Month: February 2025

  • Azyaşlıya qarşı quldurluq edən şəxsə hökm oxundu

    Bakının Savalan yasayış massivində evində azyaşlı H.İ-yə qarşı quldurluq edən şəxsə hökm oxunub. 
     
    Median.Az bildirir ki, “Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilən Şahlar Niftəliyevə hökm oxunub. Hökmə əsasən o, 8 il müddətinə azadlıqdan məhrum edilib. Belə ki, CM-nin 234.1-ci maddəsi ilə üzərində olan məhdudlaşdırma cəzası da hazırkı hökmə birləşdirməklə ümumi olaraq Şahlar Niftəliyev 9 il müddətinə azadlıqdan məhrum edilib. 
     
    İttiham aktına görə, Şahlar Niftəliyev 2023-cü ilin may ayının ilk günlərində azyaşlı H.İ-li ilə “tiktok” sosial şəbəkəsində tanış olub. Belə ki, azyaşlı tiktokda vorovskoy mahnılar təbliğ edib. Tanışlıqları da bu mövzu ilə başlayıb. Sonra 04.05.2023-cü il tarixdə Şahlar dostları Ramiz və Aslanla azyaşlının Maştağa qəsəbəsi, Savalan yasayış massivində olan nömrəsiz evinə qonaq gəliblər. Həmin vaxt evdə azyaşlıdan başqa heç bir ailə üzvü olmayıb. Şahlar ilə Ramiz azyaşlı ilə söhbət edən Aslan evdən oğurluq etmək qərarına gəlib, ancaq heç nə tapmadıqda Şahlar azyaşlıya bıçaq dirəyərək evdə olan qiymətli əşyaların yerini göstərməsini məcbur edib. Azyaşlı isə qorxaraq anasının yataq otağında Quranqabının içərisində olan 2200 manatı, 700 ABŞ dolları və 100 avronu onu hədələyənlərə göstərib. Bundan sonra isə anasına məxsus qızıl-zinət əşyalarının da yerini 3 dosta deyib. Ümumilikdə evdən 4528 manatlıq pul və qızıl aparan dostların cinayət əməli bir müddət bağlı qalıb.
     
    Belə ki, azyaşlının anası öz oğlunun evdən oğurluq etməsi barədə polisə şikayət edəndən sonra cinayətin kimlər tərəfindən törədilməsi polis əməkdaşlarına məlum olub. Digər 2 şəxs- Ramiz və Aslan barəsində 2024-cu ilin iyul ayında Bakı Ağır Cinayətlər Məhkəməsində hökm çıxarılıb və hər ikisi 8 il müddətinə azadlıqdan məhrum edilib.
     
    (unikal.az) 

  • Təcili yardım maşını piyadanı vuraraq öldürdü

    Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

    Median.Az Teleqraf-a istinadla xəbər verir ki, təcili yardım avtomobili 21 yaşlı Cahangir Orucovun həyatına son qoyub.

    Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.

    Faktla bağlı araşdırma başlanılıb.

  • FETÖ-nün dönər şəbəkəsi ifşa oldu – Bakıda da filialları var (FOTO / VİDEO)

    Türkiyədə “Maydonoz Döner” restoranlar şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat keçirilib.

    “Qafqazinfo” “NTV Türkiyə”yə istinadən xəbər verir ki, 31 vilayətdə eyni vaxtda təşkil olunan əməliyyat nəticəsində 10-u dövlət qulluqçusu olmaqla 353 nəfər saxlanılıb.

    Araşdırmalar zamanı “Maydonoz Döner” şəbəkəsinin filialları vasitəsilə ölkədaxili və beynəlxalq pul köçürmələrini həyata keçirərək FETÖ terror təşkilatına xidmət göstərdiyi müəyyən edilib.

    Məsələ ilə bağlı açıqlama verən Türkiyə daxili işlər naziri Ali Yerlikaya əməliyyatda saxlanılan şübhəlilərin bu restoranlar şəbəkəsi vasitəsilə terror təşkilatına pul köçürdüklərinin aşkarlandığını açıqlayıb.

    O sosial şəbəkə hesabında əməliyyatın görüntülərini də paylaşıb.

    Belə ki, “Maydonoz Döner” terror təşkilatı ilə əlaqəsi davam edən şəxslərə müəyyən məbləğ qarşılığında qeyri-rəsmi şəriklik təklif edib.

    Məlum olub ki, şəbəkəyə daxil olmaq üçün “təşkilat referansı” tələb olunub. Qeyri-rəsmi sənədləşmə aparılmadan, tamamilə təşkilata etimada əsaslanan model tətbiq edilib.

    “Şirkətin xaricdə yeni filiallar açaraq genişləndiyi və bununla da beynəlxalq pul köçürmələrə şərait yaratdığı müəyyən edilib və prokurorlar tərəfindən onlar barəsində araşdırma başlayıb”, – deyə A. Yerlikaya bildirib.

    MASAK-ın apardığı araşdırmalara görə, restoranlar şəbəkəsi həm Türkiyədə, həm də xaricdə FETÖ ilə əlaqəsi bilinməyən şəxslər vasitəsilə maliyyələşdirilib. Bu pullar isə “məhsul alınması” adı altında rəsmiləşdirilərək təşkilat üzvlərinə çatdırılıb.

    Musavat.com bu şəbəkəyə aid dönərçilərdən birinin Bakının Həsən Əliyev küçəsi 335, digərinin isə Zahid Xəlilov 23 (Elmlər Akademiyası) ünvanında olduğunu təsbit edib.

