Month: March 2025

  • Pomidor bir neçə xərçəng növünə qarşı faydalıdır

    Tehran Tibb Universitetinin alimləri müəyyən ediblər ki, pomidorun tərkibindəki likopen adlı piqment onkoloji xəstəliklərin ümumi inkişaf riskini və ağciyər xərçəngindən ölmə ehtimalını azaldır.

    Araşdırmanın nəticələri “Frontiers in Nutrition” jurnalında dərc olunub.

    Onlar aşkar ediblər ki, bu təbii maddənin fəal şəkildə qəbulu xərçəngin inkişafı riskinin əhəmiyyətli dərəcədə azalması ilə bağlantılı olub.

    Likopen qəbulu ilə prostat xərçəngi riskinin azalması arasında xüsusilə güclü bir əlaqə tapılıb. Bundan əlavə, tədqiqatçılar qanda likopenin yüksək səviyyədə olmasının ağciyər xərçəngindən daha çox sağ qalmaq arasında əlaqə olduğunu müəyyən ediblər.

  • Трамп заявил, что придерживается жесткой линии в отношении России

    Президент США Дональд Трамп заявил, что придерживается жесткого подхода к России, несмотря на хорошие отношения с российским лидером Владимиром Путиным.

    Об этом глава Белого дома сказал в интервью телеканалу Fox News.

    “Думаю, я был очень жестким в отношении России, жестче, чем кто-либо… Это я остановил [строительство газопровода] “Северный поток – 2″… Это я вводил санкции против России, это я дал [Украине ракетные комплексы] Javelin. Я был очень жесток, но я хорошо ладил с Путиным”, – отметил Трамп.

  • Tramp Rusiyaya qarşı sərt mövqe tutduğunu açıqlayıb

    ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə yaxşı münasibətlərinə baxmayaraq, Rusiyaya qarşı sərt yanaşmaya üstünlük verdiyini bildirib.

    Bunu Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib.

    “Düşünürəm ki, mən Rusiyaya qarşı çox sərt idim, hamıdan daha sərt idim. “Şimal axını-2” qaz kəmərinin tikintisini mən dayandırdım. Rusiyaya qarşı sanksiyaları mən tətbiq etdirdim, Kiyevə “Javelin” raket sistemlərini mən verdim. Çox sərt idim, amma Putinlə yaxşı yola gedirdim”, – o qeyd edib.

  • Təyyarə sərnişinləri 10 saat boş yerə səmada qalıblar: Qəribə səbəb

    “Air India” aviaşirkətinin sərnişinləri tualetlərin daşması səbəbindən 10 saat havada vaxt itiriblər.

    Bu barədə “One Mile At A Time” portalı məlumat verib.

    Hadisə göyərtəsində üç yüz sərnişinin olduğu, Çikaqodan Dehliyə uçan “Boeing 777-300ER” təyyarəsində baş verib. Qeyd olunur ki, Hindistanın paytaxtına uçuş 14 saat davam etməli idi. Kapitan uçuşu dayandırmaq qərarına gəlməzdən əvvəl təyyarə Kanada və Qrenlandiya üzərindən uçub.

    Nəticədə təyyarə Atlantik okeanı üzərindən geriyə çevrilib və texniki nasazlıq səbəbindən yola düşdüyü hava limanına qayıdıb. Məlum olub ki, göyərtədəki onlarla tualetdən yalnız biznes sinifdə olan biri işlək vəziyyətdə olub.

    Hadisə aviasiya ictimaiyyətində müzakirə mövzusuna çevrilib. Mütəxəssislər əmindirlər ki, bütün tualetlərin dolu olması ilə bağlı vəziyyət təyyarələrə texniki qulluqda problemlər olduğunu göstərir.

  • Paytaxt sakininə özünə məxsus olmayan avtomobilin cərimələri gəlir – İDDİA (VİDEO)

    Paytaxt sakininə özünə məxsus olmayan avtomobilin cərimələri ilə bağlı məlumatlar gəlir.

    Cavidan İsmayılov üzləşdiyi vəziyyətlə bağlı “Xəzər xəbər”ə müraciət edib.

    O bildirib ki, ötən ildən Dövlət Yol Polisi tərəfindən müxtəlif vaxtlarda tətbiq olunmuş cərimələr mesaj şəklində ona göndərilir. Halbuki maşının sahibini tanımır.

    Onun sözlərinə görə, özünün maşını olsa da, markası və dövlət qeydiyyat nişanı cərimə gələn avtomobildən fərqlidir. Bu günə qədər kiməsə nə maşın satıb, nə də etibarnamə verib.

    Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, vətəndaş şəxsi kabinetində əlaqə nömrəsini səhv qeyd etdiyi üçün belə bir anlaşılmazlıq yaranıb.

    Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev onu da əlavə edib ki, bu cür problemlə üzləşən şəxslər Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi qaydada müraciət etməlidirlər.

    Ətraflı süjetdə:

  • Tanınmış stomatoloq QƏFİL ÖLDÜ – FOTO

    Tanınmış stomatoloq Kamran Cabbarov vəfat edib.

    Əslən Lənkərandan olan K.Cabbarov infarktdan dünyasını dəyişib.

    Qeyd edək ki, o uzun müddət stomatoloq kimi fəaliyyət göstərib.

  • Novruz bayramı ərəfəsində çərəzlərin QİYMƏTLƏRİ – VİDEO

    Bazarlarda yerli məhsullardan çox xaricdən gətirilənlər boldur, qiyməti də yerli məhsulla müqayisədə daha ucuzdur.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, Novruz bayramı ilə əlaqədar yerli şabalıdın kiloqramı 15-17 manat, ölkəyə Çindən gətirilən şabalıdın qiyməti isə 8-9 manat arasında dəyişir.

    Özbəkistandan gətirilən qabıqlı qozun kiloqramı 7 manat, fındığın qiyməti isə 6 manat, yerli məhsullardan qabıqlı qoz 10-12 manat, fındıq 9-10 manatdan təklif olunur. Badam 4.80, yapon qozu isə 9 manatdan təklif edilir.

    Ən bahalı çərəz isə püstədir. Püstənin qiyməti 27-35 manatdır.

    Satıcılar yerli məhsullların qıt olduğunu əsas gətirərək qiymətin baha olduğunu deyir:

    Onlar deyir ki, ləpənin qiyməti baha olsa da, hazırda ona tələbat da çoxdur:

    İqtisadçılar isə hesab edir ki, 2024-cü ildə də məhsuldarlıq aşağı düşüb və hava şəraiti ilə bağlı bəzi məhsulları dolu vurub. Məhsulun qıtlaşması qiymətinə də öz təsirini göstərib.

    Ətraflı süjetdə:

  • Смертельное ДТП в Товузе: у погибшего скоро должна была состояться свадьба (ОБНОВЛЕНО)

    Стали известны некоторые подробности в связи с аварией в Товузском районе.

    Как сообщает Median.Az со ссылкой на Teleqraf, у погибшего через месяц должна была состояться свадьба.

    Отметим, что в результате дорожно-транспортного происшествия погиб водитель автомобиля ВАЗ-2107 – житель села Ашагы Гушчу Товузского района Ильхам Рустамов (2003 г.р.).

    * * * * *

    В Товузском районе произошло ДТП со смертельным исходом.

    Как передает Median.Az, случай зафиксирован в городе Говлар.

    Согласно информации, автомобиль ВАЗ-2107, которым управлял житель товузского села Ашагы Гушчу Ильхам Рустамов (2003 г.р.), врезался в заднюю часть припаркованного у обочины дороги грузовика “КАМАЗ”.

    В результате водитель легковой машины от полученных травм скончался на месте происшествия.

    По данному факту ведется расследование.

  • Tovuzdakı dəhşətli qəzanın DETALLARI: Ölən şəxsin bir ay sonra TOYU OLACAQMIŞ (YENİLƏNİB)

    Tovuz rayonunda baş vermiş qəzanın təfərrüatı məlum olub.

    Median.Az Teleqraf-a istinadən məlumat verir ki, ölən şəxsin bir ay sonra toy məclisi olacaqmış.

    Qeyd edək ki, qəza nəticəsində VAZ-2107 markalı avtomobilin sürücüsü, Tovuz Aşağı Quşçu kənd sakini, 2003-cü il təvəllüdlü İlham Rüstəmov dünyasını dəyişib

    * * * * *

    Tovuzda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə Tovuzun Qovlar şəhərinin ərazisində qeydə alınıb.

    Belə ki, hərəkətdə olan VAZ-2107 markalı avtomobil idarəetməni itirərək yol kənarında dayanmış yük avtomobilinin yarımqoşqusuna çırpılıb.

    Qəza nəticəsində VAZ-2107 markalı avtomobilin sürücüsü, Tovuz Aşağı Quşçu kənd sakini, 2003-cü il təvəllüdlü İ. Rüstəmov dünyasını dəyişib.

    Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

  • В Мингячевире школьник получил ножевое ранение – ВИДЕО

    Стали известны некоторые подробности в связи с поножовщиной в Мингячевире.

    Как сообщает Median.Az со ссылкой на Xəzər TV, 16-летнего подростка ранил ножом его знакомый из-за нецензурной брани.

    Юноша, получивший различные телесные повреждения, был доставлен в Мингячевирскую городскую центральную больницу.

    Подробнее – в сюжете: