Month: March 2025

  • Azərbaycan və Gürcüstan XİN başçıları regional məsələləri müzakirə ediblər

    Martın 6-da xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili arasında telefon danışığı baş tutub.

    Bu barədə XİN-dən bildirilib.
    Qeyd edilib ki, tərəflər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və perspektivlərini müzakirə ediblər. Ölkələrimiz arasında ali və yüksək səviyyədə mövcud siyasi dialoqun, baş tutan intensiv səfərlərin, siyasi məsləhətləşmələr mexanizminin münasibətlərimizin daha da gücləndirilməsinə töhfə verdiyi vurğulanıb. Cari ildə bu kimi siyasi təmasların daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
    Nazirlər həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

  • Bakıda ərinə balta ilə xəsarət yetirən qadının cəzası azaldılıb

    Bakıda ərini öldürməyə cəhddə təqsirləndirilən Lalə İmaşovanın barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

    APA xəbər verir ki, Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
    Qərara əsasən, təqsirləndirilən şəxsin cəzası 7 ildən 4 ilə endirilib.
    Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Lalə İmaşova 9 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
    Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsin cəzası 9 ildən 7 ilə endirib.
    Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
    İttihama görə, Lalə İmaşova əri Ceyhun İmaşovla mübahisə edib. Daha sonra qadın baltanın kəsici hissəsi ilə ərinin başına zərbə vurub. Nəticədə Ceyhun İmaşov ağır xəsarətlər alıb.

  • Bu tarixlərdə iş saatları QISALDILACAQ

    Xəbər verdiyimiz kimi, 2025-ci ilin mart ayında iş və istirahət günlərində dəyişiklik edilib.

    8 Mart Beynəlxalq Qadınlar Günü, 20-24 mart tarixlərində Novruz bayramı, həmçinin 30 və 31 mart Ramazan bayramı iş günü hesab edilməyən rəsmi bayram günləri kimi qeyd olunur.
    Nazirlər Kabinetinin qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 27 və 28 mart iş günləri 10 mart və 1 aprel tarixlərinə dəyişdirilib. Bununla yanaşı, Əmək Məcəlləsinə uyğun olaraq həftəarası istirahət günləri bayram günləri ilə üst-üstə düşdüyü halda həmin istirahət günləri bayramdan sonrakı iş gününə keçirilir.
    Beləliklə, 2025-ci ilin 20-31 mart tarixləri iş günü hesab edilmir. İlk iş günü 1 aprel tarixinə təsadüf edəcək. Bundan əlavə, bayram ərəfəsi – 7 mart və 19 mart tarixlərində iş saatları 1 saat qısaldılacaq.
    Qeyd edək ki, bu məsələ Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.
    Misal olaraq, 8 mart Beynəlxalq Qadınlar günü Əmək Məcəlləsinin 105-ci maddəsinə görə iş günü hesab edilməyən bayram günü hesab edildiyi üçün 7 mart tarixində iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılmalıdır.\News24.az

  • Bakının cənub girişində parklanmanın pulsuz olmasının SƏBƏBİ

    Səbail rayonunun Bayıl qəsəbəsində avtomobillər üçün nəzərdə tutulan bütün parklanma yerləri pulsuzdur.

    Sosial şəbəkədə paylaşılan bu məlumat geniş müzakirə mövzusu olub.

    Müzakirə iştirakçılarının bir çoxu paylaşılan şəkilin və yazılan məlumatın doğru olduğuna şübhə ilə yanaşıblar.

    Məsələ ilə bağlı oxu.az-ın sorğusunu cavablandıran Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) faktı təsdiqləyib.

    Qurumdan bildirilib ki, bu hal sözügedən ərazinin IV zonaya aid olması ilə əlaqədardır:

    “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 213 nömrəli qərarı ilə Bakı şəhərinin inzibati ərazisində mərkəz, I, II, III və IV zonalar olmaqla beş parklanma zonası müəyyən olunub. Bu parklanma zonalarından IV zona ödənişsiz parklanma zonasıdır ki, Bayıl ərazisi də ödənişsiz parklanma zonasına aiddir.

    Həmin ərazidə xaotik parklanmanın qarşısını almaq məqsədilə parklanma məntəqələri təşkil edilib”, – deyə məlumatda vurğulanıb.

  • В Сумгайыте обнаружен мертвый плод

    В Сумгайыте возле медицинского учреждения найден мертвый плод.

    Как сообщает Report, он был обнаружен на открытой местности недалеко от Перинатального центра и Детской больницы.

    По данному факту ведется расследование.

