Month: April 2025

  • В Баку молодой человек застрелился из отцовского оружия

    В поселке Баладжары Бинагадинского района Баку произошел суицид.

    Как сообщает lent.az, 18-летний Нихад Мамедли застрелился из принадлежащего отцу огнестрельного оружия.

    Прибывшие на место происшествия сотрудники полиции и прокуратуры провели осмотр места происшествия и изъяли орудие самоубийства.

    По данному факту проводит расследование.

  • Bakıda DƏHŞƏTLİ İNTİHAR: Atasının silahı ilə özünü güllələdi

    Bakıda dəhşətli intihar hadisəsi olub.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib.

    18 yaşlı Nihad Rəşad oğlu Məmmədli yaşadığı evdə odlu silahla başından atəş açaraq, özünü öldürüb.

    Polis və prokurorluq əməkdaşlarının hadisə yerinə baxış keçirməsi zamanı evdən mərhumun atasına məxsus odlu silah aşkarlanaraq, götürülüb.

    Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

  • KİV: Suriya səfiri Rusiyadan sığınacaq istəyib

    Suriyanın Moskvadakı səfiri Bəşşar Cəfəri Rusiyadan sığınacaq istəyib.

    Bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.

    “Suriya səfiri Rusiya Federasiyasından sığınacaq istəyib”, – mənbə təsdiqləyib.

    Qeyd edək ki, Cəfərinin Dəməşqə geri çağırılması və Suriyanın Rusiyadakı diplomatik missiyasının rəhbərinin dəyişdirilməsi ilə bağlı məlumatlandırıldığı məlum olub.
    //apa

  • Süni intellekt sosial media və interneti necə pozur?

    Roma Kolizeyinin su parkına çevrildiyini göstərən vizuallardan tutmuş, məşhurların mübahisəli vəziyyətlərdə təsvir edildiyi fotoşəkillərə qədər süni intellektlə (AI) yaradılan məzmunlar sosial şəbəkələrdə sürətlə yayılır. Bu tendensiya isə getdikcə daha çox insanın ağlında belə bir sual doğurur: internet, böyük bir informasiya tullantıxanasına çevrilirmi?

    Valyuta.az xəbər verir ki, son illərdə süni intellekt texnologiyalarının sürətli inkişafı nəticəsində reallıqla heç bir əlaqəsi olmayan, manipulyasiya edilmiş məzmunların sayı artıb. Artıq internetdə Kolizeyin əyləncə mərkəzi kimi təqdim edildiyi şəkillər və ya tanınmış şəxslərin qondarma skandallarda əks olunduğu vizuallar adi hala çevrilib.

    Bu vəziyyət, sosial medianın informasiya ekosistemi üzərindəki təsirinin yenidən nəzərdən keçirilməsini zəruri edir.

    Süni intellekt məzmunlarının əsas kateqoriyaları

    Hazırda süni intellekt vasitəsilə yaradılan məzmunları ümumilikdə üç əsas qrupa ayırmaq mümkündür:

    1. Faydasız və məqsədsiz istifadələr:

    Bəzi istifadəçilər AI alətlərindən, əslində artıq hazır şəkildə əldə edilə bilən sadə şəkilləri yenidən yaratmaq üçün istifadə edir. Bu tip məzmunlar nə vizual, nə də funksional baxımdan yenilik təqdim edir.

    2. Klik tələləri və manipulyativ vizuallar:

    Bu kateqoriyaya daxil olan məzmunlar, insanların diqqətini cəlb etmək və reaksiyalarını toplamaq məqsədilə bilərəkdən manipulyasiya edilir. Sosial mediada sürətlə yayılan bu tiplər, AI istifadəsinin ən təhlükəli formaları kimi qiymətləndirilir.

    3. Estetik və əyləncəli paylaşımlar:

    Xoşbəxtlikdən bəzi istifadəçilər süni intellekt vasitələrindən kreativ və zövqlü məqsədlərlə istifadə edir, bu vizualları sosial şəbəkələrdə əyləncə və maraq məqsədilə paylaşırlar.

    Marketinqdə süni intellektin yeri

    Brendlər və şirkətlər də süni intellektdən reklam və marketinq kampaniyalarında istifadə etməyə başlayıb. Lakin bu kampaniyaların yalnız az bir hissəsi həqiqətən keyfiyyətli və peşəkar şəkildə hazırlanır. Digər bir çox hallarda isə süni intellektin istifadəsi yalnız texnologiyanı “etiket” olaraq göstərmək məqsədi daşıyır.

    Niyə süni intellekt adi hala çevrilir?

    Təəssüf ki, bu gün süni intellektin tətbiq olunduğu bir çox sahə yalnız “etmək mümkündür” deyə həyata keçirilir. Sosial mediada yayılan bir çox AI məzmunu konkret məqsəd və ya ehtiyac üzərində qurulmur. Şirkətlər də istifadəçilərin real ehtiyaclarını qarşılayan məhsullar təqdim etmək əvəzinə, yalnız “AI” loqosu ilə fərqlənməyə çalışırlar.

    Ən təhlükəli nəticə: yanlış məlumatın yayılma sürəti

    Süni intellektlə yaradılan məzmunların cəmiyyət üçün ən təhlükəli nəticəsi, yanlış və yanıltıcı informasiyanın sosial şəbəkələrdə daha inandırıcı şəkildə yayılmasıdır. Onsuz da dezinformasiya ilə dolu olan internet məkanında, süni intellekt bu məlumatları vizual baxımdan daha inandırıcı hala gətirərək, ictimai rəyə təsir imkanlarını artırır.

