Month: March 2025

  • Bakıda üç dostun ağlasığmaz planı: Yanmış “Gelandewagen”lə kredit götürdülər

    Bakıda 3 dost lizinq şirkətinə qarşı külli miqdarda dələduzluq ediblər. Onlar yanmış “Mercedes G-63” markalı avtomobilin sənədlərini saxtalaşdıraraq lizinq şirkətindən 53 min manat kredit götürüblər.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, maşın alveri ilə məşğul olan Orxan, Üzeyir və Faiq qurulan plana uyğun olaraq əvvəlcə qismən yanaraq yararsız vəziyyətə düşmüş “Mercedes Gelandewagen” markalı avtomobili ucuz qiymətə alıblar. Sonra “Hollyvood-Cars” şirkətindən eyni markalı avtomobili 10 günlük icarəyə götürüblər.

    Onlar yanmış avtomobilin nömrəsini icarəyə götürdükləri maşının nömrəsi ilə dəyişdiriblər. Maşının mühərrik nömrəsini də siliblər. Onlar müxtəlif yollarla sənədləri saxtalaşdıraraq avtomobili Faiqin adına sənədləşdiriblər.

    Sonra da lizinq şirkətlərindən birindən həmin avtomobilə görə 53 min manat kredit götürüblər. Lizinq şirkəti avtomobili idarə etmək üçün Faiqə etibarnamə verib. Həmin zaman lizinq şirkəti avtomobilə GPS yerləşdirib. Lakin 3 dost icarəyə götürdükləri maşını “Hollyvood-Cars” şirkətinə qaytaran zaman lizinq şirkətinin quraşdırdığı GPS-i çıxarıblar, əvvəlki nömrəsini də yerinə taxıblar. Lizinq şirkəti maşından xəbər tutmayanda 3 dostun əməllərinin üstü açılıb.

    Faiq həmin ərəfədə Rusiyaya qaçıb. Orxan və Üzeyir tutularaq məsuliyyətə cəlb edilib. Onlar barəsində dələduzluq maddəsi ilə ittiham elan edilib. Üzeyir və Orxan dəymiş zərəri ödədikləri üçün məhkəmə onlara şərti cəza verib.

    Faiq isə uzun müddət axtarışdan sonra saxlanılıb və Bakıda hakim qarşısına çıxarılıb. Ona da eyni maddə ilə ittiham irəli sürülüb. Faiq özünü təqsirli bilməyərək deyib ki, bütün işi Orxan və Üzeyir görüb. Sadəcə, maşını onun adına sənədləşdirildiyini və buna görə 2 min manat aldığını deyib. İfadəsində deyib ki, lizinq şirkətinə gedən zaman ona yeni patlar və bahalı telefon da verilib. Məqsəd şirkətdə özünə qarşı inam yaratmaq olub.

    Məhkəmə zərərin ödənilməsini nəzərə alaraq Faiq barəsində də şərti cəza təyin edib.

  • Türkiyə Kuboku: “Fənərbağça” və “Qalatasaray” rəqib oldu

    Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb.

    Bu raundda İstanbul təmsilçilərindən “Fənərbağça” “Qalatasaray”la üz-üzə gələcək.

    “Beşiktaş” “Göztəpə” ilə, “Konyaspor” “İskəndərunspor”la, “Trabzonspor” isə “Bodrumspor”la münasibətlərə aydınlıq gətirəcək.

    Qeyd edək ki, 1/4 final mərhələsi bir oyundan ibarət olacaq. Qarşılaşmalar adları birinci göstərilən komandaların (səpələnmişlərin) meydanında reallaşacaq.

  • Bakıda daha bir restoranda nöqsanlar aşkarlandı

    Bakının Nizami rayonu, B.Çobanzadə küçəsi, 2505-ci məhəllədə yerləşən “Xarı Bülbül” restoranında nöqsanlar aşkarlanıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, Vahid Musa oğlu Rəhimova məxsus restoranda qurum əməkdaşları yoxlama keçirib.

    Baxış zamanı mətbəxdə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, temperatur rejiminə əməl edilmədiyi müəyyən edilib, həmçinin müşayiətedici və mənşə sənədləri olmayan heyvan mənşəli məhsullar aşkarlanıb. Emal edilmiş məhsullardan və ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

    Faktla bağlı obyektin emal sahəsi məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib.

    Xatırladaq ki, bundan öncə AQTA Nizami rayonunda yerləşən “Sərin” restoranında da mənşəyi məlum olmayan ətdən yemək hazırlanması ilə bağlı məlumat yaymışdı.

  • Начались очередные учебные сборы с военнообязанными

    В соответствии с планом подготовки на 2025 год, в рамках совместных мероприятий с Государственной службой по мобилизации и призыву на военную службу в воинских частях начались очередные учебные сборы с привлечением группы военнообязанных, призванных из запаса.

