Month: April 2025

  • Tanışını rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 169 min manatını ələ keçirdi

    Vətəndaşdan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, aprelin 15-də paytaxt sakini olan 45 yaşlı kişi polisə müraciət edərək bildirib ki, tanışlarından biri onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib və bu yolla 169 100 manatını ələ keçirib.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 41 yaşlı G.Əfəndiyev saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • Результаты выпускных экзаменов 9 марта 2025 года: 20 человек набрали 300 баллов

    Государственный экзаменационный центр (ГЭЦ) Азербайджана объявил результаты выпускного экзамена для полного среднего (11-летнего) уровня образования, проведенного 9 марта 2025 года.

    Как сообщает Median.Az со ссылкой на ГЭЦ, школьники, участвовавшие в экзамене, могут ознакомиться со своими результатами, графическим изображением листа ответов, правильными ответами на задания закрытого типа, а также критериями оценки по каждому заданию открытого типа, требующему развернутого письменного ответа (предполагаемые правильные ответы, решения, шкала оценивания и образцы письменных работ), введя рабочий номер (8-значный код ученика) и номер документа, удостоверяющего личность (или FIN-код). Участники экзамена могут узнать свои номера работ здесь.

    Школьники также могут получить информацию о результатах экзамена (общий балл по каждому предмету), отправив “рабочий номер” (8-значный код ученика) на номер 7727 через мобильных операторов (Azercell, Bakcell, Nar, Naxtel).

    На выпускном экзамене учащимся было представлено в общей сложности 85 заданий, в том числе по предмету языка обучения – 10 открытых заданий, требующих письменного ответа, и 20 закрытых, по математике – 7 открытых заданий, требующих письменного ответа, 5 открытых кодированных заданий, 13 закрытых, по иностранному языку – 7 открытых заданий, требующих письменного ответа, и 23 закрытых. На этом этапе максимальный балл, который можно набрать по каждому предмету, составляет 100, а в общей сложности – 300 баллов. С правилами подсчета баллов можно ознакомиться в файле по ссылке.

    Из 58 732 человек, которые должны были принять участие в этом экзамене, 407 человек не явились на экзамен. Результаты 11 человек аннулированы за нарушение правил экзамена.

    Среди участников экзамена 20 человек показали самый высокий результат, набрав 300 баллов.

    Для рассмотрения обращений, связанных с результатами экзамена, в ГЭЦ будет действовать Апелляционная комиссия. Желающие обратиться в нее могут зарегистрироваться, заполнив электронное заявление, которое будет размещено на сайте ГЭЦ с 10:00 21 апреля до 17:00 23 апреля. Те, кто не зарегистрируется в указанный период, не смогут в дальнейшем обратиться в Апелляционную комиссию. В электронном заявлении необходимо выбрать номер задания, по которому подается обращение, написать содержание обращения и указать, какому пункту критерия оно соответствует. Если содержание обращения не указано в электронном заявлении, заявление не принимается и не рассматривается. Процесс апелляции проводится в следующей последовательности:

    – Апелляционной комиссией рассматриваются все работы, по которым поступили обращения;

    – Экспертное заключение (в письменной форме) по заданиям, по которым обратились школьники, прилагается к апелляционным заявлениям;

    – На номер телефона, указанный школьниками в апелляционных заявлениях, отправляется “СМС” о завершении процесса апелляции.

    После этого школьники могут войти в свои заявления на сайте apelyasiya.dim.gov.az, ознакомиться с результатом апелляции и распечатать экспертное заключение.

    Обращения, связанные с ответами, отмеченными в бланке ответов не в соответствии с инструкцией, в том числе с исправлениями, приводящими к тому, что ответ рассматривается оптическим устройством как неверный (например, закрашивание двух кружков в закрытом вопросе и т.д.), рассматриваться не будут.

    Прежде чем обращаться в Апелляционную комиссию, школьники могут ознакомиться со своими результатами, графическим изображением листа ответов, критериями оценки по каждому заданию открытого типа, а также с условиями и объяснениями заданий на странице результатов экзамена на сайте ГЭЦ. Опыт прошлых экзаменов показывает, что около 15% тех, кто пишет заявление на апелляцию, вообще не ответили на задание или обратились в комиссию, не ознакомившись со своим ответом и не сравнив его с возможными правильными ответами и шкалой оценивания. Обращаем внимание абитуриентов, что такие обращения рассматриваться не будут.

  • Doqquz martda keçirilmiş buraxılış imtahanının nəticələri elan olundu

    Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart 2025-ci il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

    Median.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, imtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş keçidə daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir ətraflı yazılı cavab tələb edən açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli, qiymətləndirmə şkalası və yazı işi nümunələri) ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.

    Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni (8 rəqəmli şagird kodunu) 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

    Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində “seeding” (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.

    Yazı işlərinin onlayn yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

    Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır. Balların hesablanması qaydası ilə linkdəki faylda tanış ola bilərsiniz.

    Bu imtahanda iştirakı nəzərdə tutulan 58732 nəfərdən 407 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 11 nəfərin nəticəsi ləğv olunub.

    İmtahan iştirakçıları arasında 20 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

    İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 21 aprel saat 10:00-dan 23 aprel saat 17:00‑dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

    • Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;
    • Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
    • Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

    Bundan sonra şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

    Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

    Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə, həmçinin tapşırıqların şərti və izahlarla (https://eservices.dim.gov.az/ejurnal/) tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

  • Bakıda qadın sərnişini döyən avtobus sürücüsü cəzalandırıldı

    Bakıda sərnişini döyən 165 nömrəli xətt avtobusunun sürücüsünə hökm oxunub.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, 1966-cı il təvəllüdlü G.H. idarə etdiyi sərnişin avtobusunda 1968-ci il təvəllüdlü S.A.-ya xəsarət yetirdiyi üçün Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinib.

    Məhkəmədə məlum olub ki, G.H. metronun “20 Yanvar” stansiyası yaxınlığında idarə etdiyi 165 nömrəli avtobusla duracaqdan sərnişinləri qəbul etdikdən sonra Abşeron rayonu, Mehdiabad qəsəbəsi istiqamətində hərəkət etməli imiş, lakin bir qadın avtobusa kartla ödəniş etmədən mindiyi üçün aralarında mübahisə yaranıb.

    Sürücü qadına irad tutaraq, ödəniş etməsini tələb edib. Bu zaman həmin şəxs əsəbiləşərək, ona: “Əcəb edirəm, sən kimsən?” – deyib. Sürücü hərəkətə davam edərək, Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi” yaşayış kompleksinin yaxınlığında yerləşən dayanacaqda yolu bitirərək, avtobusu saxlayıb.

    Bütün sərnişinlər avtobusdan düşdükdən sonra qadının ödəniş etməməsi və sürücünü telefonla videoya çəkməsi səbəbindən aralarında mübahisə yaranıb. Sürücü qadına əli ilə bir neçə dəfə zərbə endirib. Nəticədə xanım sərnişinin sol gözünə qansızma ilə müşahidə olunan sağlamlığına qəsdən zərər vurub.

    Məhkəmənin qərarı ilə G.H.-yə doqquz ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Sürücü cəza çəkdiyi müddətdə üzərində elektron nəzarət vasitəsini gəzdirəcək.

  • В Суговушане трагически погиб 3-летний ребенок

    В Азербайджане произошел трагический случай.

    Как сообщает Median.Az со ссылкой на Qafqazinfo, инцидент зафиксирован в Суговушане в здании, где проживают семьи, вернувшиеся недавно в родное село.

    О.Агазаде (2022 г.р.), играя на балконе, упал с пятого этажа.

    Ребенок умер до того, как его доставили в больницу.

  • Suqovuşanda beşinci mərtəbədən yıxılan uşaq vəfat etdi

    Azərbaycanda azyaşlı binadan yıxılaraq vəfat edib.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Suqovuşana köçürülən ailələrin yaşadığı binada qeydə alınıb.

    2022-ci il təvəllüdlü Ö.Ağazadə yaşadıqları binanın beşinci mərtəbəsinin eyvanında oynayarkən oradan yıxılıb.

    Azyaşlı xəstəxanaya çatdırılanadək ölümü qeydə alınıb.

