Month: February 2025

  • Google выделит $5 млрд на обучение граждан Польши работе с ИИ

    Американская корпорация Google обучит работе с искусственным интеллектом (ИИ) 1 млн граждан Польши.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщил премьер-министр Польши Дональд Туск после встречи с генеральным директором Google Сундаром Пучаи.

    “Google приступит к реализации образовательного проекта и обучит 1 млн поляков использованию современных технологий, в том числе искусственного интеллекта”, – сказал польский премьер на пресс-конференции.

    На эти цели американская корпорация выделит $5 млрд в течение пяти лет.

    Кроме того, польский Фонд развития и Google подписали меморандум о стратегическом партнерстве в области внедрения ИИ, заявил Пучаи. По его словам, широкое использование этой технологии позволит экономике Польше вырасти на 8%.

  • “Google” Polşa vətəndaşlarının süni intellektlə işləməyi öyrənməsi üçün 5 milyard dollar ayıracaq

    ABŞ-nin “Google” korporasiyası 1 milyon Polşa vətəndaşına süni intellektlə (AI) işləməyi öyrədəcək.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk “Google”un baş icraçı direktoru Sundar Piçay ilə görüşdən sonra bildirib.

    “Google” layihənin həyata keçirilməsinə başlayacaq və 1 milyon Polşa vətəndaşına müasir texnologiyalardan, o cümlədən süni intellektdən istifadəni öyrədəcək”, – Baş nazir mətbuat konfransında qeyd edib.

    ABŞ korporasiyası bu məqsədlər üçün beş il ərzində 5 milyard dollar ayıracaq.

    Bundan əlavə, S.Piçayın sözlərinə görə, Polşanın İnkişaf Fondu və “Google” süni intellektin tətbiqi sahəsində strateji tərəfdaşlıq haqqında memorandum imzalayıb. O bildirib ki, bu texnologiyadan geniş istifadə Polşa iqtisadiyyatının 8 % böyüməsinə imkan verəcək.

  • Апелляционный суд вынес решение в отношении Шахназ Бейляргызы

    Суд вынес решение в отношении задержанной по делу Toplum TV Шахназ Бейляргызы.

    Как сообщает Report, на заседании Бакинского апелляционного суда рассмотрена апелляционная жалоба на избранную в отношении нее меру пресечения в виде ареста.

    Согласно решению, апелляционная жалоба не была удовлетворена, а решение суда первой инстанции оставлено в силе.

    Отметим, что Шахназ Бейляргызы задержана 5 февраля текущего года, по решению суда в отношении нее избрана мера пресечения в виде ареста. Ш.Бейляргызы обвиняется в контрабанде.

  • Məhkəmə Şahnaz Bəylərqızı barəsində qərar verib

    Məhkəmə “Toplum TV” işi üzrə saxlanılan Şahnaz Bəylərqızı barəsində qərar verib.

    Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən şikayətə baxılıb.

    Qərara əsasən, şikayət təmin olunmayıb və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

    Qeyd edək ki, Şahnaz Bəylərqızı bu ilin fevral ayının 5-də saxlanılıb. Daha sonra barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin qaçaqmalçılıq maddəsi ilə ittiham olunub.

    Xatırladaq ki, ötən il “Toplum TV” internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib. DİN-in yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.
    Akif Qurbanov, Ələsgər Məmmədli və daha bir neçə nəfər saxlanılıb.

    Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
    //report

  • Azərbaycanda işə qəbul: CV-yə baxan varmı?

    “Zəhmət olmasa, CV göndərin”

    Azərbaycanda işə qəbul olunmaq istəyən şəxslərin əksər hallarda eşitdikləri ilk söz bu olur.

