
Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən Hövsan qəsəbəsində 6 kV-luq hava xətdində təmir işlərinin aparılması ilə əlaqədar martın 10-da elektrik xətləri sifarişə əsasən açılacaq.

Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən Hövsan qəsəbəsində 6 kV-luq hava xətdində təmir işlərinin aparılması ilə əlaqədar martın 10-da elektrik xətləri sifarişə əsasən açılacaq.
Dövlət Turizm Agentliyinin istintaqa cəlb olunmuş əməkdaşlarından birinin kimliyi məlum olub.
Azad olunmuş ərazilərdə 2021-ci ilin fevral ayından etibarən aparılan qazıntı işləri nəticəsində 23 kütləvi məzarlıq müəyyən edilib.
Son illər boşanmaların sayı sürətlə artır. Səbəblər müxtəlifdir. Amma boşanmalar bir sıra sosial və hüquqi problemlər yaradır. Bəzən aliment ödənişində problem ortaya çıxır. Hətta bəzi valideynlər uşaqdan belə imtina edir.
Bəs, valideyn övladından və yaxud aliment verməkdən nə zaman imtina edə bilər?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Fuad Rüstəmli bildirib ki, ata yalnız bir halda övladından imtina edə bilər:
“Bu da o halda olur ki, şəxs yalnız uşağın atası olmadığı təsdiqini tapdığı halda övladdan imtina edə bilər. Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən, uşaq nikahın pozulduğu vaxtdan və atanın ölümündən 300 gün ərzində dünyaya gəldikdə, uşağın atası ananın keçmiş əri hesab olunur. Atalıq ər ilə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Yəni, ata öz doğma övladından imtina edə bilməz.
Hətta başqa bir kişi uşağın atası kimi qeydiyyata alınmaq istəsə belə, yenə də bioloji ata öz övladından imtina edə bilməz.
Ata öz övladından yalnız uşağın ondan olmadığı təqdirdə imtina edə bilər. Bunun üçün o, atalıq faktının müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etməli və DNT ekspertizası tələb etməlidir. DNT analizi nəticəsində onun həmin uşağın atası olmadığı müəyyən olunarsa, ata həm aliment ödəməkdən, həm də digər hüquqlardan imtina edə bilər”.
Hollivud aktyoru Cin Hekman Altsheymer xəstəliyindən əziyyət çəkirmiş və bəlkə də həyat yoldaşının öldüyünü sona qədər dərk etməyib.
Median.Az CNN-ə istinadən xəbər verir ki, bu barədə Nyu Meksiko ştatının baş həkimi doktor Hizer Kerrell xüsusi mətbuat konfransında danışıb.
Mütəxəssis Hekmanın Altsheymer xəstəliyinin ağır formasından əziyyət çəkdiyi üçün həyat yoldaşının öldüyünü belə anlamadığını bildirib. 95 yaşlı aktyorun ürəyində də ciddi problem olub və bu onun ölümü ilə nəticələnib. Kardiostimulyatorun oxunuşlarına görə, aktyor fevralın 18-də vəfat edib, bu zaman ürək fəaliyyətinin son artımı qeydə alınıb. Yarılma zamanı patoloqlar Hekmanın mədəsinin boş olduğunu müəyyən ediblər. Bu, aktyorun ölümündən bir həftə əvvəl ac qaldığını və onu yedizdirəcək kimsənin olmadığını göstərə bilər.
Aktyorun həyat yoldaşı ondan bir həftə əvvəl ağciyər hantavirus sindromundan dünyasını dəyişib. Bu xəstəlik insana yoluxmuş gəmiricilərdən onların nəcislərinin hissəciklərini ehtiva edən tozları nəfəs almaqla ötürülür. Bu nadir xəstəlik soyuqdəymə kimi başlayır, sonra sürətlə pisləşir, qanda oksigen azalır, ürək çatışmazlığı inkişaf edir.
Jurnalistlərin əlaqə saxladığı həkimlər və patoloqlar hesab edirlər ki, ulduz cütlüyün ölümünün Santa-Fedən olan məhkəmə-tibb ekspertləri tərəfindən irəli sürülən versiyası inandırıcı görünür.
Sosial Xidmətlər Agentliyi fevral ayında 12 uşağı övladlığa verib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, həyata keçirilən tədbirləri nəticəsində 19 uşağın müəssisələrə düşməsinin qarşısı alınıb, 11 uşaq isə müəssisələrdən ailələrinə reinteqrasiya edilib.
Sloveniyadan olan biznes nümayəndə heyətinin Azərbaycana martın 10-13-nə planlaşdırılan səfəri aprel ayına təxirə salınıb.
Median.Az xəbər verir ki, bu barədə Trend-ə Sloveniyanın İqtisadiyyat, Turizm və İdman Nazirliyindən bildirilib.
“İqtisadiyyat naziri Matjaz Han digər öhdəliklərə görə Bakıya gələ bilməyəcək. Biznes nümayəndələri Sloveniyanın xarici və Avropa işləri naziri Tanya Fajonun aprel ayına planlaşdırılan səfərinə qatılacaq”, – nazirlikdən bildirilib.
Sabah ölkə ərazisində 15-20 dərəcə isti olacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Axşam bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacaq.
