Month: February 2025

  • Həbsdə olan təhsil eksperti azadlığa çıxdı

    Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə “Smart Business Qroup” şirkətinin direktoru, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilərək 5 il müddətinə azadlıqdan məhrum edilmiş Xəlilov Anar Tapdıq oğlu azadlığa buraxılıb.

    Qərar hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub. Belə ki, Anar Xəlilov 5 vətəndaşa qarşı dələduzluq edərək onlardan övladlarını xaricdə təhsil almaq adı ilə ümumilikdə 97845 manat pullarını elə keçirmişdi. A.Xəlilov zərərçəkənlərin hamısı ilə barışıq əldə edib dövlətə dəymiş ziyanın 50 faizini (48923 manat) ödəsə də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10.12.2024-cü il tarixdə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bakı Apelyasiya Məhkəməsinin hakimi Faiq Qəniyev isə Cinayət Məcəlləsinin 73-1.3-cü maddəsini rəhbər tutaraq Anar Xəlilovu cinayət məsuliyyətindən azad edib və cinayət işinə xitam verib.

    Qeyd edək ki, Anar Xəlilov Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən heç kimə qarşı dələduzluq etmədiyini, sadəcə pandemiya ilə əlaqədar sərhədlər bağlandığından tələbələri xaricə göndərə bilmədiyini əsas gətirmişdi:

    “Telekanalların bir çoxunda bu şirkətin rəhbəri kimi çıxışlar etmişəm. Bu da mənim şirkətin həqiqi rəhbəri olmağıma sübutdur. Bütün müqavilələr otağımda çəkiliş kamerasının vasitəsilə çəkilib. Xəzər TV-də müsahibəm var ki, bizdə əvvəldən ödəniş olmayıb. Tələbə ali məktəbə qəbul olandan sonra ödəniş olunub, əvvəldən ödəniş olunmayıb. Tələbələri necə yola salmağıma gəlincə, qan analizi alınıb, tibbi müayinədən keçiblər.

    Dələduzluq niyyətim olubsa, nəyə görə müqavilə bağlamışam? Onlara bütün proseduru izah eləmişəm. Hər bir qrupu yola salmadan valideyinlərlə görüş keçirmişəm. Pandemiya başlamasına görə sərhədlər bağlandı. Tələbələrin dərsləri xaricdən onlayn keçirildi. Bu distant təhsilə isə bizim tələbələr hazır deyildi”./Unikal.az

  • Özünü deputatın xalası oğlu kimi təqdim etmişdi – Məhkəmədə həbs edildi

    Bakıda oğlunu işə düzəltmək istəyən şəxs aldadılıb. Bu cinayət işində sabiq təhsil şöbəsinin müdiri və özünü deputatın xalası oğlu kimi təqdim edən şəxslərin adı keçir.

    Musavat.com xəbər verir ki, 64 yaşlı Faiq Q. dələduzluqda təqsirləndirilərək hakim qarşısına çıxarılıb.

    Təqsirləndirilən şəxs Faiq Q. ifadəsində deyib ki, “Azadlıq” metrostansiyasının yaxınlığında təqaüdçülərin toplaşdığı kafedə Şamil adlı şəxsi tanıyıb. Sonradan Şamil Nurəliyevin Saatlı Rayon Təhsil Şöbəsinin müdiri işlədiyini öyrənib.

    Onun sözlərinə görə Şamil Nurəliyevin tanışı olan Şəmsəli adlı şəxs oğlunu işə düzəltmək istəyib. Bu barədə Şamil Nurəliyev ona məlumat verib.

    “Şamillə bir yerdə olanda Şəmsəli ona zəng elədi. Şəmsəli oğlu Ramazanı işə düzəltmək istədiyini dedi. Şamil də mənə söylədi. Bu işi həll edə biləcəyimi dedim. İşin 9 min manata düzələcəyini bildirdim. Əvvəlcə 5 min manat aldım. Sonra da min manat. Amma iş düzəlmədi” – deyə təqsirləndirilən şəxs bildirib.

    Zərərçəkmiş Şəmsəli isə dindirilən zaman qeyd edib ki, onun aldadılmasında Şamilin də günahı var: “Məni Faiqlə Şamil tanış elədi. 5 mini verəndən sonra xərçəng xəstəsi olduğunu, min manat da müalicəsi üçün lazım olduğunu dedi. Həmin pulu da verdim. Faiq deyirdi ki, xalasının oğlu deputatdır. İşi onun əli ilə həll edəcəkdi. Amma iş düzəlmədi, pulumu da ala bilmədim. Pulun hamısını borc almışam. Şamil mənə deyirdi ki, Faiq pulu verməsə, özü verəcək”.

    İşdə adı keçən Şamil Nurəliyev şahid kimi dindirilib. Ş.Nurəliyev vəzifəsində yol vediyi nöqsanlara görə işdən çıxarılıb.

    Ş.Nurəliyev bildirib ki, bu işdə heç bir fəaliyyəti olmayıb: “Şəmsəli özü məndən xahiş etdi. Mən də Faiqlə əlaqələndirdim. Pulu verəndə orada olmamışam. 5 minatdan xəbərim var. Amma min manatın alınmasını bilmirəm”.

    Məhkəmə araşdırması zamanı zərərçəkmiş şəxs pulunu tələb etdiyini deyib. Təqsirləndirilən Faiq Q. isə əməlindən peşman olduğunu, vaxt verilərsə, pulu ödəyəcəyini bildirib.

    Məhkəmənin hökmü ilə Faiq Q. 2 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.

  • Regionların sosial-iqtisadi inkişafını təmin etmək üçün hansı tədbirlər görülür?

    (Yazı “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusu üzrə hazırlanıb)

    Azərbaycan Respublikasının davamlı iqtisadi inkişafında ölkənin bölgələrinin sosial-iqtisadi potensialının artırılması böyük rol oynayır.

    Bunun üçün hökumət tərəfindən regionların inkişafına dəstək məqsədi ilə davamlı olaraq müxtəlif proqramlar həyata keçirilir. Bunların fonunda regionların inkişafına dair dövlət proqramları və strateji planlar bu sahədə davamlı inkişafa şərait yaradır. Son illərdə aparılan genişmiqyaslı islahatlar, xüsusilə infrastruktur layihələri və investisiya təşviqi proqramları, ölkənin hər bir bölgəsində iqtisadi aktivliyi artırır.

    Qaynarinfo xəbər verir ki, xüsusilə düşmən işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həm infrastruktur, həm də sosial-iqdisadi işlər sürətlə aparılır, regionun inkişafı üçün müxtəlif tədbirlər həyata keçirilir.

    Həyata keçirilən layihələr çərçivəsində regionların inkişafı üçün aşağıdakı prioritet məsələlər əsas götürülüb:

    İnfrastrukturun yenidən qurulmasına aid dövlət proqramları

    Bölgələrin davamı inkişafını təmin etmək üçün müxtəlif kənd və qəsəbələrdə infrastrukturun yenidən qurulması məqsədiylə müxtəlif layihələr həyata keçirilir. Bu layihələr çərçivəsində yolların, elektrik, qaz və su təminatı şəbəkələrinin modernləşdirilməsi iqtisadiyyata müsbət təsir göstərir. Bununla yanaşı, kənd və rayon yollarının təmiri, yeni körpülərin salınması və dəmir yolu sisteminin təkmilləşdirilməsi ticarət və nəqliyyatın inkişafına töhfə verir.
    Sənaye və kənd təsərrüfatının inkişafı aid proqramlar

    Aqrar sektorda müasir texnologiyaların tətbiqi, fermerlərə subsidiyaların verilməsi və emal sənayesinin genişləndirilməsi regionların iqtisadi potensialını artırır. Eyni zamanda, iri sənaye zonalarının yaradılması, texnoparkların fəaliyyətə başlaması və ixrac yönümlü məhsulların istehsalının təşviqi regional iqtisadiyyata böyük dəstək verir.

    Turizmin inkişafı üçün görülən layihələr

    Bölgələrə xarici və yerli turistləri cəlb etmək üçün regionlarda turizm infrastrukturunun yaradılması üçün müxtəlif layihələr həyata keçirilir. Xüsusilə, dağ turizmi, kənd turizmi və sağlamlıq turizminin inkişafı üçün xüsusi dövlət proqramları həyata keçirilir. Bölgələrdə davamlı inkişaf proqrmalarına uyğun olaraq müasir otellərin, istirahət komplekslərinin və milli parkların yaradılması bu sahənin canlanmasına şərait yaradır.

