Month: February 2025

  • Yasamalda mal əti adı ilə camış və at əti satılıb

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı Yasamal rayonunun A.M.Şərifzadə küçəsində fəaliyyət göstərən fiziki şəxs Vüqar Vəliqulu oğlu Bayramova və Ə.Əhmədov küçəsində fəaliyyət göstərən fiziki şəxs Elnur Misir oğlu Əliyevə məxsus məntəqələrdə mal əti adı altında satışa çıxarılan ətdə laborator müayinəsi nəticəsində camış və at DNT-ləri aşkarlanıb.

    Bu barədə AQTA məlumat yayıb.

    Faktla bağlı qanunvericilik çərçivəsində zəruri tədbirlər görülüb, bu məntəqələrin fəaliyyəti dayandırılıb. Araşdırmalar davam etdirilir.

  • Мужчина, находившийся в розыске, хотел необычным способом сбежать из страны – ФОТО

    26 февраля в 23:04 на пункте пропуска через государственную границу Командования пограничного контроля “Садарак” был задержан гражданин, совершивший попытку незаконного пересечения госграницы.

    Об этом говорится в совместной информации Государственной пограничной службы (ГПС) и Государственного таможенного комитета (ГТК) Азербайджанской Республики (АР).

    В ходе проведенного сотрудниками ГПС и ГТК досмотра автомобиля Mercedes, за рулем которого находился Мусеиб Исмайылов (1982 г.р.), следовавшего из нашей страны в Турецкую Республику, был обнаружен гражданин АР Ниджат Гёзалов (1988 г.р.), скрывавшийся в заранее подготовленном тайнике.

    В ходе расследования было установлено, что мужчина разыскивается правоохранительными органами.

    По данному факту проводятся оперативно-следственные мероприятия.



  • Axtarışda olan şəxs ölkədən qeyri-adi üsulla qaçmaz istədi – FOTO

    Fevral ayının 26-da saat 23:04-də Sərhəd Nəzarəti Komandanlığının “Sədərək” dövlət sərhədindən buraxılış məntəqəsində dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb.

    Bu barədə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi birgə məlumat yayıb.

    Belə ki, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən Azərbaycandan Türkiyə Respublikası istiqamətinə hərəkətdə olan 1982-ci il təvəllüdlü İsmayılov Müseyib Ramiz oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomobilinə baxış zamanı əvvəlcədən hazırlanmış saxlanc yerində gizlənən Azərbaycan Respublikası vətəndaşı – 1988-ci il təvəllüdlü Nicat Ehtiram oğlu Gözəlov aşkarlanıb.

    Araşdırma zamanı saxlanılan şəxsin hüquq-mühafizə orqanları tərəfindən axtarışda olduğu müəyyən edilib.

    Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.



  • В Баку и на Абшероне до 2 марта будет идти снег – ПРЕДУПРЕЖДЕНИЕ

    В Баку и на Абшеронском полуострове осадки в виде снега и мокрого снега будут наблюдаться до 2 марта.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    Осадки начнутся с полудня 28 февраля, местами будут интенсивными. Минимальная температура воздуха ночью составит 1-5 градусов мороза, днем – от 1 градуса мороза до 1 тепла.

    В восточных регионах с 28 февраля, в остальных регионах республики с 1 по 2 марта ожидаются мокрый снег и снег, осадки на отдельных территориях примут интенсивный характер.

    Минимальная температура воздуха составит в низменных районах 1-6, в горах – 8-13, в высокогорье – 17-22 градуса мороза.

    На дорогах страны ожидается гололедица.

  • Daha üç gün qar yağacaq – XƏBƏRDARLIQ

    Fevralın 28-i gündüzdən martın 2-dək Bakıda və Abşeron yarımadasında arabir sulu qar, qar yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Havanın minimal temperaturu gecə 1-5 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacaq.

    Fevralın 28-də bəzi şərq rayonlarında, martın 1-dən 2-dək isə əksər rayonlarda arabir sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Havanın minimal temperaturu Aran rayonlarında 1-6, dağlıq rayonlarda 8-13, yüksək dağlıq ərazilərdə isə 17-22 dərəcə şaxta olacaq.