    Об этом сообщает управление по связям со СМИ и общественностью Минобороны Азербайджана.

    После прохождения соответствующей регистрации в штабе сборного пункта и врачебного осмотра военнообязанные были обеспечены военной формой и другими видами обеспечения.

    С военнообязанными проводятся просветительские беседы, им разъясняются правила техники безопасности, проводятся занятия по строевой подготовке.

    В рамках сборов будут выполнены различные задачи, направленные на повышение уровня боевой подготовки военнообязанных, совершенствование их практических навыков, повышение знаний и умений.

  • Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

    Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, 2025-ci ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb.

    Ehtiyatdan çağırılan hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunurlar.

    Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılır, onlara təhlükəsizlik qaydaları çatdırılır, eləcə də sıra hazırlığı üzrə məşğələlər keçirilir.

    Toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılması, təlim sahəsində praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək.

  • Очередной скандал в Госкомтаможни: сотрудников принуждают писать заявления об отпуске

    Группа сотрудников Государственного таможенного комитета (ГТК) Азербайджана жалуется на незаконные действия руководства, сообщает Median.Az со ссылкой на Qafqazinfo.

    По словам таможенников, неиспользованные отпускные дни за прошлый год без их согласия переносятся на основной отпуск 2025 года.

    Работники заявляют о нарушении их прав, поскольку этот процесс осуществляется принудительно, без предоставления им права выбора. Согласно статье 135.2 Трудового кодекса, если сотрудник не использовал отпуск в течение рабочего года, ему должна быть выплачена компенсация за неиспользованные дни. Кроме того, статья 134.5 того же кодекса гласит, что неиспользованный отпуск может быть перенесен на следующий рабочий год по взаимному согласию сторон.

    Аналогичные требования закреплены в пунктах 87 и 91 положения “О службе в таможенных органах”. Согласно этому документу, сотрудники таможни могут получить компенсацию за неиспользованные дни отпуска или перенести их на следующий год. Также пункт 109 положения предусматривает, что при выходе в основной отпуск работники должны получать пособие в размере месячной зарплаты. Однако происходящее в Государственном таможенном комитете противоречит этим правовым нормам.

    По утверждению сотрудников ГТК, им даже запрещено использовать оставшиеся неиспользованными дни отпуска за 2024 год перед выходом в отпуск 2025 года. В результате работники лишаются не только права на отдых, но и предусмотренного пособия в размере месячной зарплаты при уходе в отпуск.

    В ответ на запрос Qafqazinfo в Госкомтаможни заявили: “Должностные лица таможенных органов уходят в отпуск в соответствии с законодательством и установленным графиком, при этом обеспечивается выплата всех предусмотренных законом выплат”.

    Стоит отметить, что ранее в ГТК также происходили задержки зарплат. Сотрудники ведомства смогли получить невыплаченную с октября прошлого года зарплату только в конце января этого года. Кроме того, появлялась информация о невыплате стипендий за декабрь и январь студентам Государственной таможенной академии.

  • Dövlət Gömrük Komitəsində maaş və təqaüd problemindən sonra MƏZUNİYYƏT QALMAQALI

    “Dövlət Gömrük Komitəsi tərəfindən əməkdaşlara məzuniyyətlə bağlı qanunsuz şəkildə ərizə yazdırılır”.

    Median.Az xəbər verir ki, bu iddia ilə “Qafqazinfo”ya bir qrup gömrük əməkdaşı müraciət edib. Onların sözlərinə görə, ötən il üzrə istifadə olunmamış məzuniyyət günləri 2025-ci ilin əsas məzuniyyətinə birləşdirilir.

    DGK tərəfindən hüquqlarının pozulduğunu deyən işçilər bu prosesin onlara seçim haqqı verilmədən, iradələrinə zidd şəkildə həyata keçirildiyini deyirlər: “Əmək Məcəlləsinin 135.2-ci maddəsinə əsasən, əməkdaş iş ili ərzində məzuniyyətindən istifadə etmədikdə ona istifadə olunmamış günlərə görə kompensasiya ödənilməlidir. Eyni zamanda, məcəllənin 134.5-ci maddəsinə görə, tərəflərin qarşılıqlı razılığı ilə istifadə olunmamış məzuniyyət növbəti iş ilinə keçirilə bilər. Bənzər tələblər “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 87 və 91-ci bəndlərində də təsbit olunub. Həmin sənədə əsasən, gömrük əməkdaşları istifadə etmədikləri məzuniyyət günlərinə görə kompensasiya ala və ya bu günləri növbəti ilə keçirə bilərlər. Həmçinin əsasnamənin 109-cu bəndinə görə, əməkdaşlar hər il əsas məzuniyyətə çıxarkən biraylıq əməkhaqqı həcmində müavinət əldə etməlidirlər. Lakin Dövlət Gömrük Komitəsində baş verənlər bu hüquqi tələblərlə uzlaşmır”.