    Kiçik və biznesin inkişafına dəstək üçün həyata keçirilən müxtəlif layihələr – Sahibkarlıq subyektlərinə verilən gömrük və vergi güzəştləri regionlarda iqtisadiyyatın canlanmasına təkan verir. Bununla yanaşı, startap layihələrinin maliyyələşdirilməsi, yerli istehsalçılar üçün güzəştli kreditlərin ayrılması və biznes inkubatorların yaradılması sahibkarlığın inkişafını daha da stimullaşdırır.

    Təhsil və səhiyyənin inkişafına dəstək layihələri

    Regionlarda yeni məktəblərin, tibbi mərkəzlərin yaradılması sosial rifahın yüksəlməsinə təkan verir. Elektron təhsil sistemlərinin tətbiqi, müasir laboratoriyaların qurulması və kəndlərdə səhiyyə xidmətlərinin genişləndirilməsi əhalinin həyat səviyyəsini yüksəldir. 2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycan Xankəndi şəhərinə nəzarətini bərpa etdi. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2023-cü il tarixili Sərəncamı ilə Qarabağ Universiteti yaradıldı. 2024-cü il sentyabrın 15-dən fəaliyyətə başlayan universitetdə Bakı və ölkənin müxtəlif regionlarından tələbələr təhsil alır.
    44 günlük Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzura həyatı qaytarmaq dövlətin qarşısında dayanan prioritet məsələlərdən birinə çevrildi. Sosial-iqtisadi inkişaf üçün müxtəlif layihələr həyata keçirildi. Bütün bu layihələr çərçivəsində azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.

    Yeni istehsal müəssisələri yaradılır

    Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni sənaye parkları və aqroparklar qurulur. Xüsusilə, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında müxtəlif istehsal müəssisələrinin fəaliyyətə başlaması üçün işlər görülür.

    İşsizliyin azaldılması və məşğulluğun artırılması üçün görülən işlər

    Bölgəyə köç edən əhali üçün iş yerlərinin açılması məqsədilə müxtəlif dövlət proqramları həyata keçirilir. Peşə təhsil mərkəzlərinin yaradılması və yeni iqtisadi layihələrin icrası sayəsində məşğulluq səviyyəsinin artırılması nəzərdə tutulur.

    Yerli istehsal və kənd təsərrüfatının inkişafına təkan verə layihələr

    Qarabağın münbit torpaqları kənd təsərrüfatı üçün böyük potensiala malikdir. Aqrar sektorun inkişafı üçün yeni suvarma sistemləri qurulur, iri fermer təsərrüfatları yaradılır və yerli məhsulların emalına xüsusi diqqət yetirilir.

