Month: March 2025

  • “Real Madrid”in Kilian Mbappeyə ödədiyi məbləğ bəlli olub

    Kilian Mbappenin “Real Madrid”ə transferinin maliyyə detalları məlum olub.

    Median.Az “El Nacional” nəşrinə istinadən xəbər verir ki, “Kral” klubu bu yaxınlarda fransız forvarda 117 milyon avro + illik əməkhaqqı məbləğində imza bonusu ödəyib.

    Qeyd edək ki, Mbappe ötən yay Madrid klubuna qoşulub. Forvard cari mövsümdə bütün yarışlarda 39 matçda iştirak edib, 27 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun “Real Madrid”lə müqaviləsinin müddəti 2029-cu ilin yayında başa çatır.

  • В Агджабединском районе погиб двухлетний ребенок

    В селе Ренджберлер Агджабединского района произошел трагический инцидент.

    Двухлетний Зафар Джафар оглу Гурбанзаде дома выпил кипяток. Госпитализированный с ожогом малыш скончался в больнице.

    По данному факту ведется расследование.

  • Qaynar su içən iki yaşlı uşaq öldü

    Ağcabədidə faciəli hadisə baş verib.

    Hadisə rayonun Rəncbərlər kəndində qeydə alınıb.

    2 yaşlı Zəfər Cəfər oğlu Qurbanzadə yaşadığı evdə qaynar su içib. Yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Ermənistan beş aya yaxındır, Xankəndidə ölmüş erməniəsilli qadının meyitini təhvil almır

    “Ermənistanın nümayəndə heyəti erməniəsilli Vera Varaşakovna Ağasyanın meyitinin təhvil alınmasına heç bir münasibət bildirmir”.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bunu Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (İCMP) Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatının təqdimatında Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini general-leytenant Şərafət Həsənov deyib.

    “1954-cü il təvəllüdlü, erməniəsilli Vera Varaşakovna Ağasyanın ötən il oktyabrın 20-də Xankəndi şəhərində yaşadığı ünvanda xəstəlikdən vəfat etməsi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistan tərəfinin və onun övladlarının məlumatlandırılmasına, meyitinin təhvil verilməsi üçün bütün zəruri sənədləşmə işlərinin aparılmasına, hətta cari ilin fevral ayında vasitəçilərin iştirakı olmadan sərhəddə keçirilmiş görüş zamanı məsələ Ermənistanın nümayəndə heyətinin birbaşa diqqətinə çatdırılmasına baxmayaraq, qarşı tərəf beş aya yaxındır ki, meyitin təhvil alınmasına heç bir münasibət bildirmir”, – o deyib.

  • Сильное землетрясение произошло в Норвежском море

    Подземный толчок магнитудой 6.6 зафиксирован в акватории Норвежского моря в 977 км к северо-востоку от Рейкьявика (Исландия).

    Об этом сообщает Алтае-Саянский филиал Единой геофизической службы РАН.

    По данным оперативной обработки Алтае-Саянского филиала, эпицентр зафиксированного в 06:33 по бакинскому времени в понедельник землетрясения находился примерно в 8.5 км севернее острова Ян-Майен (Норвегия).

    По интенсивности сотрясений в эпицентре землетрясение оценивается как “опустошительное”.

    Геологическая служба США оценила магнитуду землетрясения в 6.5. По ее данным, очаг землетрясения находился на глубине 10 км.

  • Norveç dənizində güclü zəlzələ baş verib

    Norveç dənizinin akvatoriyasında 6.6 maqnitudalı yeraltı təkan qeydə alınıb. Zəlzələ İslandiyanın paytaxtı Reykyavikdən 977 km şimal-şərqdə baş verib.

    Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı xəbər yayıb.

    Bildirilir ki, zəlzələnin episentri Norveçin Yan-Mayen adasından təxminən 8.5 km şimalda olub.

    Episentrdə zəlzələnin intensivliyi “dağıdıcı” kimi qiymətləndirilib.