  • Azərbaycanlı boksçu yarışlardan 4 illik kənarlaşdırıldı

    Azərbaycan boksçusu Fərid Sadıqov dopinqə görə 48 aylıq diskvalifikasiya olunub.

    Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytında məlumat yayılıb.

    İdmançının nümunəsində qadağan edilmiş maddə, onun metabolitləri və ya markerlərinin mövcudluğu aşkarlanıb.

    İdmançı qadağan edilmiş maddə və üsuldan istifadə və ya istifadə cəhdinə görə bu cəzaya məruz qalıb.

    Diskvalifikasiya qərarı 2024-cü il yanvarın 1-dən qüvvəyə minib və sanksiya 2028-ci ilin eyni tarixinə qədər davam edəcək.

  • Президент Ильхам Алиев принял верительные грамоты новоназначенного посла Китая в Азербайджане

    17 апреля Президент Азербайджанской Республики Ильхам Алиев принял верительные грамоты новоназначенного чрезвычайного и полномочного посла Китайской Народной Республики в нашей стране Лу Мэй.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Prezident İlham Əliyev Çinin yeni səfirinin etimadnaməsini qəbul edib (YENİLƏNİB)

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Çin Xalq Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lu Meyin etimadnaməsini qəbul edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

    Prezident İlham Əliyev səfirlə söhbət edib.

    Azərbaycan-Çin əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyən dövlətimizin başçısı ötən il Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşünü və onunla birlikdə ölkələrimizin strateji tərəfdaşlığına dair birgə bəyanatın qəbul edilməsini məmnunluqla xatırlayıb.

    Prezident İlham Əliyev Azərbaycanla Çin arasında əməkdaşlığın geniş sahələri – siyasi, iqtisadi-ticari, nəqliyyat, enerji, sənaye, sərmayələr, təhlükəsizlik, mədəni-humanitar və digər sahələri əhatə etdiyini vurğulayıb. Dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığına toxunaraq, qarşılıqlı dəstəyi qeyd edib.

    Prezident İlham Əliyev Azərbaycanın “Vahid Çin” siyasətini daim dəstəklədiyini vurğulayıb.

    “Bir kəmər, bir yol” layihəsinin geniş coğrafiyada ölkələri bir araya gətirərək, əməkdaşlığı təşviq edən layihə olduğunu deyən dövlətimizin başçısı Azərbaycanın Çinin bu təşəbbüsünə dəstək verən ilk ölkələrdən biri olduğunu qeyd edib.

    Azərbaycanda bütün zəruri infrastruktur layihələrinin yaradıldığını və bir neçəsinin də icra mərhələsində olduğunu vurğulayan Prezident İlham Əliyev Orta Dəhlizin inkişafı baxımından ölkələrimiz arasında əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu bildirib.

    Səfir Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını Azərbaycan Prezidentinə çatdırıb.

    Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Çin Xalq Respublikasının sədrinə çatdırmağı xahiş edib.

    Lu Mey Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurla inkişafının Çin tərəfindən də dəstəkləndiyini deyib. O, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini vurğulayıb. Səfir ölkələrimiz arasında münasibətlərin dostluq və strateji tərəfdaşlıq xarakteri daşıdığını qeyd edərək, əlaqələrimizin bundan sonra da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

    Çin-Azərbaycan münasibətlərinin inkişafında ulu öndər Heydər Əliyevin roluna toxunan Lu Mey ümummilli liderin zəngin irsinin əsasında ölkəmizin bu gün uğurla inkişaf etdiyini vurğulayıb.

    * * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Çin Xalq Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lu Meyin etimadnaməsini qəbul edib.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

  • Azərbaycan və Sloveniya XİN başçılarının geniştərkibli görüşü keçirilib

    Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Sloveniyanın xarici işlər naziri Tanya Fayon arasında geniş tərkibli görüş keçirilib.

    Bu barədə Azərbaycan XİN sosial mediada paylaşım edib.

    Görüş zamanı tərəflər enerji, rəqəmsal innovasiya, ekoloji davamlılıq, təhsil və turizm sahələrində əməkdaşlıq perspektivlərini müzakirə edib.

    Eyni zamanda, regional təhlükəsizlik, nəqliyyat əlaqələri və çoxtərəfli əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.