Month: March 2025

  • Mingəçevirdə məktəbli BIÇAQLANDI – TƏFƏRRÜAT (VİDEO)

    Mingəçevirdə məktəblinin bıçaqlanması ilə bağlı bəzi detallar məlum olub.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, 16 yaşlı yeniyetmə tanışı tərəfindən söyüşə görə bıçaqlanıb.

    Müxtəlif bədən xəsarətləri alan yeniyetmə Mingəçevir şəhər mərkəzi xəstəxanasına çatdırılıb.

    Ətraflı süjetdə:

  • Azərbaycan millisinin üzvü Macarıstan Kubokunun qalibi oldu

    Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimovanın çıxış etdiyi “Vaşaş Obuda” klubu Macarıstan Kubokunun qalibi olub.

    31 yaşlı oyunçunun şərəfini qoruduğu kollektiv finalda KNRC klubu ilə üz-üzə gəlib.

    “Vaşaş Obuda” rəqibini 3:1 hesabı ilə üstələyərək beşinci dəfə Macarıstan Kubokuna sahib çıxıb.

  • Лейла Алиева поделилась завораживающими кадрами из Гёйгёля

    Вице-президент Фонда Гейдара Алиева, учредитель и руководитель общественного объединения IDEA Лейла Алиева поделилась завораживающими кадрами из Гёйгёля.

    Она опубликовала видео на своей странице в социальной сети Instagram.

  • Leyla Əliyeva Göygöldən möhtəşəm video paylaşdı

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva rəsmi “Instagram” hesabında Göygöldən möhtəşəm video paylaşıb.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb

    Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsindən bildirilib.

    Vurğulanıb ki, Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı Qızılağac Milli Parkının Kiçik Körfəz su hövzəsində adı “Qırmızı kitab”a düşən çöl quşları və balıqların qeyri-qanuni ovu ilə məşğul olan V.Məmmədli saxlanılıb.

    Ondan qadağan olunan ov alətləri, həmçinin qanunsuz olaraq ovladığı balıqlar və çöl quşları aşkar olunaraq götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • США намерены аннулировать визы и грин-карты сторонников ХАМАС для депортации

    Госдепартамент будет аннулировать въездные визы и грин-карты сторонников палестинского движения ХАМАС с целью их последующей депортации.

    Как передает Median.Az, об этом заявил госсекретарь США Марко Рубио в соцсети X.

    “Мы будем аннулировать визы и/или грин-карты сторонников ХАМАС в Америке, чтобы они могли быть депортированы”, – подчеркнул глава американской дипломатии.

    Так он прокомментировал информацию о том, что иммиграционные власти США арестовали палестинца Махмуда Халила, который играл видную роль в антиизраильских протестах прошлой весной в Колумбийском университете Нью-Йорка. Как отмечают американские СМИ, у него была студенческая виза и грин-карта, которые будут аннулированы.

    Ранее американский президент Дональд Трамп пообещал, что США будут высылать иностранных студентов и других лиц без американского гражданства, которые участвовали в протестах в поддержку Палестины. В 2024 году по кампусам американских университетов прокатилась волна пропалестинских протестов, которые сопровождались задержаниями, столкновениями с полицией и произраильскими демонстрантами. Ее причиной был вооруженный конфликт в секторе Газа. Основное требование протестующих к властям США – прекратить финансовую поддержку Израиля.

  • ABŞ HƏMAS tərəfdarlarının vizalarını və “green card”larını ləğv edəcək

    ABŞ Dövlət Departamenti Fələstinin HƏMAS hərəkatının tərəfdarlarının giriş vizalarını və “green card”larını ləğv edəcək və onların deportasiyasını həyata keçirəcək.

    Bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio “X” sosial şəbəkə hesabında açıqlama verib.

    “Biz HƏMAS tərəfdarlarının vizalarını və ya “green card”larını ləğv edəcəyik ki, onlar deportasiya oluna bilsinlər”, – deyə ABŞ diplomatiyasının rəhbəri vurğulayıb.

    O, bu fikirləri ABŞ immiqrasiya orqanları tərəfindən keçən yaz Nyu-Yorkdakı Kolumbiya Universitetində İsrail əleyhinə etiraz aksiyalarında fəal iştirak etmiş fələstinli Mahmud Xəlilin həbs olunması ilə bağlı yayılan məlumata münasibət bildirərkən səsləndirib. ABŞ mediasının məlumatına görə, onun tələbə vizası və “green card”ı ləğv ediləcək.

    Xatırladaq ki, 2024-cü ildə ABŞ universitetlərinin kampuslarında Fələstini dəstəkləyən kütləvi etiraz aksiyaları baş verib. Aksiyalar polislə toqquşmalar və İsraili dəstəkləyən nümayişçilərlə qarşıdurmalarla müşayiət olunub. Etirazçıların əsas tələbi ABŞ hökumətindən İsrailə maliyyə dəstəyini dayandırmaq olub.

  • “Air India” təyyarəsi Azərbaycan üzərindən uçan zaman təcili şəkildə geri qayıtdı

    Hindistanın “Air India” şirkətinə məxsus Mumbay-Nyu-York reysini həyata keçirən təyyarə uçuş zamanı potensial təhlükəsizlik təhdidi alıb və bu səbəblə Mumbaya geri yönləndirilib.

    Bu barədə Median.Az “Times of İndia” nəşrinə istinadən xəbər verir.

    Məlumata görə, “Boeing 777” təyyarəsi marşrutu dəyişərək uçuş etdiyi hava limanına istiqamət götürdüyü zaman Azərbaycanın üzərində 30 000 fut hündürlükdə olub. İçərisində 303 sərnişin və 19 ekipaj üzvü olan təyyarə səhər saatlarında sağ-salamat Mumbaya enib.

    “Bu gün, 10 mart 2025-ci ildə Mumbaydan Nyu-Yorka (JFK) uçan AI119 reysi zamanı potensial təhlükəsizlik təhdidi aşkar edilib. Lazımi protokollara əməl etdikdən sonra təyyarədə olanların təhlükəsizliyi baxımından reys Mumbaya qayıdıb”, – deyə “Air India”dan bildirilib.

    Aviaşirkət əlavə edib ki, hazırda təyyarə təhlükəsizlik xidmətləri tərəfindən yoxlamalardan keçir və “Air India” hakimiyyət orqanları ilə tam şəkildə əməkdaşlıq edir.

    Aviaşirkətdən qeyd edildiyinə görə, uçuş martın 11-i səhər saat 5-ə tarixinə dəyişdirilib və bütün sərnişinlərə o vaxta qədər hoteldə yerləşmə, qidalanma və digər yardımlar təklif edilib.

  • Dumanlı hava nə vaxta qədər davam edəcək?

    Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Quba, Şabran, Beyləqan, İmişli, Sabirabad, Zərdab, Neftçala, Biləsuvar, Lənkəran, Astarada duman müşahidə olunur və görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
    Ölkə ərazisində dumanlı hava şəraitinin martın 14-dək fasilələrlə davam edəcəyi gözlənilir.

  • Bakıda 12 yaşlı oğlan 14-cü mərtəbədən yıxılıb öldü

    Bakıda dəhşətli hadisə baş verib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, martın 8-də saat 13 radələrində 2013-cü il təvəllüdlü Yəzdan Pənah Atila Purya yaşadığı İ.Həmidov küçəsindəki çoxmərtəbəli binanın 14-cü mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb.
    O, hadisə yerində vəfat edib.
    Faktla bağlı araşdırma aparılır