Month: March 2025

  • İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Bakıya gələcək

    İranın yol və şəhərsalma naziri, İran-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri xanım Fərzanə Sadiq aprelin 10-da Bakıya gələcək.

    Bu barədə apa-ya İranın ölkəmizdəki Səfirliyindən məlumat verilib.

    Bildirilib ki, səfər çərçivəsində onun sözügedən Komissiyanın Azərbaycan tərəfdən həmsədri, Baş nazirin müavini Şahin Mustafayev və digər rəsmilərlə görüşü nəzərdə tutulub.

  • Xırdalanda restoranda yanğın təhlükəsi aradan qaldırılıb – VİDEO – YENİLƏNİB-1

    Xırdalan şəhəri ərazisində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub.

    Apa xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
    Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onüçmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən restoranın tüstü bacasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində ümumi sahəsi 200kv.m. olan restoranın tüstü bacasında yağ qalıqları yanıb.
    Restoran yanğından mühafizə olunub

  • Fransada iki reaktiv təyyarə toqquşub

    Fransada iki reaktiv təyyarə toqquşub.

    Bu barədə ölkənin silahlı qüvvələrinin naziri Sebastyen Lekornu “X” sosial şəbəkəsində məlumat verib.

    “Fransanın şərqində “Patrouille de France”a məxsus iki “Alpha Jets” təyyarəsinin manevrləri zamanı qəza baş verib. Xilasetmə xidmətləri hadisə yerinə cəlb olunub”, – o yazıb.

    “Puissance Television” portalında yayımlanan görüntülərdən bəlli olur ki, iki təyyarə dönüş həyata keçirərkən toqquşub.

  • 26-cı günün duası – İmsak və iftar vaxtı

    Sabah Ramazan ayının 26-cı günüdür.
     
    Median.Az xəbər verir ki, sabah imsak vaxtı saat 05:07, iftar isə 19:13-dədir.

    İmsak duası:

    “Allahumməc-əl sə-yi fihi məşkura. Və zənbi fihi məğfura. Və əməli fihi məqbula. Və eybi fihi məstura. Ya əsməəs-samiin”.

    Tərcüməsi:

    “İlahi, bu gün mənim səylərimi qiymətləndir, günahlarımı bağışla, əməlimi qəbul et, eyblərimi ört! Ey bəndələrini hamıdan yaxşı eşidən Allah!””

    İftar duası:

    “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

    Tərcüməsi:

    “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
    Allah orucunuzu qəbul etsin!

  • Əhalinin NƏZƏRİNƏ: Sabah Bakının bir küçəsi nəqliyyat üçün BAĞLANACAQ

    Martın 26-da paytaxtın 6-cı Keşlə küçəsində yerləşən dəmiryol keçidində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

    Məhdudiyyətlə əlaqədar 32 nömrəli avtobus marşrutunun hərəkət sxemi müvəqqəti olaraq Əlişir Nəvai küçəsi ilə təşkil ediləcək.

  • Rəsmi Bakı Mirzoyanın iddialarını əsassız adlandırıb

    Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərağçi ilə birgə mətbuat konfransında səslənmiş əsassız iddialarını şərh edib.

    Bu barədə XİN-dən məlumat verilib.

    Qeyd olunub ki, 25 mart 2025-ci il tarixində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərağçi ilə birgə mətbuat konfransında guya Azərbaycanın sülh müqaviləsinin mətni üzrə razılaşma əldə edildikdən sonra yeni şərtlər irəli sürdüyü barədə iddiaları tamamilə əsassızdır:

    “Ermənistan xarici işlər nazirinə yaxşı məlumdur ki, Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı müddəanın aradan qaldırılması, habelə Minsk Qrupunun rəsmən ləğvi tələbi son iki il yarım ərzində danışıqlar prosesinin vacib mövzuları sırasında olub.

    Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu Konstitusiya, Ermənistan milli qanunvericiliyi, məhkəmə iddiaları və siyasi bəyanatlar barədə faktlar hələ 2023-cü ilin may ayında Vaşinqton görüşü zamanı Ermənistan tərəfinə təqdim olunub. Bu barədə üçüncü ölkələr də tam olaraq məlumatlıdırlar.

    Qeyd edilənləri nəzərə alaraq, Ermənistan tərəfinin guya Azərbaycanın bu şərtləri yeni irəli sürdüyü barədə iddiaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır və bu taktika heç bir nəticə verməyəcək.

    Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasında maraqlıdırsa, vaxt itirmədən Konstitusiyasında dəyişiklik edərək Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli, Minsk Qrupunun rəsmən ləğvi istiqamətində əməkdaşlıqdan boyun qaçırmamalıdır”.

  • İcra başçısı olmaq istəyən şəxsi aldadıb 20 min manatını aldı: İLGİNC DƏLƏDUZLUQ

    Bakıda icra başçısı olmaq istəyən şəxs aldadılıb. O, əvvəlcə başçı olmaq üçün razılaşdırılmış 400 min manatın 20 min manatını verib. Amma sonradan aldadıldığını başa düşüb.

