Month: March 2025

  • Ermənistan silahlı qüvvələrinin generalı Azərbaycana qarşı döyüşdüyünü ETİRAF ETDİ

    Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş Davit Manukyan Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşdüyünü etiraf edib.

    O, ifadəsində hərbçi olduğunu, Ermənistanda xidmət etdiyini, həmçinin Birinci və İkinci Qarabağ müharibələri zamanı Ermənistan ordusunun tərkibində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə qarşı vuruşduğunu bildirib.

    D.Manukyan qeyd edib ki, üstündə gəzdirdiyi və sonradan evində aşkarlanan odlu silahlar Ermənistan Respublikasının Polis İdarəsində qeydiyyatdadır.

    O, 44 günlük müharibə zamanı avtomobilinin “Bayraktar” PUA-sı ilə vurulduğunu da bildirərək deyib: “Sürücüm yaralandı, mən isə 20 metr aralıda olduğumdan xəsarət almadım”.

    Davit Manukyan istintaq dövründə müstəntiqlərlə çox yaxşı əməkdaşlıq etdiyini də söyləyib.

    Təqsirləndirilən şəxs Davit Allahverdiyan isə sərbəst ifadəsi zamanı ilkin istintaqda bütün suallara cavab verdiyini bildirib. “Mənə qarşı münasibət insani, yaxşı olub, buna görə təşəkkür edirəm. İndi də bütün suallara cavab verməyə hazıram”, – deyə o əlavə edib.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam edir.

  • Азербайджанские пограничники сбили дрон с наркотиками на границе с Ираном

    4 марта на служебной территории пограничного отряда “Гёйтепе” Командования погранвойск Государственной пограничной службы (ГПС) было предотвращено проникновение на территорию страны 515 г героина с помощью малогабаритного летательного аппарата.

    Об этом сообщили в ГПС.

    По данному факту продолжаются оперативно-следственные мероприятия.

  • Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

    Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib.

    Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

    Bildirilib ki, martın 4-də DSX-in Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisindən ümumi çəkisi 515 qram narkotik vasitə heroinin kiçik həcmli PUA vasitəsilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

    Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Ali təhsil müəssisələrinə sənəd qəbulu başa çatdı

    Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatıb.

    128765 abituriyent öz ərizəsini təsdiq edib.

    Ərizəsini təsdiq edənlərdən 124316 nəfəri Ali təhsil müəssisələrinə, 112881 nəfəri isə kolleclərə sənəd verən abituriyentlərdir.

    Qeyd edək ki, elektron ərizəsi təsdiq olunmayan abituriyentlər müsabiqəyə buraxılmırlar.

  • Arıqlamaq üçün zəncəfilli qatıq içən kişi öldü – 36 kq itirmişdi

    Arıqlamaq məqsədilə təbabət üsulundan istifadə edən Siyəzən sakini qəfil vəfat edib.

    Rayon sakini olan Seymur Səmədov səhhətində yaranan problem səbəbindən həyatını itirib.

    Yaxınları bildirib ki, 1987-ci il təvəllüdlü Seymur arıqlamaq məqsədilə 1 ay imiş zəncəfilli qatıq yeyirmiş. Onun son həftələrdə 36 kq çəki itirdiyi bildirilir.

    İlkin məlumata görə, bu onun səhhətində problem yaradıb və qəfil ölümünə səbəb olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Naxçıvan İpoteka Fondunda yoxlama keçirilir

    “Naxçıvan İpoteka Fondu” ASC-də yoxlama keçirilir.

    APA xəbər verir ki, yoxlama Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən keçirilir.

    Hesablama Palatasından APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2025-ci ilin iş planına əsasən “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətində nəzarət tədbiri həyata keçirilir və “Hesablama Palatası haqqında” qanunun 22-ci maddəsinə uyğun olaraq audit prosesi davam edir.

  • Движение транспортных средств на дороге Баку – Губа будет частично ограничено

    8 марта с 10:00 движение транспортных средств будет частично ограничено на 102-м км автомобильной дороги Баку – Губа – государственная граница с Россией.

    Об этом сообщает Median.Az со ссылкой на Государственное агентство автомобильных дорог Азербайджана.

    Согласно информации, это связано с ремонтными работами, ограничение будет действовать до их завершения.

    “Водителей просят с пониманием отнестись к проводимым работам, быть внимательными при движении на указанном участке, соблюдать требования временных дорожных знаков”, – говорится в информации.

  • Bakı-Quba yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

    M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 102-ci kilometrində yolötürücüdə və kanal üzərində yerləşən körpüdə aparılacaq təmir işləri ilə əlaqədar olaraq, avtomobil yolunun qeyd edilən hissəsində 8 mart saat 10:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Bildirilib ki, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

    Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

  • Xəzər dənizində qanunsuz balıq ovunda şübhəli bilinən şəxs müəyyən olunub – VİDEO

    “Qırmızı kitab”a düşən çöl quşlarının ovlanmasına qarşı əməliyyatlar keçirilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə – dövlət qoruqlarında, su hövzələrində qanunsuz balıq, quş ovu və brakonyerliyə qarşı mübarizə davam etdirilir.

    Xaçmaz rayonunun Müqtədir qəsəbəsində aparılan növbəti nəzarət-profilaktik tədbirlər zamanı Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olan Elnur Xəlilov saxlanılıb. Ondan qanunsuz ovladığı 32 ədəd balıq, ov qurğuları və qayıq aşkarlanıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

    Həmçinin Su Nəqliyyatında Polis İdarəsindən bildirilib ki, xüsusi mühafizə olunan ərazilərdə, o cümlədən Xəzər dənizində yerləşən strateji obyektlərin yaxınlığında ov edilməsi qəti qadağandır. Ov qaydalarını kobud şəkildə pozan şəxslər barəsində su polisləri tərəfindən ciddi tədbirlərin görülməsi nəzərdə tutulur.

    Su polisləri tərəfindən Xəzər dənizinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli balıqların qanunsuz ovlanmasının qarşısını almaq və dənizin dibi ilə çəkilən müxtəlif təyinatlı dəmir boru kəmərlərini, naqilləri oğurlayan şəxslərə qarşı da fasiləsiz mübarizə aparılır.

  • В Иране обнаружено тело пропавшего 2 месяца назад азербайджанского рыбака

    В иранском порту Энзели, расположенном недалеко от города Бендер-Энзели, местными рыбаками было обнаружено тело мужчины.

    Как сообщает Median.Az со ссылкой на АПА, предполагается, что найденный погибший является пропавшим в море близ Лянкярана рыбаком Махмудом Ибаевым.

    В иранских социальных сетях были опубликованы фотографии тела. Родственники, основываясь на одежде погибшего, утверждают, что это действительно Махмуд Ибаев. Брат Махмуда, Рашад Ибаев, в комментарии АПА подтвердил, что найденное тело принадлежит его брату. Он обратился к соответствующим структурам с просьбой оказать содействие в доставке тела на родину.

    Напомним, 13 января этого года во время рыбалки пропали без вести два рыбака – Махмуд Ибаев (1984 г.р.) и Назим Аббасов (1968 г.р.). 2 февраля было найдено тело Назима Аббасова, а поиски Махмуда Ибаева продолжались до сегодняшнего трагического известия.