Month: February 2025

  • Ermənistanın ekoloji cinayətlərini əks etdirən rəqəmsal xəritə hazırlanıb

    “Environmental Protection First” (EPF) Koalisiyası Cənubi Qafqazın və Xəzər dənizinin ekologiyasını zəhərləyən Ermənistanın dağ-mədən sənayesi müəssisələri barədə interaktiv rəqəmsal xəritəni ictimaiyyətə təqdim edib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, infobank mahiyyətli rəqəmsal xəritə Azərbaycan, ingilis və erməni dillərində hazırlanıb.

    Rəqəmsal xəritəni tərtib edən koalisiyaya üzv olan “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov bildirib ki, bu unikal resurs üzərində peşəkar komanda bir ildən çox fəal iş aparıb.

    O, “Environmental Protection First” Koalisiyasının 2024-cü ildə Azərbaycan, ingilis və erməni dillərində “Ermənistan Respublikasının mineral xammal resursları” adlı xəritə də hazırladığını, indiki Coğrafi İnformasiya Sistemləri (CİS) proqramlarına əsaslanan rəqəmsal xəritənin həmin xəritənin bazasında ərsəyə gətirildiyini, lakin materialların xeyli zənginləşdirildiyini diqqətə çatdırıb.

    M.Bayramov əlavə edib ki, interaktiv xəritədə faydalı qazıntıların növləri, yerləşdiyi ərazilər, əsas çirkləndirici müəssisələr, onların hansı maddələrlə hansı çayları kirləndirməsi barədə məlumatlar təqdim olunur:

    “Ermənistanda dövlət qurumları bu barədə susmağa üstünlük verir, amma biz xəritələri həm də erməni dilində hazırlayırıq ki, yerli ictimaiyyət ondan gizlədilən ekoloji cinayətlərdən agah olsun. Peşəkar kartoqrafik əsər olan xəritə müasir “WGS-84″ koordinat sistemində yığılıb, klikləmə üsulu ilə obyektlər haqqında ətraflı məlumat almaq mümkündür. Xəritənin altlığı həm topoqrafik, həm də kosmik görüntülüdür. İstehsal müəssisələri haqqında məlumatlar kosmik təsvirlərin analizi nəticəsində alınıb. Xəritədə xammal emalı müəssisələrinin, istismar edən şirkətlərin adları, müəssisələrin təyinatı, ətraf mühitə təsirləri haqqında məlumatlar, foto və videolar verilib”.

    Qeyd edək ki, “Environmental Protection First” (EPF) Koalisiyasının hazırladığı interaktiv rəqəmsal xəritə yaxın günlərdə qurumun saytında yerləşdiriləcək.

  • Началась встреча президентов Азербайджана и Гвинеи-Бисау один на один

    Началась встреча Президента Азербайджанской Республики Ильхама Алиева с его бисайским коллегой Умару Сисоку Эмбало один на один.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyevin Qvineya-Bisau prezidenti ilə təkbətək görüşü başlayıb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo ilə təkbətək görüşü başlayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • В Баку состоялась церемония официальной встречи президента Гвинеи-Бисау

    27 февраля в Баку состоялась церемония официальной встречи президента Республики Гвинея-Бисау Умару Сисоку Эмбало, находящегося с официальным визитом в Азербайджанской Республике.

    Как сообщает АЗЕРТАДЖ, на площади, где развевались государственные флаги двух стран, в честь президента Гвинеи-Бисау был выстроен почетный караул.

    Президент Азербайджана Ильхам Алиев встретил бисайского коллегу Умару Сисоку Эмбало.

    Начальник почетного караула отдал рапорт президенту Гвинеи-Бисау.

    Прозвучали государственные гимны Республики Гвинея-Бисау и Азербайджанской Республики.

    Под звуки военного марша почетный караул прошел перед президентом Азербайджана Ильхамом Алиевым и президентом Гвинеи-Бисау Умару Сисоку Эмбало.

    Главы государств сфотографировались для официального фото.

  • Bakıda Qvineya-Bisau prezidentinin rəsmi qarşılanma mərasimi olub

    Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun fevralın 27-də rəsmi qarşılanma mərasimi olub.

    AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qvineya-Bisau prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Azərbaycan Prezidenti İlham Əliyev Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonu qarşılayıb.

    Fəxri qarovul dəstəsinin rəisi Qvineya-Bisau prezidentinə raport verib.

    Qvineya-Bisau Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

    Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonun qarşısından keçib.

    Dövlət başçıları rəsmi foto çəkdiriblər.

  • Xaçmazda qanunsuz ağac kəsimi – Təbiətə 21 min manatdan çox ziyan vuruldu

    Xaçmaz rayonunun Qarabağlı kəndinin ərazisində 13 akasiya, 66 söyüd və 4 ədəd çinar ağacının qanunsuz kəsilməsi ilə bağlı polisə məlumat daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

    Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində həmin ağacları kəsən iki nəfər rayon sakini saxlanılıb.

    Ekspertiza təyin olunub və təbiətə 21 300 manat dəyərində zərər verildiyi müəyyən olunub.

    Hazırda faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri araşdırmalar aparılır.

