Month: February 2025

  • Президент Албании выразил соболезнования Ильхаму Алиеву

    Президент Республики Албания Байрам Бегай направил Президенту Азербайджанской Республики Ильхаму Алиеву письмо с соболезнованиями в связи с многочисленными жертвами в результате крушения самолета Azerbaijan Airlines (AZAL) в казахстанском городе Актау.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Уважаемый господин Президент Ильхам Алиев.

    Глубоко опечален известием о многочисленных человеческих жертвах в результате крушения самолета “Азербайджан Хава Йоллары” вблизи города Актау.

    Дорогой друг, от имени народа Албании и от себя лично приношу глубокие соболезнования Вам и Вашим соотечественникам. В столь печальное время народ Албании выражает солидарность с Вами и дружественным народом Азербайджана, желаем скорейшего выздоровления пострадавшим.

    Господин Президент, прошу принять мое высочайшее почтение”.

  • Albaniya Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib

    Albaniya Respublikasının Prezidenti Bayram Beqay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

    Median.Az President.az-a istinadən bildirir ki, məktubda deyilir:

    “Hörmətli cənab Prezident İlham Əliyev.

    “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insanın həlak olması xəbəri məni dərindən kədərləndirdi.

    Əziz dost, Sizə və həmvətənlərinizə Albaniya xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığımı çatdırıram. Belə kədərli vaxtda Albaniya xalqı olaraq Sizinlə və dost Azərbaycan xalqı ilə həmrəyliyimizi bildirir, yaralananlara tezliklə sağalmalarını diləyirik.

    Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

  • Turabi barəsində həbs qərarı çıxdı

    Türkiyədə Ankara Prokurorluğu “Survivor” yarışma proqramı ilə tanınan Turabi Çamkıran haqqında “ədəbsizlik” maddəsi ilə istintaqa başlayıb.

    Median.Az bu barədə “TGRT News”a istinadən xəbər verir.

    Məlumata görə, prokurorluğun tələbi ilə Ankara 9-cu Cəza Məhkəməsi iş üzrə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.

    Qeyd edək ki, Turabi ABŞ-də yaşayır.

  • Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşları aldadan şəxs tutulub

    Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşları aldadan şəxs tutulub.

    Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

    Məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 56 yaşlı Tahir Rəhimov saxlanılıb.
    Qeyd olunub ki, o, ayrı-ayrı vətəndaşları əsasən dövlət qurumunda işə düzəltmək və işçi müqaviləsinin müddətini artırmaq kimi yalan vədlərlə aldadaraq həmin şəxslərin xeyli miqdarda maddi vəsaitini ələ keçirib.
    Faktla bağlı cinayət işi başlanılıb, T.Rəhimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • DİN: Xarici kiber müdaxilələrlə ötən il bank kartlarından 22,4 milyon manat talanıb

    Xarici kiber müdaxilələrlə 2024-cü ildə 16804 fakt üzrə vətəndaşlar aldadılaraq bank kartlarından 22 milyon (22.442.838) manatdan artıq vəsait talanıb.

    Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

    Verilən məlumata görə, ötən il ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsul vasitələrlə saxta link-keçidlərlə 1027 fakt üzrə 2.043.896 manat, alış-veriş səhifələrində elana görə zəng edib şəxsi məlumatları əldə etməklə 411 fakt üzrə 1.196.786 manat, özünü bank əməkdaşı kimi təqdim edib şəxsi məlumatları əldə etməklə 290 fakt üzrə 598.048 manat, mobil telefona kibermüdaxilə yolu ilə 185 fakt üzrə 311.728 manat, bankamatdan pul çıxarılmasına kömək adı ilə 178 fakt üzrə 92.630 manat, oğurlanmış və itirilmiş kartdan 307 fakt üzrə 101.398 manat pul vəsaiti onlayn talanıb.

    İnternet resurslarında vətəndaşları aldatmaqla, lotoreya, qumar oyunları və digərlərində qazanc əldə edəcəyi vədi ilə 471 fakt üzrə 2.450.403 manat, alış-veriş saytlarında müxtəlif əşya satışı ilə bağlı 626 fakt üzrə 292.344 manat, telefon satışına görə 292 fakt üzrə 116.219, avtomobil satışına görə 100 fakt üzrə 121.640 manat, işə düzəldəcəyi vədi ilə 336 fakt üzrə 470.734 manat, kredit vədlərinə görə 501 fakt üzrə 139.600 manat, kirayə ev, avtomobil və digər xidmətlərə görə 343 fakt üzrə 82.370 manat olmaqla, digər üsul vasitələlə 10 000-dən artıq fakt üzrə müxtəlif məbləğlərdə pul vəsaitləri xaricdən idarə olunmaqla başqa-başqa xarici hesablara köçürülüb.

