Month: March 2025

  • Sabah Bakıda 17 dərəcə isti olacaq

    Azərbaycan ərazisində martın 7-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 50-55% olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 1-6° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti olacaq.

  • “Laser Beauty Estetik” klinikasının qalmaqallı filialı fəaliyyətini davam etdirir

    İqtisadiyyat Nazirliyinin inzibati aktı ilə lisenziya əlavəsi dayandırılan estetik klinika fəaliyyətini davam etdirir.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, hazırda “Laser Beauty Estetik” klinikasının İsmayılbəy Qutqaşınlı küçəsindəki filialında kosmetoloji prosedurlar üçün qəbul həyata keçirilir.

    Xatırladaq ki, bir müddət öncə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən “Lazer Beauty Klinikası”nda aparılan yoxlamalar zamanı aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən, cərimələrin tətbiq edilməsi ilə əlaqədar məhkəməyə müraciət edilmişdi. Bundan sonra klinikanın lisenziyasının dayandırılması və ya ləğv edilməsi ilə bağlı Səhiyyə Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyinə məktub göndərilmişdi.

    İqtisadiyyat Nazirliyinin isə dünən verdiyi məlumata görə, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən “Laser Beauty Estetik” klinikasının fəaliyyəti dayandırılıb və filiala 2025-ci ilin 12 mart tarixinədək nöqsanların aradan qaldırılması üçün müddət qoyulub.

  • В Молдове не считают нарушением непринятие верительных грамот у посла РФ

    МИД Молдовы полагает, что Кишинев не нарушал норм Венской конвенции о дипломатических сношениях, до сих пор не приняв верительные грамоты у прибывшего в республику осенью прошлого года посла РФ.

    “Установление даты и порядка организации церемонии вручения аккредитационных грамот является исключительной прерогативой принимающего государства в соответствии с дипломатическими обычаями и повесткой дня компетентных учреждений. В этом контексте Республика Молдова отвергает любые инсинуации относительно нарушения Венской конвенции и подтверждает свою приверженность соблюдению международных норм в области дипломатических отношений”, – сообщила в четверг пресс-служба молдавского МИД.

    Накануне посол Молдовы в Москве Лилиан Дарий был вызван в МИД России. “Главе молдавской дипмиссии выражено недоумение тем, что у чрезвычайного и полномочного посла Российской Федерации в Республике Молдова Олега Борисовича Озерова, прибывшего в страну в октябре 2024 года, Президент Молдовы до сих пор не приняла верительные грамоты в нарушение Венской конвенции о дипломатических сношениях 1961 года”, – следует из сообщения, опубликованного на сайте МИД РФ.

    В российском дипведомстве также сообщили, что “послу Молдовы был передан текст Венской конвенции и вручена вербальная нота с требованием разъяснения причин нарушения молдавской стороной ее положений в части единообразия практики, применяемой в отношении глав дипломатических представительств, и очередности вручения ими верительных грамот”.

  • Moldova Rusiyanın notasına cavab verib

    “Kişineu ötən ilin payızında ölkəyə gələn Rusiya səfirinin etimadnaməsini hələ də qəbul etməməklə “Diplomatik münasibətlər haqqında” Vyana Konvensiyasının normalarını pozmayıb”.

    Bu barədə Moldova Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yayımladığı bəyanatda qeyd olunub.

    Bəyanatda həmçinin bildirilib ki, Moldova Vyana Konvensiyasının pozulması ilə bağlı hər hansı eyhamı rədd edir və diplomatik münasibətlər sahəsində beynəlxalq normalara hörmətlə bağlı öhdəliyini bir daha təsdiqləyir.

    Xatırladaq ki, ötən gün Rusiya Xarici İşlər Nazirliyi (XİN) Moldova səfiri Lilian Dariyə nota təqdim edib.

    Səfirdən Moldova Prezidenti Maya Sandunun Rusiyanın Kişineudakı səfirinin etimadnaməsini hələ də qəbul etməməsi ilə bağlı izahat tələb olunub.

    XİN-in məlumatına görə, Moldova hələ 2024-cü ilin oktyabrında ölkəyə gəlmiş Rusiya səfiri Oleq Ozerovun etimadnaməsini qəbul etməyərək, 1961-ci il tarixli Vyana Konvensiyasını pozur.

  • В Сумгайыте горит реабилитационный центр – ВИДЕО (ОБНОВЛЕНО)

    Выяснилось, что горящее в Сумгайыте здание является Реабилитационным центром для наркоманов.

    Как сообщает Report, в настоящее время силы Министерства по чрезвычайным ситуациям (МЧС) принимают меры по тушению пожара.

