyatı – SAXLANILANLAR VAR (FOTO / VİDEO)

    Bakı şəhərinin Nizami rayonunda narkopriton aşkar edilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin keçirdiyi tədbirlə rayon ərazisində narkotik vasitələrin qəbul edildiyi məkan aşkarlanıb.

    Həmin evdə narkotiklərin istifadəsinə şərait yaradan, əvvəllər məhkum olunmuş 38 yaşlı Kənan Alşarov, 59 yaşlı Etibar Babayev, 50 yaşlı Zaur Fətiyev, 39 yaşlı Samir Məmmədov və daha bir qadın saxlanılıb. Ünvana və saxlanılanların üzərinə baxış zamanı psixotrop maddə olan metamfetamin və narkotiklərin qəbulunda istifadə edilən ləvazimatlar aşkarlanıb.

    Bundan başqa, rayonun Keşlə qəsəbəsində həyata keçirilən digər əməliyyatla narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 21 yaşlı Əyyub Həsənli saxlanılıb. Ondan satış məqsədilə əldə etdiyi 3 kiloqram heroin və 1 kiloqram 500 qram metamfetamin aşkarlanıb. O, sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib.

    Faktlarla bağlı araşdırmalar və əməliyyat-istintaq tədbirləri davam etdirilir.