    İş yerlərində vakant vəzifələrə iddiaçılardan adətən “Curriculum Vitae” (Tərcümeyi-hal) sənədi və yaxud qısa formada CV tələb olunur. Bir çox məlumatların, o cümlədən namizədin təhsilinin və iş təcrübəsinin əks olunduğu CV Azərbaycanda işə qəbulda nə dərəcədə rol oynayır? Ona baxan varmı? “Report” mövzunu insan resursları (HR) üzrə mütəxəssislərlə müzakirə edib.

    Onların sözlərinə görə, 10-15 il bundan əvvələ qədər Azərbaycanın əmək bazarında CV böyük önəm kəsb etməsə də, hazırda vəziyyət tamamilə fərqlidir. Bu sənədin düzgün və dolğun formada hazırlanıb təqdim olunması namizədin işə qəbul şansını xeyli artırır.

    “Bu sənəd peşəkarlıq, təcrübə və bacarıq barədə məlumat verir”

    “Global Media Group” MMC-yə daxil olan “Global Management” MMC-nin insan resursları üzrə baş meneceri Mələknaz Yusifova deyir ki, işə qəbul prosesində yaxşı tərtib edilmiş CV-nin rolu çox böyükdür. Onun sözlərinə görə, CV namizəd haqqında ilkin təəssürat yaradır və işəgötürənlərə həmin şəxsin peşəkarlığı, təcrübəsi və bacarıqları barədə məlumat verir.

    Mələknaz Yusifova
    Mələknaz Yusifova
    “CV-də namizədin əsas bacarıq və təcrübələrinin qısa təsvirinin, işəgötürənə namizədin peşəkar baxışlarını təqdim edən qısa giriş hissəsinin, aldığı təhsil və ixtisas üzrə məlumatların, peşəkar və texniki bacarıqların, şəxsi keyfiyyətlərin, bildiyi dillərin və onların səviyyələrinin, əvvəlki iş yerlərinin, gördüyü işlərin və əsas nailiyyətlərinin olması çox vacibdir. Təqdim olunan məlumatlar dəqiq, aydın və konkret olmalıdır: İş təcrübəsi bölməsində namizədin çalışdığı müəssisələrdə yerinə yetirdiyi işlər qısa və anlaşılan şəkildə qeyd edilməlidir. Müraciət edilən vakansiyanın tələblərinə uyğun CV hazırlamaq və onun dizaynına diqqət yetirmək peşəkarlığın göstəricisidir”, – deyə o qeyd edib.

    “CV-də səhvlərə yol verirlər”

    M.Yusifova deyir ki, bəzən namizədlər CV-də bir sıra səhvlərə yol verirlər: “Bu səhvlər işə qəbul prosesində onların şanslarını azalda bilər. Birinci yanlışlıq CV-nin standart formada – şablon üzrə hazırlanmasıdır. Halbuki müxtəlif peşələr üçün CV-nin məzmunu və dizaynı fərqli olmalıdır. Dizaynerlər və yaradıcı sahədə çalışanlar üçün CV vizual baxımdan cəlbedici və fərqli üslubda olmalı, namizədin yaradıcılıq qabiliyyətini əks etdirməli, fərqli düşünmə bacarığını göstərməlidir. Jurnalistlər üçün CV informativ və məzmun baxımından dolğun olmalıdır. Burada yazdığı məqalələrdən və reportajlardan nümunələr yer almalıdır. Maliyyəçi və hüquqşünaslar üçün rəsmi üslubda, ciddi, strukturlaşdırılmış CV hazırlanmalıdır. Bu sahədə çalışan şəxslərin analitik-hüquqi bilikləri vurğulanmalıdır. Mühəndis və texniki ixtisas sahibləri üçün CV-də həyata keçirdikləri layihələr, istifadə etdikləri proqram təminatları, konkret texniki bacarıqlar qeyd olunmalıdır. İnformasiya texnologiyaları mütəxəssisləri üçün CV-də proqramlaşdırma dilləri, işlədikləri platformalar və həyata keçirdikləri layihələr haqqında ətraflı məlumat verilməlidir”.

