Month: March 2025

  • Evində su qızdırıcısı partlamışdı- 13 gün sonra öldü

    Gəncədə su qızdırıcısının partlaması nəticəsində xəsarət alan şəxs 13 gün sonra xəstəxanada ölüb.

    Median.Az-ın məlumatına görə, ağır yanıq xəsarətləri alan 1968-ci il təvəllüdlü Əli Xudiyev bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

    Qeyd edək ki, martın 15-də mərhumun evində su qızdırıcısı partlayıbmış.

    Faktla bağlı araşdırma aparılır.

  • Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi

    Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ramazan bayramı münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.

    Median.Axəbər verir ki, təbrikdə deyilir:

    “Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!

    Dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik, bərabərlik rəmzi olan müqəddəs Ramazan bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, şərəfli xidmətinizdə uğurlar arzulayıram.

    İslami dəyərlərin qorunduğu ölkəmizdə hər il dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan Ramazan bayramı insanlar arasında bərabərliyi, birliyi daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə möhkəm bağlılığın, xeyirxahlıq və humanizm duyğularının təntənəsini özündə təcəssüm etdirir.

    Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə dövlət quruculuğu siyasətində azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlərimiz yüksək tutulub, adət və ənənələrimizin qorunub saxlanması reallığa çevrilib. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, atılan qətiyyətli addımlar sayəsində, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan çoxlu sayda böyük layihələr nəticəsində dövlətimizin iqtisadi dayaqları möhkəmlənib, milli-mənəvi dəyərlərimizin beynəlxalq miqyasda təbliği həyata keçirilib, Azərbaycan demokratik dövlət quruculuğu prosesində böyük nailiyyətlər qazanıb, dəyərlərimizin dünyada daha yaxından tanınması təmin olunub.

    Respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan böyük nailiyyətlər, eyni zamanda, orduda aparılan genişmiqyaslı islahatlar, sosial infrastrukturun müasirləşdirilməsi, hərbi qulluqçuların xidmət şəraitinin yaxşılaşdırılması, keçirilən təlimlər, düşmənin genişmiqyaslı təxribatlarına qarşı aparılan uğurlu əks-hücum əməliyyatı şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirmiş və nəticədə 2020-ci il tariximizə Zəfər ili kimi yazılmışdır. 2023-cü il 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi rayonunda həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan Respublikasının konstitusiya quruluşu tam bərpa edilmişdir.

    Dövlət müstəqilliyinin əsas atributlarından biri sayılan üçrəngli bayrağımızın əzəmətlə dalğalandığı işğaldan azad edilmiş ərazilərimizdə qalib Ordumuz Vətənimizin müdafiəsində ayıq-sayıq dayanmaqla bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, Böyük Qayıdışa layiqli töhfələr verir.

    Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini hər zaman olduğu kimi, Ramazan bayramı günlərində də dərin hörmət və ehtiramla yad edirik. Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ali diqqət və qayğısı sayəsində şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğılarının həlli istiqamətində mühüm addımlar atılır. Şəhid valideynlərini, onların ailə üzvlərini, Vətən uğrunda sağlamlıqlarını itirən silahdaşlarımızı, əziz veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram. Arzu edirəm ki, bu müqəddəs Ramazan bayramı gəlişi ilə xalqımıza firavanlıq, xoşbəxtlik və süfrələrimizə bol ruzi-bərəkət gətirsin.

    Bir daha hər birinizi Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, Vətənimiz müstəqil Azərbaycan naminə şərəfli xidmətinizdə uğurlar arzulayıram.

    Ramazan bayramınız mübarək olsun!”.

  • Kürdəmirdə yol qəzasında bir nəfər ölüb

    Kürdəmirdə ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

    Apa-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Bakı prospektində qeydə alınıb.

    Belə ki, Ramin Bayramovun idarə etdiyi Canqam markalı avtomobillə eyni istiqamətdə hərəkətdə olan Tahir Əkbərovun idarə etdiyi motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü Şamaxı rayon sakini, 1953-cü il təvəllüdlü Tahir Əkbərov hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Sabah ilin ilk Günəş tutulması baş verəcək

    Sabah ilin ilk günəş tutulması baş verəcək.