“Alibaba” süni intellekt sahəsində ən son inkişafını elan edərək, yeni modelini təqdim edib. Əgər şirkətin vədləri gerçəkləşərsə, bu model “DeepSeek” və “OpenAI” kimi nəhənglər üçün ciddi rəqibə çevrilə bilər.
Qaynarinfo xəbər verir ki, açıq mənbə kodlu olan bu model istənilən şəxs tərəfindən araşdırıla və pulsuz sınaqdan keçirilə bilər. Bununla belə, istifadəçilər bəzi mövzularda modelin cavab verməkdən çəkinəcəyini müşahidə edə bilərlər.
Daha az parametrlə yüksək performans
QwQ-32b (Quan-with-Questions) adlandırılan bu model daha az parametrlə işləyərək resurslardan səmərəli istifadə etməyi hədəfləyir. “Alibaba”nın iddiasına görə, bu model “DeepSeek” və ya “OpenAI”nin o1-mini modelləri ilə oxşar performans göstərə bilir.
“DeepSeek”in fevral ayında təqdim edilən R1 böyük dil modeli (LLM) süni intellekt bazarında, xüsusilə də maliyyət baxımından rəqabət qabiliyyətli olması ilə diqqət çəkmişdi. “Alibaba” isə QwQ-32b ilə bu sahədə standartları daha da yüksəltməyi hədəfləyir.
Texniki xüsusiyyətlər və performans fərqləri
“VentureBeat” portalının məlumatına görə, “DeepSeek-R1” modelinin işləməsi üçün 671 milyard parametr tələb olunur və bunlardan yalnız 37 milyardı aktiv şəkildə istifadə edilir. “Alibaba”nın yeni QwQ-32b modeli isə cəmi 32 milyard parametr ilə işləyir. Bu fərq, texniki baxımdan daha az resursla daha səmərəli performans əldə etməyə imkan verir.
Məsələn, “DeepSeek R1” modeli üçün 1600 GB VRAM tələb olunduğu halda, QwQ-32b cəmi 24 GB VRAM ilə işləyə bilir. Bu, onu “Nvidia”nın H100 kimi peşəkar GPU-larına ehtiyac olmadan, hətta RTX 4090 kimi oyun yönümlü qrafik kartlarında belə istifadəyə imkan verən bir modelə çevirir. Bundan əlavə, RTX 5090 modelinin 32 GB VRAM təklif etməsi, QwQ-32b-nin bu cihaza daha uyğun olacağını göstərir.
Açıq mənbə kodlu model və məhdudiyyətlər
“Alibaba” QwQ-32b modelini “Apache 2.0” lisenziyası altında təqdim edib. Bu lisenziya şirkətlərə və tədqiqatçılara modeli sərbəst şəkildə istifadə və inkişaf etdirmək imkanı yaradır. İstifadəçilər bu yeni modeli “Alibaba”nın “Qwen Chat” platforması üzərindən sınaqdan keçirə bilərlər.
Bununla belə, QwQ-32b modelinin də bəzi məhdudiyyətləri var. Məsələn, siyasi mövzularla bağlı suallar soruşulduqda, “Qwen Chat” bu sualları “uyğun olmayan” kimi işarələyir. “DeepSeek” modelində olduğu kimi, bu məhdudiyyətləri aşmaq üçün mümkün üsullar (jailbreak) axtarılır, lakin hələ ki, bu istiqamətdə uğurlu cəhd qeydə alınmayıb.
Modelin cavab vermə üslubu diqqətçəkəndir. O, hətta sadə suallara belə olduqca ətraflı cavablar təqdim edə bilir. Bu xüsusiyyət bəzi istifadəçilər üçün faydalı görünsə də, bəzən həddindən artıq kontekst təqdim etməsi narahatlıq yarada bilər. Digər tərəfdən, modelin “ChatGPT”nin “dərin düşünmə” funksiyasına bənzər bir şəkildə məntiqi izahları istifadəçiyə təqdim etməsi müsbət qarşılanır. Bununla belə, onun bu sahədə hələ də “ChatGPT” qədər əhatəli olmadığı vurğulanır.
“Alibaba”nın iddialarının nə dərəcədə gerçəkləşəcəyini zaman göstərəcək. Bununla belə, QwQ-32b modeli ilə “ChatGPT” və “DeepSeek”in artıq yeni və iddialı bir rəqibinin olduğu söylənə bilər.

Ən çox istifadə edilən tərəvəz olan kartofun qiyməti artıb.
Son 20 gündür ki, bazarlarda kartofun ən bahalı qiyməti 2 AZN, ən ucuz qiyməti isə 1,20 AZN-dir.
Satıcıların sözlərinə görə, qiymət artımına səbəb bazarda yerli məhsulun az olması və xaricdən də kartof idxalının azalmasıdır.
Satıcılar həmçinin bildiriblər ki, hazırda bazarda daha çox yerli kartof mövcuddur.
İqtisadçılar isə bahalaşmanın iki əsas səbəbini qeyd edirlər. Onların fikrincə, birinci səbəb xaricdən kartof idxalının azalmasıdır. İkinci səbəb isə dizel yanacağının qiymətinin 25% artmasıdır. Bu iki amil kartofun qiymətinə təsir göstərir.
Qeyd edək ki, 2024-cü ildə ölkədə təxminən 1 milyon ton kartof istehsal edilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: