Month: February 2025

  • Bakıda həbs edilən rusiyalı sabiq hakim SƏRBƏST BURAXILDI

    Bakıda həbs edilən Rusiyanın Krasnodar vilayətinin sabiq hakimi Yelena Xaxaleva həbsdən buraxılıb.

    Median.Az “Qafqazinfo”a istinadla xəbər verir ki, eks-hakim barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

    Baş Prokurorluğun Mətbuat Xidmətindən sorğuya cavab olaraq bildirilib ki, Rusiya İstintaq Komitəsi tərəfindən təqsirləndirlən şəxs qismində cəlb olunaraq beynəlxalq axtarışa verilmiş və ölkəmizdə saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilmiş Yelena Xaxalevanın qətimkan tədbirinin dəyişdirilməsinə dair apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb.

    Məhkəmənin 4 fevral 2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ləğv olunan Y.Xaxaleva barəsində Xəzər Rayon Prokurorluğu tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

    Bundan başqa, Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən Y.Xaxalevanın ekstradisiyası ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna daxil olmuş sənədlərə hazırda baxılmaqdadır.

  • “MTV” və “Dünya TV”nin yayımı 3 saatlıq dayandırılacaq

    Azərbaycan Respublikası Audiovizual Şurasının son günlərdə “MTV” və “Dünya TV” kanallarında aşkarlanan pozuntu faktlarına həsr olunmuş videoformatda iclası keçirilib.

    Bu barədə Audiovizual Şura məlumat yayıb.

    Bildirilib ki, 3 fevral 2025-ci il tarixində, saat 21:28-də “MTV” kanalının efirində yayımlanan “Doktor Seyfəddin Əsəd Klinikası”na aid reklam çarxında həmin tibb müəssisəsinin lisenziyasının və ya sertifikatının nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməmiş, bununla da “Reklam haqqında” Qanunun 4.3-cü maddəsinin tələbləri pozulub. Həmçinin, həmin reklam materialında “Dünyada miqren xəstəliyinin müalicəsi yalnız bizdədir” ifadəsindən istifadə olunub və “Reklam haqqında” qanunun 6-cı maddəsinin tələbləri pozularaq, haqsız reklama yol verilib.

    Bundan əlavə, 3 fevral 2025-cü il tarixində, saat 19:40-da “Dünya TV” kanalının efirində yayımlanan “Sabirabad Klinikası”na aid reklam çarxında da həmin tibb müəssisəsinin lisenziyasının və ya sertifikatının nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməmiş, bununla da “Reklam haqqında” qanunun 4.3-cü maddəsinin tələbi pozulub.

    Müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 39.1.4-cü, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq hər iki televiziya kanalının proqramlarının 7 fevral 2025-ci il tarixində, saat 8:00-11:00 arası 3 saatlıq dayandırılması haqqında müvafiq qərarlar qəbul edib.

  • В Азербайджане скончался профессор Руфат Мир-Гасым

    В Азербайджане скончался профессор.

    Cоответствующая информация распространилась в социальных сетях.

    Скончался член-корреспондент Национальной академии наук Азербайджана, доктор физико-математических наук, профессор Руфат Мир-Гасым.

    Отметим, что Руфат Мир-Гасым является братом кинорежиссера, народного артиста Октая Мир-Гасыма.

  • Azərbaycanda professor vəfat etdi

    Azərbaycanda professor vəfat edib.

    Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    Bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Rüfət Mir-Qasım vəfat edib.

    Qeyd edək ki, Rüfət Mir-Qasım kinorejissor, Xalq artisti Oktay Mir-Qasımın qardaşıdır.

  • Экс-адвокат Эльман Пашаев совершал мошеннические действия и соблюдал меры конспирации

    Бывший адвокат Эльман Пашаев совершал мошеннические действия длительное время и соблюдал меры конспирации.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом говорится в материалах дела, которые были оглашены во Втором Западном окружном военном суде, где рассматривается жалоба на продление срока ареста бывшему адвокату.

    “Преступления, вменяемые Пашаеву, имеют длительный характер и совершались с соблюдением мер конспирации для их скрытия”, – сказал судья.