    Ölkə ərazisində gözlənilən şaxtalı və qarlı hava şəraiti ilə əlaqədar bəzi yollar buz bağlayacaq.

  • Millimizin sabiq müdafiəçisi Rusiya klubundakı vəzifəsindən ayrıldı

    Futbol üzrə Azərbaycan milli komandasının sabiq müdafiəçisi Emin Ağayev Rusiyanın “Ximki” klubunun məşqçisi postundan gedib.

    Ağayev Rusiya İkinci Liqasının B divizionunda çıxış edən “Nart” klubunun (Çerkessk) məşqçilər korpusuna daxil olmaqla yanaşı, həm də yerli akademiyanın koordinatoru təyin olunub.

    Qeyd edək ki, Emin Ağayev 2018/19 mövsümündə “Səbail” klubunda köməkçi məşqçi kimi fəaliyyət göstərdikdən sonra “Ximki”yə qayıtmışdı.

  • İlham Əliyev və Umaru Sisoku Embalo mətbuata bəyanatlarla çıxış ediblər

    Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo mətbuata bəyanatlarla çıxış ediblər.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Leyla Əliyeva və Arzu Əliyeva Bəhreynin RAK İncəsənət Fondunda olublar – FOTO

    Bəhreyn Krallığına səfər çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva bu ölkənin RAK İncəsənət Fondunu ziyarət ediblər.

    AZƏRTAC xəbər verir ki, ziyarət zamanı burada təqdim edilən dünya şöhrətli rəssamların əsərlərindən ibarət ekspozisiya ilə də tanışlıq olub.

    RAK İncəsənət Fondu müxtəlif sənət sərgilərindən əldə olunan, ayrı-ayrı nəsilləri və incəsənət məktəblərini təmsil edən bəhreynli rəssamların əsərlərinin ən seçmə nümunələrini təqdim edir. Qeyri-kommersiya təşkilatı olan RAK rəssamların dünya miqyasındakı rolunu gücləndirir və müxtəlif sərgilər, tədbirlər, əməkdaşlıq təşəbbüsləri vasitəsilə beynəlxalq tərəfdaşlıqlara töhfə verir. Fondun fəaliyyətinin məqsədi incəsənət təmsilçilərini bir araya gətirmək, ictimaiyyəti maarifləndirmək, tənqidi mühakimə yürütmək və sosial dialoq üçün platforma təmin etməkdir.

    RAK İncəsənət Fondunun rəssamlarının əsərləri Azərbaycan izləyicilərinə ötən il Bakıda açılan sərgidə təqdim edilmişdi. Həmçinin Heydər Əliyev Mərkəzində RAK İncəsənət Fondunun təsisçisi və görkəmli bəhreynli rəssam Raşid Al Xalifanın sərgisi təşkil olunmuşdu.

    Qeyd edək ki, Azərbaycanla Bəhreyn arasında müxtəlif sahələrdə, o cümlədən incəsənət sahəsində səmərəli əməkdaşlıq qurulub. Ümumbəşəri sənət dili sayılan incəsənət xalqlar arasında qarşılıqlı anlaşma və dostluq əlaqələrinin qurulmasına mühüm töhfədir. Mədəni sahədə əlaqələr ölkələrimiz arasında gələcək tərəfdaşlıq imkanlarının daha da genişlənəsinə zəmin yaradır.








  • 18 nəfərin ölümünə səbəb olan spirtin istehsalına və idxalına nəzarət necə həyata keçirilir?

    “Səhiyyə Nazirliyinin müvafiq göstərişinə əsasən, yerli dərman istehsalına dəstək məqsədilə, qanunvericiliyə uyğun olaraq risklərin idarə olunması sisteminə və yoxlamaların aparılmasının dövriliyi nəzərə alınaraq, hər il yerli dərman istehsalçılarının yoxlaması aparılır. Yoxlamalar yalnız lisenziya əsasında fəaliyyət göstərən dərman vasitəsi olaraq istifadə edilən tibbi spirt istehsal edən müəssisələrdə keçirilir”.

    Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.

    Bildirilib ki, mərkəzin müvafiq məlumat bazalarına əsasən, hazırda xaricə istifadə məhlulu hazırlanması üçün konsentrant istehsal edən iki əcnəbi (Rusiya və Belarus) və xaricə istifadə üçün tibbi spirt istehsalçısı olaraq iki yerli şirkət Dərman vasitələrinin dövlət reyestrində qeydiyyatdadır.

    Eyni zamanda, Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yeyinti sənayesi üçün etil spirtinin istehsalına və idxalına nəzarət Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.

    Qeyd edilib ki, kimyəvi maddə kimi məişətdə, istehsalatda istifadə edilən etil spirtinin istehsalına nəzarətin aparılması “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununa əsasən 2015-ci il tarixindən dayandırılıb.

    “Rektifikasiya olunmuş 1-ci növ etil spirti məhsuluna (ГОСТ 5962-2013 Dövlətlərarası Standartı üzrə yeyinti sənayesi üçün istifadə oluna bilməz) və onun əsasında istehsal olunan etil spirti əsaslı əllərin və ya səthlərin təmizlənməsi üçün gigiyenik vasitələrə istehsalçıların müraciətlərinə əsasən Respublika Gigiyena və Epidemiologiya Mərkəzin tərəfindən gigiyenik sertifikatlar verilə bilər. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən rektifikasiya olunmuş 1-ci növ etil spirti məhsuluna və əllərin təmizlənməsi üçün gigiyenik vasitələrə verilən gigiyenik sertifikatlarda onların içməli olmaması və əllərin təmizlənməsi, eləcə də məişətdə istifadə edilməsi barədə məlumatlar birmənalı olaraq qeyd edilir”, – deyə cavabda bildirilib.

    Xatırladaq ki, fevralın 22-23-də Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Baş Prokurorluğun yaydığı məlumata görə, 15 nəfərin zəhərlənərək öldüyü yerdən aşkar edilən gigiyenik vasitələrin və etil spirtinin satış nöqtələrindən də nümunələr götürülməklə tərkibi yoxlanılarkən gigiyenik vasitənin (spirt) tərkibində insan həyatı və sağlamlığı üçün təhlükəli olan metil spirti aşkar edilib.

    Qeyd edək ki, son iki gündə isə Səbail, Sabunçu və Nizami rayonlarında daha üç nəfər texniki spirtdən zəhərlənərək ölüb.

  • Подготовлена ​​цифровая карта воздействия горнодобывающей промышленности Армении на экологию

    Коалиция Environmental Protection First (EPF) презентовала интерактивную цифровую карту предприятий горнодобывающей промышленности Армении, которые оказывают негативное воздействие на экологию Южного Кавказа и Каспийского моря.

    Как сообщает Report, цифровая карта подготовлена на азербайджанском, английском и армянском языках.

    Председатель общественного объединения (ОО) “Картографы Азербайджана” Мугабиль Байрамов, отметил, что профессиональная команда ОО более года вела активную работу над подготовкой такой карты.

    Он добавил, что коалиция в 2024 году также подготовила карту “Минерально-сырьевые ресурсы Республики Армения” на азербайджанском, английском и армянском языках. На ее базе была разработана цифровая карта с учетом данных Географических информационных систем (ГИС), но уже с дополнительной информацией:

    “В интерактивной карте содержится информация о видах полезных ископаемых, местах их расположения, основных предприятиях, загрязняющих реки и указание веществ, которыми загрязняются реки. В Армении государственные органы предпочитают молчать об этом, но мы также составляем карты на армянском языке, чтобы армянская общественность была в курсе экологических преступлениях. Карта, являющаяся профессиональным картографическим произведением, собрана в современной системе координат WGS-84. Часть карты включает топографические и спутниковые данные. Данные о производственных мощностях армянских предприятий получены в результате анализа космических снимков. В карте указаны названия предприятий по переработке сырья, компании, занимающиеся их эксплуатацией, назначение предприятий, а также информация о воздействии на окружающую среду, фото и видео”.