Month: March 2025

  • Vaşinqton avtomobil idxalına 25 % rüsum tətbiq edəcək

    ABŞ administrasiyası ölkə xaricində istehsal olunan bütün avtomobillərə 25 % idxal rüsumu tətbiq edəcək.

    Median.Az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Prezident Donald Tramp Ağ evdə jurnalistlərlə söhbəti zamanı bildirib.

    “Biz faktiki olaraq 25 % həcmində tarif tətbiq edəcəyik. Lakin əgər siz avtomobilləri Amerika Birləşmiş Ştatlarında yığırsınızsa, o zaman tariflər olmayacaq”, – o söyləyib.

    Trampın sözlərinə görə, rüsumlar aprelin 2-dən qüvvəyə minəcək.

  • Niderlandın ən böyük bank qruplarından olan ING ölkəmizdə iqtisadi artımla bağlı proqnozunu açıqladı

    Niderlandın ən böyük bank qruplarından biri olan “ING Group” Azərbaycanda Ümumdaxili Məhsul (ÜDM) artımının növbəti illərdə 2-3 % diapazonunda qalacağını proqnozlaşdırır.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə ING-nin hesabatında qeyd edilib. Bu il üçün iqtisadi artım 3 %, 2026-cı ildə isə 2,5 % səviyyəsində proqnozlaşdırılır.

    Hesabata görə, istehlak yönlü sektorlarda əhvali-ruhiyyə müsbət olaraq qalır: “Bunun əsas səbəbləri real gəlir və məşğulluğun davamlı artımı, eləcə də pərakəndə kreditlərin sürətli genişlənməsidir. Hazırda daxili pərakəndə kreditlər ÜDM-in 14 %-ni (qeyri-neft ÜDM-in 23 %-ni) təşkil edir. Müqayisə üçün, 2022-ci ildə bu göstərici müvafiq olaraq 8 % və 17 % olub. Bununla belə, real ifadədə artım tempi 2024-cü ilin əvvəlindəki 23 %-lik illik göstəricidən 15-16 %-ə düşüb”.

    “ING Group”un ekspertləri bildirirlər ki, 2024-cü ildə korporativ kreditləşmənin artım tempi əhəmiyyətli dərəcədə yavaşlayıb. Bu, bəzi korporativ seqmentlərdə daha ehtiyatlı davranışın əlaməti kimi qiymətləndirilir. Bununla belə, ÜDM-in 10 %-i (qeyri-neft ÜDM-in 16 %-i) səviyyəsində olan daxili korporativ kreditləşmə maliyyələşdirmənin əsas mənbəyi hesab edilmir və ümumi yavaşlamanın göstəricisi kimi də dəyərləndirilmir.

    Hesabatda qeyd olunur ki, sənaye etimadı göstəriciləri neft sektorundakı zəifliyə baxmayaraq, güclü nəticələr göstərməyə davam edir. “Bu tendensiya, çox güman ki, Azərbaycanın fiskal siyasətinə dair nikbin gözləntiləri əks etdirir”, – “ING Group” hesab edir.

  • “Avant Group” MTK təbiətə 117 min manat ziyan vurub

    Bakının Yasamal rayonu, Şərifzadə küçəsi, köhnə “Azon Zavod”un ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət qurumun əməkdaşları tərəfindən araşdırılıb.

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, araşdırma zamanı ağacların ərazidə tikinti işləri aparan “Avant Group” MTK tərəfindən kəsildiyi və təbiətə 117 060 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

    Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır.

  • Mingəçevirdə iki başdaşısı olan məzar qalmaqalı həllini tapdı – VİDEO

    Mingəçevir kənd qəbiristanlığında iki başdaşılı məzar ətrafında dolaşan söhbətlərə bu gün son qoyulub.

    Median.Az Teleqraf.az-a istinadən xəbər verir ki, məzarın üzərində ucaldılmış “Övladlarından xatirə” yazılmış başdaşı lövhəsi mərhum Cavad Qurbanzadənin yaxınlarının iştirakı ilə götürülüb.

    Xatırladaq ki, bu olayın görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə yol açmışdı. Məsələnin yanlışlıqdan qaynaqlandığı bildirilib.

  • ВНИМАНИЮ желающих обучаться за рубежом: объявлена дата начала приема документов

    Прием документов по финансированию обучения за рубежом на уровнях бакалавриата и магистратуры в рамках “Специальной стипендиальной программы для культурной и творческой индустрий” Министерства культуры Азербайджанской Республики начнется со 2 апреля 2025 года.

    Об этом сообщает Median.Az со ссылкой на информацию, распространенную ведомством.

    В рамках программы определены такие основные направления специализации, как аудиовизуальная музыка, кино (включая анимацию), видеография и фотография, мода, дизайн, кураторство, архитектура, организация мероприятий, культурный и креативный менеджмент, организация работы с издательствами, игровая индустрия, театр, комедия и перформанс, креативные технологии.