    “İkinci yanlışlıq CV-də məlumatların həddindən çox və ya az – natamam verilməsidir. Bəzi namizədlər işəgötürəni maraqlandıracaq əsas məqamları vurğulamaq əvəzinə, uzun və lazımsız detallara yer verirlər. Üçüncü yanlışlıq dil və qrammatik səhvlərin olmasıdır. İşəgötürən üçün namizədin yazı üslubu və diqqətliliyi çox önəmlidir. Səhvlərlə dolu CV namizədin qeyri-peşəkar təsir bağışlamasına səbəb ola bilər. Dördüncü yanlışlıq CV-nin bütün vakansiyalar üçün eyni şəkildə göndərilməsidir. Hər iş yerinə uyğun olaraq CV-nin müəyyən hissələrini uyğunlaşdırmaq lazımdır. “Beşinci yanlışlıq şəxsi foto seçimidir. CV-də qeyri-rəsmi və peşəkar görünməyən şəkillərin istifadə edilməsi düzgün deyil”, – deyə HR mütəxəssisi əlavə edib.

    İşəgötürənlər namizəd seçimində nəyə üstünlük verir?

    Təlimçi və iş dünyası mentoru İlham Musayev hesab edir ki, CV-nin mövcudluğu vacib olsa da, onun məzmunu daha önəmlidir.

    “CV lazımi informasiyanı əhatə etməli və müasir dövrün tələblərinə uyğun bacarıqları əks etdirməlidir. İşəgötürənlər namizəd seçimində aşağıdakı şəxsi keyfiyyətlərə xüsusi önəm verirlər:

    Kreativlik və innovativ düşüncə tərzi – Yeni ideyalar təqdim etmək və problemləri fərqli yanaşmalarla həll etmək bacarığı;

    Öyrənməyə açıq olmaq – Yeni bilik və bacarıqlar əldə etməyə daim maraq göstərmək;

    Fikrini ifadə etmə bacarığı – Problemlərin həlli üçün təkliflər irəli sürmək və təşəbbüskar olmaq;

    Kömək istəmək və komanda ilə işləmək bacarığı – Düzgün şəkildə yardım istəməyi bilmək və kollektiv mühitdə effektiv fəaliyyət göstərmək;

    Fürsətləri düzgün dəyərləndirmək – İş şəraitindən asılı olmayaraq inkişaf etmək və öz potensialını ortaya qoymaq”, – deyə o qeyd edib.

    İ.Musayev vurğulayır ki, işçinin əsas xüsusiyyətləri yerində olduqdan sonra onun digər bacarıqlarını inkişaf etdirmək işəgötürənin məsuliyyətidir: “Azərbaycanda işə qəbul prosesində CV mühüm rol oynayır və onun düzgün hazırlanması namizədin uğur şansını artırır. İşəgötürənlər namizəd seçimində yalnız təcrübəyə deyil, həm də kreativlik, innovativlik, komanda işi və öyrənmə həvəsi kimi faktorları nəzərə alırlar. Gənc namizədlər üçün isə işə qəbulda uğur qazanmağın əsas yollarından biri təcrübə proqramlarında və təlimlərdə iştirak edərək öz bacarıqlarını inkişaf etdirməkdir. Peşəkar və inkişaf yönümlü kadrlar hər zaman əmək bazarında yüksək dəyərləndirilir və işəgötürənlər üçün prioritet hesab olunur”.

    Bir sözlə, görünən odur ki, Azərbaycanda “adamın gərək adamı olsun” dövrü başa çatmaq üzrədir və əksər iş yerlərində bacarıqlı kadr axtarışındadırlar. Namizəd sadəcə öz potensialını CV-də düzgün ifadə etməlidir ki, necə deyərlər “CV-yə baxan olsun”.

  • Молдова закроет Российский культурный центр

    В Молдове будет закрыт Российский центр науки и культуры.

    Об этом сообщил МИД Молдовы.

