Month: February 2025

  • США не исключают авиаудары по местам базирования наркокартелей в Мексике

    США не исключают возможность нанесения авиаударов по местам базирования наркокартелей на территории Мексики.

    Об этом заявил американский министр обороны Пит Хегсет.

    “Все варианты на столе. Мы ничего не исключаем. Мы сделаем все возможное, чтобы защитить Америку, ее суверенитет и ее граждан”, – сказал он, отвечая на соответствующий вопрос телеканала Fox News.

    Хегсет сделал это заявление во время визита на американскую военно-морскую базу в Гуантанамо, которую США арендуют у Кубы с 1903 года. На территории базы располагается тюрьма, созданная в 2002 году при 43-м американском президенте Джордже Буше-младшем.

    19 февраля США признали восемь наркокартелей иностранными террористическими организациями. Среди них транснациональные Tren de Aragua, MS-13 и Clan del Golfo, а также мексиканские Sinaloa, Jalisco Nueva Generacion, Unidos, Noreste и La Nueva Familia Michoacana.

  • ABŞ Meksikadakı narkotik bazalarına aviazərbələr endirə bilər

    ABŞ Meksika ərazisində narkokartellərin baza yerlərinə aviazərbələr endirmək imkanını istisna etmir.

    Bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset bəyanat verib.

    “Bütün variantlar masadadır. Biz heç nəyi istisna etmirik. ABŞ-ni, onun suverenliyini və vətəndaşlarını qorumaq üçün əlimizdən gələni edəcəyik,” – deyə o, “Fox News” telekanalının sualına cavab verərkən bildirib.

    Heqset bu açıqlamanı ABŞ-nin 1903-cü ildə Kubadan icarəyə götürdüyü Quantanamo hərbi-dəniz bazasına səfəri zamanı verib. Bazanın ərazisində 2002-ci ildə ölkənin 43-cü Prezidenti kiçik Corc Buşun dövründə yaradılmış həbsxana yerləşir.

    Fevralın 19-da Vaşinqton səkkiz narkokarteli xarici terror təşkilatları kimi tanıyıb. Onların arasında transmilli “Tren de Aragua”, “MS-13” və “Clan del Golfo”, həmçinin Meksikanın “Sinaloa”, “Jalisco Nueva Generacion”, “Unidos”, “Noreste” və “La Nueva Familia Michoacana” kartelləri yer alıb.

  • В Азербайджане произошло второе за день землетрясение – ФОТО (ОБНОВЛЕНО)

    В Азербайджане произошло второе за день землетрясение.

    Об этом сообщили в Республиканском центре сейсмологической службы при Национальной академии наук Азербайджана.

    Подземные толчки магнитудой 3.1 были зафиксированы в 12:49 вблизи острова Чилов в Каспийском море.

    Очаг залегал на глубине 74 км.


    * * * * *

    В Исмайыллинском районе произошло землетрясение магнитудой 3.3.

    Об этом сообщили в Республиканском центре сейсмологической службы при Национальной академии наук Азербайджана.

    Подземные толчки были зафиксированы в 09:16.

    Очаг залегал на глубине 43 км.

  • Ölkədə gün ərzində ikinci zəlzələ oldu – FOTO (YENİLƏNİB)

    Azərbaycanda gün ərzində ikinci zəlzələ baş verib.

    Median.Az Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosuna istinadən bildirir ki, yeraltı təkanlar Xəzər dənizində, Çilov adasının yaxınlığında qeydə alınıb.

    Bildirilib ki, 3.1 maqnitudalı zəlzələ saat 12:49-da, 74 km dərinlikdə baş verib.

    * * * * *

    İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.

    Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

    Bildirilib ki, 3.3 maqnitudalı zəlzələnin ocağı 43 kilometr dərinlikdə baş verib.

    Qeyd olunub ki, zəlzələ hiss olunmayıb.

  • Efiopiya baş nazirini gətirən təyyarənin enişi ərəfəsində Somali aeroportu atəşə tutuldu

    Moqadişuda (Somali) Adan-Adde hava limanı minaatanla atəşə tutulub. Hücum Efiopiya Baş naziri Abiy Əhmədin təyyarəsinin enişindən bir neçə dəqiqə əvvəl həyata keçirilib.

    Median.Az bu barədə “Türkiye Gazetesi” xəbər yayıb.

    Bildirilir ki, hazırda hadisə yerində təhlükəsizlik xidmətləri işləyir. Hələ ki, zərərçəkənlər haqqında məlumat verilməyib.

    Hücumun “Əş-Şəbab” təşkilatı tərəfindən həyata keçirildiyi ehtimal edilir. Bildirilir ki, azı 11 mərmi atılıb. Bunlardan biri Somali Prezidenti Həsən Şeyx Mahmudun Efiopiya baş nazirini qarşılamaq üçün gözlədiyi VIP terminalın yaxınlığına düşüb.

    Qeyd olunur ki, Baş nazir Abiyin səfərindən əvvəl Moqadişu tamamilə təcrid altına alınmış, hava limanının ətrafındakı yollar bağlanmış və təhlükəsizlik ən yüksək səviyyəyə çatdırılmışdı. Buna baxmayaraq, hücumun baş verməsi regional təhlükəsizlik zəifliklərini bir daha gündəmə gətirib.

    Hələlik Somali hökuməti hücumla bağlı rəsmi açıqlama verməyib, “Əş-Şəbab” təşkilatı da hücumun məsuliyyətini öz üzərinə götürməyib. Lakin qrup daha əvvəl də oxşar hücumlar təşkil edib və Somali daxilindəki hökumət obyektlərini hədəf alması ilə tanınır.