    Alternativ enerji mənbələrinin inkişafı üçün görülən tədbirlər

    Qarabağ və Şərqi Zəngəzur regionları alternativ enerji potensialına malikdir. 2022-ci il mayın 3-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” çox mühüm sərəncam imzalayıb. 2020-ci ilin dekabr ayının 29-da Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti ilə 240 MVt gücündə külək elektrik stansiyasının tikintisi ilə bağlı müqavilə, 2021-ci ildə Azərbaycanda günəş enerjisi stansiyasının tikintisi ilə bağlı layihənin həyata keçirilməsinə dair Azərbaycan hökuməti və BƏƏ-nin “Masdar” şirkəti günəş elektrik stansiyası tikintisi üçün müqavilə imzalayıb. Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin məlumatına görə, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonları texniki potensialı 7200 meqavatdan çox olan günəş enerjisindən istifadə üçün əlverişli şəraitə malikdir. Bununla yanaşı, ilkin proqnozlara görə, Laçın və Kəlbəcər rayonlarının dağlıq ərazilərində külək enerjisinin texniki potensialı 2 min meqavat həcmində qiymətləndirilir. Kəlbəcər və Şuşa rayonlarında isə geotermal enerji mənbələrindən “yaşıl enerji” kimi istifadə olunması imkanları daha çox diqqət çəkir. Qarabağ və Şərqi Zəngəzurun dayanıqlı elektrik təchizatı infrastrukturunun yaradılması, həmçinin hidroenerji ehtiyatlarından səmərəli istifadə edilməsi istiqamətində tapşırıqlara əsaslanılaraq, regionun sərt, keçilməz iqlim və relyef şəraitinə rəğmən, 3 ildən az bir müddətdə ümumi gücü 226 MVt olan 28 su elektrik stansiyası (SES) yenidən qurulub və ya yeni tikilib.
    Ümumi gücü 44 MVt olan 4 SES-də isə hazırda avadanlıqların quraşdırılması və sazlama işləri icra edilir. Nəticədə bütün region üzrə dayanıqlı elektrik təchizatı sxemi yaradılır və COP29 tədbirinin keçiriləcəyi, “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmiş 2024-cü ilin birinci yarısında ümumi gücü 270 MVt olan 32 SES-in istismara veriləcəyi nəzərdə tutulur. Bu stansiyalarda il ərzində 600 milyon kilovat/saatdan çox “yaşıl enerji”nin istehsal ediləcəyi planlaşdırılır. Bu da 160 milyon kubmetrdən artıq təbii qaza qənaət edilməsi, atmosferə atılan karbon qazının həcminin isə 330 min tondan çox azalması deməkdir. Bundan əlavə, ümumi gücü 37,5 MVt olan 6 kiçik su elektrik stansiyasının (KSES) 2025-ci ilin birinci yarısında istismara verilməsi gözlənilir.

    Ölkənin enerji sistemi tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzur regionlarının elektrik enerjisi tələbatı 100 faiz “yaşıl enerji” hesabına təmin edilir və tələbatdan artıq qalan həcm ölkə enerji sisteminə ötürülür.

    İT sektorunun və rəqəmsal infrastrukturun genişləndirilməsi

    Qarabağda ağıllı şəhər və kənd konsepsiyası çərçivəsində müasir texnologiyaların tətbiqi genişlənir. Füzuli, Şuşa və Ağdamda smart şəhər infrastrukturu qurulur, sürətli internet və rəqəmsal xidmətlər əhalinin istifadəsinə verilir.

    Bütün bu inkişaf proqramları Qarabağın sosial-iqtisadi dirçəlişinə və ölkənin ümumi iqtisadi gücünə mühüm töhfə verəcəkdir.

    Bütün bu görülən tədbirləri nəzərə alaraq demək olar ki, Azərbaycanın regionlarında sosial-iqtisadi inkişaf sürətlə davam etdirilir və bu istiqamətdə dövlət tərəfindən yeni layihələr həyata keçirilir. Görülən bütün bu işlər isə regionların daha da inkişaf etməsinə təkan verəcək. Eyni zamanda, dövlət və özəl sektorun əməkdaşlığı sayəsində kənd təsərrüfatı, sənaye, turizm və xidmət sahələrində daha geniş imkanlar yaradılacaq. Regionlarda əhalinin işsizlik səviyyəsi azaldılacaq, orada fəaliyyət göstərən müxtəlif sahibkarlıq subyektlərinin inkişafına şərait yaradılacaq.

  • Azərbaycanda kiçik kəndlərin birləşdirilməsi təklif olunur

    “Regionlarda həm təhsil, həm səhiyyə, həm də digər problemlərin həlli üçün kiçik kəndlərin birləşdirilməsi qaçılmazdır”.

    Bunu iqtisadçı Eldəniz Əmirov deyib.

    “Ümumiyyətlə, regionların idarə edilməsində tam yeni idarəçilik üsullarına və inzibati rayonların yenidən strukturlaşdırılmasına ehtiyac var, amma əgər idarəetmə üsul və formalarına dair bir dəyişiklik olmayacaqsa, o zaman mümkün qədər ən qısa zamanda kiçik kəndlərin birləşdirilməsinə dair işlərə başlanılmalıdır.

    Kiçik kəndlərin birləşməsinin xərclərin optimallaşdırılmasına, infrastrukturun təkmilləşməsinə, iqtisadiyyatın güclənməsinə, xidmətlərin keyfiyyətinin artmasına, idarəetmə səmərəliliyinin artırılmasına, balanslı inkişafa, yerli idarəetmənin güclənməsinə və s. çox böyük müsbət təsirləri olacaq.