    Hər bir fakt üzrə aparılan təhlillər və araşdırmalar göstərir ki, aşkar bilinən kiber talama cinayətləri vətəndaşın bank kartına aid şəxsi məlumatların xaricdə olan naməlum şəxslər tərəfindən ələ keçirilməsi nəticəsində baş verib. Saxta xarici nömrələrdən, profil və səhifələrdən naməlum şəxslərin tələblərinə, təkliflərinə, vədlərinə inanan bank kart sahibləri onunla danışan, yazışan naməlum şəxsin niyətlərini yoxlamadan, araşdırmadan şəxsi məlumatlarını veriblər, şübhəli linklərə keçid ediblər.

    DİN qeyd olunanları nəzərə alaraq, bir daha vətəndaşlara çağırış edib: “Şəxsi məlumatları, bank kartı ilə əlaqəli onlayn ödənişlər üzrə – mədaxil və məxarici həyata keçirərkən diqqətli olsunlar, şübhə yaradan bütün təkliflərə ehtiyatla yanaşsınlar, naməlum zənglərə, mesajlara cavab verməsinlər, şübhəli linklərə keçid etməsinlər”.

  • Kağız reseptlərdən istifadə ləğv ediləcək

    Kağız reseptlərdən istifadə zamanla tamamilə aradan qaldırılacaq.

    Bunu Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəsssisi Sevinc Məhərrəmova deyib.

    O, qeyd edib ki, ölkə üzrə bütün tibb müəssisələrində elektron resept tətbiq edildikdən sonra kağız reseptlərin istifadəsi tamamilə aradan qaldırılacaq: “Hər kəs ölkə üzrə istənilən özəl və dövlət tibb müəssisələrində həkimdən elektron resept tələb edə bilər. Elektron reseptlərin ən böyük üstünlüyü təqvim sisteminin xəstəyə dərmanın qəbul vaxtı və dozası haqqında bildiriş göndərməsidir. Ölkə üzrə bütün tibb müəssisələrində elektron resept tətbiq edildikdən sonra kağız reseptlərin istifadəsi tamamilə aradan qaldırılacaq”.

    Sevinc Məhərrəmovanın sözlərinə görə, elektron resept tətbiqi həkimlərin “firma dərmanları” yazmasının qarşısını alacaq: “Bu sistem ölkəyə qeydiyyatsız keçən dərmanların satışının da qarşısını alacaq. Apteklər elektron resept tətbiqi üzərindən dərman satışı həyata keçirə bilərlər”, – o bildirib.
    //APA

  • Yaşayış komplekslərində yanğına qarşı tədbirlər keçirilib, nöqsanlar aşkarlanıb

    Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Yasamal Yaşayış və “Park Yasamal” komplekslərində yanğına qarşı maarifləndirmə tədbirləri keçirilib.

    Median.Az FHN-ə istinadən xəbər verir ki, əvvəlcə, nəzəri hissə çərçivəsində yaşayış binalarında yanğın təhlükəsizliyi tələblərindən ətraflı bəhs edilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydalarından danışılıb, “112” qaynar telefon xəttinin funksiyası barədə məlumat verilib. Həmçinin, şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsinin yolverilməzliyi sakinlərin nəzərinə çatdırılıb, yanğın təhlükəsizliyindən bəhs edən videoçarxlar nümayiş olunub və tədbir iştirakçılarına mövzuya aid çap məhsulları paylanılıb.

    Sonra Yasamal Yaşayış Kompleksində təlim keçirilib.

    Təlim “şərti yanğın” həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış kompleksinə, həmçinin su mənbəyinə yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə təşkil olunub.

    Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsi səbəbindən yanğın avtomobilinin yaşayış kompleksinə sərbəst şəkildə yaxınlaşa bilmədiyi və yanğın təhlükəsizliyi ilə əlaqədar digər çatışmazlıqlar müəyyən edilib.

    Qeyd olunan məsələ barədə yaşayış kompleksinin yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı “tapşırıqlar” verilib. Həmçinin, nəzərə çatdırılıb ki, yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.

    Foto

  • Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib – CƏDVƏL

    “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 8 və 9 fevral tarixlərində əlavə qatar reysləri təyin edib.

    ADY-dən verilən məlumata görə, sərnişinlər Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər edə bilər.

    Sərnişinlər hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilər.

  • Əmək pensiyaları indeksləşdiriləcək

    Əmək pensiyaları indeksləşdiriləcək.

    Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

    Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2025-ci il yanvarın 1-nə 2024-cü il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi:

    – orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2025-ci il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə – həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların;

    – istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2025-ci il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

    Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

    Bu Sərəncam 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

  • Sabah yağış yağacaq, külək əsəcək

    Fevralın 6-da gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

    Günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 0-4° isti, gündüz 5-9° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 9-14° şaxta, gündüz 0-5° şaxta olacaq.