    Median.Az Musavat.com-a istinadla xəbər verir ki, dələduzluqda təqsirləndirilən şəxs 1963-cü il təvəllüdlü Akif Quliyevdir. Bu, Akif Quliyevin ilk cinayət əməli olmayıb. Quliyev daha əvvəl də dələduzluğa görə iki dəfə məsuliyyətə cəlb edilib. Hazırda oğurluq ittihamı ilə həbsdədir.

    Onun bu dələduzluq əməli həbs ediləndən sonra üzə çıxıb.

    Akif Quliyev sonuncu cinayət əməlində – dələduzluqda Arzuman adlı tanışını Daşkəsən Rayon İcra Hakimiyyətinə başçı təyin etdirəcəyini vəd edib. Buna görə, 400 min manat lazım olacağını deyib. Arzuman 20 min manat verib, amma sonradan heç bir iş görmədiyi üçün Akif Quliyevdən şikayət edib.

    Məhkəmə istintaqı zamanı Akif Quliyevin əməlini etiraf edən səs yazıları da dinlənilib və sübut kimi qəbul edilib.

    Maraqlıdır ki, 62 yaşlı Akif Quliyev daha əvvəl də cinayət əməlləri törətsə də, azadlıqda qalmağı bacarıb. Hər dəfəsində zərəri ödəmək və barışıq əldə etməklə həbslə bağlı olmayan cəza almağa nail olub. 2020-ci ildə isə bir nəfərdən 50 min manat alaraq onu Dövlət Gömrük Komitəsində işə düzəldəcəkmiş. Lakin onu da aldadıb və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

    Akif Quliyev bu dəfə də zərərçəkmiş şəxs Arzumanın pulunun 10 min manatını qaytarıb və onunla barışıq əldə edib. Ona yenə də azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

    Lakin digər cinayət – oğurluq əməli törətdiyinə görə cəzaları qismən birləşdirilməklə barəsində 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

  • Xırdalanda restoranda yanğın təhlükəsi: Müştərilər çölə çıxarıldılar

    Xırdalanın mərkəzində yerləşən restoranda yanğın təhlükəsi yaranıb.

    Median.Az APA-ya istinadla xəbər verir ki, Xırdalanda “PakFırın” restoranında qatı tüstülənmə müşahidə olunub, müştərilər çölə çıxarılıblar.

    Hadisə şahidlərinin sözlərinə görə, restoranın personalından zərərçəkənlər var və qatı tüstünün havalandırma sistemindən qaynaqlandığı qeyd edilib.

    Hadisə yerinə FHN-in qüvvələri cəlb olunub, təhlükə qısa müddətdə aradan qaldırılıb.

    Qeyd edək ki, adıçəkilən restoran çoxmərtəbəli yaşayış binasının altında yerləşir. Ərazidəki yollarda sıxlıq müşahidə olunur.

  • Lənkəranda itkin düşən balıqçının meyitini İranda tapan şəxs danışdı – VİDEO

    Lənkəranda itkin düşdüyü hesab edilən balıqçı, Lənkəran rayonunun Siyavar kənd sakini Mahmud İbayevin qardaşı meyiti ölkəyə gətirmək üçün artıq İran tərəfdədir.

    Median.Az APA-ya istinadla xəbər verir ki, Mahmud İbayevin meyitinin İranda balıqçılar tərəfindən aşkar olunması və sosial şəbəkələrdə paylaşılması barədə məlumat verilmişdi.

    Mahmud İbayevin qardaşı Rəşad İbayev həmin şəkildən qardaşının cəsədini tanıyıb.

    Artıq aidiyyəti qurumların dəstəyi ilə Rəşad İbayev İran tərəfdədir və qardaşının meyitini tapan şəxs Səid Hadiani ilə görüşüb. Səid Hadiani bildirib ki, meyiti Bəndər-Ənzəli şəhərində, Kəpurçay sahilində tapıb: “Meyit suyun 25 metr dərinliyində idi. Başı aşağı suda qalmışdı. Üzü qaralmışdı, amma bədəni sağ-salamat idi. Qayığa qoyub çölə gətirdik və polisə məlumat verdik. Onu da deyim ki, bu ərazilər həmişə qayıqlarla nəzarət altındadır”.

    Qeyd edək ki, sabah meyitin Azərbaycan tərəfə verilməsi nəzərdə tutulub.

  • На акциях протеста в Турции задержаны свыше 1 400 человек

    Более 1 400 человек задержаны на акциях протеста в Турции.

    Об этом сообщил глава МВД республики Али Ерликая на своей странице в соцсети Х (ранее Twitter).

    “В период с 19 по 25 марта на незаконных акциях задержаны 1 418 человек. В настоящее время под стражей находятся 979 подозреваемых, сегодня перед судом предстанут 478 человек”, – написал министр.