    Şikayətçilərin iddiasına görə, işçilərə hətta 2024-cü ildən qalan istifadə edilməmiş məzuniyyət günlərindən yararlanmadan 2025-ci ilin məzuniyyətinə çıxmaq qadağan edilib. Nəticədə, əməkdaşlar həm istirahət hüququndan məhrum edilib, həm də onlara məzuniyyətə çıxdıqda verilməsi nəzərdə tutulan biraylıq müavinətin ödənilməməsi halı yaranıb.

    Problemlə bağlı Dövlət Gömrük Komitəsinə müraciət ünvanladıq. Qurumdan sorğumuza belə cavab aldıq: “Gömrük orqanlarının vəzifəli şəxsləri qanunvericiliyə və müəyyən edilmiş qrafikə uyğun olaraq məzuniyyətə çıxırlar və bu zaman gömrük orqanlarının vəzifəli şəxslərinə qanunvericilikdə nəzərdə tutulan bütün ödənişlərin ödənilməsi təmin edilir”.

    Qeyd edək ki, bir müddət öncə Dövlət Gömrük Komitəsində maaşlar da gecikdirilib. Belə ki, qurumun işçiləri ötən ilin oktyabrından bəri ala bilmədikləri əməkhaqqılarını bu il yanvarın sonunda əldə edə biliblər. Bu yöndə daha bir iddia isə Dövlət Gömrük Akademiyasında təhsil alan tələbələrin dekabr və yanvar ayları üçün təqaüdlərini ala bilmədikləri barədə də yayılmışdı.

  • Илон Маск заявил, что Европа хочет вечной войны

    Европа хочет “вечной войны”.

    Об этом на своей странице в соцсети X заявил американский предприниматель Илон Маск.

    “Они хотят вечной войны”, – подчеркнул он.

    Свой пост Маск сопроводил репостом видео и цитатой премьер-министра Дании Метте Фредериксен, которая ранее говорила о том, что “для Украины мир хуже войны”.

    Маск также призывал посмотреть, какие действия последуют за заявлением украинского лидера Владимира Зеленского о готовности к миру.

  • Mask Ukraynadakı müharibədən yazdı: “Daha neçə valideyn oğulsuz qalacaq?”

    ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask bir çox Avropa ölkələrinin liderlərinin əbədi müharibə istədiyini bildirib.

    İ.Mask bu barədə özünün “X” səhifəsində yazıb.

    “Onlar əbədi müharibə istəyirlər. Daha neçə valideyn oğulsuz qalacaq? Daha neçə uşaq atasız qalacaq? Onların məntiqini əsas tutsaq, münaqişə heç vaxt bitməyəcək”, – deyə iş adamı “X” səhifəsində yazıb.

    İ.Mask bir neçə gün əvvəl verdiyi açıqlamada qeyd etmişdi ki, Ukrayna Prezidenti Volodimir Zelenski istefa verməli, neytral ölkəyə köçməli və amnistiya almalıdır”.

  • Qarlı havaya görə dörd mindən çox avtomobilə 3 mln. manatadək ziyan dəyib

    Qarlı hava şəraitində baş vermiş hadisələrə görə 3 milyon manata yaxın sığorta ödənişi nəzərdə tutulub.

    Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) bildirilib.
    Qeyd edilib ki, cari ilin 21 fevral – 2 mart tarixləri aralığında ölkə ərazisində qeydə alınan intensiv qarlı və şaxtalı hava şəraiti nəticəsində bir sıra hadisələr qeydə alınıb. Sözügedən hadisələr nəticəsində sığortalanmış avtonəqliyyat vasitələrinə, o cümlədən daşınmaz əmlaklara zərər dəyib.
    Son məlumatlara görə, ümumilikdə 7 sığorta şirkətinə sığortalanmış avtonəqliyyat vasitələri və daşınmaz əmlaklara dəymiş zərərlə bağlı ümumilikdə 4414 müraciət daxil olub. Bu müraciətlərin 3721-i “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü, 676-sı “Kasko” sığorta növü, 17-si isə “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə baş vermiş hadisələr ilə əlaqədar olub. Sektordan aldığımız məlumata görə, 3215 hadisə üzrə ehtimal olunan zərər məbləği 2 milyon 708 min 396 manat həcmində müəyyən olunub, 1199 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir. Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur.
    Əlavə edilib, sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin böyük əksəriyyəti paytaxt Bakıda qeydə alınıb.