Month: February 2025

  • Alimlər 2032-ci ildə asteroidin Yerlə toqquşma ehtimalını nəzərdən keçiriblər

    ABŞ və Avropa kosmik agentlikləri 2032-ci ildə Yerlə toqquşa biləcək asteroidi izləyirlər.

    Bu barədə BBC yazır.

    Qeyd olunur ki, asteroid keçən ilin dekabrında kəşf edilib və “2024 YR4” adlanır. Alimlər toqquşma ehtimalını cəmi 1.3% olduğunu hesab edirlər. Bununla belə, asteroid hazırda planet üçün potensial təhlükəli olan göy cisimləri siyahısında birinci yerdədir və onun Yerə təsiri nüvə bombasının zərbəsi ilə müqayisə oluna bilər.

    Avropa Kosmik Agentliyi (ESA) asteroidin 2032-ci il dekabrın 22-də Yer kürəsindən təhlükəsiz məsafədə keçmə ehtimalının 99% olduğunu bildirib. Bununla belə, mümkün toqquşma hələ tamamilə istisna edilə bilməz.

    Xatırladaq ki, “2024 YR4” asteroidi ötən il dekabrın 27-də Çilidə teleskop vasitəsilə aşkar edilib. Onun ölçüsünün 40 ilə 90 metr arasında olduğu təxmin edilir.

  • Dağıstanın “Xatiko”su: Pişik altı ildən çox öz sahibinin məzarı üstündə yaşayıb – VİDEO

    Dağıstanın paytaxtı Mahaçqalada (Rusiya) pişik altı ildən çox öz sahibinin məzarı üstündə yaşayıb.

    Median.Az-ın “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə yerli könüllülər məlumat veriblər.

    Məlumata görə, Mahaçqalada bu pişik haqqında ilk dəfə 2018-ci ildə xəbər tutublar. Hər axsam pişiyi evə aparıblar ki, isti yerdə gecələsin, lakin səhər o, yenə qəbiristanlığa qaçıb.

    İndi artıq yaşlı pişik xəstələnib və Mahaçqaladakı baytarlıq klinikasına göndərilib. Daha sonra könüllülər onu müalicə üçün Sankt-Peterburqa aparmağı planlaşdırırlar.

    Qeyd edək ki, Yaponiyanın Akita prefekturasında “Xatiko” ləqəbli it sahibi xəstəxanada öldükdən və evə qayıtmadıqdan sonra 9 il ərzində hər gün onun gedib-gəldiyi dəmiryol stansiyasında yolunu gözləyib. Daha sonra it stansiyanın yaxınlığında ölmüş halda tapılıb, onda xərçəngin son mərhələsi və ürək problemi aşkarlanıb.

    “Xatiko”ya sahibini gözlədiyi Sibuya stansiyasında heykəl qoyulub və sevgililərin görüş yerinə çevrilib. Həmçinin itin obrazı Yaponiyada təmənnasız sevgi və sədaqətin rəmzinə çevrilib.
    //oxu.az

  • СМИ: Столица США охвачена хаосом из-за активности Илона Маска

    Вашингтон охвачен хаосом из-за активных действий Илона Маска, который взял на себя роль реформатора федеральных агентств США.

    Об этом сообщает CNN со ссылкой на источники в администрации и документы, предоставленные командой главы нового ведомства по повышению эффективности правительства США, сокращению раздутого госаппарата и борьбе с бюрократией (Department of Government Efficiency).

    Маск и его представители начали радикальную перестройку работы ряда федеральных учреждений, что вызвало волну недовольства среди сотрудников и чиновников, отмечает телекомпания. По данным источников, команда Маска получила доступ к конфиденциальным документам, отключила сайты некоторых агентств и приостановила работу ключевых программ.

    Одним из наиболее заметных шагов стало вмешательство в деятельность Агентства по международному развитию США (USAID), где сотрудников обязали не выходить на работу до завершения “ревизии”. Это вызвало обеспокоенность как внутри страны, так и за рубежом, поскольку многие гуманитарные программы зависят от USAID.

    Критики обвиняют Маска в попытке подорвать стабильность федеральной системы, тогда как его сторонники считают, что такие меры необходимы для повышения эффективности и сокращения бюрократии. CNN подчеркивает, что пока остается неясным, как долго продлится эта кампания и какие долгосрочные последствия она повлечет для работы правительства США. Однако уже сейчас очевидно, что Вашингтон столкнулся с беспрецедентной ситуацией.

  • Maskın fəaliyyəti Vaşinqtonda xaos yaratdı

    İş adamı İlon Mask ABŞ federal agentliklərinin islahatçı rolunu üzərinə götürdüyü üçün Vaşinqton xaos içindədir.

    Bu barədə CNN administrasiyadakı mənbələrə və sənədlərə istinadən məlumat verib.

    Qeyd olunur ki, Mask və onun nümayəndələri bir sıra federal qurumların işində köklü restrukturizasiyaya başlayıblar ki, bu da işçilər və məmurlar arasında narazılıq dalğasına səbəb olub. Mənbələrə görə, Maskın komandası məxfi sənədlərə giriş əldə edib, bəzi agentliklərin internet saytlarını sıradan çıxarıb və əsas proqramları dayandırıb.

    Ən çox diqqət çəkən addımlardan biri ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinə müdaxilə olub, ki burada işçilərə “reviziya” başa çatana qədər işə gəlməmək əmri verilib. Bir çox humanitar proqramlar USAID-dən asılı olduğundan bu, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə narahatlıq doğurub.

