Qarlı hava şəraitində ictimai nəqliyyatın fasiləsizliyi təmin edilib və əhalinin xidmətindədir.
Month: February 2025
-
AYNA: Qarlı hava şəraitində ictimai nəqliyyatın fasiləsizliyi təmin edilib
Median.Az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.Məlumata görə, bütün marşrutlar adi qrafik və sxem üzrə fəaliyyətini davam etdirir: “Sərnişin tələbatına uyğun olaraq daşımalar həyata keçirilir. Xətlərə lazımi sayda avtobus buraxılıb”.Həmçinin bildirilib ki, sürücülər əlverişsiz hava şəraitində hərəkət sürətinə nəzarət etmələri, ara məsafəsi saxlamaları və baş verə biləcək yol-nəqliyyat hadisələri ilə bağlı risklərin daha çox olması barədə təlimatlandırılıb: “Ölkənin bütün şəhər və rayonlarında həm şəhərlərarası, həm də şəhərdaxili sərnişindaşıma adi rejimdə davam etdirilir”. -
“Instagram” “TikTok”a rəqib olan “Reels” funksiyasını elan etdi
Instagram bu gün yeni “Reels” video funksiya hazırlığında olduğunu elan edib.
Median.Az xarici mətbuata istinadən xəbər verir ki, bu funksiya “TikTok” qadağan olunduqdan sonra ABŞ-də daxil olmaqla 50-dən çox ölkədə avqust ayından etibarən aktiv olacaq.
Bu funskiya ilə “Reels” ilə “Instagram” istifadəçiləri səs, effektlər və yaradıcı vasitələrdən istifadə edərək 15 saniyəlik videolar çəkə və redaktə edə bilərlər.
Eyni zamanda bu videolar yazı və ya hekayə kimi paylaşıla biləcək.
//azxeber.com -
Leyla Əliyeva Bəhreynin neft və ətraf mühit naziri ilə görüşüb
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Bəhreyn Krallığına səfəri çərçivəsində bu ölkənin neft və ətraf mühit naziri Mohammed bin Mubarak Bin Dinah ilə görüşüb.
Görüşdə ekologiya və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.Azərbaycanın 2024-cü ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi nüfuzlu beynəlxalq tədbirə uğurla ev sahibliyi etdiyi xüsusi vurğulanıb.Bəhreynli nazir COP29 çərçivəsində Azərbaycana səfərini xatırladaraq, ölkəsinin ətraf mühitin mühafizəsi, ekoloji və iqlim vəziyyətinin inkişafına töhfə verməyə hər zaman hazır olduğunu qeyd edib.Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva müasir dövrdə ətraf mühitin qorunmasına yönəlik birgə təşəbbüslərin planetimizin və insanların gələcəyi üçün önəmli olduğunu bildirib.Danışıqlar zamanı su ehtiyatlarından səmərəli, qənaətlə istifadə olunması və su itkisinin qarşısının alınması sahəsində tədbirlər, çirkab suların təmizlənməsi və irriqasiyaya yönləndirilməsi istiqamətində də fikir mübadiləsi aparılıb. -
Qədr gecələrinin vaxtı açıqlanıb – TƏQVİM
Ramazan ayının Qədr (Əhya) gecələrinin vaxtı açıqlanıb.
Apa xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvimində qeyd edilib.Təqvimə əsasən, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, yəni martın 18-nə təsadüf edəcək.
Bundan əlavə, Ramazan ayının 20-dən 21-nə keçən gecə (20 mart), Ramazan ayının 22-dən 23-nə keçən gecə (22 mart) və Ramazan ayının 26-dan 27-nə keçən gecə (26 mart) Qədr gecələri olacaq.
Qeyd edək ki, Ramazan ayı Azərbaycanda martın 1-də başlayacaq. Şəvval ayının 1-i, yəni martın 30-da Ramazan (Fitr) bayramı olacaq.
-
Nazirlik 200 min manatlıq gül alır
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi fiziki şəxs Əskərov Qalib İlkin oğlu olub.
Median.Az açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Əskərov Qalib İlkin oğlu tədbirlər, festivallar, təltiflər və digər əlamətdar günlər üçün Mədəniyyət Nazirliyinə güllər və əklillər satacaq.
Nazirlik satın alacağı güllər üçün Qalib Əskərova 198 min 830 manat ödəyəcək.
Qeyd edək ki, Qalib Əskərov 198 min 830 manatın qarşılığında nazirliyə 3 500 ədəd qızılgül, 2 000 ədəd qərənfil, 90 ədəd gül səbəti, 60 ədəd əklil, 450 ədəd buket və 50 ədəd büstönü səbət satacaq.