    Yeri gəlmişkən, Baş nazir Abiyin səfəri Türkiyənin vasitəçiliyi ilə imzalanan Ankara Bəyannaməsindən sonra baş tutub. Dekabr ayında əldə olunan bu razılaşma Efiopiya ilə Somali arasındakı diplomatik böhranın həllini təmin etmişdi. Türkiyənin təşəbbüsü ilə əldə edilən atəşkəs iki ölkə arasında texniki danışıqların yolunu açıb.

  • Президент Гвинеи-Бисау прибыл в Азербайджан

    Президент Гвинеи-Бисау Умару Сисоку Эмбало прибыл с официальным визитом в Азербайджан.

    Как сообщает АЗЕРТАДЖ, в честь высокого гостя в международном аэропорту Гейдар Алиев, где развевались государственные флаги двух стран, был выстроен почетный караул.

    Эмбало в аэропорту встретили вице-премьер Азербайджана Ягуб Эйюбов, замглавы МИД Ялчин Рафиев и другие официальные лица.

  • Qvineya-Bisau prezidenti Azərbaycana rəsmi səfərə gəlib

    Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo fevralın 27-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

    AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Qvineya-Bisau Prezidentini hava limanında Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.

  • “Arvadını işləməyə qoymayan kişilərin maaşından tutulsun” – Deputatdan maraqlı TƏKLİF

    Həyat yoldaşını işləməyə qoymayan kişinin əmək haqqının bir hissəsinin qadının pensiya fonduna keçirilməsi qanuniləşdirilə bilər.

    Bunu Milli Məclisin deputatı Mübariz Qurbanlı “Konstitusiya və suverenlik ili” çərçivəsində keçirilən “Qadın iştirakçılığının təbliği” adlı konfransın “Bərabərikdə dayanıqlılıq – Konstitusiyamızın keçdiyi inkişaf yolunun əsas hədəfi kimi” mövzusuna həsr edilmiş panel sessiyasında deyib.
    Onun sözlərinə görə, bu yanaşmaya heç kim etiraz etməməlidir:
    “Elə kişilər var ki, ailə quranda qadına işləməyə icazə vermirlər. Bu kimi hallar təqaüd məsələsinə də təsir göstərə bilər. Belə hallarda kişinin əmək haqqının bir hissəsi qadının pensiya fonduna keçirilə bilər. Məsələni bu yolla qanuniləşdirmək olar. Buna heç kim etiraz etməməlidir, çünki kişinin özü qadını işləməyə qoymayıb”.

  • Ailələr xəbərsizdir: Bu uşaqlara ayda 105 manat verilir

    “Əmək pensiyaları haqqında” Qanuna əsasən, beş və daha çox uşağı olan qadınlar və kişilər 5 il daha tez pensiyaya çıxırlar. Bu qanuna görə, 5 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailələr hesab olunurlar. Bəs, həmin ailələrə aylıq sosial müavinət ödənilməlidirmi?

     
    Millət vəkili Vüqar Bayramov deyib ki, “Sosial müavinətlər haqqında” Qanuna əsasən beşdən çox uşağı olan ailələr üçün aylıq müavinət müəyyənləşir, yəni həmin ailələr hər uşağa görə ayda 105 manat müavinət alırlar.
    “Uşağın 18 yaşı tamam olan ayın sonunadək ödəniş həyata keçirilir. Əgər ailənin bu müavinətlə bağlı məlumatı olmayıbsa, o zaman müraciət etdiyi tarixdən əvvəlki üç il üçün hesablanmış müavinətləri də ala bilir.
    Sözügedən iki qanunverici aktlara diqqət yetirəndə sosial müavinətlər beşdən çox, pensiyada güzəşt isə beş uşağı olan ailələrə şamil olunur. Yəni beş uşağı olan ailələr pensiyaya daha tez çıxa bilsələr də, sosial müavinət almaq hüququndan yararlana bilmirlər. Bu baxımdan, “Sosial müavinətlər haqqında” Qanunda dəyişiklik edilməsi və müavinət almaq hüququnun beşdən çox deyil, beş və daha çox uşağı olan ailələrə şamil olunması məqsədəuyğun olardı”, – millət vəkili qeyd edib.
    O bildirib ki, əhalinin sonuncu siyahıya alınmasına görə, ölkədə 16 min 169 ailə çoxuşaqlı hesab olunur:
    “Onlardan 1524-ü 9 və daha çox uşaqlı, 1748-i 8 uşaqlı, 3565-i 7 uşaqlı və 9332-i 6 uşaqlı ailələrdir. Azərbaycanda 23 min 150 ailədə övlad sayı 5 nəfərdir. Eyni zamanda, 4 və daha çox uşaqlı ailələr 110.4 min, 3 uşaqlı ailələr 256.3 min, 2 uşaqlı ailələr 557.8 min, 1 uşaqlı ailələr 423.0 mindir.
    Bu isə o deməkdir ki, “Sosial müavinətlər haqqında” Qanunun “Əmək pensiyaları haqqında” Qanunun sözügedən maddəsinə uyğunlaşdırılması 23 mindən çox ailəinin ayliq müavinət almasına imkan yarada bilər”.

  • Axtarışı aparılan şəxs bulvarda intihar edibmiş

    Bakıda itkin düşmüş kimi axtarışda olan şəxsin intihar etdiyi məlum olub. 
     
    Median.Az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, fevralın 21-dən axtarışı aparılan paytaxt sakini Oleq Baranov həmin gün saat 09 radələrində özünü dənizə atıbmış.
     
    Aparılan araşdırmalarla O.Baranovun Səbail rayonu Neftçilər prospekti yaxınlığında Dənizkənarı Milli Parkın ərazisində özünü suya atması müəyyən edilib.

    Onun meyitinin tapılması istiqamətində tədbirlər görülür.

    Faktla bağlı araşdırmalar davam etdirilir.