• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Median.Az
Advertisement
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
Median.Az
No Result
View All Result
Home Cəmiyyət

Azərbaycanda kiberhücumlar artıb: Boşluqlarımız nədir?

by
Mart 29, 2025
in Cəmiyyət
0
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

“Son illərdə Azərbaycanda rəqəmsal transformasiya və texnoloji inkişaf prosesi sürətlənsə də, kibertəhlükəsizlik sahəsində bir sıra ciddi boşluqlar mövcuddur. Bu boşluqlar həm dövlət qurumları, həm əməliyyat sektorları, həm də fərdi istifadəçilər üçün risk yarada bilər”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında kibertəhlükəsizlik üzrə ekspert, informasiya təhlükəsizliyi üzrə direktor Alıxəyyam Quluzadə deyib.
O bildirib ki, Azərbaycanda 2023-2027 illəri əhatə edən kibertəhlükəsizlik strategiyası dərc olunsa da, daha sistemli və uzunmüddətli bir yanaşmanın hazırlanmasına ehtiyac var:
“Ölkəmizdə mövcud qanunvericilik bazası bəzi hallarda qlobal kibertəhlükəsizlik standartlarına tam uyğun gəlmir. Bu da müəssisələr üçün risk yarada bilər. Strategiyanın tədbirlər planı üzrə tətbiqi və tətbiqinə nəzarətdə də boşluqlar var.
Bunları həll etmək üçün ISO27001, NIST və digər beynəlxalq kibertəhlükəsizlik standartlarını daha geniş əhatə edən qanunların qəbul olunmalıdır. Dövlət və özəl sektorun kibertəhlükəsizlik strategiyalarını təkmilləşdirən proqramların yaradılmalıdır.
Azərbaycanda peşəkar kibertəhlükəsizlik mütəxəssislərinin sayı kifayət qədər deyil. Universitetlərdə və kurslarda bu sahəyə dair proqramlar olsa da, praktiki bacarıqların inkişaf etdirilməsi üçün laboratoriyaların yoxluğu ciddi nöqsandır. Bu məsələni həll etmək üçün kibertəhlükəsizlik ixtisası üzrə universitet proqramlarının təkmilləşdirilməsinə ehtiyac var. Həqiqi hücum simulyasiyalarını və etik hakerlik təlimlərini özəl və dövlət sektorunda aktiv həyata keçirmək lazımdır”.
Alıxəyyam Quluzadə əlavə edib ki, fərdi istifadəçilərin kibertəhlükəsizlik biliklərinin az olması sosial mühitdə fəaliyyət göstərən kibercinayətkarlar üçün imkan yaradır:
“Fişinq hücumları, şəxsi məlumatların sızdırılması, zəif şifrənin istifadəsi kimi problemlər hələ də gündəmdədir. 2024-cü ildə xarici kibermüdaxilələr nəticəsində 16 000-dən çox fakt üzrə şəxslər aldadılaraq bank kartları və hesablarda 22 milyon manatdan artıq vəsait oğurlanıb. Məktəb və universitetlərdə rəqəmsal savad kurslarını nəzərdə tutan proqramların tətbiqi önəmlidir. Dövlət və özəl sektorun birgə maarifəndirmə kampaniyaları aparması zəruridir.
Həmçinin kiçik və orta sahibkarlıq (KOS) sektorunda məhdud resurslar və kibertəhlükəsizlik sahəsində maarifəndirmənin az olması, bu bizneslərin kibertəhlükəsizlik hücumlarına qarşı daha həssas olmasına səbəb olur. Buna görə də kiçik bizneslər üçün sadə və effektiv kibertəhlükəsizlik strategiyaları təklif edən proqramların yaradılmalıdır. KOS şirkətlərinin kibertəhlükəsizlik vəsaitlərinə daha əlçatanlığını təmin edəcək subsidiyalar ayrılmalıdır.
Nəticə etibarilə onu deyə bilərik ki, Azərbaycanda kibertəhlükəsizlik sahəsində irəliləyən illərdə xeyli inkişaf olsa da, mövcud boşluqlar kibercinayətkarlar üçün fürsətlər yaradır. Davamlı təlim, dövlət və özəl sektorun aktiv əməkdaşlığı, daha ciddi qanunvericilik tədbirləri bu problemlərin həlli istiqamətində əsas addımlar ola bilər”.

Previous Post

Salyanda 70 yaşlı kişi özünü asdı

Next Post

İsrail vasitəçilərdən Qəzza ilə bağlı təklif alıb

Next Post

İsrail vasitəçilərdən Qəzza ilə bağlı təklif alıb

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

May 7, 2026
Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

May 7, 2026
“40 qəpik xidmət haqqı tutulması düzgün deyil” – İqtisadçı

“40 qəpik xidmət haqqı tutulması düzgün deyil” – İqtisadçı

May 7, 2026

Leyla Əliyeva Yoqa Federasiyasının prezidenti seçildi

0

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

0

Azərbaycanda itlər üçün gözəllik salonlarında ajiotaj – VİDEO

0

Məşhur Təranəyə cinayət işi açıldı – QADIN ALVERİ

0
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

May 7, 2026
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

May 7, 2026

Recent News

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Əsəs Xəbərlər
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Reklam ®
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq

Recent News

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.