    Bu barədə apa-ya Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından xəbər verilib.

    Bildirilib ki, tutulma martın 29-u saat 12:50:35-də başlayıb, saat 16:43:25-də sona çatacaq.

    Qeyd edək ki, bu, qismən Günəş tutulmasıdır. Tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edəcək. Tutulmanın maksimumu saat 14:48:36-da olacaq. Qismən tutulma Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünəcək.

    Tutulma hadisəsi Azərbaycan ərazisində müşahidə olunmayacaq.

  • Əbu-Dabidəki ən böyük akvaparkda güclü yanğın olub

    Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərindəki “Yas Waterworld” akvaparkında güclü yanğın baş verib.

    Bu barədə “Russianemirates.com” nəşri məlumat verib.

    Məlumata görə, yanğın Yas adasında parkın tikilməkdə olan hissəsində, tikintisi başa çatmayan attraksionda baş verib. İlkin məlumata görə, xəsarət alan yoxdur.

    Yaxınlıqdakı əyləncə parklarından qara tüstü buludlarının yüksəldiyini görmək mümkündür. Hadisə yerində yanğınsöndürənlər işləyir.

  • Dünyada hansı saat ən dəqiqdir? onun səhvi 10 milyard ildə 1 saniyədir

    Anları elə dəqiqliklə ölçə bilən bir cihaz təsəvvür edin ki, hətta Kainatın yaşından daha böyük bir müddət ərzində belə bir saniyə itirilməyəcəkdir.

    Median.Az lent.az-a istinadla məlumatına görə, bu, sadəcə vaxtı ölçməklə kifayətlənməyib, yeni elmi üfüqlərin qapılarını açan saatlar yaradan Yaponiya mühəndisləri sayəsində reallığa çevrilib.

    Shimadzu Corp tərəfindən hazırlanmış Aether Clock OC 020 optik qəfəsdə sabitlənmiş lazerlə soyudulmuş stronsium atomlarından istifadə edir.

    Bu, onilliklər ərzində ikincinin ölçülməsi üçün standart kimi xidmət edən sezium atom saatlarından 100 dəfə yüksək dəqiqliyə imkan verir.

    Kompakt soyuducu ölçüsündə olan cihaz daimi əl ilə tənzimləmə ehtiyacını aradan qaldırır və onun daşınması onu laboratoriya şəraitində istifadə üçün rahat edir.

    Yeni məhsulun əsas üstünlüyü onun qravitasiya anomaliyalarını inanılmaz detallarla ölçmək qabiliyyətidir.
    Bu, zəlzələləri, vulkan püskürmələrini proqnozlaşdırmaq və hətta tektonik sürüşmələri öyrənmək üçün imkanlar açır.
    Alimlər əvvəllər elmi fantastika kimi görünən yer qabığının hərəkətlərini santimetr dəqiqliyi ilə izləyə biləcəklər.

    Bundan əlavə, saat kvant fizikası və astronomiya sahəsində fundamental tədqiqatlar üçün alətə çevrilə bilər.
    Qiymətinin 3 milyon dollardan çox olmasına baxmayaraq, yeniliyə artıq tələbat var: birinci blok satılıb və şirkət yaxın üç ildə daha on cihaz satmağı planlaşdırır.
    Əsas alıcılar zaman və məkan haqqında ideyalarda inqilab edə biləcək texnologiyalara sərmayə qoymağa hazır olan elmi institutlar olacaq.

    Aether Clock OC 020 sadəcə bir saat deyil. Bu, görünməyəni görünən, mümkün olmayanı isə əldə edilə bilən etmək yolunda bir addımdır.
    Onların tıqqıltısını insan qulağı eşidə bilməsə də, elmə təsiri heyrətamiz dərəcədə yüksək olacağını vəd edir.

