Month: April 2025

  • Скончался офицер азербайджанской армии

    Ушел из жизни офицер азербайджанской армии.

    Как сообщает Median.Az со ссылкой на Qafqazinfo, скончался майор Сухопутных войск Министерства обороны Али Магеррамов.

    По информации, он умер в больнице в Турции после продолжительного онкологического заболевания.

  • Ordumuzun zabiti vəfat edib

    Azərbaycan Ordusunun zabiti Türkiyədə vəfat edib.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Müdafiə Nazirliyi Quru Qoşunlarının mayoru Əli Məhərrəmov dünyasını dəyişib.

    Onun uzun sürən onkoloji xəstəlikdən Türkiyədəki xəstəxanada həyatını itirdiyi bildirilib.

  • Закрыта дорога в Шамахы – ВИДЕО

    В Шамахы селевые потоки привели к ряду последствий.

    Поскольку паводковые воды, протекающие через дорогу Шамахы – Падаргышлаг, препятствуют движению автомобилей, сотрудники Государственной дорожной полиции ввели временное ограничение и закрыли дорогу.

    “Мы находимся здесь уже более 4-5 часов. Ждем, когда откроют дорогу”, – сообщил один из местных жителей.

    Позже на территорию была привлечена техника и живая сила для проведения работ по возобновлению движения на дороге.

    Подробнее – в сюжете Baku TV.

  • Şamaxıya gedən yolda hərəkət dayandı – VİDEO

    Güclü leysanın ardınca gələn sel Şamaxıda bir sıra fəsadlara yol açıb.

    Şamaxı-Padarqışlaq yolundan keçən sel suları avtomobillərin hərəkətinə mane olduğu üçün Dövlət Yol Polisi əməkdaşları müvəqqəti məhdudiyyət tətbiq edərək, yolu bağlayıb.

    “4-5 saatdan çoxdur burada qalmışıq. Gözləyirik ki, yolu açsınlar”, – deyə sakin bildirib.

    Daha sonra əraziyə texnika və canlı qüvvə cəlb edilərək yolun açılması istiqamətində işlər aparılıb.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Опубликован список пластических хирургов, допущенных к врачебной деятельности

    В целях комплексной проверки правовой основы профессиональной деятельности пластических хирургов, осуществляющих практическую медицинскую деятельность на территории Азербайджанской Республики (АР), создана Специальная инспекционная комиссия. В состав комиссии вошли уполномоченные представители Министерства здравоохранения, Генеральной прокуратуры, Министерства внутренних дел и Министерства науки и образования АР.

    Об этом сообщает пресс-служба Минздрава.

    “Вышеуказанные медицинские эксперты были приглашены на заседания Специальной инспекционной комиссии, где проведена тщательная проверка представленных ими документов. По предварительному уведомлению велась видео- и аудиозапись заседаний, а также протоколирование каждого заседания. Всего было проведено 11 заседаний комиссии.

    “Список врачей-специалистов, имеющих право на осуществление врачебной деятельности по специальности “Пластическая хирургия” на территории Азербайджанской Республики”, документы которых подтверждены соответствующими решениями Специальной инспекционной комиссии, составлен и размещен по ссылке.

    Список, представленный по указанной ссылке, отражает информацию по состоянию на 17 апреля 2025 года. Вышеупомянутый список будет регулярно обновляться по мере создания новых правовых основ, позволяющих медицинским работникам осуществлять практическую медицинскую деятельность по специальности “Пластическая хирургия”.

    Помимо этого, соответствующим приказом Министерства здравоохранения Азербайджанской Республики утвержден “Перечень операций в области пластической хирургии, выполнение которых разрешено представителям других профессиональных специальностей хирургического профиля в соответствии с образовательными программами высшего специального медицинского образования”.

    Вышеуказанный список можно найти по следующей ссылке“, – говорится в заявлении ведомства.

  • Hansı həkimlər plastik cərrahiyyə əməliyyatı edə bilərlər? – SİYAHI

    Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin və “Cərrahiyyə profili üzrə digər peşə ixtisas sahibləri tərəfindən ali ixtisas tibb təhsilinin tədris proqramlarına uyğun olaraq icrasına icazə verilən plastik cərrahiyyə sahəsinə aid əməliyyatların Siyahısı” təsdiq edilib.

    Bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində yaradılmış Xüsusi Təftiş Komissiyası məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb:

    “Sözügedən tibb mütəxəssisləri Xüsusi Təftiş Komissiyasının iclaslarına dəvət olunublar və sənədləri ətraflı araşdırılıb. Əvvəlcədən xəbərdarlıq edilməklə iclasların video-audioçəkilişləri aparılıb və hər bir iclas protokollaşdırılıb. Komissiyanın ümumilikdə 11 iclası keçirilib:

    “Xüsusi Təftiş Komissiyasının müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin Siyahısı” tərtib olunaraq linkdə yerləşdirilib.

    Qeyd olunan linkdə göstərilən siyahı 17 aprel 2025-ci il tarixinə olan məlumatları özündə əks etdirir. Tibb mütəxəssislərinin plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verən yeni hüquqi əsaslar olduğu halda sözügedən siyahı mütəmadi yeniləcək.

    Məlumatda qeyd edilib ki, bununla yanaşı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmri ilə “Cərrahiyyə profili üzrə digər peşə ixtisas sahibləri tərəfindən ali ixtisas tibb təhsilinin tədris proqramlarına uyğun olaraq icrasına icazə verilən plastik cərrahiyyə sahəsinə aid əməliyyatların Siyahısı” təsdiq edilib.

  • В этом году планируется возвращение граждан в Ходжавенд

    В соответствии с поручением главы государства в этом году планируется возвращение граждан в Ходжавендский район. В городе Ходжавенд, селах и поселке Гадрут ведутся ремонтно-восстановительные работы.

    Об этом Oxu.Az сказал специальный представитель Президента Азербайджана в Агдамском, Физулинском и Ходжавендском районах Эмин Гусейнов.

    “По мере завершения соответствующих работ в летние месяцы 2025 года население будет поэтапно переселено”, – отметил он.

  • Bu il Xocavəndə ilk köç nəzərdə tutulur

    “Bu il əhalinin Xocavəndə köçürülməsi nəzərdə tutulur. Xocavənd şəhərində, rayonun kəndlərində, Hadrut qəsəbəsində təmir-bərpa işləri aparılır”.

    Bu fikirləri oxu.az-a açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

    O bildirib ki, Prezidentin tapşırığı əsasında bu ilin yay aylarında həmin bərpa və yenidənqurma işləri yekunlaşdıqca mərhələli şəkildə əhali oraya köçürüləcək.

  • В Тбилиси началась встреча замглав МИД Азербайджана, Грузии и Армении

    В Тбилиси началась встреча заместителей глав МИД Азербайджана, Грузии и Армении.

    Как передает Median.Az со ссылкой министерство иностранных дел Грузии, грузинскую сторону на переговорах представляет первый замминистра иностранных дел Лаша Дарсалия, Азербайджан – Эльнур Мамедов, а Армению – Ваган Костанян.

    В рамках встречи будут рассмотрены возможности трехстороннего сотрудничества.

    “Страны региона должны развивать единые подходы по целому ряду вопросов. Именно эти направления будут главными в сегодняшней встрече”, – приводит пресс-служба слова Дарсалии.

  • Ermənistan, Gürcüstan və Azərbaycan XİN rəhbəri müavinlərinin görüşü başlayıb

    Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistan XİN başçılarının müavinlərinin görüşü başlayıb.

    Median.Az bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

    Bildirilir ki, danışıqlarda Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Elnur Məmmədov, Gürcüstanı xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya, Ermənistanı isə xarici işlər nazirinin müavini Vaan Kostanyan təmsil edir.

    Görüş çərçivəsində üçtərəfli əməkdaşlıq imkanları nəzərdən keçiriləcək.

    “Region ölkələri bir sıra məsələlər üzrə vahid yanaşmalar inkişaf etdirməlidir. Məhz bu istiqamətlər bugünkü görüşdə əsas olacaq”, – deyə mətbuat xidməti Darsaliyanın sözlərini təqdim edib.