    Tənqidçilər Maskı federal sistemin sabitliyini pozmağa çalışmaqda ittiham edir, tərəfdarları isə bu cür tədbirlərin səmərəliliyi artırmaq və bürokratiyanı azaltmaq üçün zəruri olduğunu deyirlər.

  • İspaniyada iş saatı azaldıldı: Maaş olduğu kimi qaldı

    İspaniyada həftəlik iş saatı 40-dan 37,5 saata endirilib.

    Median.Az “Star” qəzetinə istinadən xəbər verir ki, bu barədə İspaniya Baş nazirinin müavini Yolanda Dias məlumat verib.

    Onun sözlərinə görə, iş saatının azaldılması İspaniyanın modernləşməsinə töhfə verəcək:

    “Bu, cəmiyyətin yaşayış keyfiyyətini yaxşılaşdıracaq və işçilərə ümid verəcək. Tarixi dəyişiklikdir. İşləmək üçün yaşamırıq, yaşamaq üçün işləyirik”.

    Qeyd edək ki, İspaniyada son 40 ildə ilk dəfə həftəlik iş saatı azaldılır. Bu qərar parlamentdə qəbul edilərək qüvvəyə minib. Qərarın gündə yarım saat az işləyəcək ispanların maaşlarına heç bir təsirinin olmayacağı bildirilib.

  • В России поезд сбил стадо краснокнижных антилоп – ВИДЕО

    В Забайкальском крае России поезд сбил стадо краснокнижных антилоп-дзеренов.

    Как передает Median.Az, об этом сообщает РИА Новости со ссылкой на пресс-службу Забайкальской железной дороги.

    “Забайкальская железная дорога проводит служебное расследование в связи со случаем наезда поезда на стадо антилоп-дзеренов”, – говорится в сообщении.

    Отмечается, что во время расследования будет дана оценка действиям локомотивной бригады. Также организован дополнительный инструктаж бригад по вопросу появления диких животных у ж/д путей. Подчеркивается, что Забайкальская железная дорога обратится в Даурский заповедник и Минприроды Забайкалья об оперативном обмене информацией о маршрутах миграции дзеренов.

    В социальных сетях ранее появилось видео, на котором поезд наезжает на стадо дзеренов и не останавливается.

    Дзерен – один из двух представителей антилоп, обитающих в России, и один из немногих видов диких копытных Евразии, сохранивших обширный ареал. Входит в Красную книгу России. В 2010 году сообщалось, что из Монголии в Забайкалье мигрировали 40 000 степных антилоп-дзеренов, повредив 6 км инженерно-оградительных сооружений на российско-монгольской границе.

  • Rusiyadan dəhşətli mənzərə: Qatar “Qırmızı kitab”a daxil edilən ceyran sürüsünü “biçdi” – VİDEO

    Rusiyanın Baykal diyarında qorxunc hadisə baş verib – qatar “Qırmızı Kitab”a daxil edilmiş nadir monqol ceyranlarının sürüsünü əzib.

    Bununla bağlı dəhşətli görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb.

    Videoda lokomotivin fiti aydın eşidilir, lakin maşinistin heyvanlarla toqquşmanın qarşısını almaq üçün əyləc tətbiq edib-etmədiyi hələ də aydın deyil.

    Rusiya Dəmir Yollarının regional idarəsi artıq hadisə ilə bağlı xidməti araşdırmaya başladığını bildirib.

  • Məktəbin istilik PROBLEMİ: Şagirdlərin davamiyyəti AŞAĞIDIR – VİDEO

    Samux rayon Tatlı kənd ümumi orta məktəbinin şagirdləri soyuq sinif otaqlarında dərs keçmək məcburiyyətində qalıblar.

    Median.Az ATV-yə istinadən məlumat verir ki, məktəbin sinif otaqları ötən ilədək odun sobaları ilə qızdırılıb, daha sonra məktəbdə ümumi istilik sistemi quraşdırılıb.

    Lakin, bu sistem kartla olan sayğacla işlədiyindən pul bitən kimi istilik də kəsilir.

    Valideynlər bildiriblər ki, bir aydan çoxdur vəziyyət belədir. Övladlarının davamiyyəti aşağıdır.

    Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, sayğacda texniki problem yaranıb, lakin qısa müddətdə aradan qaldırılıb.

    Ətraflı süjetdə:

  • Пашинян: Ереван готов не размещать миссию ЕС на делимитированных участках границы

    Армения готова не размещать миссию Европейского союза (ЕС) на делимитированных участках границы с Азербайджаном.

    Об этом в американском Вашингтоне во время обсуждения Атлантического совета заявил армянский премьер-министр Никол Пашинян.

    “Азербайджан говорит, что войска третьих стран не должны дислоцироваться на армяно-азербайджанской границе, открыто намекая на гражданскую миссию ЕС. Мы принимаем это к сведению и предлагаем не размещать их на тех участках границы, которые делимитированы”, – отметил он.

  • Paşinyan: “İrəvan Aİ missiyasını sərhədin delimitasiya olunmuş hissələrinə yerləşdirməməyə hazırdır”

    “Ermənistan Aİ-nin mülki missiyasını Azərbaycanla sərhədin delimitasiya olunmuş hissələrinə yerləşdirməməyə hazırdır”.

    Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda Atlantik Şuranın müzakirələri zamanı deyib.

    “Azərbaycan deyir ki, üçüncü dövlətin qoşunları Ermənistan-Azərbaycan sərhədinə olmasın və açıq şəkildə Aİ-nin mülki missiyasına eyham vurur. Biz bunu nəzərə alırıq və sərhədin delimitasiya olunmuş hissələrinə onları yerləşdirməməyi təklif edirik”, – deyə Paşinyan qeyd edib.