Month: March 2025

  • İsrail ordusu Beyrutun cənubuna hava zərbələri endirdi

    İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Livanın paytaxtı Beyrutun cənubundakı Hadas qəsəbəsində “Hizbullah”ın hədəflərinə hücum edib.

    Bu barədə TASS məlumat yayıb.

    Qeyd olunur ki, mövqelərə iki raket zərbəsi endirilib. Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

    Məlumata görə, hava hücumuna məruz qalan ərazilərdən insanlar əvvəlcədən təxliyə edilib.

    İsrailin hava hücumu 27 noyabr 2024-cü ildə atəşkəs sazişinin imzalanmasından sonra Beyruta ilk hava hücumu olub.

  • Toyda övladına görə DAVA SALDI – Məhkəmədə CƏZA ALDI

    Kürdəmir rayonu, Şıxımlı kəndində yerləşən “Dan ulduzu” restoranında keçirilən toy məclisində dava salan şəxs hakim qarşısına çıxarılıb.

    Median.Az musavat.com-a istinadən xəbər verir ki, xuliqanlıq hərəkətləri törətməkdə təqsirli bilinən 33 yaşlı Elnur hadisə zamanı sərxoş olub.

    Elnur toy məclisində tanımadığı şəxsin onun 10 yaşlı uşağını itələdiyini görüb. Həmin şəxsi axtarmağa başlayıb. Tapa bilmədiyi üçün restoranda işləyən Asif adlı şəxsdən ona kamera görüntülərini göstərməsini istəyib. Asif bununla razılaşmayıb.

    Qəzəblənən Elnur restoranda stulları və pəncərələrin şüşələrini yumruqla sındırıb. Onun istəyini yerinə yetirməyən Asifə isə yumruqla zərbə vurub.

    Hadisə yerinə gələn polis əməkdaşları onu saxlayıblar. Zərərçəkmiş tərəf Elnuru bağışlayıb. Elnur isə əməlindən peşman olduğunu bildirib.

    Məhkəmənin hökmü ilə Elnur barəsində 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

  • Aİ-nin Ermənistandakı Müşahidə Missiyası Qubadlı və Laçınla sərhəddə növbəti dəfə müşahidə aparıb – VİDEO

    Avropa Ittifaqının Aİ) Ermənistandakı Müşahidə Missiyasının üzvləri Azərbaycanla həmsərhəd ərazilərdə müşahidələrini davam etdirirlər.

    Apa xəbər verir ki, Aİ müşahidəçilər martın 28-də növbəti dəfə Qubadlı və Laçın rayonları ilə həmsərhəd əraziyə gəlib, binoklla müşahidə aparıblar.
    Azərbaycan sərhədçiləri müşahidə missiyasının hərəkətlərini qeydə alıb.

    Xatırladaq ki, Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparır.

    Bu barədə mətbuatda məlumatlar və görüntülər yayılır.
    Qeyd edək ki, Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı 19 fevral 2027-ci ilədək uzadılıb.

  • Aİ-nin Ermənistandakı Müşahidə Missiyası Qubadlı və Laçınla sərhəddə növbəti dəfə müşahidə aparıb – VİDEO

    Avropa Ittifaqının Aİ) Ermənistandakı Müşahidə Missiyasının üzvləri Azərbaycanla həmsərhəd ərazilərdə müşahidələrini davam etdirirlər.

    Apa xəbər verir ki, Aİ müşahidəçilər martın 28-də növbəti dəfə Qubadlı və Laçın rayonları ilə həmsərhəd əraziyə gəlib, binoklla müşahidə aparıblar.
    Azərbaycan sərhədçiləri müşahidə missiyasının hərəkətlərini qeydə alıb.

    Xatırladaq ki, Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparır.

    Bu barədə mətbuatda məlumatlar və görüntülər yayılır.
    Qeyd edək ki, Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı 19 fevral 2027-ci ilədək uzadılıb.

  • МИД Кубы поздравил Азербайджан по случаю 33-летия установления дипотношений

    Министерство иностранных дел Кубы поздравило Азербайджан по случаю 33-летия установления дипломатических отношений между двумя странами.

    Как сообщает report, об этом говорится в публикации на странице Х внешнеполитического ведомства.

    “Мы подтверждаем нашу готовность продолжать расширять политические и экономические отношения, основанные на исторических узах дружбы между двумя народами и странами”, – отмечается в сообщении.

  • Kuba XİN Azərbaycanı təbrik edib

    Kubanın Xarici İşlər Nazirliyi diplomatik münasibətlərinin qurulmasının 33-cü ildönümünü ilə bağlı Azərbaycanı təbrik edib.

    Report xəbər verir ki, bu barədə Kuba Xarici İşlər Nazirliyinin X səhifəsində yazılıb.

