Month: February 2025

  • Məşhur aktrisa 39 yaşında vəfat etdi

    “Gossip Girl” və “Buffy The Vampire” seriallarının ulduzu Mişel Traxtenberq 39 yaşında vəfat edib.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, onun ölümünün səbəbi açıqlanmayıb.
     
    Polis ölümün şübhəli olmadığını bildirib.
     
    Məlumata görə, Traxtenberq bu yaxınlarda qaraciyər transplantasiyası əməliyyatı keçirib. Ölümün səbəbi rəsmən açıqlanmasa da, son günlər sosial şəbəkələrdə paylaşılan paylaşımlar vasitəsilə onun səhhətində problemlər olduğu bildirilmişdi.
    //azxeber.com

  • Bakıda bu küçədəki dükanlar kütləvi şəkildə bağlanır – Səbəb nədir? (VİDEO)

    Bakının Akademik Həsən Əliyev küçəsindəki obyektlər ard-arda boşalır. İllər boyu məişət avadanlıqları, santexnika malları satılan dükanlar niyə fəaliyyətini dayandırır? Obyektlərin boşaldılaraq icarəyə verilməsinə səbəb nədir?

    Xezerxeber.az-ın məlumatına görə, obyektlərin üzərində “Kirayəyə verilir”, “İcarəyə verilir” yazılıb, hətta hissə-hissə icarəyə təklif olunanı da var.
    Sahibkarlar bildirdilər ki, xüsusilə son iki ay ərzində mağazanı bağlayanlar artıb. Burada 15 ildən çox çalışan sahibkarlar səbəb olaraq alıcılıq qabiliyyətinin həddindən artıq aşağı olmasını göstərdilər.
    Səbəb kimi bazarda rəqabətin artması, digər ərazilərdə də belə mağazaların çoxaldığını deyənlər də oldu.
    Səbəblərdən biri kimi obyektlərin qarşısında qanuni parklanmanın olmasını deyənlər də var idi. Bildirildi ki, dövlət müəssisələrində işləyənlər orada maşınlarını saxlayır, nəticədə mağazaya gəlmək istəyən alıcılar maşın saxlamağa yer tapa bilmirlər. 
    Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən də mövqe öyrəndik. Bildirildi ki, AYNA tərəfindən Həsən Əliyev küçəsində “ASAN Xidmət” mərkəzinin qarşısında və bəzi digər yerlərdə ödənişli parklanma məntəqələri təşkil olunub. Küçənin digər hissələrində isə hələ ki, ödənişli parklanma yerləri yoxdur. Təşkil olunmuş ödənişli parklanma yerlərində rezervasiya edilmədən istənilən şəxs ödəniş etməklə nəqliyyat vasitəsini parklamaq hüququna malikdir.
    İqtisadçı ekspertlər isə bildirirlər ki, həmin ərazidə icarə qiymətləri kifayət qədər yüksək olduğundan, mallar daha baha qiymətə təklif olunur. Alternativ bazarlarda isə qiymətlər daha ucuzdur. Bu da ərazidə ticarətin zəifləməsinə, sahibkarların dükanı bağlamasına səbəb olur.

  • Paşinyan: Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsini sadələşdirməyə hazırdır

    Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsi rejimini qarşılıqlı əsasda daha da sadələşdirməyə hazırdır.

    Median.Az report-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə deyib.

  • Paşinyan: Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsini sadələşdirməyə hazırdır

    Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsi rejimini qarşılıqlı əsasda daha da sadələşdirməyə hazırdır.

    Median.Az report-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə deyib.

  • Masallıda “Azercell” niyə işləmir? – Rəsmi açıqlama

    Fevralın 26-da axşam saatlarından etibarən Masallı rayonunun inzibati ərazisinin bəzi hissələrində “Azercell Telekom” MMC-dən asılı olmayan səbəblərdən telekommunikasiya xidmətlərindən istifadə edərkən müvəqqəti çətinliklərlə qarşılaşılması mümkündür.