    Информацию о правилах и условиях подачи заявок на стипендиальную программу можно получить на сайте www.mystart.az, других официальных информационных ресурсах и аккаунтах Минкультуры в социальных сетях.

  • Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ – Sənəd qəbulunun başlanacağı TARİX AÇIQLANDI

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı” çərçivəsində bakalavr və magistratura səviyyələri üzrə xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı 2 aprel 2025-ci il tarixindən etibarən sənəd qəbuluna başlanılacaq.

    Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, proqram çərçivəsində audiovizual musiqi, kino (o cümlədən animasiya), videoqrafiya və fotoqrafiya), dəb sənəti, dizayn, kuratorluq, memarlıq, tədbirlərin təşkili, mədəni və yaradıcı sahə üzrə menecment, nəşriyyatlarla işin təşkili, oyun sənayesi, teatr, komediya və performans, yaradıcı texnologiyalar sahələri əsas ixtisaslaşma istiqamətləri kimi müəyyən edilib.

    Təqaüd Proqramına müraciət etmək üçün qaydalar və şərtlər barədə məlumatları www.mystart.az saytından, Mədəniyyət Nazirliyinin digər rəsmi informasiya resurslarından və sosial şəbəkə hesablarından əldə edə bilərsiniz.

  • Pakistan XİN başçısı Azərbaycanla birgə investisiya layihələrini müzakirə edib

    Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanla investisiya layihələrinin müzakirə olunduğu idarələrarası görüş keçirib.

    Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.

    Yüksək vəzifəli şəxslər müxtəlif istiqamətlərdə işlərin gedişatı barədə məlumat veriblər.

    XİN-in məlumatında bildirilib ki, Məhəmməd İshaq Dar infrastruktur, neft sənayesi, ticarət və informasiya texnologiyaları sahələrinə investisiya qoyuluşu ilə bağlı təkliflərin hazırlanmasını 2025-ci il aprelin 3-dək tamamlamağı tapşırıb.

    “Baş nazirin müavini həmçinin təsdiq edib ki, Pakistan və Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsi hökumətin prioritetlərindən biri olaraq qalır”, – XİN-də qeyd ediblər.
    //report.az

  • Парламент Армении лишил неприкосновенности двух депутатов

    Парламентское большинство удовлетворило ходатайство генпрокурора Армении Анны Вардапетян и позволило начать уголовное преследование в отношении независимого депутата Овика Агазаряна и депутата от оппозиционной фракции “Честь имею” Тарона Маркаряна.

    Как передает Median.Az со ссылкой на Sputnik Армении, соответствующее решение принято по итогам тайного голосования в парламенте.

    Ранее глава фракции “Гражданский договор” Айк Конджорян в беседе с журналистами заявил, что фракция обсудила и приняла решение удовлетворить ходатайство генерального прокурора и не препятствовать правосудию.

    За лишение депутатской неприкосновенности Овика Агазаряна проголосовали 65 депутатов при 0 – против. За лишение депутатского иммунитета Тарона Маркаряна проголосовали 67 парламентариев, 2 – против.

    С 26 марта в парламенте Армении обсуждается ходатайство генпрокурора Анны Вардапетян о начале уголовного преследования в отношении Агазаряна. С 27 марта и обсуждался вопрос Тарона Маркаряна.

    По части Агазаряна дело касается двух эпизодов: по первому, Агазарян якобы обещал другому лицу организовать экспорт по поддельным документам сельскохозяйственных животных. Экспорт должен был быть осуществлен путем подкупа должностных лиц Инспекционного органа по безопасности пищевых продуктов Республики Армения. За организацию экспорта якобы 150-200 голов скота Агазарян намеревался взять с бизнесменов 200 000 – 300 000 долларов. По второму эпизоду Агазарян требовал от гражданина Арама Мкртчяна взятку в размере 23 000 долларов и 300 000 драмов для организации сноса аварийного здания начальной школы №136 в Ачапняке и организацию передачи территории под строительство жилого дома.

    Что касается Тарона Маркаряна, то против него будет выдвинуто обвинение по разным статьям, связанным с отмыванием денег, превышением должностных полномочий, присвоением земельных участков в разные годы.

  • Ermənistan parlamenti iki deputatın toxunulmazlığını ləğv edib

    Ermənistan parlamenti iki deputatın toxunulmazlığını ləğv edib.

    Bu barədə “Sputnik” (Ermənistan) xəbər yayıb.

    Bildirilir ki, Ermənistan parlamenti səs çoxluğu ilə baş prokuror Anna Vardapetyanın vəsatətini təmin edərək müstəqil deputat Ovik Aqazaryan və müxalifətin “Şərəfim var” fraksiyasından olan deputat Taron Marqaryana qarşı cinayət işinin başlanmasına icazə verib. Müvafiq qərar parlamentdə gizli səsvermənin nəticələrinə əsasən qəbul edilib.

