Month: March 2025

  • Xaricdə işləmək istəyən Sumqayıt sakinlərini aldatdılar – VİDEO

    Xaricdə işləmək istəyən vətəndaşlar dələduzluğun qurbanına çevriliblər.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, onlar iddia edirlər ki, xarici ölkədə işə düzəlmək adı ilə dələduzluq qurbanı olublar.

    Hadisə Sumqayıt şəhər sakinləri Məcid Sadıqov və Anar Şıxbabayevin başına gəlib. Onlar sosial şəbəkədə tapdıqları şəxsin vədlərinə inanaraq, Slovakiyada işləmək istəyiblər. Bu məqsədlə də sənədlərini və 3050 manat pulu İnara kimi tanıdıqları qadına veriblər.

    İşlə bağlı xəbər çıxmadıqda isə həmin qadınla əlaqə saxlayıblar. Onun ad-soyadının əslində Münəvvər Muxtarova olduğunu öyrəniblər. O, vətəndaşlara səfirliyin qarşısına toplaşmaq lazım olduğunu deyib. Onlar da səfirliyə yaxınlaşdıqda aldadıldıqlarını başa düşüblər. Anar Şıxbabayev deyir ki, həmin qadın onlarla bərabər bir çox şəxsi də aldadıb.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Скончалась легенда программы “Спокойной ночи, малыши!”

    Актриса Галина Марченко, озвучивавшая в телепередаче “Спокойной ночи, малыши!” Каркушу, умерла на 89-м году жизни.

    Как передает Median.Az, об этом сообщает ТАСС.

    Галина Марченко родилась 16 января 1937 года в Москве. В 1959 году окончила актерский факультет Высшего театрального училища им. Щепкина при Академическом Малом театре, а затем – режиссерские курсы училища имени Щукина. До 1972 года была актрисой Центрального детского театра (ныне – РАМТ), также работала в Ульяновской, Калининской, Куйбышевской филармониях.

    В 1975 году начала работать на Центральном телевидении, за это время актриса успела сыграть роли различных сказочных персонажей, а также озвучивала роли Хрюши, Степашки и Мишутки в программе “Спокойной ночи, малыши!”. В 1988 году Галина Марченко начала исполнять роль Каркуши, она делала это на протяжении 25 лет.

    “Спокойной ночи, малыши!” – советская и российская вечерняя телепередача для детей дошкольного и младшего школьного возраста. Программа выходит с 1 сентября 1964 года. Является одной из старейших телепередач из ныне выходящих в эфир на российском телевидении.

  • “Karkuşa”nı səsləndirən aktrisa Qalina Marçenko vəfat etdi

    “Gecəniz xeyrə qalsın, uşaqlar!” (“Спокойной ночи, малыши!”) verilişinin iştirakçısı Qalina Marçenko vəfat edib.

    Median.Az xəbər verir ki, bu barədə Starhit.ru məlumat yayıb.

    Marçenko 25 il ərzində məşhur uşaq şousunda”Karkuşa” obrazını səsləndirib.

    Aktrisanın 88 yaşı var idi.

  • В Баку спасен оказавшийся в беспомощном состоянии в лифте человек

    На основании обращений, поступивших за прошедшие сутки на горячую линию 112 Министерства по чрезвычайным ситуациям (МЧС) в связи с застрявшими в лифте людьми в Баку, соответствующие силы ведомства провели спасательную операцию.

    Об этом сообщает Median.Az со ссылкой на информацию, распространенную МЧС.

    В результате спасательной операции одному человеку была оказана соответствующая помощь.

  • Bakıda liftdə köməksiz qalan şəxs xilas edildi

    Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən bir xilasetmə əməliyyatı keçirilib.

    Bu barədə FHN məlumat yayıb.

    Bildirilib ki, həyata keçirilən xilasetmə tədbiri nəticəsində bir nəfərə müvafiq köməklik göstərilib.

  • Парламент Армении принял законопроект о вступлении в ЕС

    Парламент Армении принял во втором и окончательном чтении законопроект о начале процесса вступления республики в Европейский союз (ЕС), передает Oxu.Az со ссылкой на Sputnik Армения,

    “За” проголосовали 64 депутата , 7 – “против”, воздержавшихся не было.

    Оппозиционная фракция “Айастан” не приняла участие в голосовании, фракция “Честь имею” голосовала против.

    Законопроект был выдвинут в рамках инициативы ряда общественных и политических организаций, которые собрали для него 60 000 подписей граждан страны (по Конституции Армении, гражданские законопроекты, для рассмотрения в парламенте, должны набрать не менее 50 000 подписей).