  • Myanmada zəlzələ nəticəsində 144 nəfər ölüb, 700 şəxs yaralanıb

    Myanmada baş verən güclü nəticəsində 144 nəfər ölüb, 700 şəxs yaralanıb.

    Bu barədə report “Kyodo” agentliyinə istinadən xəbər verir.

    Vurğulanıb ki, meyitlərin çoxu tikilən 34 mərtəbəli binanın dağıntıları altından çıxarılıb.
    Ehtimal edilir ki, bina çökən zaman tikinti ərazisində 300-dən işçi olub.

    Qeyd edək ki, Myanmada öncə 7,7, 12 dəqiqə sonra 7,9 maqnitudalı zəlzələ baş verib. Zəlzələ nəticəsində bəzi evlər, həmçinin Saqayn və Mandalay şəhərlərini birləşdirən körpünün bir hissəsi uçub.

  • Türkiyədə Şişli bələdiyyə sədrinin müavini həbs olundu

    Türkiyədə İstanbul şəhərinin Şişli bələdiyyə sədrinin müavini Ebru Özdemir həbs edilib.

    Bu barədə Median.Az “Haber Global”a istinadən xəbər verir.

    Məlumata görə, PKK silahlı terror təşkilatının “şəhər konsensusu” adı altında fəaliyyətləri ilə bağlı aparılan istintaq çərçivəsində Şişli bələdiyyə sədrinin müavini Ebru Özdemir “Silahlı terror təşkilatına köməklik göstərmək” maddəsi üzrə çıxarıldığı məhkəmədə həbs edilib.

  • Ekrem İmamoğlunun vəkili sərbəst buraxılıb

    İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlunun vəkili Mehmet Pehlivan azadlığa buraxılıb.

    Məlumata görə, İstanbul Respublika Baş Prokurorluğunun Pulların Yuyulmasına Qarşı Mübarizə Bürosu tərəfindən aparılan istintaq çərçivəsində “Cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərinin leqallaşdırılması” maddəsi üzrə saxlanılan Mehmet Pehlivanın polis bölməsindəki əməliyyatları tamamlanıb və ifadəsi alınıb.

    Pehlivan xaricə çıxış qadağası şəklində məhkəmə nəzarəti tədbiri altında sərbəst buraxılıb.
    //oxu.az

  • Ильхам Алиев поздравил азербайджанский народ с праздником Рамазан

    Президент Азербайджана Ильхам Алиев поздравил азербайджанский народ с праздником Рамазан.

    Как сообщает АЗЕРТАДЖ, в поздравительном послании говорится:

    “Уважаемые соотечественники!

    Сердечно поздравляю вас с благословенным праздником Рамазан, передаю каждому из вас наилучшие пожелания.

    Месяц Рамазан, когда была ниспослана наша священная книга Коран, призывает людей к единству во имя добрых намерений и благих дел, приглашает их на путь мира и равенства. Соблюдая пост в этот месяц, мусульмане получают возможность достойно выполнить свой долг совести и обязанности перед Аллахом и религией, возвыситься на вершину духовно-нравственного совершенства.

    В Азербайджане, как и во всем исламском мире, церемонии поста ежегодно проводятся с чувством большой радости и удовлетворения. В месяц Рамазан, который стал в нашей стране торжеством национально-духовной солидарности, гуманизма, чувств милосердия и сострадания, возносятся молитвы за благополучие и прогресс нашего государства, с благодарностью воздается дань бессмертной памяти шехидов. Верю, что в благословенные дни Рамазана, озаряющие сердца и души людей божественной мудростью, ваши молитвы и пожелания, чистые намерения будут приняты Всевышним, Великий Творец не обойдет наш народ своей милостью.

    Дорогие сестры и братья!

    Еще раз передаю вам и всем нашим соотечественникам, проживающим в различных уголках мира, поздравления с праздником Рамазан, желаю счастья вашим семьям, изобилия вашим домам.

    Да примет Аллах ваш пост и молитвы.

    С праздником Рамазан!”