    Bakıda Həsən Əliyev küçəsində yerləşən “Maydonoz Döner” restoranının fotosu


    Zahid Xəlilov 23 ünvanında yerləşən “Maydonoz Döner” restoranının fotosu


    Hazırda Bakıda fəaliyyət göstərən “Maydonoz Döner” restoranlarının bu əməliyyata daxil olub-olunmayacağı bilinmir.

  • Qubada zəlzələ olub

    Qubada 3.5 maqnitudalı zəlzələ olub.

    Median.Az xəbər verir ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Quba stansiyasından 20 km cənubda, Quba rayonunda qeydə alınan zəlzələ hiss edilməyib.

    Yeraltı təkan yerli vaxtla 21:29-da, yerin 39 km dərinliyində baş verib.

  • Qubada zəlzələ olub

    Qubada 3.5 maqnitudalı zəlzələ olub.

    Median.Az xəbər verir ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Quba stansiyasından 20 km cənubda, Quba rayonunda qeydə alınan zəlzələ hiss edilməyib.

    Yeraltı təkan yerli vaxtla 21:29-da, yerin 39 km dərinliyində baş verib.

  • Sabah 24 dərəcə şaxta olacaq

    Fevralın 23-də gözlənilən hava şəraiti açıqlanıb.

    Bu barədə  Milli Hidrometeorologiya xidmətindən məlumat verilib.

    Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə və gündüz 0-3° şaxta olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə və gündüz 75-85 % olacaq.
    Gecə və səhər yollar buz bağlayacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə 19-24° şaxta, gündüz 3-8° şaxta olacaq. Bəzi yerlərdə yolların buz bağlama ehtimalı var.

  • Bəhruz Əsgərov vəzifəsindən azad edildi

    Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

    Median.Az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Sərəncam imzalayıb.

    Sərəncama əsasən, Bəhruz Əsgərov “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsindən azad olunub.

    Qeyd edək ki, Bəhruz Əsgərov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 16.06.2009-cu il tarixli Fərmanına əsasən “Naxçıvan Avtomobil Yolları Dövlət Şirkəti”nə baş direktor təyin olunub.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 14.02.2018-ci il tarixli Fərmanı ilə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” yaradılıb. 

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 17.11.2023-cü il tarixli Fərmanı ilə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsə çevrilib.

  • Qaxda 1 ailənin 5 üzvü zəhərləndi

    Qaxda bir ailənin 5 üzvü işıq generatorunun tüstüsündən zəhərlənib.

    Median.Az-ın məlumatına görə, zəhərlənmə ötən gün axşam saatlarında rayonun Ləkit kəndində baş verib. 
    Kənd sakinləri – 1986-cı il təvəllüdlü Vaqif Süleymanov, 1988-ci il təvəllüdlü Röyanə Süleymanova, eləcə də  15, 13 və 7 yaşlı övladları işıq generatorunun tüstüsünün evə daxil olması səbəbindən zəhərləniblər.

    Zəhərlənənlər Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə daxil olub. Onlara müvafiq tibbi yardım göstərilib, vəziyyətlərinin yaxşı olduğu bildirilir.

  • Həftəsonu səfərə çıxan sürücülərin nəzərinə!

    Daxili İşlərə Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə çıxan sürücülərə müraciət edib.

    İdarədən  daxil olan müraciətdə deyilir:
    “Sinoptiklərin məlumatına əsasən, əlverişsiz havanın fevralın 24-dək davam edəcəyi, ayrı-ayrı yerlərdə qar yağacağı, yollarda görünüşün məhdudlaşacağı gözlənilir.
    DYP əməkdaşları aidiyyəti qurumlarla birgə qarın yollarda yaratdığı fəsadların aradan qaldırılması, hərəkət iştirakçılarının təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində zəruri tədbirlər görür.

    Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu avtomagistrallarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərdən yolların buz bağlama ehtimalını unutmamağı, texniki-təhlükəsizlik baxımından yararsız, mövsümə uyğun təchiz edilməmiş avtomobillərlə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşurutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edir”.

  • Dünyada ilk dəfə körpə ana bətnində müalicə olunur

    Dünyada yayılan SMA doğuşdan əvvəl başlayan və tədricən pisləşən, əzələ zəifliyinə səbəb olan genetik bir xəstəlikdir.

    Xəstəliyin dörd növü var, hər biri müxtəlif dərəcədə şiddətə malikdir.

    Təxminən hər 6000 körpədən biri bu xəstəliklə doğulur. Ən çox yayılmış və ağır formada olan uşaqlar adətən iki yaşına çatmamış ölürlər.

    Qeyd edək ki, xəstəliyin müalicəsi yoxdur, lakin müalicə simptomları idarə etməyə və ağırlaşmaların qarşısını almağa kömək edə bilər.

    İndependent-in məlumatına görə, Jude Uşaq Araşdırma Xəstəxanasında ana bətnində olan bir uşağa SMA diaqnozu qoyulub. Xəstənin valideynləri ondan əvvəl də Tip 1 (bir çox xəstəlikləri özündə cəmləşdirən gen xəstəliyi) ilə doğulmuş körpəyə sahibdirlər. Testlər onların bu övladının da Tip 1 ilə doğulacağını təsdiqləyib.

    Dərmanın intrauterin tətbiqi ideyası valideynlərdən gəldi. Həkimlər dərmanı anaya hamiləliyinin son altı həftəsində veriblər.

    Qeyd edək ki, əgər müalicə öz bəhrəsini verərsə, bu dünyada bir ilk olacaq.
    //baku.ws