    * * * * *

    В Сумгайыте вспыхнул пожар в жилом доме.

    Как сообщает Report, инцидент произошел в здании рядом с городской больницей №2.

    На место происшествия прибыли пожарные и техника Государственной службы пожарной охраны Министерства по чрезвычайным ситуациям.

    В МЧС подтвердили Report факт пожара. В настоящее время продолжаются мероприятия по тушению огня.

  • Sumqayıtda reabilitasiya mərkəzi yanır – VİDEO (YENİLƏNİB)

    Sumqayıtda yanan tikilinin narkomanlar üçün reabilitasiya mərkəzi olduğu məlum olub.

    “Report”un Sumqayıt bürosu xəbər verir ki, hazırda yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tədbirlər həyata keçirir.

    * * * * *

    Sumqayıtda tikilidə yanğın başlayıb.

    Median.Az “Report”a istinadla xəbər verir ki, hadisə 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının yaxınlığında tikilidə qeydə alınıb.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və texnikası cəlb olunub.

    FHN-dən “Report”a fakt təsdiqlənib. Bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

  • Azərbaycan ABŞ-yə yumurta satışına BAŞLAYIR – FOTO

    “Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası ölkəmizdən Amerika Birləşmiş Ştatlarına süfrə yumurtası ixracına başlayır”.

    Bu barədə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası məlumat yayıb.

    Bildirilib ki, ötən ildən ABŞ-də quş qripinin yayılması ilə əlaqədar yumurta qıtlığı və qiymətlərin artması müşahidə olunmaqdadır. ABŞ hökuməti bu prosesin qarşısını almaq üçün xarici ölkələrdən yumurta idxalına icazə verib.

    Azərbaycanın ən böyük quşçuluq təsərrüfatlarından biri olan “Giləzi Quşçuluq” ABŞ standartlarına uyğun sertifikatlaşdırmadan uğurla keçərək bu ölkəyə süfrə yumurtası ixracı icazəsi əldə edib. Bu aydan etibarən şirkət ABŞ-yə müntəzəm yumurta ixracına başlayır:

    “ABŞ-yə ixracın başlanması Azərbaycan daxilində yumurta təchizatı və qiymətlərə hər hansı təsir etməyəcək. Belə ki, hazırda Azərbaycanda süfrə yumurtasına olan gündəlik tələbat dörd milyona yaxındır. Faktiki istehsal isə altı milyon civarındadır. Bu istehsalın az bir qismi ixrac olunsa da, daxili tələbatı artıqlaması ilə ödəyəcək sayda ölkədə qalır. Hazırda anbarlarda 100 milyon ədədə qədər yumurta var”.

  • Ağadadaş Ağayevə HÖKM OXUNDU

    Xalq artisti Ağadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilovla olan insidentin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

    Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, Ağadadaş Ağayevə 2 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə Ağadadaş Ağayevə təyin edilən cəza şərti hesab edilib. Ona 1 il sınaq müddəti təyin edilib.

    Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Ağadadaş Ağayevə 2 il azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə həmin cəzanın şərti hesab olunmasını istəmişdi.

    Qeyd edək ki, hadisə ötən ilin iyul ayında baş verib.

    Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva Xalq artistinin cinayət işində zərərçəkən qismində tanınıb.

    Eləcə də, onun mübahisə etdiyi Nurəddin Cəlilov barəsində də cinayət işi açılıb.

    Sözügedən məsələ ilə bağlı tərəflər barışıblar. Həmçinin Ağadadaş Ağayevin “MedEra” hospitala, eləcə də hospitalın Xalq artistinə qarşı qaldırdığı mülki iddiaya da xitam verilib.

    Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.
    //oxu.az

  • Bakıda sabiq prokurorun oğlu intihar etdi

    Dünən axşam saatlarında Sabunçu rayonu Pirşağı qəsəbəsində intihar hadisəsi baş verib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Nizami Həsənov qəsəbədəki evində özünü asıb.

    Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.

    Bildirilir ki, intihar edən Nizami Həsənov əvvəllər prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışmış, bir neçə il əvvəl təqaüdə çıxmış prokuror Namiq Həsənovun oğludur.

    Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Məhkum olunan şəxsə aid 21 kiloqram narkotik aşkarlanıb

    Məhkum olunan şəxsə aid 21 kiloqram narkotik aşkarlanıb.

    Bu barədə Pentensiar Xidmət məlumat yayıb.

    Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Seyran Tehran oğlu Ablasanova məxsus ümumi çəkisi 21 kiloqram 550 qram olan qurudulmuş marixuana Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində bağlar massivindəki yarımtikilidə aşkar edilərək götürülüb.

    Faktla bağlı araşdırma aparılır.