  • “Marsel” klubunun prezidentinə AĞIR CƏZA

    Fransanın “Marsel” klubunun prezidenti Pablo Lonqoriya 15 oyunluq cəzalandırılıb.

    Median.Az Fransa Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, buna klub rəhbərinin etikanı pozan, futbolun imicinə xələl gətirən təhqiramiz ifadə və davranışlara yol verməsi səbəb olub.

    Fransa çempionatının XXIII turunda “Oser”lə matçda (0:3) qırmızı vərəqə alan “Marsel”in futbolçusu Derek Kornelius meydandan qovulduqdan sonra, prezident görüşün hakimi Ceremi Stinata “korrupsiya, əsl korrupsiya” deyə qışqırıb.

    İspaniyalı funksioner Fransa çempionatının cari mövsümündə komandasının qalan bütün oyunlarını buraxacaq. O, həmçinin növbəti mövsümdə də bəzi matçlarda iştirak edə bilməyəcək.

    Qeyd edək ki, “Marsel” Fransa çempionatında 23 turdan sonra 46 xalla ikinci pillədə qərarlaşıb.

  • İnternetə 70 mindən çox bank kart məlumatı sızdırılıb – Azərbaycanda

    Aparılan axtarışlar nəticəsində ötən il Azərbaycanda internet məkanına 70 mindən çox sızdırılmış bank kart məlumatları aşkar edilib.

    Bunu jurnalistlərə açıqlamasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnformasiya Təhlükəsizliyi departamentinin müdiri Elman Kərimli deyib.

    Onun sözlərinə görə, həmin məlumatlar dövlət orqanlarına təqdim olunub.

  • В Азербайджане выявлены случаи незаконной добычи ископаемых: ущерб природе превысил 600 000 манатов

    В Имишлинском и Абшеронском районах выявлены случаи незаконной добычи полезных ископаемых, в результате чего окружающей среде был нанесен ущерб на 628 000 манатов.

    Об этом сообщает Median.Az со ссылкой на пресс-службу Генеральной прокуратуры Азербайджана.

    В ходе расследования возникли обоснованные подозрения в том, что должностные лица карьера, принадлежащего ООО Azqum на песчано-гравийном месторождении “Имишли”, расположенном в Имишлинском районе, и Ровшан Фейзиев и Анар Халилов на известняковом месторождении “Гюздек”, расположенном в одноименном поселке Абшеронского района, злоупотребили своими полномочиями и захватили земельные участки, осуществляя незаконную добычу полезных ископаемых.

    Кроме того, в селе Пирекешкюль незаконно добывалась горная порода, что нанесло окружающей среде значительный ущерб.

    По данным фактам возбуждены соответствующие уголовные дела по статьям 177.3.2 (хищение с причинением крупного ущерба), 188.1 (нарушение права собственности, пользования или аренды на землю), 255.1, 255.2 (нарушение правил охраны и использования недр; повлекшие по неосторожности смерть потерпевшего или иные тяжелые последствия), 308.1 (злоупотребление должностными полномочиями), 308.2 (злоупотребление должностными полномочиями, повлекшее тяжкие последствия) Уголовного кодекса Азербайджана. Материалы переданы в Следственное управление надзорного ведомства и Министерство внутренних дел для дальнейшего расследования.

  • İmişli və Abşeronda təbiətə yarım milyon manatdan çox zərər vurulub – Cinayət işi başlandı

    İmişli və Abşeronda zəbt edilən müxtəlif növ hasilat işləri ilə bağlı cinayət işi başlanıb.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Qeyd olunub ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İmişli və Abşeron rayonları ərazisində vəzifədən sui-istifadə etməklə yerin təkinin istifadə qaydalarının pozulması, qanunsuz hasil edilmiş qarışıq süxur kütləsinin külli miqdarda ziyan vurulmaqla gizli olaraq talanması və torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları ilə bağlı araşdırma aparılıb.

    Araşdırmalarla İmişli rayonu ərazisində yerləşən “İmişli” qum-çınqıl yatağında “Azqum” MMC, Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində yerləşən “Güzdək” əhəngdaşı yatağında Rövşən Feyziyev və Anar Xəlilova məxsus karxananın vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətindən sui-istifadə etməklə torpaq sahələri zəbt edərək qanunsuz hasilat işlərinin aparılması, həmçinin Abşeron rayonunun Pirəkəşkül kəndinin ərazisində qeyri-aşkar şəraitdə qanunsuz olaraq hasil edilmiş qarışıq süxur kütləsinin külli miqdarda ziyan vurmaqla gizli olaraq talanması nəticəsində təbiətə 628 min manatdan artıq zərər dəyməsinə əsaslı şübhələr müəyyən edilib.

    Həmin faktlara görə, Cinayət Məcəlləsinin 177.3.2 (külli miqdarda ziyan vurmaqla oğurluq), 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1, 255.2 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə müvafiq cinayət işləri başlanaraq, istintaqın aparılması üçün aidiyyəti üzrə Baş Prokurorluğun İstintaq idarəsinə və Daxili İşlər Nazirliyinə göndərilib.