Month: April 2025

  • Грунтовые воды затопили историческое кладбище в бакинском поселке – ВИДЕО

    Десятки могил на кладбище Мамедбагир в поселке Маштага Сабунчинского района Баку оказались затоплены водой.

    Как сообщает Median.Az со ссылкой на Xəzər TV, местные жители, чьи родственники там похоронены, жалуются, что, несмотря на многочисленные обращения в соответствующие органы на протяжении многих лет, ситуация не меняется.

    В муниципалитете поселка Маштага заявили, что причиной подтопления стал резкий подъем уровня грунтовых вод из-за обильных осадков в последние месяцы.

    По словам представителей структуры, на территории кладбища проводили очистительные работы, участок неоднократно засыпали песком и землей, но проблема возникает снова.

    Подробнее – в сюжете:

  • Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə DÜŞDÜ – VİDEO

    Paytaxtın Maştağa qəsəbəsindəki Məmmədbağır qəbiristanlığında 10-larla məzar su altındadır.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, yaxınlarının məzarları su altında qalan sakinlərin sözlərinə görə, aidiyyəti qurumlara müraciət edilsə də, illərdir heç bir nəticə yoxdur.

    Məsələ ilə bağlı Maştağa Bələdiyyəsindən bildirilib ki, qrunt suları ərazidə artıb. Səbəb isə yağıntıların son aylar çox olmasıdır.

    Bələdiyyədən o da bildirilib ki, dəfələrlə qəbiristanlığın ərazisinə qum və torpaq tökülüb təmizlənib. Lakin problem yenə də təkrarlanır.

    Ətraflı süjetdə:

  • Виновник нашумевшего ДТП в Баку поделился подробностями аварии – ВИДЕО

    Таксист Анар Наджафов, ставший виновником тяжелой аварии, произошедшей на пересечении проспекта Гейдара Алиева и улицы Алескера Гаибова в Низаминском районе Баку, поделился с Baku TV подробностями происшествия.

    Он также прояснил ситуацию с предоставлением услуг такси под чужим именем.

    “После того как женщина села в машину, я ничего не помню, у меня запал язык. Разве я сумасшедший, чтобы ехать на такой скорости и врезаться в ограждение?! У меня не было припадков уже 8-9 лет. Это произошло в первый раз с того времени. Автомобиль принадлежит таксомоторной компании. У меня не было аккаунта, сказали, что зарегистрируют под чужим именем”, – рассказал мужчина.

    Напомним, что 10 апреля водитель автомобиля BYD, принадлежащего компании Bolt, потерял управление, в результате чего транспортное средство пробило разделительное ограждение, столкнулось с движущейся по проспекту Гейдара Алиева машиной марки Ford и вылетело на противоположную сторону дороги.

    Подробнее – в сюжете:

  • “Uçan taksi”nin sürücüsü hadisə anını DANIŞDI – VİDEO

    Aprelin 10-da Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində ağır qəza törədən taksi sürücüsü Anar Nəcəfov hadisənin təfərrüatını Baku TV-yə danışıb.

    O, başqasının adı ilə taksi xidmətindən istifadə etməsinə də aydınlıq gətirib.

    “Qadın maşına oturandan sonra heç nədən xəbərim olmadı. Dilim qatlandı, yoxsa mən dəliyəm, gedim, o qədər sürətlə hasara girim?! 8-9 ildir ki, məndə qıcolma olmamışdı. O vaxtdan birinci dəfədir ki, maşında baş verdi. Avtomobil taksi şirkətinə aiddir. Hesabım yox idi, dedilər ki, səni başqasının adı ilə qeydiyyata alacağıq”, – deyə o bildirib.

    Qeyd edək ki, bir neçə gün əvvəl Bakıda “Bolt” taksi şirkətinə məxsus BYD avtomobilinin sürücüsü idarəetməni itirərək arakəsməni yararaq, Heydər Əliyev prospekti ilə hərəkətdə olan “Ford”a dəyib, uçaraq yolun o biri tərəfinə düşüb.

    Ətraflı süjetdə:

  • В Азербайджане завершается отопительный сезон

    С сегодняшнего дня ОАО “Азеристиликтеджхизат” прекращает теплоснабжение в Баку и других регионах страны.

    Об этом в ответ на запрос oxu.az заявил пресс-секретарь структуры Эльвин Басгаллы.

    По его словам, в девяти горных и предгорных районах страны – Шуше, Габале, Губе, Гусаре, Хачмазе, Сиязане, Шабране, Лерике и Шамахы – отопительный сезон завершится 1 мая.