    “Biz xalqlar arasında tarixi dostluq bağlarına əsaslanan siyasi, iqtisadi münasibətləri və bundan sonra da genişləndirməyə hazır olduğumuzu bir daha təsdiqləyirik”, – paylaşımda bildirilib.

  • Tramp və Karni Kanadadakı seçkilərdən sonra görüşəcək

    ABŞ Prezidenti Donald Trampla Kanadanın Baş naziri Mark Karni seçkilərdən sonra görüşəcək.
     
    Median.Az  “APA”ya istinadən xəbər verir ki, bu barədə Tramp “Truth Social” hesabında yazıb.

    Tramp Mark Karni ilə çox məhsuldar telefon danışığı apardığını ve çox məsələlərdə razılaşdıqlarını bildirib:

    “Mən Kanadanın Baş naziri Mark Karni ilə söhbətimi yenicə bitirdim. Bu, son dərəcə məhsuldar bir çağırış idi, biz bir çox məsələlərdə razıyıq və Kanadanın qarşıdan gələn Seçkisindən dərhal sonra Siyasət, Biznes elementləri və bütün digər amillər üzərində işləmək üçün görüşəcəyik ki, bu da həm Amerika Birləşmiş Ştatları, həm də Kanada üçün əla olacaq. Bu məsələyə diqqətinizə görə təşəkkür edirik!”

  • Mirkamil buna görə ailə qurmayıbmış

    Müğənni Mirkamil Kamilov şəxsi həyatından danışıb.

    Median.Az bildirir ki, bu barədə sənətçi “Qonaqcanlı”ya açıqlama verib.  Mirkamil ailə qurmamasından da söz açıb:

    “Ailə həyatı qurmaq vacibdir. Qardaşlarım arasında da subay olanları var. 4 qardaşımdan biri evlidir, mən və iki qardaşım subaydır. Onlar da düşünürlər ki, bizim qardaşımız niyə evlənmir? Deyirəm ki, məni gözləməyin, evlənmək istəyirsiniz, evlənin. Qəlbimdə olan biri yoxdur.

    Mən çətin insanam. Həmin şəxs ancaq mənə dəstək olmalıdır, nə desəm onu etməlidir, mənim sözümdən inciməməlidir. Üstünə qışqırsam, əsəbiləşsəm, o mənə cavab qaytarsa, bu, düz deyil, davaya çevrilə bilər.

    Bununla da hər şey məhv ola bilər”.  (olay)

  • “Brüssel müharibəyə hazırlaşır”

    Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının (Aİ) avropalı ailələrin 72 saatlıq ərzaq ehtiyatına malik olmaq çağırışının arxasında müharibənin dayandığını bildirib. 

    O bu barədə yerli mediaya müsahibəsində deyib. 

    “Onların Brüsseldən bütün avropalı ailələrə 72 saatlıq ərzaq ehtiyyatına malik olmaq mesajları göndərməsi gülməli görünür, lakin bunun arxasındakı düşüncə qorxuncdur. Onlar nəyəsə hazırlaşırlarmı? Hazırda mən Avropanın müharibə ilə təhdid edildiyini görmürəm. Görünür, Brüssel müharibəyə davam etmək istəyir. Onlar Ukraynanı dəstəkləməklə bu müharibəyə qoşulublar. Biz sülhün tərəfindəyik, silah tədarük etmirik. Lakin müəyyən ölkələr var ki, mən Brüsselin onların vəkili kimi çıxış etdiyini görürəm. Onlar bu müharibəni daha da dərinləşdimək istəyirlər, sülhməramlılar, əsgərlər haqqında danışırlar. Bu 72 saatlıq qida çağırışının arxasında dərin müharibə hazırlıqları getdiyini hiss edirəm. Macar ailələrə bildirmək istəyirəm ki, onların qeyri adi heç nəyə ehtiyacları yoxdur. Yəni, Macarıstan müharibəyə qoşulmayacaq, Avropa qoşulsa belə biz sülhün tərəfində olacağıq”, – Orban qeyd edib.

    Xatırladaq ki, bir neçə gün öncə Avropa İttifaqı (Aİ) üzv ölkələrdən kritik avadanlıq ehtiyatlarını artırmağı və xalqı fövqəladə hallar üçün ən azı 72 saat ərzində kifayət qədər təchizata malik olmağı tələb edib. Bu tələbin Avropanın böhranlara qarşı daha hazırlıqlı olması ilə bağlı verildiyi bildirilib. //Qafqazinfo

  • Evində su qızdırıcısı partlamışdı- 13 gün sonra öldü

    Gəncədə su qızdırıcısının partlaması nəticəsində xəsarət alan şəxs 13 gün sonra xəstəxanada ölüb.

    Median.Az-ın məlumatına görə, ağır yanıq xəsarətləri alan 1968-ci il təvəllüdlü Əli Xudiyev bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

    Qeyd edək ki, martın 15-də mərhumun evində su qızdırıcısı partlayıbmış.

    Faktla bağlı araşdırma aparılır.