  • Sumqayıtda ölü döl tapıldı

    Sumqayıtda tibb müəssisəsinin yaxınlığında körpə dölü tapılıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, döl Sumqayıt Perinatal Mərkəzlə Uşaq xəstəxanasının yaxınlığındakı açıq sahədə aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Ali Məhkəmədən yol-nəqliyyat hadisələri ilə bağlı MÜHÜM QƏRAR

    Azərbaycan Respublikasının Ali Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan şəxsin işinə baxılıb.

    İbtidai istintaq orqanı tərəfindən şəxsə Cinayət Məcəlləsinin (CM) 263.2 (Nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham verilib. İttihama görə, o, etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan avtomobil ilə Sumqayıt şəhəri ərazisində yolu sağdan sola keçən piyadanı ehtiyatsızlıqdan vurub, nəticədə zərərçəkmiş aldığı xəsarətlər nəticəsində hadisə yerində keçinib. Sürücü isə yol-nəqliyyat hadisəsi yerindən qaçıb.

    Məhkəmə prosesində verilən ittihamlar üzrə şəxs özünü təqsirli bilməyib. Birinci instansiya məhkəməsi işi araşdıraraq, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığı qənaətinə gəlib və ona hər iki maddə üzrə bəraət verib. Apellyasiya instansiya məhkəməsi də hökmü qüvvədə saxlayıb. Bundan sonra dövlət ittihamçısı kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib. Müraciətdə bəraət qərarının ləğvi istənilib.

    Ali Məhkəmənin Cinayət kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxsin və müdafiəçinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlib ki, kassasiya protesti qismən təmin edilməlidir.

    Hazırkı vəziyyətdə məhkəmə kollegiyası hesab edib ki, şəxsə CM-in 263.2-ci maddəsi ilə bəraət verməkdə birinci instansiyası məhkəməsi haqlı olub.

    Lakin şəxsin əməlində həm CM-in 264-cü maddəsinin, həm də CM-in 143-cü (Təhlükədə qoyma) maddəsinin tərkib əlamətləri olduqda, şəxs xüsusi norma olan CM-in 264-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməli, əgər şəxsə CM-in 263-cü maddəsi ilə bəraət verildikdə və məhz bu səbəbdən həmin şəxsin əməlində CM-in 264-cü maddəsinin tərkib əlamətlərinin olmaması qənaətinə gəlindikdə, bu zaman şəxsin əməlində hazırkı vəziyyət üzrə ümumi norma olan CM-in 143-cü maddəsinin tərkib əlamətlərinin olub-olmaması məsələsi müzakirə edilməlidir.

    Nəzərə almaq lazımdır ki, CM-in 143-cü maddəsində nəzərdə tutulmuş cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin əməlin törədilməsi nəticəsində təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan zərərçəkmiş şəxsin həyatı və sağlamlığı təhlükə altına alınmış olur. Belə əmələ görə cinayət məsuliyyətinin nəzərdə tutulması müxtəlif səbəblərdən öz təhlükəsizliyini təmin edə bilməyən şəxslərin labüd təhlükədən qorunmasına yönəlmişdir.

    CM-in 143-cü maddəsinin sanksiyası CM-in 264-cü maddəsinin sanksiyasından daha yüngül olduğundan, əməlin CM-in 264-cü maddəsindən CM-in 143-cü maddəsinə tövsif olunması irəli sürülmüş ittihamın məzmunu və cəzaya münasibətdə şəxsin vəziyyətinin ağırlaşdırılmasına səbəb olmayacaqdır. Birinci instansiya məhkəməsi kimi, apellyasiya instansiyası məhkəməsi də, hazırki iş üzrə həqiqətin müəyyən edilməsi məqsədilə mühüm əhəmiyyətə malik olan sübutların araşdırılmasından imtina edərək, həm də, araşdırılmış sübutlara CPM-in 143-146-cı maddələrinin tələb etdiyi kimi, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verməyib, şəxsin CM-in 264-cü maddəsi ilə də təqsirsiz olması barədə nəticəyə gələrkən, kifayət etməyən sübutlara əsaslanıblar.

    Bu baxımdan Ali Məhkəmənin Cinayət Kollegiyasının qərarı ilə kassasiya protesti qismən təmin edilib, qərar, şəxsə Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə bəraət verilməsi hissəsində ləğv edilib, cinayət işi həmin hissədə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib.

  • Словакия требует от Киева разрешить транзит азербайджанского газа через Украину

    Президент Словакии Петер Пеллегрини назвал легитимным требование властей республики внести в итоговый документ саммита Европейского союза (ЕС) призыв к Украине возобновить транзит газа по ее территории.