    Ovik Aqazaryanın deputat toxunulmazlığının ləğv edilməsi üçün 65 deputat səs verib, əleyhinə səs verən olmayıb. Taron Markaryanın deputat toxunulmazlığının ləğv edilməsi üçün 67 parlamentari səs verib, iki nəfər isə əleyhinə olub.

    Aqazaryana gəldikdə, iş iki epizodla bağlıdır: birincidə, Aqazaryanın başqa bir şəxsə saxta sənədlərlə kənd təsərrüfatı heyvanlarının ixracının təşkilini vəd etdiyi iddia olunur. İxrac Ermənistan Respublikasının Qida Təhlükəsizliyi üzrə Müfəttişlik Orqanının vəzifəli şəxslərinə rüşvət vermək yolu ilə həyata keçirilməli idi. İddiaya əsasən 150-200 baş mal-qaranın ixracının təşkili üçün Aqazaryan iş adamlarından 200-300 min dollar (340-510 min manat) almaq niyyətində imiş. İkinci epizodda Aqazaryan vətəndaş Aram Mkrtçyandan Açapnyakda ibtidai məktəbin qəzalı binasının sökülməsini təşkil etmək və ərazinin yaşayış binasının tikilməsi üçün verilməsini təşkil etmək məqsədilə 23 min dollar (39 min manat) və 300 min dram (1.2 min manat) rüşvət tələb edib.

    Taron Markaryana gəldikdə isə, ona qarşı müxtəlif illərdə pulların yuyulması, vəzifə səlahiyyətlərini aşma, torpaq sahələrinin mənimsənilməsi ilə bağlı müxtəlif maddələr üzrə ittiham irəli sürüləcək.

  • Yasamalda evi uçurdulan qadın danışdı

    “Mən 35 ildir, bu ünvanda yaşayıram. Evimizin çıxarış sənədi var. “Melissa Park” şirkəti ilə heç bir razılığımız olmayıb. Qonşularımız ilə danışıblar, onlara söküntüyə görə istədikləri qədər ödəniş ediblər. Bizə də müraciət edəcəklərini gözləmişik, lakin heç bir danışıq olmayıb”.

    Median.Az xəbər verir ki, bu fikirləri oxu.az-a açıqlamasında Yasamal rayonu, Alatava qəsəbəsində tikinti işi aparan şirkətin qanunsuz dağıtdığı evin sahibəsi Elarə Hacıyeva deyib.

    O, fikirlərinə belə davam edib:

    “2024-cü il dekabrın 24-də üzərində oğlumun – yəni ev sahibinin adı, içində isə Məlahət Hacıyevanın adı qeyd edilmiş bildiriş məktubu almışıq. Orada bizim evə 173 min manat qiymət, evi boşaltmağımız üçün də 10 gün vaxt verilib. Oğlum həmin gün məktubu təkzib edərək geri göndərib və şirkət nümayəndəsi Tural Vəliyevlə danışıb. O da oğluma bildirib ki, bu, formal məktubdur, alınan bütün evlərin sahiblərinə göndərilib, danışıqlar davam edəcək”.

    E.Hacıyeva vurğulayıb ki, problemlər bundan sonra başlayıb:

    “Həmin gündən evin hər yanında ağır texnika ilə işləyir, evə təzyiq göstərirlər. 3 yaşında nəvəm stolun altında yaşayır. Evdə 5-6 ballıq zəlzələ hiss edirik. Hər ailə üzvümüz evdə zəlzələ çantası saxlayır”.

    O deyib ki, dünən saat 17:30-da üzündə maska olan şəxs evin yaxınlığında ekskavator saxlayıb:

    “Adam maska geyinmişdi. Oğluma tapşırdım ki, nəvəmi evdən çıxarsın. Biz dörd qadın və oğlum gecəni yatmadıq. Gecə saat 4-də işığımızı kəsdilər. Həyətə çıxıb baxdıq ki, kanalizasiya xəttini də dağıdıblar. Həmin vaxt Prezident Administrasiyasına, “Azərişıq” ASC-yə, Daxili İşlər Nazirliyinə müraciət etdik. Kameraları deaktiv etmişdilər”.

    Qadın əlavə edib ki, evin uçurulması bu gün 10:30-da baş verib:

    “Səsə baxdım ki, ekskavator sürən maskalı oğlan və bir də nəzarətçi dayanmışdı. Sonra anidən səs qopdu. Mən qışqırdım ki, evdəyik, amma uçurdular. Hadisə zamanı onkoloji xəstə olan bacımın qoluna daş düşdü, mənim isə şüşə qolumu kəsdi.

    Aşağı düşüb ekskavatorun qarşısında dayanıb dedim, etmə, mən sənin anan yaşındayam. Ekskavatorun çömçəsini başımın üstündə saxladı, sonra geri çəkib sürətlə uzaqlaşdı”.