    Median.Az xəbər verir ki, bu barədə “Azercell” açıqlama yayıb.

    “Yaranmış halın aradan qaldırılması üçün müvafiq ərazidə telekommunikasiya şəbəkəsinin fəaliyyətini təmin edən fiber optik kabellərin zədələnmiş hissələrinin bərpası istiqamətində təcili tədbirlər görülməkdədir.
    Yaranmış narahatlığa görə təəssüf edir və bildiririk ki, tez bir zamanda bu istiqamətdə tam normal əsaslarla xidmət göstərilməsi imkanı təmin ediləcək”, – açıqlamada qeyd olunub.

  • Xankəndidə tonqal qalandı – VİDEO

    Xankəndidə dünən Novruzun ilk çərşənbəsi olan Su çərşənbəsi qeyd olunub

    Median.Az xəbər verir ki, şəhər sakinləri bir araya gələrək tonqal qalayıb , çərşənbəni qeyd ediblər.
    Həmin görüntüləri təqdim edirik:

  • Zelenskinin Vaşinqtona səfərini təsdiqlədi

    Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 28-i cümə günü Vaşinqtona uçacaq.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nazirlər Kabinetinin ilk iclasında deyib.

    “Zelenski cümə günü gələcək. Bu, artıq təsdiqini tapıb”, – deyə o qeyd edib.

    Ağ Ev rəhbəri vurğulayıb ki, Zelenskinin səfəri çərçivəsində Ukraynanın resursları ilə bağlı saziş imzalanacaq.

  • Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının üçtərəfli görüşü keçiriləcək

    Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli formatda görüşü keçiriləcək.

    Apa-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Türkiyəyə səfərini və həmkarı Hakan Fidanla görüşünü dəyərləndirərkən deyib.

    O, görüşün yaxın günlərdə Türkiyədə baş tutacağını qeyd edib.

    “Biz hər ikimiz Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq formatını alqışladıq. Biz həmçinin yaxın gələcəkdə üçtərəfli formatda görüşün keçirilməsinə razılaşdıq. Regional əməkdaşlıqda maraqlı olmağımıza əsaslanaraq bu görüşə Türkiyə ev sahibliyi edəcək. Bu formatda əlaqələrimizin gücləndirilməsi və möhkəmləndirilməsi çox vacibdir”, – Boçorişvili deyib.

  • Neymar “Barselona”ya qayıda bilər

    “Santos”un futbolçusu Neymar yenidən Avropaya qayıdacaq.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı vingerin Braziliya klubu ilə müqaviləsi yayda başa çatır.

    Ulduz futbolçu sabiq klubu “Barselona”ya qayıtmağı planlaşdırır. Bu barədə braziliyalı ön xətt oyunçusunun agenti Pini Zahavi məlumat verib. Braziliya millisinin üzvü iyul ayında azad agent statusunda olacaq.

    Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə “Barselona”da çıxış edib.

  • Avtobus zolağındakı bu beton arakəsmələr düzəlməsə qəzalar baş verə bilər – FOTO

    Karl Marks dairəsi, Ayna Sultanovaya tərəfdəki avtobus zolağında ciddi bir problem yaranıb.

    Median.Az-ın məlumatına görə, bir müddət əvvəl burada baş verən qəza nəticəsində evakuator maşını aparıb, lakin yolda qalan beton parçaları hələ də düzəldilməyib.
    Bu vəziyyət avtomobillərin sıxlıq təşkil etdiyi saatlarda avtobusların hərəkətini ciddi şəkildə çətinləşdirir.

    Avtobus sürücüləri bu ərazidə yaşanan sıxlığı və gözlənilməz vəziyyətləri təhlükəli hesab edirlər. Onlar müvafiq qurumların bu məsələyə diqqət yetirmədiyindən narahatdırlar. Belə davam edərsə, bu yolun bu hissəsinin istifadəsi daha da çətinləşəcək.