    Ən əsası, kəndlərdə təhsil, səhiyyə və digər xidmətlərin göstərilməsi mümkün olacaq ki, bu da hər sakin üçün əlçatan olacaq. Hazırda ucqar ərazilərdə nəinki poliklinika, heç kiçik tibb məntəqəsi, apteki, bankomatı, normal yolu-izi, normal məktəbləri olmayan və digər çoxsaylı xidmətlərdən yararlana bilməyən saysız hesabsız kəndlərimiz var. Kəndlərin birləşdirilməsi ilk baxışdan böyük vəsait tələb etsə də, prosesin sonunda həm dövlət, həm də insanlar qazanacaq”, – deyə E.Əmirov əlavə edib.

  • Tramp 9 mayda Moskvaya gedəcək?

    ABŞ prezidenti Donald Tramp Rusiyada 9 mayda “Qələbə günü” adlandırılan günlə bağlı Moskvaya səfər etmək niyyətində olmadığını bildirib.

    Qaynarinfo xəbər verir ki, bu barədə o, 21 fevral cümə günü Ağ Evdə jurnalistlərə açıqlama verərkən deyib.

    Mediada yer alan 9 mayda Rusiyaya səfər edəcəyi barədə xəbərləri şərh etməsi istənildikdə, Tramp “Xeyr, mən getməyi planlaşdırmıram” cavabını verib.

    Bundan bir gün əvvəl Fransanın Le Point qəzeti ABŞ prezidentinin “böyük ehtimalla” Moskvaya səfər edəcəyini və Vladimir Putinlə görüşəcəyini yazmışdı.

    Kremlin sözçüsü Dmitri Peskov da təbliğat mediasına açıqlamasında Trampın Moskvaya səfərinin planlaşdırıldığı barədə yayılan məlumatları təkzib edib.

    Qeyd edək ki, sonuncu dəfə ABŞ prezidenti 1995-ci ildə Moskvaya bu məqsədlə səfər etmişdi.

    Xatırladaq ki, Donald Tramp və Vladimir Putin 12 fevralda telefon danışığı aparıb. Bundan sonra ABŞ prezidenti Ukraynadakı müharibəni “bitirmək üçün” danışıqların dərhal başlanacağını elan edib.

    Kreml isə bundan sonra Tramp və Vladimir Putin arasında görüşün fevralın sonuna qədər baş tuta biləcəyini istisna etməyib.

  • Sabah da qar yağacaq

    Fevralın 23-də gözlənilən hava şəraiti açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bakı və Abşeronda hava proqnozu

    Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

    Yollar buz bağlayacaq?

    Havanın temperaturu gecə və gündüz 0-3° şaxta olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə və gündüz 75-85 % olacaq.

    Gecə və səhər yollar buz bağlayacaq.

    Rayonlarda gözlənilən hava şəraiti

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.

    Ən çox şaxta harda olacaq?

    Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə 19-24° şaxta, gündüz 3-8° şaxta olacaq. Bəzi yerlərdə yolların buz bağlama ehtimalı var.

  • Universitetlərə ərizə qəbulunun qiyməti dəyişib? (VİDEO)

    Bakalavr pilləsinə sənəd qəbulunun qiymətinin dəyişdiyi ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

    İddiaya görə, əvvəlki ilin məzunları buraxılış imtahanı üçün qeydiyyatdan keçərkən sistem onlardan 45 manat pul istəyir ki, indiyə qədər bu məbləğ 20 manat idi.

    Bildirilir ki, bu qiymət kolleclərə qəbul olmaq istəyənlər üçün də keçərlidir. Bununla yanaşı qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili üzrə test imthanının qiyməti 30 manat olub. Ötən il isə bu qiymət 10 manat təşkil edirdi.

    Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə bildirib ki, qiymətlərin artırılması məsələsi həqiqətə uyğun deyil. Məbləğ sadəcə əvvəlki qiymətə uyğunlaşdırılıb:

    “NK-nın 2 avqust 2022-ci il tarixli qərarı var idi ki, həmin qərara əsasən Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərə görə müəyyən edilmiş güzəştli tariflərin müddəti artıq başa çatıb. Həmin qərarda güzəştlər 2022-2024-cü illər üçün nəzərdə tutulmuşdu. Ona görə də indi iştirakçılar ərizə qəbulu üçün Tarif Şurasının 2022-ci ildə qəbul etdiyi qərara uyğun ödəniş edirlər”.