    “МИД принял решение об односторонней денонсации молдавско-российского межправительственного соглашения о создании и функционировании культурных центров, заключенного в 1998 г. После завершения процедуры расторжения соглашения Российский культурный центр прекратит свою деятельность в нашей стране”, – подчеркивает ведомство.

    В четверг в МИД Молдовы был вызван российский посол в Кишиневе Олег Озеров, ему была вручена соответствующая нота.

    МИД сообщил, что Кишинев принял такое решение в ответ на нарушения воздушного пространства Молдовы российскими беспилотниками, которые представляют серьезную угрозу национальной безопасности страны.

  • Moldovada Rusiya Mədəniyyət Mərkəzi bağlanacaq

    Moldovada Rusiya Elm və Mədəniyyət Mərkəzi bağlanacaq.

    Bu barədə Moldova Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

    “XİN mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında 1998-ci ildə imzalanmış Moldova-Rusiya hökumətlərarası sazişinin birtərəfli ləğvi barədə qərar qəbul edib. Sazişin ləğvi proseduru başa çatdıqdan sonra Rusiya Mədəniyyət Mərkəzi ölkəmizdə fəaliyyətini dayandıracaq”, – nazirlik vurğulayıb.

    Rusiyanın Kişineudakı səfiri Oleq Ozerov bu gün Moldova XİN-ə çağırılıb və ona müvafiq nota təqdim edilib.

    XİN-dən bildirilib ki, Kişineu bu qərarı Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının Moldovanın hava məkanını pozaraq ölkənin milli təhlükəsizliyinə ciddi təhdid yaratmasına cavab olaraq qəbul edib.
    //report

  • В 2024 году Госкомитет обеспечил выдачу охранных ордеров 108 лицам

    В 2024 году 108 человек получили охранный ордер после обращений в Государственный комитет по проблемам семьи, женщин и детей.

    Как сообщили в Госкомитете, это на 30% больше, чем в 2023 году, когда было выдано 83 ордера.

    Всего на горячую линию комитета “860 – Поддержка в связи с гендерным насилием” в 2024 году поступило 330 обращений, что на 9,1% больше показателя предыдущего года.

    Число охранных ордеров, выданных на основании обращений в комитет, составило 46 в 2022 году, 83 в 2023 году и 108 в 2024 году.

  • 2024-cü ildə 108 nəfərə mühafizə orderi verilib

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin müraciəti əsasında 2024-cü ildə 108 nəfərə mühafizə orderi verilib.

    Bununla bağlı məlumat komitənin 2024-cü il üzrə hesabatında öz əksini tapıb.

    Qeyd edilib ki, ötən il qurumun “860 – Gender əsaslı zorakılıqla bağlı Dəstək xətti”nə 330 müraciət daxil olub.

    Vurğulanıb ki, dəstək xəttinə edilən müraciətlərin sayı 2023-cü illə müqayisədə 9,1% artıb.

    Komitənin müraciəti əsasında verilən mühafizə orderlərinin sayı 2022-ci ildə 46, 2023-cü ildə 83, 2024-cü ildə isə 108 olub.

    Beləliklə, 2023-cü illə müqayisədə Komitəyə daxil olan müraciətlər əsasında verilən qısamüddətli mühafizə orderlərinin sayı 30% artıb.

    Xatırladaq ki, qanunvericiliyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərər çəkmiş şəxsə 30 gün müddətinədək qısamüddətli mühafizə orderi verir.

  • Теймур Раджабов прекратил участие в чемпионате Азербайджана из-за проблем со здоровьем

    Теймур Раджабов был вынужден прекратить участие в чемпионате Азербайджана по шахматам из-за проблем со здоровьем.

    Как сообщили в Федерации шахмат Азербайджана, он направил соответствующее обращение главному арбитру Лютфияру Рустамову и Оргкомитету соревнований.

    37-летний гроссмейстер заявил, что не сможет принять участие в матче за третье место на чемпионате из-за проблем со здоровьем.