    Как передает Median.Az, об этом пишет РИА Новости.

    Глава государства прокомментировал ситуацию в ходе пресс-конференции в чешском городе Славков. Мероприятие состоялось после завершения трехсторонних переговоров Братиславы, Праги и Вены.

    Как сказал словацкий лидер, он понимает, почему премьер-министр республики Роберт Фицо предложил странам-членам ЕС потребовать от Украины восстановить транзит газа через ее территорию. При этом он уточнил, что речь шла о поставках топлива из Азербайджана или иных стран, которые согласились бы на соответствующую сделку.

    “Считаю это легитимным проявлением защиты национальных интересов Словакии”, – подчеркнул президент.

    Пеллегрини добавил, что Киев мог бы продемонстрировать свою благодарность за помощь со стороны европейских стран путем возобновления транзита газа.

    “Он (Фицо – ред.) не может туда идти и согласиться со всем, а потом смотреть, как разрушена словацкая экономика”, – резюмировал глава государства.

    Внеочередной саммит ЕС запланирован на 6 марта и состоится в бельгийской столице. Ожидается, что основной темой мероприятия станет утверждение программы “Перевооружить Европу”. Последняя предполагает увеличение военного потенциала стран-членов регионального содружества, необходимое для снижения зависимости от США в сфере безопасности, и выделение на эти цели 800 млрд евро.

  • Slovakiya Kiyevdən Azərbaycan qazının Ukrayna ərazisindən tranzitinə icazə verməsini tələb edir

    Slovakiya Prezidenti Peter Pelleqrini ölkənin baş nazirinin Avropa İttifaqı sammitinin yekun sənədinə Ukraynanın öz ərazisindən qaz tranzitini bərpa etməsi çağırışının daxil edilməsi tələbini legitim hesab edir.

    Median.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, o, bu sözləri Çexiya, Slovakiya və Avstriya prezidentləri arasında danışıqların keçirildiyi Çexiyanın Slavkov şəhərində mətbuat konfransı zamanı deyib.

    “Mən başa düşürəm ki, Slovakiyanın baş naziri (Robert Fitso) sabah qəbul olunacaq qərarlar zamanı Ukraynanın öz mövqeyini yenidən nəzərdən keçirməsini və öz infrastrukturu vasitəsilə Slovakiya və digər ölkələrə, məsələn, Azərbaycandan, o cümlədən digər ölkələr alınan qazın tranzitinə icazə verməsi barədə bəyanatın daxil edilməsini istəyir. Mən bunu Slovakiyanın milli maraqlarının qorunmasının qanuni təzahürü hesab edirəm”, – deyə Slovakiya prezidenti qeyd edib.

    P.Pelleqrininin sözlərinə görə, Ukrayna bu zamana qədər əldə etdiyi köməklərə üçün minnətdarlığını nümayiş etdirəcək bir jest edə bilər.

  • 12 il əvvəl Rusiyada adam öldürən azərbaycanlılar HƏBS EDİLDİLƏR

    Azərbaycan Prokurorluğu və xarici ölkələrin hüquq-mühafizə orqanlarının cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığı davam edir.

    Baş Prokurorluqdan verilən xəbərə görə, keçirilən kompleks tədbirlərin davamı kimi, ötən il dekabrın 27-də Rusiya Federasiyasının Baş Prokurorluğu vasitəsilə federasiyanın İstintaq Komitəsindən 32 yaşlı Azaliya Asanovanın sağlamlığına ağır zərər vurulması faktı üzrə başlanan cinayət işi Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

    İbtidai istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

    İstintaqla 2013-cü il iyunun 25-də Azərbaycan Respublikası vətəndaşları Seymur Məmişov və Elxan Xuduyevin qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib törətdikləri ağır cinayəti gizlətmək məqsədilə əvvəllər tanıdıqları Rusiya Federasiyasının vətəndaşı Azaliya Asanovanı boğaraq öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlar əsasında, cari il martın 5-də S.Məmişov və E.Xuduyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 120.2.1 (Azərbaycan Respublikasının vətəndaşları tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 12.1, 120.2.6 (başqa cinayəti gizlətmək məqsədilə adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

    İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında qeyd olunan şəxslər barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Azərbaycan Respublikasının Baş Prokurorluğu ötən illərdən bağlı qalan cinayət işlərinin açılması istiqamətində beynəlxalq əməkdaşlığı uğurla davam etdirir və xarici ölkələrin hüquq-mühafizə orqanları ilə birgə effektiv istintaq tədbirləri həyata keçirir.