Month: April 2025

  • Avropa Meloninin Trampla görüşündən narahatdır

    Avropa rəsmiləri İtaliyanın Baş naziri Corcia Meloninin ABŞ Prezidenti Donald Trampla görüşmək planlarından narahatdırlar.

    Bu barədə “Politico” məlumat yayıb.

    “Avropanın yüksəksəviyyəli rəsmiləri İtaliyanın Baş naziri Corcia Meloninin Prezident Donald Trampla görüşmək üçün Vaşinqtona bugünkü səfərindən narahatdırlar. Çünki ticarət danışıqları fiasko ərəfəsindədir. Lakin onlar, həmçinin bilirlər ki, bu səfər Trans-Atlantik gərginliyi azaltmaq üçün çox yaxşı şans ola bilər”, – deyə məqalədə qeyd olunub.

    Nəşrə görə, avropalılar, əsasən, Trampın başqa ölkələrin liderlərinin tariflərlə bağlı zəng edib ona yaltaqlandıqlarını deməsindən cəmi bir həftə sonra Meloninin düşəcəyi durumdan narahatdırlar.

  • Bakının mərkəzində avtomobildə meyit tapıldı

    Dünən axşam saatlarında paytaxtın mərkəzində park halında olan avtomobildən meyit tapılıb.

    Median.Az Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə saat 19 radələrində Z.Yusufzadə küçəsi, 19-un qarşısında baş verib. “Avto Azərbaycan” MMC-yə məxsus KIA markalı 77-AC-218 dövlət qeydiyyat nişanlı avtomobildən kişi meyiti tapılıb.

    Ölən şəxsin Bakı şəhər sakini. 1959-cu il təvəllüdlü B.Həmidov olması müəyyən edilib.

    İlkin məlumata görə, sürücü avtomobildə infarkt keçirərək ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • В Агсуинском районе начальник участка погиб, спасая рабочих во время селя – НОВЫЕ КАДРЫ (ВИДЕО)

    В Агсуинском районе начальник участка подрядной организации, задействованной в проекте строительства дороги Муганлы – Исмайыллы – Габала, Парвиз Айатуллаев погиб, пытаясь спасти рабочих после того, как селевой поток унес экскаватор.

    В социальных сетях распространились новые кадры, связанные с этим трагическим происшествием.

  • Ağsuda seldə ölən sahə rəisi yoldaşlarını xilas etməyə çalışırmış – YENİ GÖRÜNTÜLƏR (VİDEO)

    Xəbər verdiyimiz kimi, ötən gün Ağsu rayonunda selin ekskavatoru aparması nəticəsində tikinti sahəsinin rəisi Pərviz Həyatullayev həlak olub.

    Sosial şəbəkədə hadisənin görüntüləri yayılıb.

    Görüntülərdən məlum olur ki, şirkətin iki əməkdaşı Ağsu çayında yaranmış sel nəticəsində köməksiz vəziyyətdə qalıb. Bu zaman onların digər iş yoldaşları ekskavator vasitəsilə həmin əməkdaşları xilas etməyə çalışıb və P. Həyatullayev də ekskavatorun çalov hissəsində həmin şəxslərə yaxınlaşaraq kəndirlə onları xilas etmək istəyib.

    Bu zaman sel daha da güclənib və ekskavatoru aparıb. Ekskavatorda olan Pərviz Həyatullayevlə digər əməkdaş çaya düşüblər.

    Onlardan Pərvizin həyatını xilas etmək mümkün olmayıb, digər üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

    Qeyd edək ki, 42 yaşlı Pərviz Həyatullayev 4 uşaq atası idi.

    Görüntüləri təqdim edirik:

  • Президент Ильхам Алиев принял министра иностранных дел Словении

    17 апреля Президент Азербайджанской Республики Ильхам Алиев принял министра иностранных дел Республики Словения Таню Файон.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Prezident İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayonu qəbul edib.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

  • BDYPİ: “Ötən gün respublika ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınmayıb”

    Qeyri-sabit hava şəraitinə baxmayaraq, ötən gün respublika ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınmayıb. Bu, Dövlət Yol Polisi (DYP) əməkdaşlarının gücləndirilmiş iş rejimində apardığı nəzarət tədbirləri ilə yanaşı, sürücülərin məsuliyyətli davranışlarının nəticəsidir.

