Month: March 2025

  • Azərbaycanda iki ay əvvəl itkin düşən balıqçının meyitinin İranda tapıldığı ehtimal edilir

    İranın Bəndər-Ənzəli istiqamətində, Ənzəli limanında balıqçılar tərəfindən meyit aşkarlanıb.

    Median.Az APA-ya istinadla xəbər verir ki, meyiti tapılan şəxsin Lənkəranda dənizdə itkin düşmüş balıqçı Mahmud İbayev olduğu ehtimal edilir.

    İran sosial şəbəkələrində meyitin fotosu paylaşılıb. Ailə üzvləri meyitin üzərində olan geyimlərə əsasən onun Mahmud İbayev olduğunu bildirirlər.

    Mahmud İbayevin qardaşı Rəşad İbayev APA-ya açıqlamasında meyiti tapılan şəxsin qardaşı olduğunu deyib. O, meyitin ölkəyə gətirilməsi üçün müvafiq qurumlardan köməklik göstərilməsini xahiş edib.

    Qeyd edək ki, bu il yanvarın 13-də balıqçılar – 1984-cü il təvəllüdlü Mahmud İbayev və 1968-ci il təvəllüdlü Nazim Abbasov itkin düşüb.

    Fevralın 2-də Nazim Abbasovun meyiti tapılıb.

    1984-cü il təvəllüdlü Mahmud İbayevin axtarışları isə davam etdirilib.

  • DYP-dən səhhətində problemlər olan sürücülərə MÜRACİƏT

    “Son vaxtlar səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən sürücülərə tez-tez rast gəlinir ki, bu da yollarda arzuolunmaz hadisələrin, ağır faciələrin baş vermə ehtimalını əhəmiyyətli dərəcədə artırır”.

    Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin səhhətində ciddi problemlər olan sürücülərə müraciətində deyilir.

    “Dərman preparatları qəbul etdiklərini əsas gətirərək özlərinə bəraət qazandırmağa çalışan sürücülər isə unudurlar ki, həmin preparatların tərkibində yuxu və ya halsızlıq yaradan maddələr mövcuddur ki, bu amilin özü də avtomobil idarə etməkdən çəkinmək üçün tutarlı səbəbdir.

    Baş Dövlət Yol Polisi İdarəsi bir daha səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək onlardan verilən tövsiyələrə əməl etməyi, səhlənkarlıq nəticəsində yaşanmış acı təcrübələrdən düzgün nəticə çıxarmağı, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağı xahiş edir”, – müraciətdə deyilir.

    O da bildirilib ki, ötən gün Bakı-Sumqayıt şosesində halı pisləşən sürücüyə yol polisi tərəfindən ilkin tibbi yardım göstərilib və bu hadisə bir müddət yolda sıxlığa səbəb olub.

  • Иран опроверг данные об ограничениях на иностранные рейсы

    Около 34 иностранных авиакомпаний, включая несколько европейских, продолжают осуществлять полеты в Иран.

    Как передает Median.Az со ссылкой на ISNA, об этом сообщил директор тегеранского аэропорта имени имама Хомейни Саид Чаландари.

    “В настоящее время около 34 иностранных авиакомпаний, включая Lufthansa, Austrian Airlines, Qatar Airways и Emirates, осуществляют полеты в аэропорт имама Хомейни. Нет никаких ограничений на рейсы из-за рубежа”, – рассказал он.

    По словам Чаландари, аэропорт имени имама Хомейни готов принимать самолеты любых иностранных авиакомпаний, если на то будет выдано соответствующее разрешение со стороны Организации гражданской авиации Ирана.

    23 февраля пресс-служба Lufthansa сообщала, что авиакомпании, входящие в германский концерн Lufthansa Group, приостановили полеты в Тегеран до 28 февраля.

    В октябре прошлого года Евросоюз ввел санкции против национального иранского авиаперевозчика Iran Air, крупнейшей частной иранской авиакомпании Mahan Air и принадлежащей армейским ВВС Saha Airlines за якобы поставки ракет и беспилотников РФ.

  • İran xarici uçuşlara məhdudiyyət tətbiq edib?

    “Təxminən 34 xarici aviaşirkət, o cümlədən bir neçə Avropa şirkəti, İrana uçuşlarını davam etdirir”.

    Median.Az ISNA-ya istinadən xəbər verir ki, bu barədə Tehrandakı İmam Xomeyni adına Beynəlxalq Hava Limanının direktoru Səid Çalandari məlumat verib.

    “Hazırda “Lufthansa”, “Austrian Airlines”, “Qatar Airways” və “Emirates” də daxil olmaqla təxminən 34 xarici aviaşirkət bu hava limanına uçuşlar həyata keçirir. Xarici uçuşlarla bağlı heç bir məhdudiyyət yoxdur”, – deyə o bildirib.

    Çalandarinin sözlərinə görə, İran Mülki Aviasiya Təşkilatı müvafiq icazə verdiyi təqdirdə, İmam Xomeyni adına Beynəlxalq Hava Limanı istənilən xarici aviaşirkətin təyyarələrini qəbul etməyə hazırdır.

    Qeyd edək ki, 23 fevralda “Lufthansa”nın mətbuat xidməti şirkətin daxil olduğu “Lufthansa Group”un Tehran reyslərini 28 fevrala qədər dayandırdığını açıqlamışdı.

    Xatırladaq ki, ötən ilin oktyabrında Avropa İttifaqı İranın milli aviadaşıyıcısı “Iran Air”, ən böyük özəl aviaşirkəti “Mahan Air” və ordunun Hərbi Hava Qüvvələrinə məxsus “Saha Airlines”ə Rusiyaya raket və PUA tədarükü ittihamı ilə sanksiya tətbiq etmişdi.