-
“Azərpoçt” “Postcargo” xidmətini istifadəyə verib
“Azərpoçt” MMC-nin təqdim etdiyi “Postcargo” xidməti İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə əməkdaşlıq çərçivəsində “digital.login” ilə giriş funksionallığını istifadəyə verib. Bu yenilik istifadəçilərə “Postcargo” hesablarına giriş prosesini sadələşdirərək həm vaxta qənaəti, həm də rahatlığı təmin edəcək.
Funksionallıqdan faydalanmaq üçün istifadəçilər https://postcargo.az/ saytına daxil olub “digital.login” vasitəsilə sürətli şəkildə şəxsi hesablarına keçid edə bilərlər. Müştərinin hesabı yoxdursa, sistem avtomatik olaraq yeni hesab yaradacaq. Mövcud hesabı olan istifadəçilər isə birbaşa sistemə daxil olaraq sifarişlərini asanlıqla idarə edə biləcəklər.Qeyd edək ki, “Postcargo” Azərbaycanın bütün bölgələrini əhatə edən yüzlərlə poçt şöbəsi ilə müştərilərinə xidmət göstərir. ABŞ, Türkiyə və Almaniyadan alış-veriş edən hər kəs üçün bu xidmət bağlamalarının sürətli və etibarlı şəkildə çatdırılmasını təmin edir.
-
Bu il taxıl bol olacaq, kartof isə… – Ekspertdən açıqlama
“Neçə gündür kəskin hava şəraiti və aramsız yağan qarın kənd təsərrüfatına böyük faydası olacaq”.
Bu barədə açıqlamasında sabiq deputat, kənd təsərrüfatı üzrə ekspert Əli Əlirzayev deyib.
Onun sözlərinə görə, qarın taxıl sahələrinə verdiyi fayda saymaqla bitməz:

Bu il taxıl həddən artıq bol olacaq. Bundan əlavə torpağa can verəcək, sanki torpaq yenidən diriləcək. Görün neçə illərdir ki, Azərbaycana belə qar yağmamışdı, bu, bütün xəstəliklərə şəfadır. Bu gün yağan qarın xeyri zərərlərindən daha çoxdur. Xüsusi ilə də kənd təsərrüfatı məhsulları üçün. Qar təmizlikdir, ekoloji tarazlıqdır. Qışdırsa, onun şaxtası da, qarı da olmalıdır”.Əli Əlirzayev qarın kartof sahələrinə vurduğu ziyandan danışıb:
“Əgər kartof sahələrində əkilən kartof göyərmişdisə, onu mütləq şaxta vuracaq. Şaxta olubsa, bu, mütləq kartofa ziyan vuracaq, donacaq. Don açılanda isə artıq o tələf olacaq. Amma etiraf edək ki, əksər rayonlarda taxıl əkini üstünlük təşkil edir”.
-
Bakıda müəllim valideynlə mübahisədən sonra vəfat edib?
Xeyransa Karakova ürək çatışmazlığı səbəbindən dəfələrlə xəstəxanada müalicə alıb.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
“Bakı şəhəri 25 nömrəli tam orta məktəbin müəllimi Xeyransa Karakova fevralın 24-də evində halı pisləşərək xəstəxanaya yerləşdirilib və fevralın 26-da orada dünyasını dəyişib. Müəllimin vəfatı səbəbi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”, – məlumatda bildirilib.
Qeyd edək ki, mətbuatda Xeyransa Karakovanın valideynlə mübahisədən sonra vəfat etdiyi iddia olunur.
-
“OBA”-dakı yanğında xəsarət alan şəxslərin son durumu açıqlanıb
Bu gün səhər saat 07:00 radələrində Xəzər rayonu, Binə südçülük sovxozu, “OBA” marketdə yanğın baş verməsi səbəbilə çağırış daxil olub.
TƏBİB-dən bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Qeyd olunub ki, təcili tibbi yardım briqadası 3 qadını müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə edib: “Xəsarət alan şəxslərə əl və üz nahiyəsinin II-III dərəcəli yanıq diaqnozu təyin edilib. Onlara zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar”.
-
Bakıda daha bir nəfər spirtli içkidən öldü
Bakıda daha bir nəfər qəbul etdiyi spirtli içkidən zəhərlənərək ölüb.
Median.Az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, fevralın 26-sı saat 19 radələrində Səbail rayonu A.İsmayılov küçəsində yaşayan 1970-ci il təvəllüdlü Z.Əliyev spirtli içkidən zəhərlənib. O, yaşadığı evdə vəfat edib.
Z.Əliyevin hansı növ spirtli içki qəbul etdiyi məlum deyil.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, son günlərdə paytaxtın Sabunçu, Suraxanı və Nizami rayonunda 20-yə yaxın şəxs texniki spirtdən zəhərlənərək ölüb. Səbaildə vəfat edən şəxsin də həmin spirtdən qəbul edib-etmədiyi hələlik müəyyənləşməyib.