    Xanlar Xanlarzadə həmçinin onu da əlavə edib ki, qiymət dəyişikliyi builki məzunlara və xüsusi güzəşt kateqoriyasında olanlara aid deyil.

    Ətraflı “Xezerxeber.az”ın videomaterialında:

  • Bakıda kişi doğum günündən sonra özünü asdı

    Bakıda intihar baş verib.

    Hadisə gecə saatlarında Xətai rayonu, Polad Həşimov küçəsində olub.

    48 yaşlı Hüseynov Umudvar Çərkəz oğlu yaşadığı evdə özünü asıb. İntiharın hansı səbəbdən baş verməsi bəlli deyil.

    Qeyd edək ki, hadisədən 3 gün əvvəl, fevralın 18-də mərhumun 48 yaşı tamam olub.
    Araşdırma aparılır.

  • В районах страны идет снег

    Обнародована фактическая погода на 19:00 в Азербайджане.

    Как сообщили в Национальной гидрометеорологической службе, по информации на 19:00 22 февраля, после небольшого перерыва днем в отдельных местах Азербайджана на Абшеронском полуострове местами идет слабый снег.

    Снег также идет в Кяльбаджаре, Лачине, Губадлы, Нахчыване, Шахбузе, Дашкесане, Гядабейе, Гейгеле, Гяндже, Джейранчёле, Балакяне, Шеки, Шамахы, Исмаиллы, Сарыбаше (Гах), Гобустане, Алтыагадже, Халтане, Мингячевире, Евлахе, Гейчае, Зардабе, Бейлагане, Губе, Гусаре, Имишли, Кюрдамире, Сабирабаде, Джафархане, Билясуваре, Ярдымлы, Лерике, Лянкяране и Астаре.

  • Uşaqlarını başqa məktəbə keçirmək istəyən valideynlərin nəzərinə

    Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi şagirdlərin elektron yerdəyişməsi prosesi ilə bağlı diqqət edilməli məqamları açıqlayıb.

    Bildirilib ki, 2024/2025-ci tədris ilinin II yarımili üzrə 25 fevral saat 15:00-dan etibarən başlayır.

    “Yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları, I – X sinifləri əhatə edəcək. Şagird yerdəyişməsi sy.edu.az elektron sistemi vasitəsilə aparılır.

    25 fevral 2025-ci il tarixindən XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin, ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX sinif üzrə yerdəyişmə prosesi 5 mart 2025-ci il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək.

    İstifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinin artırılması məqsədi ilə Azərbaycan Respublikası vətəndaşları və ölkə ərazisində müvəqqəti və daimi yaşama icazəsi olan xarici ölkə vətəndaşları sy.edu.az saytında “Digital Login” vasitəsilə qeydiyyatdan keçirək şəxsi kabinet yaradırlar”, – məlumatda deyilir.

    Qeyd edilib ki, Sy.edu.az sistemində sorğuların yerləşdirilməsi prosesində hər hansı üstünlük hüququ tətbiq edilmir.

    “Valideynlər övladları üçün seçdikləri ümumi təhsil müəssisəsində tədris sinfinə uyğun boş yerlərə sorğu verə bilərlər. Həmin müəssisədə boş yer olmadıqda valideynlər övladlarını növbəyə yaza bilərlər. Növbədə gözləyən şagirdlərdən bacı/qardaşı həmin müəssisədə təhsil alırsa, yaxud valideynlərindən biri həmin müəssisədə işləyirsə, qeyd edilən şagirdlərin növbəsi boş yer yarandıqda ilk öncə sorğuya keçir.

    Valideynlərin şagird yerdəyişməsi ilə bağlı hər hansı sualları yarandıqda sy.edu.az elektron sisteminin əlaqə bölməsinə, ASAN xidmət mərkəzlərindəki “Təhsil” pəncərəsinə, MÜTDA-nın 146-2 çağrı mərkəzinə, Regional Təhsil İdarələrinə müraciət edə bilərlər”, – agentliyin məlumatında deyilir.