    Bu barədə Baş Dövlət Yol Polisi (BDYPİ) idarəsi məlumat yayıb.

    Bildirilib ki, yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə xüsusilə təhlükəli hesab edilən yol sahələri DYP əməkdaşları tərəfindən nəzarətdə saxlanılıb, sürücülərə yol və hava şəraiti ilə bağlı operativ məlumatlar çatdırılıb:

    “Səyyar qaydada aparılan maarifləndirici tədbirlər zamanı sürücülərə hava və yol şəraitinə uyğun davranmaları, sürət həddinə əməl etmələri, ara məsafəsini qorumaları tövsiyə olunub.

    BDYPİ təhlükəsizliyə biganə qalmayan, qaydalara əməl edən bütün sürücülərə təşəkkür edir və bir daha xatırladır: dəyişkən hava şəraiti qəzaların başvermə riskini artırır. Bu səbəbdən hər bir sürücü yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlamalı, hərəkət zamanı isə maksimum diqqətli və məsuliyyətli olmalıdır”.

  • Режим ЧС объявлен в Колумбии из-за вспышки желтой лихорадки

    Правительство Колумбии объявило режим чрезвычайной ситуации в сфере здравоохранения из-за вспышки желтой лихорадки. Из-за инфекции погибли более 30 человек.

    Об этом заявил глава Минздрава страны Гильермо Альфонсо Харамильо в эфире телеканала Senal Colombia.

    Как он отметил, в Колумбии выявили 74 случая заражения, 34 из которых с летальным исходом.

    “Речь уже не идет о 388 муниципалитетах, которые раньше считались зоной риска. Болезнь уже вышла за пределы Амазонии, департамента Чоко и региона Кататумбо, и появилась в центре страны, превратившись в явную угрозы для страны и всего общества”, – подчеркнул министр.

    Глава ведомства также призвал население пройти вакцинацию и принять меры по предотвращению распространения комаров, которые переносят инфекцию.

  • Kolumbiyada epidemiya: Fövqəladə vəziyyət elan edildi

    Kolumbiya hökuməti sarı qızdırma epidemiyası səbəbi ilə ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.

    Bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəhbəri Qilyermo Alfonso Xaramilyo “Senal Colombia” telekanalının efirində məlumat verib.

    Məlumata görə, infeksiya səbəbindən 30-dan çox insan həyatını itirib.

    Nazir qeyd edib ki, Kolumbiyada 74 yoluxma halı müəyyən edilib və onlardan 34-ü ölümlə nəticələnib.

    “Söhbət artıq əvvəllər risk zonası hesab edilən 388 bələdiyyədən getmir. Xəstəlik artıq Amazoniyanın, Çoko departamentinin və Katatumbo regionunun hüdudlarından kənara çıxıb və ölkənin mərkəzində peyda olub, ölkə və bütün cəmiyyət üçün açıq təhlükəyə çevrilib”, – deyə nazir vurğulayıb.

    Şöbə müdiri. həmçinin əhalini peyvənd etdirməyə və infeksiya daşıyıcısı olan ağcaqanadların yayılmasının qarşısını almaq üçün tədbirlər görməyə çağırıb.

  • Çayların həcmində artım davam edir

    Avtomat hidroloji stansiyaların aprelin 17-si saat 10:00-a olan məlumatına əsasən, çayların həcmində artım davam edir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 156 sm, Əyriçayda 14 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçayda 15 sm, Əsrikçayda 7 sm, Kürəkçayda 5 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Oxçuçayda 14 sm, Zabuxçay və Quruçayda 12 sm, Köndələnçayda 5 sm, Tutqunçay və Həkəriçayda 4 sm, Lənkəran-Astara bölgəsindən axan Təngərüdçayda 10 sm artım qeydə alınıb.