“Tesla”nın Almaniyanın şimalındakı Ottersberq icmasında yerləşən avtosalonun yaxınlığında firmaya məxsus yeddi avtomobil yanıb.
Month: March 2025
-
Almaniyada yeddi “Tesla” avtomobili alovlanıb külə döndü
Bu barədə polis məlumat yayıb.“Martın 29-də təxminən saat 03:30-da avtomərkəzin ərazisində “Tesla” markalı yeddi elektromobil alovlanıb və nəticədə tamamilə yanıblar”, – məlumatda bildirilib.Yanğın təkcə avtomobillərə deyil, salon binasına da ziyan vurub – darvazalar əriyib. Zərər ilkin olaraq yüz minlərlə avro olaraq qiymətləndirilir.Yanğının səbəbləri hələlik məlum deyil, hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.///Oxu.Az -
İsrail vasitəçilərdən Qəzza ilə bağlı təklif alıb
İsrail Qəzza zolağı ilə bağlı vasitəçilərdən təklif alıb, daha sonra əks təkliflə çıxış edib.
Bu barədə İsrail höküməti məlumat yayıb.“Baş nazir Benyamin Netanyahu vasitəçilərdən alınan təklifdən sonra bir sıra məsləhətləşmələr aparıb. İsrail son saatlarda ABŞ-la tam əməkdaşlıq çərçivəsində öz əks təklifini vasitəçilərə təqdim edib”, – məlumatda deyilir.//APA -
Azərbaycanda kiberhücumlar artıb: Boşluqlarımız nədir?
“Son illərdə Azərbaycanda rəqəmsal transformasiya və texnoloji inkişaf prosesi sürətlənsə də, kibertəhlükəsizlik sahəsində bir sıra ciddi boşluqlar mövcuddur. Bu boşluqlar həm dövlət qurumları, həm əməliyyat sektorları, həm də fərdi istifadəçilər üçün risk yarada bilər”.
Bu fikirləri Oxu.Az-a açıqlamasında kibertəhlükəsizlik üzrə ekspert, informasiya təhlükəsizliyi üzrə direktor Alıxəyyam Quluzadə deyib.O bildirib ki, Azərbaycanda 2023-2027 illəri əhatə edən kibertəhlükəsizlik strategiyası dərc olunsa da, daha sistemli və uzunmüddətli bir yanaşmanın hazırlanmasına ehtiyac var:“Ölkəmizdə mövcud qanunvericilik bazası bəzi hallarda qlobal kibertəhlükəsizlik standartlarına tam uyğun gəlmir. Bu da müəssisələr üçün risk yarada bilər. Strategiyanın tədbirlər planı üzrə tətbiqi və tətbiqinə nəzarətdə də boşluqlar var.Bunları həll etmək üçün ISO27001, NIST və digər beynəlxalq kibertəhlükəsizlik standartlarını daha geniş əhatə edən qanunların qəbul olunmalıdır. Dövlət və özəl sektorun kibertəhlükəsizlik strategiyalarını təkmilləşdirən proqramların yaradılmalıdır.Azərbaycanda peşəkar kibertəhlükəsizlik mütəxəssislərinin sayı kifayət qədər deyil. Universitetlərdə və kurslarda bu sahəyə dair proqramlar olsa da, praktiki bacarıqların inkişaf etdirilməsi üçün laboratoriyaların yoxluğu ciddi nöqsandır. Bu məsələni həll etmək üçün kibertəhlükəsizlik ixtisası üzrə universitet proqramlarının təkmilləşdirilməsinə ehtiyac var. Həqiqi hücum simulyasiyalarını və etik hakerlik təlimlərini özəl və dövlət sektorunda aktiv həyata keçirmək lazımdır”.Alıxəyyam Quluzadə əlavə edib ki, fərdi istifadəçilərin kibertəhlükəsizlik biliklərinin az olması sosial mühitdə fəaliyyət göstərən kibercinayətkarlar üçün imkan yaradır:“Fişinq hücumları, şəxsi məlumatların sızdırılması, zəif şifrənin istifadəsi kimi problemlər hələ də gündəmdədir. 2024-cü ildə xarici kibermüdaxilələr nəticəsində 16 000-dən çox fakt üzrə şəxslər aldadılaraq bank kartları və hesablarda 22 milyon manatdan artıq vəsait oğurlanıb. Məktəb və universitetlərdə rəqəmsal savad kurslarını nəzərdə tutan proqramların tətbiqi önəmlidir. Dövlət və özəl sektorun birgə maarifəndirmə kampaniyaları aparması zəruridir.Həmçinin kiçik və orta sahibkarlıq (KOS) sektorunda məhdud resurslar və kibertəhlükəsizlik sahəsində maarifəndirmənin az olması, bu bizneslərin kibertəhlükəsizlik hücumlarına qarşı daha həssas olmasına səbəb olur. Buna görə də kiçik bizneslər üçün sadə və effektiv kibertəhlükəsizlik strategiyaları təklif edən proqramların yaradılmalıdır. KOS şirkətlərinin kibertəhlükəsizlik vəsaitlərinə daha əlçatanlığını təmin edəcək subsidiyalar ayrılmalıdır.Nəticə etibarilə onu deyə bilərik ki, Azərbaycanda kibertəhlükəsizlik sahəsində irəliləyən illərdə xeyli inkişaf olsa da, mövcud boşluqlar kibercinayətkarlar üçün fürsətlər yaradır. Davamlı təlim, dövlət və özəl sektorun aktiv əməkdaşlığı, daha ciddi qanunvericilik tədbirləri bu problemlərin həlli istiqamətində əsas addımlar ola bilər”. -
Salyanda 70 yaşlı kişi özünü asdı

Salyanda intihar hadisəsi olub.
Median.Az Lent.az-a istinadən məlumat verir ki, hadisə Alçalı kəndində baş verib.Kənd sakini 70 yaşlı Məmmədağa Gülağa oğlu Quliyev yaşadığı evin həyətyanı sahəsində özünü asıb.Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. -
Ramazandan sonra qidalanma necə olmalıdır?
Ramazan ayı boyunca uzun saatlar ac və susuz qaldığımız üçün orqanizm fərqli qidalanma rejiminə uyğunlaşır.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun məqaləsində deyilir.Qeyd olunur ki, Ramazan bayramı və sonrakı günlərdə normal qidalanma rejiminə yavaş-yavaş uyğunlaşmaq, bədəni çox yükləməmək lazımdır. Bayram günlərində birdən-birə çox yemək və ağır qidalar qəbul etmək həzm problemlərinə gətirib çıxara bilər.“Mədənin yüklənməməsi üçün balanslı qidalanmaq əsas şərtlərdən biridir. Kiçik porsiyalarla, lakin tez-tez yemək həzm sistemini yükləmədən bədənin tədricən normallaşmasına kömək edir.Qida rasionunda zülal (ət, balıq, yumurta), sağlam yağlar (zeytun yağı, qoz-fındıq) və kompleks karbohidratların (tam taxıllar, tərəvəzlər) olmasına diqqət etmək lazımdır. Qızardılmış, çox yağlı və şəkərli qidalar mədəyə pis təsir edə bilər. Onların əvəzinə sobada bişirilmiş yeməklərə üstünlük verin.Bədənin su balansını qorumaq üçün gün ərzində kifayət qədər maye qəbul etmək lazımdır. Bağırsaq fəaliyyətini yaxşılaşdırmaq üçün meyvələr, tərəvəzlər və tam taxıllar kimi lifli qidalara üstünlük vermək vacibdir. Yeməkləri yavaş-yavaş çeynəmək və tələsmədən yemək həzm prosesini asanlaşdırır.Həmçinin Ramazandan sonrakı günlərdə idmanla məşğul olmaq, yürüşə çıxmaq orqanizmi əvvəlki vəziyyətə gətirmək üçün çox vacibdir. Bu, həzm prosesini yaxşılaşdırır, kökəlmə riskini azaldır, həm də yuxu rejimini qaydaya salır”, – məqalədə vurğulanır. -
“Sumqayıt” – “Sabah” oyununda 6 qol vurulub, qalib müəyyənləşməyib
Misli Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.
Günün ikinci matçında “Sabah” “Sumqayıt”ın qonağı olub.Qarşılaşmada qalib müəyyənləşməyib – 3:3.Meydan sahiblərini heyətində 18-ci dəqiqədə Ronaldo Vaskez, 46-cı dəqiqədə Bobir Abdixolikov, 88-ci dəqiqədə Momo Yansane fərqlənib.Qonaqların qollarını 6-cı və 71-ci dəqiqələrdə Umarali Raxmonaliyev, 77-ci dəqiqədə Tellur Mütəllimov vurub.Bu nəticədən sonra xallarının sayını 36-ya çatdıran “Sabah” beşinci pillədə qərarlaşıb. 29 xalı olan “Sumqayıt” yeddinci sıradadır.Günün ilk matçında “Neftçi” evdə “Araz-Naxçıvan”la heç-heçə edib – 1:1.Qeyd edək ki, ötən gün “Qarabağ” səfərdə “Turan Tovuz”u 4:1 hesabı ilə üstələyib. Tura martın 30-da yekun vurulacaq. -
KİV: ABŞ qanunsuz miqrasiya ilə mübarizəyə 300 milyon dollar xərcləyib
ABŞ cəmi bir neçə ay ərzində qanunsuz miqrasiya və narkotik ticarəti ilə mübarizəyə 300 milyon dollardan çox vəsait xərcləyib.
Median.Az xəbər verir ki, bu barədə CNN ölkənin Müdafiə Nazirliyindəki (Pentaqon) mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, nazirlik miqrantlara qarşı mübarizəyə ilk ayda təxminən 250 milyon dollar xərcləyib. Martın ortalarınadək bu rəqəm Daxili Təhlükəsizlik Departamenti və bəzi digər agentliklərin xərclərini nəzərə alınmasa, 328 milyon dollara yüksəlib.