    Защита настаивает на изменении меры пресечения на домашний арест, мотивируя тем, что Пашаев участвовал в штурмовой группе, дважды был ранен, а также награжден медалями. “Хищение, которое вменяют моему подзащитному, не совершал. Пашаев помог Блиновскому попасть не в штурмовики, а в КБ (конструкторское бюро, где Блиновский занимался сборкой БПЛА – ред.)”, – отметил адвокат, добавив, что Пашаев обеспечивал воинские части, где он проходил службу до задержания, различными материальными средствами, в том числе приобрел “сотни беспилотников”.

    Эльман Пашаев был ранее осужден на один год ограничения свободы. Мытищинским городским судом в 2018 году он признан виновным в совершении преступления, предусмотренного ст. 330 УК РФ (самоуправство), судимость снята спустя три месяца, уточнял Пашаев в суде. До задержания он занимал должность командира танка в звании младшего сержанта.

    Бывший адвокат был арестован военным судом в середине сентября 2024 года, ему вменяется мошенничество на сумму более 46 млн рублей (ч. 4 ст. 159 УК РФ). По данным следствия, за эти деньги он пообещал Алексею Блиновскому освободить от уголовной ответственности его и его супругу – блогера Елену Блиновскую – по делу о неуплате налогов. Блиновский на очной ставке с Пашаевым заявил, что передал ему 100 тыс. долларов. Санкция вменяемой Пашаеву статьи предусматривает до 10 лет лишения свободы со штрафом в размере до 1 млн рублей. Бывший адвокат отказался сотрудничать со следствием, которое проверяет его на причастность к другим эпизодам преступления. По его словам, материалы дела сфабрикованы по заявлению Блиновского.

  • Rusiyada dələduzluqda ittiham olunan azərbaycanlı vəkilin həbs müddəti uzadıldı

    İkinci Qərb Dairə Hərbi Məhkəməsi “marafon kraliçası” Yelena Blinovskayanın əri Alekseyə qarşı dələduzluqda ittiham olunan keçmiş vəkil Elman Paşayevin həbs müddətinin uzadılması barədə qərarın qanuni olduğunu təsdiq edib.

    Bu barədə “RİA Novosti” xəbər yayıb.

    Bildirilir ki, apellyasiya şikayətinə baxan məhkəmə hüquqşünası istintaq təcridxanasında saxlamaq qərarına gəlib.

    Yanvarın 13-də Moskva Qarnizon Hərbi Məhkəməsi istintaqın vəsatətini təmin edərək E.Paşayevin həbs müddətini daha iki ay – martın 15-dək uzadıb. İclasda o, həbs olunana qədər kiçik serjant rütbəsində tank komandiri olduğunu bildirib.

    Həmin vaxt ona qarşı pilotsuz uçuş aparatının yenidən satılması ilə bağlı yeni cinayət işinin açıldığı məlum olub. Söhbət E.Paşayevin bir neçə vətəndaşa 1,5 milyon rubl dəyərində dron almağı təklif etməsi ilə bağlı baş tutmamış sövdələşmədən gedir.

    Yeni iş üzrə zərərçəkmiş Zaxarov bildirib ki, keçmiş vəkil satış üçün pulu alıb, lakin öhdəliklərini yerinə yetirməyib. Buna görə də Zaxarov hüquqşünasın dələduzluq əməlləri barədə ərizə yazıb.

    E.Paşayev 2024-cü ilin yazında dələduzluqda ittiham olunaraq həbs edilib. İstintaqın məlumatına görə, o, pul müqabilində Aleksey Blinovskiyə və onun həyat yoldaşı – bloqer Yelena Blinovskayaya vergi ödəməmə ilə bağlı cinayət məsuliyyətindən azad olunmağı vəd edib. Bundan sonra o, aldadılmış ərdən ən azı 18,5 milyon rubl və 300 min dollar alıb.

  • Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb

    Ötən ay Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə “İnstagram” olub.

    “APA-Economics” bu barədə “StatCounter”a istinadən xəbər verir.

    Bu dövrdə “İnstagram”ın Azərbaycanın sosial şəbəkə bazarındakı payı 36,04% təşkil edib. Bu isə 2024-cü ilin dekabr ayı ilə müqayisədə 11,05 faiz bəndi və illik müqayisədə 1,13 faiz bəndi azdır.

    İstifadəçi sayına görə, ikinci yerdə 25,82% payla “Facebook” qərarlaşıb. Sosial şəbəkənin bazar payı bir öncəki ayla müqayisədə 9,79 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz bəndi çox olub.

    Ölkədə üçüncü ən çox istifadə edilən sosial şəbəkə 16,14% payla “Pinterest” olub. Bu, aprel ayı ilə müqayisədə 0,77 faiz bəndi, illik müqayisədə 3,85 faiz bəndi azdır.

    Ötən ay “YouTube” sosial şəbəkəsinin Azərbaycandakı bazar payı aylıq müqayisədə 3,41 faiz bəndi, illik 0,1 faiz bəndi artaraq 13,38%-a çatıb. Dövr ərzində “YouTube” istifadəçi sayına görə dördüncü yerdə qərarlaşıb.

    Ötən ay “X” sosial şəbəkəsi ölkəmizdəki bazar payını aylıq 1,61 faiz bəndi, illik 1,81 faiz bəndi azaldaraq 5,05%-lə beşinci yerdə dayanıb.

    İstifadəçi sayına görə, altıncı yeri 1,91% payla “Reddit” sosial şəbəkəsi tutub. Sosial şəbəkə Azərbaycandakı bazar payını aylıq 0,31 faiz bəndi, illik 0,49 faiz bəndi artırıb.

    Yanvar ayında “Linkedin” sosial şəbəkəsi 0,91% bazar payı ilə yeddinci yerdə qərarlaşıb. Sosial şəbəkə ölkədəki bazar payını aylıq 0,14%, illik 0,32% azaldıb.

  • Dövlət qurumuna işə düzəltmək adı ilə vətəndaşları aldadan keçmiş məhbus ƏLƏ KEÇDİ

    Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 56 yaşlı Tahir Rəhimov saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

    Bildirilib ki, o, ayrı-ayrı vətəndaşları əsasən dövlət qurumunda işə düzəltmək və işçi müqaviləsinin müddətini artırmaq kimi yalan vədlərlə aldadaraq həmin şəxslərin xeyli miqdarda maddi vəsaitini ələ keçirib.

    Faktla bağlı cinayət işi başlanılıb, T.Rəhimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Цены на золото обновили исторический максимум

    На этой неделе цена на золото снова добралась до максимума на фоне торговой войны, развязанной США.

    Как передает Median.Az со ссылкой на silver.ru, сегодня на торгах драгметалл впервые в истории поднялся выше 2 900 долларов за унцию.

    К 14:44 мск (15:44 по Баку – ред.) золото дорожает на 0.32%, до 2 893.5 доллара за унцию, а ранее сегодня достигало максимальной отметки 2 901.5 доллара.

    Как отмечает Bloomberg, начало торговой войны между США и Китаем подогрело спрос на активы-убежища. Пошлины США на китайский импорт, введенные Дональдом Трампом, вступили в силу накануне, а Пекин немедленно анонсировал более целенаправленные ответные меры.

  • Qızılın qiyməti bu həftə ikinci dəfə tarixi maksimumu yenilədi

    Bu gün dünya bazarında qızılın bir unsiyasının qiyməti 2 900 ABŞ dollarını keçərək tarixi maksimumu yeniləyib.

    Bu barədə silver.ru xəbər yayıb.

    Bildirilib ki, qızılın qiyməti 2 901.41 dollara qədər yüksəlib.

    O da qeyd olunub ki, qiymətli metalın dəyəri ABŞ və Çinin ticarət rüsumları tətbiq etməsindən sonra investorların təhlükəsiz aktivlərə olan tələbatı səbəbindən bu həftə artıq ikinci dəfə rekordu təzələyir. Qızıl üzrə əvvəlki tarixi maksimum bazar ertəsi, 3 fevral tarixində bir unsiya üçün 2 872 dollar səviyyəsində qeydə alınmışdı.