    “Отметим, что на балансе ОАО “Азеристиликтеджхизат” по всей республике в течение сезона функционировали 557 котельных и 88 тепловых пунктов. Теплом были обеспечены более 185 000 квартир, 3 871 жилой дом, сотни школ, детских садов, медучреждений и более 2 000 объектов социально-экономического назначения”, – подчеркнул Э.Басгаллы.

  • İstiliyin verilməsi bu gündən etibarən DAYANDIRILACAQ

    “Bu gündən “Azəristiliktəchizat” ASC həm Bakıda, həm də regionlarda istilik təchizatını dayandıracaq”.

    Bu açıqlamanı oxu.az-ın sorğusuna cavab olaraq “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı verib.

    “Ölkə üzrə 9 dağlıq və dağətəyi rayonda (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik, Şamaxı) isə mövsüm may ayının 1-də yekunlaşacaq”, – deyə E.Basqallı vurğulayıb.

    “Qeyd edim ki, respublika üzrə 557 qazanxana və 88 istilik məntəqəsi “Azəristiliktəchizat” ASC-nin balansında fəaliyyət göstərib. Mövsüm ərzində 3 871 yaşayış binası, 185 mindən çox mənzil, yüzlərlə məktəb, bağça və səhiyyə müəssisəsi, eləcə də 2 mindən artıq social və təsərrüfat obyekti istiliklə təmin olunub”, – deyə E.Basqallı bildirib.

  • Число жертв землетрясения в Мьянме превысило 3 700 человек

    Число погибших в результате землетрясения в Мьянме превысило 3 700 человек.

    Об этом сообщает Центральное телевидение Китая.

    Отмечается, что на данный момент количество погибших составляет 3 706 человек, ранения получили 5 027 человек, еще 130 считаются пропавшими без вести.

    28 марта на территории Мьянмы произошло разрушительное землетрясение. Метеорологический департамент Таиланда оценил его магнитуду в 8.2. От стихии также пострадал Таиланд, подземные толчки ощущались в Китае и Вьетнаме.

  • Myanmada zəlzələ qurbanlarının sayı dörd minə yaxınlaşır

    Myanmada baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 3 700-ü keçib.

    Bu barədə Median.Az Çin Mərkəzi Televiziyasına istinadla xəbər verir.

    Məlumata görə, hazırda ölənlərin sayı 3 706 nəfərdir, 5 027 nəfər yaralanıb, daha 130 nəfər itkin düşmüş hesab olunur.

    Xatırladaq ki, martın 28-də Myanmada dağıdıcı zəlzələ baş verib. Tailandın Meteorologiya Departamenti zəlzələnin maqnitudasını 8.2 olaraq qiymətləndirib.

  • Nizami rayon sakini “Orbita” MTK-nın mənzilini sökməsindən ŞİKAYƏTÇİDİR

    Bakı şəhəri, Nizami rayon sakini Cəmilə Nəbiyeva “Orbita” Mənzil-Tikinti Kooperativindən (MTK) şikayətçidir.

    Sakin oxu.az-a müraciət edərək bildirib ki, sözügedən şirkət icazəsi olmadan çıxarışlı mənzilini söküb.

    O qeyd edib ki, sökülən mənzil 1983-cü ildə lampa zavodunda işləyərkən ona verilmişdi:

    “Zavodda işlədiyimə görə, Nizami rayonu, Kamil Balakişiyev 6/10 ünvanındakı mənzil mənə verilib. Mən bu evi oğlumun adına özəlləşdirmişəm. 2007-ci ildə sərəncam, 2009-cu ildə isə çıxarış almışam. Evimdə məcburi köçkün ailəsi yaşadığı üçün orada məskunlaşa bilməmişəm. Həmin məcburi köçkünlər də 1993-cü ildə köçüb gələndə məskunlaşmayıblar. Kim istəsə, araşdıra bilər. 2008-ci ilin əvvəlləri gəlib evimə giriblər. Mənim həmin vaxt artıq sərəncamım var idi. Çıxarışı alandan sonra da həmin məcburi köçkün ailəsinin qeydiyyata düşməsi üçün çıxarışı vermişəm, gedib bir nəfər qeydiyyata düşüb. “Orbita” MTK evimi sökməzdən qabaq orada yaşayan məcburi köçkünləri başqa yerə köçürüb, qalmağa yer verib. Qanuni çıxarışım olan mənzilimi isə icazəm olmadan söküblər. Mənim sökülən evimin qarşılığında isə heç nə təklif edilməyib. Evimə girib yaşayan məcburi köçkün məskunlaşdırılır, amma qanuni ev sahibi mən ola-ola icazəsiz sökürlər, hələ sonrasında da heç bir tədbir görmürlər. Bir problem məndədir? Mən bunu başa düşə bilmirəm”.

    Nizami Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllədə yerləşən torpaq sahəsi müvafiq qurumların icazəverici sənədləri əsasında sözügedən ərazidə yerləşən, istismar müddətini bitirmiş, müasir yaşayış tələblərinə cavab verməyən yaşayış binalarının sökülməsi, sakinlərin köçürülməsi və onların yeni mənzillərlə təmin edilənədək kirayə haqlarının ödənilməsi şərti ilə icarə əsasında “Orbita” Mənzil-Tikinti Kooperativinin istifadəsinə verilib:

    “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutunun mütəxəssisləri tərəfindən K.Balakişiyev küçəsində yerləşən 6/10 saylı yataqxana tipli binaya texniki baxış keçirilib və binanın vəziyyəti qəzalı, yaşayış üçün yararsız kimi qiymətləndirilərək 17.05.2021-ci il tarixli texniki rəy təqdim olunub.

    K.Balakişiyev küçəsində yerləşən 5 mərtəbədən, 2 girişdən ibarət 6/10 saylı yataqxana tipli bina 1963-cü ildə inşa edilib. Qeyd edilən bina müvafiq layihə əsasında 88 mənzildən ibarət inşa edilsə də, ötən illər ərzində ümumi sahələrin zəbti və artırılması sayəsində hazırda sözügedən binada 127 mənzil mövcuddur.

    Qeyd olunan binada mülkiyyət sahibləri ilə yanaşı, 1990-cı illərdə öz yurd-yuvalarından didərgin düşmüş ailələr də müvəqqəti məskunlaşaraq yaşamış və məskunlaşmış 6 məcburi köçkün ailəsi də müvafiq razılaşma əsasında MTK tərəfindən köçürülərək müvəqqəti yaşayış üçün mənzillərlə təmin olunub”.

    Qurumdan Cəmilə Cəfər qızı Nəbiyevanın şikayətində səsləndirdiyi iddiaya cavab olaraq bildirilib ki, qeyd olunan otağın xüsusi mülkiyyətdə olması barədə MTK və balanssaxlayıcı təşkilatda hər hansı məlumat olmayıb:

    “Cəmilə Cəfər qızı Nəbiyevanın iddia etdiyi otaq uzun müddətdən bəri məcburi köçkün ailəsi tərəfindən istifadə olunub və son illər ərzində həmin otağın boşaldılması ilə bağlı MTK otaqda məskunlaşan məcburi köçkün ailəsi ilə danışıqlar aparıb və əldə olunmuş razılıqdan sonra həmin məcburi köçkün ailəsi MTK tərəfindən köçürülərək müvəqqəti yaşayış üçün mənzillə təmin olunub. Qeyd olunan otağın xüsusi mülkiyyətdə olması barədə MTK və balanssaxlayıcı təşkilatda hər hansı məlumat olmayıb. Sözügedən otaqda köçürülmə həyata keçirildikdən sonra C.Nəbiyeva otağın onun mülkiyyətində olması barədə çıxarışının olduğunu bildirib.

    Hazırda Cəmilə Cəfər qızı Nəbiyevanın məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı mənzilin onun mülkiyyətində olması barədə iddiası tərəfimizdən araşdırılanadək, eyni zamanda, bütün sakinlərlə razılıq əldə olunanadək və aidiyyəti qurumların müvafiq rəsmi icazəsi alınanadək MTK rəhbərliyinə sözügedən binada hər hansı söküntü işlərinin aparılmaması barədə xəbərdarlıq edilib. Həmçinin MTK rəhbərliyi bildirib ki, binada söküntü işləri razılıq əldə olunaraq köçən mənzil sahiblərinin özləri tərəfindən aparılıb.

    Hazırda Cəmilə Cəfər qızı Nəbiyevanın müraciəti tərəfimizdən araşdırılır və mövcud qanunvericilik çərçivəsində həlli istiqamətində işlər aparılır, eyni zamanda, vətəndaş C.Nəbiyevaya sözügedən məsələ ilə bağlı məhkəmə müraciət etmək hüququnun olduğu bildirilib”.

    Məsələ ilə bağlı “Orbita” Mənzil-Tikinti Kooperativinə də sorğu ünvanlanıb.

  • Bakıda tanınmış gecə klubunun fəaliyyəti DAYANDIRILDI – FOTO / VİDEO

    Bakıda tanınmış gecə klubunun fəaliyyəti dayandırılıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Əbdülkərim Əlizadə küçəsi, ev 7 ünvanında yerləşən “Paramount Baku” gecə əyləncə klubunda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

    Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Səbail rayonu, Əbdülkərim Əlizadə küçəsi, ev 7 ünvanında yerləşən “Paramount Baku” gecə əyləncə klubunun fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.