  • В Баку мужчина задохнулся угарным газом

    В Бинагадинском районе Баку зафиксирован случай отравления с летальным исходом.

    Как сообщает Report, Эльчин Тарверди оглу Назаров, проживавший по адресу: поселок Бинагади, улица Низами, 31, скончался в ванной комнате своего дома, задохнувшись в результате отравления угарным газом.

    По данному факту в районной прокуратуре ведется расследование.

  • Bakıda kişi dəm qazından boğularaq ölüb

    Bakıda kişi dəm qazından boğulub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, xəbər verir ki, Elçin Tarverdi oğlu Nəzərov yaşadığı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Nizami küçəsi, 31 ünvanında yerləşən evin hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb.

    Faktla əlaqədar Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Polisdən Qaxda narkotik əməliyyatı: Keçmiş məhkumlardan 7 kiloqram narkotik aşkarlandı

    Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də məhkum olunmuş 25 yaşlı Məhəmməd Əhmədli və 37 yaşlı Naim Süleymanov saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

    Verilən məlumata görə, onlardan 7 kiloqram marixuana, heroin, metamfetamin və metadon həbləri aşkar olunub. Saxlanılanlar şəxsiyyəti istintaqla araşdırılan Mehdi adlı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər. Onlar narkotikləri Bakı şəhərinə apararaq orada deyiləcək yerə qoyandan sonra bu fəaliyyətlərinin müqabilində maddi qazanc əldə edəcəkmişlər.

    Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

  • Alimlərdən xəbərdarlıq: Bir gün qütblərdə demək olar ki, buz qalmayacaq

    Yer kürəsinin hər iki qütbündə okean buzlarının sahəsi fevral ayının sonu üçün müşahidə tarixində ən aşağı həddə çatıb. Avropa İttifaqının Kopernik İqlim Mərkəzi (C3S) bildirib ki, ötən qış planetdə orta temperatur ötənilki göstəricidən cəmi 0,05°C aşağı olub.

    Qaynarinfo xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

    “İstiləşmənin nəticələrindən biri dəniz buzlarının əriməsidir. Onların ümumi sahəsi tarixi minimuma enib”, – C3S-in direktor müavini Samanta Berdcess bildirib.

    Arktika və Antarktidada buzun əriməsi havanın istiləşməsi nəticəsində okeanın qızmasını sürətləndirir. Bu da öz növbəsində buzların əriməsini daha da tezləşdirir və bu mənfi dövrü qırmaq çətindir. Alimlər bildirirlər ki, 1990-cı ildən bəri Arktika buzlarının əriməsinin və qlobal miqyasda buzlaqların sahəsinin azalmasının əsas səbəbi insan fəaliyyəti olub.

    Son illərdə Arktika planetin digər hissələri ilə müqayisədə dörd dəfə daha sürətlə qızır. Alimlər xəbərdarlıq edirlər ki, nəticədə orada bir gün demək olar ki, heç bir buz qalmayacaq. Bu, emissiyaların azaldılması ilə bağlı istənilən senariyə baxmayaraq, 2050-ci ildən əvvəl ən azı bir dəfə baş verəcək.

    Alimlər proqnozlarının təsdiqi olaraq bildiriblər ki, Şimal qütbündə buzların sahəsi fevral ayı üçün minimum həddə düşüb və orta göstəricidən 8% aşağı olub. Son üç ayda Arktika bu cür mənfi rekordları təkrarlayır.

    Antarktikada vəziyyət daha da pisləşib. Fevral ayında buz örtüyünün sahəsi orta göstəricidən 26% az olub.

    Alimlər qeyd edirlər ki, buzların əriməsi və okeanın isinməsi planetdə su və hava dövranını pozur.

    Qlobal istiləşmə artıq yüz ildən çoxdur davam edir və onun başlanğıcı kütləvi sənayeləşmə və urbanizasiya ilə üst-üstə düşür. Şərti olaraq, iqlim dəyişikliklərinin başlanğıc tarixi kimi 1850-ci il götürülə bilər.

    2024-cü il iyulun 22-si tarixdə ən isti gün olub. İqlim dəyişikliklərini 1940-cı ildən izləyən Copernicus Xidməti məlumatına görə, həmin gün yer səthində orta qlobal temperatur +17,15°C-ə çatıb.

  • 41 yaşlı qadın doğuş zamanı öldü

    Gəncədə 41 yaşlı qadın doğuş zamanı ölüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Gəncə şəhər sakini 1984-cü il təvəllüdlü Z.Yusifova Gəncə şəhərində yerləşən xəstəxanalardan birində doğuş zamanı keçinib.

    Faktla bağlı araşdırma aparılır.

  • Müəllimləri təhqir etdiyi deyilən məktəb direktoru ilə bağlı araşdırma aparılır

    “Bakı şəhəri 301 nömrəli tam orta məktəb direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı ilə bağlı aşkara çıxarılan faktlar üzrə araşdırmalar davam edir”.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

    Bildirilib ki, martın 6-da Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri məktəbdə olub, pedaqoji heyətin üzvləri ilə müvafiq söhbətlər aparıblar.

    “Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – deyə məlumatda bildirilib.

    Xatırladaq ki, paytaxtın Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbin müəllimləri direkrorun dərs saatlarını pulla satması iddiası ilə çıxış ediblər. Müəllimlər, həmçinin deyiblər ki, onlar direktor tərəfindən təhqir, hətta təhdid də edilirlər.

    Müəllimlərin iddialarına görə, direktor tərəfindən məktəbin bir korpusu da bağlanıb. Səbəb kimi binanın qəzalı vəziyyətdə olduğu bildirilib. Amma həmin binada hazırda sakinlər yaşayırlar.