Month: April 2025

  • Rusiyanın İsveçdəki səfirliyinin qarşısına boya qutuları atılıb

    Rusiyanın Stokholmdakı səfirliyinin qarşısına boya qutularının atılması ilə əlaqədar İsveç Xarici İşlər Nazirliyinə (XİN) nota göndərilib.

    Bu barədə diplomatik missiyanın mətbuat xidməti məlumat yayıb.

    “Aprelin 15-də səhər saatlarında Rusiyanın Stokholmdakı səfirliyi növbəti dəfə vandalizm aktına məruz qalıb. Diplomatik missiyanın xidməti binasının mərkəzi girişi qarşısında asfalta, həmçinin onun ərazisindəki yaşayış kompleksinin qarşısına boya qabları atılıb. Səfirlik baş verənlər barədə dərhal İsveç polisini məlumatlandırıb”, – məlumatda bildirilib.

    Səfirlik həmçinin İsveç XİN-ə 1961-ci il tarixli Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq Rusiya diplomatik nümayəndəliyinin toxunulmazlığı və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öhdəliklərini lazımi qaydada yerinə yetirməsi tələbi ilə nota göndərib.

    //report

  • Qala qəsəbəsində müntəzəm marşrutun hərəkət sxemi uzadılıb

    Bakının Xəzər rayonunun Qala qəsəbəsində “Xaşaxuna” massivi sakinlərinin müraciətləri nəzərə alınaraq, 141E nömrəli müntəzəm marşrutun hərəkət sxemi bir istiqamət üzrə 4 kilometr uzadılıb.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

    Dəyişiklik nəticəsində “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən (NMM) Qala qəsəbəsi istiqamətində sərnişinlərin ictimai nəqliyyata çıxış imkanları əhəmiyyətli dərəcədə yaxşılaşdırılacaq.

  • Azərbaycan millisindən kənarlaşdırılan qapıçı Xorvatiya ilə matçda da oynamayacaq

    İntizamsızlıq səbəbindən Azərbaycanın futzal millisindən kənarlaşdırılan Rövşən Hüseynli Avropa çempionatının seçmə oyunlarının əsas mərhələsində bu gün baş tutacaq Xorvatiya ilə matçda da oynamayacaq.

    Median.Az “Report”a istinadən xəbər verir ki, baş məşqçi Vitali Borisov təcrübəli qapıçını heyətə qaytarmağı lazım bilməyib.

    Qolkiper aprelin 11-də baş tutan İsveçlə matçdan əvvəl baş məşqçinin qərarı ilə komandadan uzaqlaşdırılmışdı.

    Qeyd edək ki, Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Xorvatiya görüşünün start fiti saat 20:00-da səsləndiriləcək.

  • Küləkli hava şəraiti ilə bağlı sarı, narıncı və qırmızı XƏBƏRDARLIQ

    Milli Hidrometeorologiya Xidməti aprelin 16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı, narıncı və qırmızı xəbərdarlıq verib.

    Xidmətdən bildirilib ki, Naxçıvan MR, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Ağsu, Balakən, Qax, Şəki, Zaqatala, Salyan, Gəncə, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gədəbəy, Xaçmaz, Quba, Samux, Ağdaş, Ucar, Kürdəmir, Göygöl, Biləsuvar, Yevlax, Bərdə, Ağdam, Tərtər, Ağcabədi, Lənkəran, Astara, Cəlilabad, Masallı, Lerik, Yardımlı, Saatlı, Sabirabad, Zərdab, Göyçay və İmişlidə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

    Kəlbəcər, Laçın, Qobustan, Şabran, Xızı, Siyəzən, Qusar, Neftçala, Hacıqabul, Mingəçevir, Goranboy, Naftalan və Daşkəsəndə də şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

    Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, küləyin sürəti isə 28.5 m/s və daha çox olacaq.

  • 36 məktəb direktoru işdən çıxarıldı, 38 nəfərə şiddətli töhmət verildi – RƏSMİ

    2024-cü il ərzində müxtəlif istiqamətlər üzrə 4 743 monitorinq keçirilib. Ölkə üzrə təhsil müəssisələrini əhatə edən monitorinqlər nəticəsində 36 məktəb direktoru işdən azad edilib, 38 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 96 nəfərə töhmət verilib, 34 direktora isə xəbərdarlıq elan edilib.

    Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

    Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən nəzarət tədbirləri sistemli və ardıcıl şəkildə davam etdirilir, vətəndaş və valideyn müraciətlərinə xüsusi həssaslıqla yanaşılır:

    “Monitorinqlərin keçirilməsində məqsəd təlim-tərbiyə prosesinin, tədris-pedaqoji və metodiki, eləcə də kadrlarla işin təşkilini və maliyyə-təsərrüfat sənədlərini, vəzifə funksiyalarının icra vəziyyətini yoxlamaqdır. Aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Nöqsan aşkar edilən təhsil müəssisələri nəzarətə götürülüb. Cari həftə ərzində təhsil müəssisələrində monitorinqlər davam etdiriləcək”, – deyə məlumatda qeyd edilib.
    //oxu.az

  • Xətai rayonunda yaşayış binasında yanğın söndürüldü

    Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın söndürülüb.

    Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

    Məlumata görə, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

    Havanın küləkli olmasına baxmayaraq, Nazirliyin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

  • İcra başçısı olmaq istəyən şəxs yarım milyon manat pul verib? – MƏHKƏMƏ İŞİ

    Külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Daxili İşlər Nazirliyi (DİN) Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırımzadə, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə və Balakən rayonu dairə seçki komissiyasının katibi Qoşqar Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə baş tutub.

    Zərərçəkən Qurban Piriyev vəkillərin suallarını cavablandıraraq təqsirləndirilənlərə verdiyi pulu hər hansı bir vəzifəyə təyin olunmaq üçün yox, Abşeron rayonunun ərazisində müəyyən bir biznes qurmaq məqsədilə verib.

    “Mən xaricdə olduğum üçün gəlib Azərbaycanda hər hansı bir biznes qurmaq fikrinə düşdüm. Mərhum Cəmilə xanımın vasitəsilə Şurabad qəsəbəsi ərazisində böyük bir ərazinin müəyyən bir hissəsini alaraq təsərrüfat qurmaq üçün pul verdim. Sonradan məsələ başqa yerə istiqamətlənərək əraziyə heç baxa bilmədim. Pullarım da mənimsənildi”.

    Cinayət işində adı hallanan mərhum Cəmilə adlı xanımın oğlu Natiq Xəlilov şahid kimi ifadəsində qeyd edib ki, o, Qurban Piriyevi mərhum anasının vasitəsilə tanıyıb.

    “Mən rayonda yaşayıram. Anamdan eşitmişdim ki, Qurban Piriyev adlı şəxs hər hansı bir vəzifəyə təyin olunmaq istəyir. Buna görə də aralarında müəyyən söz-söhbətlər gedirdi. Məsələnin digər tərəflərindən isə xəbərim olmayıb”.

    Mayın 13-də keçiriləcək növbəti proses digər şahidlərin ifadələri ilə davam edəcək.

    Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

    Məlumat üçün bildirək ki, iş üzrə təqsirləndirilən Rasim İldırımzadə Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə və ləğv olunmuş “Amrahbank”ın təsisçisi Yunus İldırımzadənin qardaşıdır.

    Digər təqsirləndirilən Zaur Mirzəzadə isə həm də “bakutime.az”, “xalq.az” adlı saytların rəhbəridir.

    İttihama görə, təqsirləndirilən şəxslər Qurban Piriyevə Bakı şəhərinin rayonlarından birinə icra başçısı təyin olunacağını bildiriblər. Rasim İldırımzadə qrupun digər üzvü Qoşqar Məmmədovu yalandan Prezident Administrasiyasında işləyən yüksəkvəzifəli şəxs kimi təqdim edib, onun bütün məsələləri həll edəcəyini deyib. Zaur Mirzəzadəni isə sözügedən yerdə guya Nihat adlı mötəbər vəzifədə çalışan şəxs kimi təqdim edib.

    Qurban Piriyev icra başçısı keçmək üçün Rasim İldırımzadənin adamlarına bir neçə dəfəyə 510 min manat pul və 34 min manatlıq qızıl-zinət əşyaları verib.

    Daha sonra Qurban Piriyev hüquq-mühafizə orqanlarına şikayət edib. İlkin istintaq dövründə ona dəymiş ziyanın bir qismi ödənilib.

    544 min manat ziyanın 85 min manatını Rasim İldırımzadə, 20 min manatını isə digər təqsirləndirilən Zaur Mirzəzadə və Qoşqar Məmmədov qaytarıblar.

    Onu da qeyd edək ki, təqsirləndirilənlər barədə daha öncə həbs olmayan qətimkan tədbiri seçilsə də, məlum cinayət isinin məhkəmə istintaqı dövründə təqsirləndirilən Qoşqar Məmmədov barəsində digər cinayət işi ortaya çıxdığından onun barəsində həbs qətimkan tədbiri seçilib.
    //oxu.az

  • Взломан крупнейший оператор мобильной связи Ирана

    Хакерская группа под названием Shadow Bits объявила, что осуществила кибератаку на базу данных клиентов иранской компании мобильной связи Hamrah-e Avval, получив доступ к данным 30 млн клиентов.

    Об этом сообщает Median.Az со ссылкой на Telegram-канал “Свободный Иран”.

    Отмечается, что кибератаки включали в себя личную информацию клиентов, такую как имя и фамилия, дата и место рождения, номер удостоверения личности и полный адрес электронной почты.

  • İranın ən böyük mobil operator şirkəti haker hücumuna məruz qaldı

    İranın ən böyük mobil operator şirkəti haker hücumuna məruz qalıb.

    Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

    Bildirilir ki, “Shadow Bits” adlanan haker qrupu İran Mobil Rabitə Şirkətinin (“Həmrah-e əvvəl”) müştəri məlumat bazasına kiberhücum edərək, 30 milyon müştərinin məlumatlarına çıxış əldə etdiyini açıqlayıb.

    Bilidirilib ki, kiberhücumlara müştərilərin adı və soyadı, doğum tarixi və yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və tam elektron poçt ünvanı kimi şəxsi məlumatları daxildir.

  • Müəllimlərin direktor müavini olmaq uğrunda davası başa çatdı: 1 000 manat cərimə edildi

    Bakıda müəllim barəsində məhkəməyə edilmiş xüsusi ittiham qaydasındakı şikayətə baxılıb.

    Median.Az “Qafqazinfo”a istinadla xəbər verir ki, söhbət Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin müəllimi 57 yaşlı Lətifə Qəhrəmanovadan gedir.

    Belə ki, 200 saylı orta məktəbin kimya müəllimi Gülnar Muradzadə Lətifə Qəhrəmanovanın Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə cəzalandırılmasını tələb edib.

    Şikayətçi bildirib ki, 20 noyabr 2023-cü il tarixdə təlim-tərbiyə işləri üzrə direktor müavini imtahanında bal toplayaraq uğur qazanıb. 2024-cü ilin fevralında imtahanda uğur qazanan namizədləri müsahibə mərhələsinə dəvət ediblər. O, müsahibədə yetərincə bal toplaya bilmədiyi üçün təkrar müsahibəyə dəvət olunmaq məqsədilə 18 nömrəli məktəbdə təşkil edilmiş təlimlərə cəlb edilib.

    G.Muradzadə təkrar müsahibədə uğur qazandığından Bakı Şəhəri üzrə Təhsil İdarəsinə çağırılıb. Ona 240 saylı məktəbə direktor müavini təyin olunduğu bildirilib:

    “İdarə tərəfindən “WhatsApp”da qrup yaradıldı və imtahanda uğur qazanmış namizədləri ora əlavə etdilər. Qrup üzvlərinin 18 aprel 2024-cü il saat 14:00-da “Zoom” platforması üzərindən görüşü təşkil edildi. Görüş İdarənin rəsmisi tərəfindən keçirildi və lazım olan təlimatlar verildi. Aprelin 19-da kurator qrupda bildirdi ki, 22 aprelə qədər zəruri sənədləri idarəyə təqdim etməliyik. Deyilən tarixdə sənədləri idarəyə təqdim etməklə, eyni zamanda, 240 saylı məktəbə direktor müavini təyin olunmaq üçün ərizə yazdım”.

    Gülnar Muradzadə elə həmin gün tanışlarına təyinatı barəsində məlumat verdiyini söyləyib:

    “Bu hadisədən bir gün sonra tanımadığım və heç bir zaman ünsiyyətdə olmadığım Lətifə Qəhrəmanova videoçəkiliş edərək barəmdə mediada və sosial şəbəkələrdə təhqir və böhtanlar səsləndirdi. Guya mən ona demişəm ki, test mərhələsini və tələb olunan limitləri keçə bilməmişəm. O, videomüraciətlərdə mənim imtahandan keçmək üçün idarəyə pul verdiyimi, savadsız olduğumu deyərək təhqir edib. Avqustun əvvəlində rəsmi qəbula gedərək təyinatım barədə soruşdum, mənə imtahandan keçmədiyim bildirildi. İmtahandan keçmədiyim halda 240 saylı məktəbə direktor müavini təyin olunmağım barədə ərizənin məndən alınmasının səbəbini soruşduqda isə konkret cavab verilmədi. Təyinatımın verilməməsində Lətifə Qəhrəmanova günahkardır. Çünki bütün bunlar onun videomüraciətindən sonra baş verib, karyerama ziyan dəyib”.

    Şikayətçi L.Qəhrəmanovanın həbs olunmasını tələb edib.

    34 ildir ki, müəllim çalışan Lətifə Qəhrəmanova isə deyib ki, Bakı şəhərində keçirilən ümumtəhsil məktəbləri üzrə direktor müavinlərinin işə qəbul imtahanlarında iştirak edib və uğur qazanıb. Lakin imtahanın müsahibə mərhələsində haqsızlıqla qarşılaşdığını, kəsildiyini iddia edib. O, imtahanın müsahibə mərhələsinə rəhbərlik edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmisinin onun müsahibədən keçməsinə əngəl törətdiyini, rüşvət müqabilində G.Muradzadəni direktor müavini təyin etdiyini deyib.

    Şəhid bacısı olan təqsirləndirilən şəxs, həmçinin Gülnar Muradzadənin özünün ona imtahandan yetərincə bal toplaya bilmədiyini dediyini söyləyib.

    Binəqədi Rayon Məhkəməsində keçirilən prosesin yekununda L. Qəhrəmanovaya Cinayət Məcəlləsinin 147.2-ci, yəni böhtan maddəsi üzrə bəraət verilib. Lakin o, 148-ci (təhqir) maddəsi üzrə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilib.