Month: April 2025

  • Sabah geomaqnit qasırğası gözlənilir

    16 martda G1-G2 səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.

    Bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

    Bildirilib ki, digər TKA-nın (tac kütlə atılmaları) da təsiri əlavə olunarsa, geomaqnit qasırğasının intensivliyinin G3 səviyyəsinə qalxması ehtimalı var.

  • Sabunçuda avtomobildə narkotik aşkarlanıb – VİDEO

    Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Sabunçu rayonunda keçirilən əməliyyat zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 49 yaşlı Fuad Cəfərov tutulub.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, onun idarə etdiyi avtomobildən 29 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanaraq götürülüb. F.Cəfərov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə paytaxt ərazisindəki gizli yerdən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.

    Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Polisin ölkə boyu narkotik vasitə və psixotrop maddələrə qarşı mübarizə tədbirləri fasiləsiz davam etdirilir.

  • Президент Грузии Михаил Кавелашвили прибыл с официальным визитом в Азербайджан

    15 апреля президент Грузии Михаил Кавелашвили прибыл с официальным визитом в Азербайджанскую Республику (АР).

    Как сообщает АЗЕРТАДЖ, в Международном аэропорту Гейдар Алиев, где развевались государственные флаги двух стран, в честь высокого гостя был выстроен почетный караул.

    Президента Грузии встречали первый заместитель премьер-министра АР Ягуб Эйюбов, заместитель министра иностранных дел Ялчин Рафиев и другие официальные лица.

  • Gürcüstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib

    Gürcüstan Prezidenti Mixail Kavelaşvili aprelin 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Gürcüstan Prezidenti Mixail Kavelaşvilini hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.

  • Bakıda çoxmərtəbəli binada yanğın başlayıb – VİDEO (YENİLƏNİB)

    “Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub”.

    Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

    “Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək”, – deyə məlumatda bildirilib.

    * * * * *

    Metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar.

    Hələlik yanğında xəsarət alanlar barədə məlumat yoxdur.

  • Azərbaycanda bələdiyyələrin bir səlahiyyəti ləğv edildi

    Azərbaycanda bələdiyyələrin qiymətləndirməyə dair səlahiyyəti ləğv edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununda öz əksini tapıb.

    Sənədə əsasən, bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda onların qiymətləri, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti normativ qiymətdən az olmamaq şərti ilə bazar məzənnələri nəzərə alınmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna uyğun olaraq müəyyən ediləcək.

    Bu dəyişikliyə qədər qiyməti yerli özünü idarəetmə orqanları müstəqil şəkildə müəyyən edirdi.

  • Байрамов и аль-Шайбани обсудили развитие формата сотрудничества Азербайджан-Турция-Сирия

    Главы МИД Азербайджана и Сирии Джейхун Байрамов и Асад аль-Шайбани обсудили возможности развития двусторонних отношений и региональную безопасность.

    Об этом говорится в заявлении МИД АР по итогам телефонного разговора министров.

    Главы ведомств также подчеркнули наличие широких перспектив сотрудничества между странами после падения режима Башара Асада в Сирии.

    Азербайджанская сторона выразила благодарность за поддержку в возобновлении работы посольства в Сирии после длительного перерыва.

    “Была подчеркнута важность намерений Азербайджана участвовать в процессе восстановления Сирии и оказанной гуманитарной помощи. В этом контексте также была отмечена важность развития формата сотрудничества Азербайджан-Турция-Сирия”, – сообщили в МИД.

  • Ceyhun Bayramov Suriya XİN rəhbəri ilə telefonla danışıb

    Dünən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Suriyanın keçid hökumətinin xarici işlər və xaricdə yaşayan suriyalılarla iş üzrə naziri Əssad Həsən Əş-Şibani arasında telefon danışığı aparılıb.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Suriya əlaqələri, regional təhlükəsizlik vəziyyəti müzakirə olunub.

    Nazirlər telefon danışığı zamanı Suriyada Əsəd rejiminin dağılmasından sonra Azərbaycanla-Suriya arasında geniş əməkdaşlıq perspektivlərinin mövcud olduğunu bildiriblər.

    Uzun fasilədən sonra ölkəmizin Suriyada səfirliyinin işinin bərpasına göstərilən dəstəyə görə təşəkkür ifadə olunub. Suriyada sabitliyin möhkəmləndirilməsi istiqamətində səylərə toxunarkən, ölkəmizin Suriyanın bərpa prosesində iştirak niyyətinin, habelə Suriyaya göstərilən humanitar yardımın əhəmiyyəti vurğulanıb. Bu çərçivədə, Azərbaycan-Türkiyə-Suriya əməkdaşlıq formatının inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.

    Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

  • В Баку учитель избивал палкой школьников? – Полиция ведет расследование

    В связи с утверждениями о грубом и неэтичном поведении учителя средней школы №316 Сураханского района Баку Мехмана Гурбанлы по отношению к ученикам ведется расследование.

    Как заявила сотрудница пресс-службы Министерства внутренних дел, лейтенант полиции Луму Исрафилли, в правоохранительные органы поступила информация о применении учителем физического насилия в отношении учеников в одной из школ Сураханского района.

    По результатам расследования вопросу будет дана правовая оценка.

  • Bakıda şagirdləri dəyənəklə döyən müəllimlə bağlı ARAŞDIRMA APARILIR

    Bakı şəhəri, Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbdə çalışan müəllim Mehman Qurbanlının şagirdlərə qarşı qeyri-etik və zorakı davranışlar sərgilədiyi iddiaları ilə bağlı araşdırma aparılır.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, Suraxanı rayonu ərazisində yerləşən məktəblərin birində müəllimin şagirdlərə qarşı fiziki zorakılıq göstərməsi ilə bağlı polisə məlumat daxil olub.

    Bildirilib ki, hazırda bununla bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.

    Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.