    ABŞ Geoloji Xidməti isə zəlzələnin maqnitudasını 6.5 bal olaraq qiymətləndirib. Xidmətin məlumatına görə, yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.

  • Bu gün keçiriləcək ən maraqlı futbol oyunlarının AFİŞASI

    Bu gün İtaliya A seriyasında, Türkiyə Superliqasında, İngiltərə Premyer Liqasında və İspaniya La Liqasında bəzi oyunlar keçiriləcək.

    Türkiyə Superliqasında “Beşiktaş” doğma meydanda “Qaziantep”i Bakı vaxtı ilə saat 21:30-da qəbul edəcək.

    İtaliya A seriyasında “Latsio” klubu “Udineze” ilə Bakı vaxtı ilə saat 23:45-də üz-üzə gələcək.

    İngiltərə Premyer Liqasında “Vest Hem” klubu “Nyukasl Yunayted”i Bakı vaxtı ilə gecəyarısı qonaq edəcək.

    İspaniya La Liqasında Bakı vaxtı ilə gecəyarısı start götürəcək görüşdə “Espanyol” klubu “Jirona” ilə qarşılaşacaq.

    10 mart

    Türkiyə Superliqası

    Saat 21:30, “Beşiktaş” – “Qaziantep”.

    İtaliya A Seriyası

    Saat 23:45, “Latsio” – “Udineze”.

    11 mart

    İngiltərə Premyer Liqası

    Saat 00:00, “Vest Hem” – “Nyukasl Yunayted”.

    İspaniya La Liqası

    Saat 00:00, “Espanyol” – “Jirona”.

  • Şabranda ana və övladı dəm qazından zəhərləndilər – Ölən var

    Şabran rayonunda ana və övladı dəm qazından zəhərləniblər.

    33 yaşlı Günay Meylaverdiyeva və 9 yaşlı övladı Gül Meylaverdiyeva yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər.

    Hadisə nəticəsində azyaşlı ölüb, Günay Meylaverdiyeva xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta ağır qiymətləndirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • ABŞ-də uşaqlara 312 milyon dollarlıq kredit verilib

    ABŞ-də 2020-2021-ci illərdə Kiçik Biznes Administrasiyasının (SBA) uşaqlara 312 milyon dollar məbləğində kredit verdiyi məlum olub.

    Bu barədə milyarder İlon Maskın rəhbərlik etdiyi ABŞ-nin Hökumətin Effektivliyi Departamentinin (DOGE) “X” sosial şəbəkəsindəki hesabında məlumat verilib.

    “Kiçik Biznes Administrasiyası, siyahıya alınmış yeganə sahibləri yaşı 11 və ondan aşağı olan borcalanlara 312 milyon dollar dəyərində 5 593 kredit verib”, – yazıda qeyd olunub.

    Departamentdə etiraf ediblər ki, belə bir yaşda borcalanların olmağı mümkün olsa da, lakin 5.5 min əməliyyatın hamısının bu kateqoriyaya aid olacağına şübhə ediblər. Bundan başqa, bəzi hallarda sənədlərdə yanlış adlar qeyd olunub. DOGE və SBA problemi həll etməyə çalışırlar.

    Dörd gün əvvəl məlum olub ki, SBA 115 yaşdan yuxarı şəxslərə iki il ərzində cəmi 333 milyon dollar məbləğində kredit verib. Məsələn, 157 yaşında olduğu iddia edilən şəxs 36 min dollar kredit alıb.

  • Azərbaycan millisinin üzvləri EVLƏNDİLƏR – FOTO

    Azərbaycan millisinin üzvləri ailə həyatı qurublar.

    Azərbaycanı fiqurlu konkisürmənin buz üstündə rəqs növü üzrə beynəlxalq yarışlarda təmsil edən cütlüyü Maksin Vezerbi və Aleksandr Kolosovskiy evləniblər.

    Onlar ABŞ-nin Florida ştatında subaylığın daşını atıblar.

    Qeyd edək ki, Maksin və Aleksandrın hər ikisi 23 yaşındadır.