    Представители оппозиции раскритиковали законопроект, заявив, что он не предполагает какой-либо программы действий, а чиновники Евросоюза отреагировали на него намного слабее, чем ожидалось.

  • Ermənistan parlamenti Aİ ilə bağlı qanun layihəsini QƏBUL ETDİ

    Ermənistan parlamenti respublikanın Aİ-yə qoşulması prosesinin başlanması haqqında qanun layihəsini ikinci və yekun oxunuşda qəbul edib.

    Median.Az bu barədə “Sputnik Ermənistan”a istinadla xəbər verir.

    Bildirilib ki, sənədin lehinə 64, əleyhinə 7 deputat səs verib, bitərəf qalan olmayıb.

    Müxalifətdəki “Hayastan” fraksiyası səsverməyə qatılmayıb.

  • İlham Əliyev Məhəmməd Şahabuddinə təbrik məktubu göndərib

    Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddinə təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli cənab Prezident,

    Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

    Biz Azərbaycan-Banqladeş münasibətlərinin genişləndirilməsinə və əməkdaşlığının yeni məzmunla zənginləşdirilməsinə böyük əhəmiyyət veririk. Ölkələrimiz arasında formalaşmış dostluq münasibətləri bunun üçün yaxşı imkanlar yaratmışdır.

    İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin möhkəmləndirilməsi, əməkdaşlığımızın potensialının reallaşdırılması istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

    Fürsətdən istifadə edərək qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə Sizə və dost Banqladeş xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram”.

  • Çayı dəmləndikdən cəmi 15 dəqiqə sonra…

    Çay uzun illərdir ki, insanlar tərəfindən sağlamlıq üçün faydalı içki kimi qəbul edilir. Lakin, son tədqiqatlar çayın dəmləndikdən sonra uzun müddət saxlanmasının sağlamlıq üçün zərərli ola biləcəyini göstərir. 

    Median.Az xəbər verir ki, çinli tədqiqatçılar çayın dəmləndikdən yalnız 15 dəqiqə sonra tərkibində zərərli birləşmələrin meydana gəldiyini müəyyən ediblər. Bu, çayın tərkibindəki mikroorqanizmlərin və oksidləşmənin təsiri ilə baş verir və çayın üzərində parlaq bir qatın yaranmasına səbəb olur.

    Bu qat patogen mikroorqanizmlərin sürətlə yayılmasına və oksidləşməsinə yol açır, hansı ki, bu da çayın sağlamlıq üçün zərərli hala gəlməsinə səbəb olur. Mütəxəssislər çayın ən yaxşı şəkildə təzə dəmlənmiş şəkildə istehlak edilməli olduğunu və uzun müddət saxlanmamalı olduğunu vurğulayırlar. Çünki bu, çayın faydalı xüsusiyyətlərini itirməsi və zərərli təsirə yol açması ilə nəticələnə bilər.

    Bu səbəbdən çayı dəmlədikdən sonra mümkün qədər tez bir zamanda içmək tövsiyə olunur və çayın üzərində yaranan hər hansı bir parlaq qatın vaxtında tökülməsi lazımdır. 

  • Çayı dəmləndikdən cəmi 15 dəqiqə sonra…

    Çay uzun illərdir ki, insanlar tərəfindən sağlamlıq üçün faydalı içki kimi qəbul edilir. Lakin, son tədqiqatlar çayın dəmləndikdən sonra uzun müddət saxlanmasının sağlamlıq üçün zərərli ola biləcəyini göstərir. 

    Median.Az xəbər verir ki, çinli tədqiqatçılar çayın dəmləndikdən yalnız 15 dəqiqə sonra tərkibində zərərli birləşmələrin meydana gəldiyini müəyyən ediblər. Bu, çayın tərkibindəki mikroorqanizmlərin və oksidləşmənin təsiri ilə baş verir və çayın üzərində parlaq bir qatın yaranmasına səbəb olur.

    Bu qat patogen mikroorqanizmlərin sürətlə yayılmasına və oksidləşməsinə yol açır, hansı ki, bu da çayın sağlamlıq üçün zərərli hala gəlməsinə səbəb olur. Mütəxəssislər çayın ən yaxşı şəkildə təzə dəmlənmiş şəkildə istehlak edilməli olduğunu və uzun müddət saxlanmamalı olduğunu vurğulayırlar. Çünki bu, çayın faydalı xüsusiyyətlərini itirməsi və zərərli təsirə yol açması ilə nəticələnə bilər.

    Bu səbəbdən çayı dəmlədikdən sonra mümkün qədər tez bir zamanda içmək tövsiyə olunur və çayın üzərində yaranan hər hansı bir parlaq qatın vaxtında tökülməsi lazımdır.