“Donald Tramp administrasiyasının immiqrasiya və narkotik axınını azaltmaq üçün cənub sərhədində genişmiqyaslı hərbi əməliyyatı artıq vergi ödəyicilərinə 300 milyon dollardan çox başa gəlib”, – telekanal bildirir.Mənbələr qeyd ediblər ki, bu tendensiya davam edərsə, qanunsuz immiqrantlarla və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə proqramının birinci ili büdcəyə iki milyarddan çox başa gələcək.
-
KİV: ABŞ qanunsuz miqrasiya ilə mübarizəyə 300 milyon dollar xərcləyib
ABŞ cəmi bir neçə ay ərzində qanunsuz miqrasiya və narkotik ticarəti ilə mübarizəyə 300 milyon dollardan çox vəsait xərcləyib.
Median.Az xəbər verir ki, bu barədə CNN ölkənin Müdafiə Nazirliyindəki (Pentaqon) mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, nazirlik miqrantlara qarşı mübarizəyə ilk ayda təxminən 250 milyon dollar xərcləyib. Martın ortalarınadək bu rəqəm Daxili Təhlükəsizlik Departamenti və bəzi digər agentliklərin xərclərini nəzərə alınmasa, 328 milyon dollara yüksəlib.
“Donald Tramp administrasiyasının immiqrasiya və narkotik axınını azaltmaq üçün cənub sərhədində genişmiqyaslı hərbi əməliyyatı artıq vergi ödəyicilərinə 300 milyon dollardan çox başa gəlib”, – telekanal bildirir.Mənbələr qeyd ediblər ki, bu tendensiya davam edərsə, qanunsuz immiqrantlarla və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə proqramının birinci ili büdcəyə iki milyarddan çox başa gələcək.
-
Siyarto: Ukraynada sülhməramlıların yerləşdirilməsi ilə bağlı təkliflər tamamilə yersizdir
Avropa İttifaqına üzv ölkələrin Ukraynada sülhməramlıların yerləşdirilməsi ilə bağlı təklifləri tamamilə yersizdir.
Apa xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto “YouTube” platformasında yayımlanan “Ultrahang” kanalına müsahibəsində deyib.
Nazir qeyd edib ki, Ukraynada sülhməramlıların yerləşdirilməsi üçün minimum şərtlər belə yerinə yetirilməyib.
Siyarto əlavə edib ki, bu məsələ yalnız silahlı münaqişə həll olunandan sonra aktuallaşacaq.
-
Zərərli, yağlı qidalar əslində arıqlamağa kömək edə bilər
Adətən kök insanların yeməkdən daha çox zövq aldığı düşünülür. Lakin yeni bir araşdırma bunun əksini göstərib. Alimlərin fikrincə, çəki artdıqca insanın qidadan aldığı ləzzət azalır.
Bu proses dopamin hormonu ilə əlaqələndirilir. Dopamin insanın gülərkən, musiqi dinləyərkən və ya dadlı yemək yeyərkən beyində ifraz olunan “xoşbəxtlik hormonu” kimi tanınır. Onun səviyyəsi neyrotensin adlı maddə tərəfindən tənzimlənir. Araşdırmalar göstərib ki, artıq çəkili şəxslərdə neyrotensin səviyyəsi aşağı olur, bu da dopaminin normal ifrazını azaldır.
Eksperiment çərçivəsində alimlər bir qrup siçanı 60% yağ tərkibli, yüksək kalorili qida ilə bəsləyərək onların artıq çəki almasına səbəb olublar. Nəticələr göstərib ki, bu siçanlar yağlı qidaya üstünlük versələr də, qeyri-adi şəraitdə onlara təqdim olunan yüksək kalorili təamlara maraq göstərməyiblər. Normal pəhrizlə bəslənən siçanlar isə həmin təamları böyük həvəslə yeyiblər.
Sonrakı mərhələdə alimlər beyində dopamin istehsalına cavabdeh olan neyronları işıqla stimullaşdırıblar. Bu proses normal çəkili siçanlarda yeməyə marağı daha da artırsa da, artıq çəkili siçanlara heç bir təsir göstərməyib.
Mütəxəssislər bu problemi iki üsulla həll ediblər:
Siçanlar normal qidalanmaya keçirildikdə, onların neyrotensin səviyyəsi və dopamin funksiyası bərpa olunub, həmçinin arıqlamağa başlayıblar.
Gen redaktəsi vasitəsilə neyrotensin səviyyəsi artırılan siçanlar da çəki itirib, daha aktiv və enerjili olublar.
Bu araşdırma, qidalanma vərdişlərinin və beynin biokimyəvi proseslərinin insan sağlamlığına necə təsir etdiyini daha yaxşı anlamağa kömək edir. (BAKU.WS)