    Süni intellekt sistemləri internetdəki məlumatlarla qidalandığı üçün, mövcud yanlışlıqlar daha da dərinləşir və bu, informasiya təhlükəsizliyini qlobal səviyyədə təhdid edən yeni bir mərhələyə gətirir.

  • “Meta” parçalanacaq? – Şirkət məhkəmə qarşısına çıxarılır

    “Meta” rəhbəri Mark Zukerberq ABŞ hökumətinin ciddi antiinhisar ittihamları ilə üz-üzədir.

    Vaşinqtonda başlayacaq məhkəmə prosesi nəticəsində texnologiya nəhəngi “Instagram” və “WhatsApp” kimi əsas platformalarını itirə bilər.

    Federal Ticarət Komissiyası bildirir ki, “Facebook” rəqiblərlə rəqabət aparmaq əvəzinə onları satın alaraq bazardakı üstünlüyünü qoruyub. “Instagram”ın 2012-ci ildə, “WhatsApp”ın isə 2014-cü ildə alınması da buna misal göstərilir. İddialara görə, Zukerberq 2008-ci ildə yazdığı bir məktubda bu strategiyanı açıq şəkildə ifadə edib: “Almaq rəqabətdən daha yaxşıdır.”

    FTC-nin əsas arqumentlərindən biri odur ki, bu satınalmalar innovasiyaya deyil, rəqibləri sıradan çıxarmağa xidmət edib. “Meta” bu ittihamları rədd edir və bildirir ki, bazarda “TikTok”, “YouTube”, “iMessage”, “X” kimi bir çox rəqiblə mübarizə aparır. Şirkət iddia edir ki, bu tip məhdudlaşdırmalar Amerikan innovasiyasına zərbə vurur və Çin texnologiyasına üstünlük qazandıra bilər.

    Ekspertlər bu məhkəmənin yalnız “Meta” üçün deyil, ümumilikdə texnologiya sektorunun gələcəyi üçün həlledici ola biləcəyini qeyd edirlər. 2024-cü ildə “Instagram” “Meta”ya 32 milyard dollar reklam gəliri gətirib və bu, ümumi gəlirin 48%-ni təşkil edir. Məhkəmənin nəticəsi olaraq “Instagram”ın ayrılması şirkətə ciddi maliyyə zərbəsi vura bilər.

    Eyni zamanda, FTC qeyd edir ki, 2016-cı ildən bəri ABŞ-da şəxsi sosial şəbəkə bazarında “Facebook”un gündəlik aktiv istifadəçilərinin payı 70%-dən çoxdur. Bu isə onun bazarda inhisar mövqeyini gücləndirdiyini göstərir. Tramp administrasiyası bu işi əvvəlki Bayden dövründə təqdim edilmiş iddialar əsasında davam etdirir və texnoloji inhisarlarla mübarizədə sərt mövqe sərgiləyir.
    //valyuta.az

  • Azərbaycanda 74 nəfər “Rols-Roys” sürür

    2024-cü ilin statistikasına görə, Azərbaycanda 1 milyon 585 min 265 ədəd minik avtomobili qeydiyyatdadır (nə qədər maşının işlək olub-olmamasının ayrıca statistikası yoxdur). Ölkədə ən çox avtomobil “Mersedes” markasındandır – 220 242 ədəd.

    Bu barədə iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

    O bildirib ki, Sovet-Rusiya istehsalı avtomobillərin tamamının sayı (VAZ, LADA, QAZ, UAZ, “Moskviç” və s.) isə 296261 ədəddir:

    “2023-cü il ilə müqayisədə 2024-də Çin istehsalı maşınların satışı, qeydiyyatı kəskin çoxalıb – “Çangan” 1 ilə 4086 ədəd (84%), BYD isə 3072 ədəd (303%) artıb.

    2023-cü ildə ölkədə 66 “Rolls-Roys” qeydiyyatda idi, 2024-cü ildə bu rəqəm 74-ə çatıb, yəni 8 yeni “Rolls-Roys” satılıb, satılan avtomobillər arasında bir neçə “Rolls-Roys Ghost” da olub, bu maşınların qiyməti 1 milyon 200 min manatdır.

    “Rolls-Roys”dan başqa 2024-cü ildə ölkədə çox bahalı digər maşınlar da satılıb – 35 ədəd “Yaquar”, 15 ədəd “Bentli” və s. Əgər ölkəmizdə bir nəfər də rəsmi milyonçu yoxdursa və büdcəyə milyonçu kimi vergi vermirsə, bəs 1,1 milyonluq “Rolls-Roys Ghost” avtomobilini və ya 500 minə qədər qiyməti olan “Bentli”ni kim alır?!”
    //axar.az

  • Azərbaycan siqaretin bir paçkasını Rusiyaya 35 qəpiyə satıb

    Bu ilin ilk iki ayı ərzində Azərbaycan xarici ölkələrə 3 milyon 339 min dollar dəyərində 220 milyon 730 min ədəd siqaret ixrac edib.

    Siqaret ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə artıb.

    Qeyd edək ki, Azərbaycan bu il siqaretləri iki ölkəyə – Gürcüstan və Rusiyaya satıb. Gürcüstana 177 milyon 980 min ədəd, Rusiyaya isə 42 milyon 750 min ədəd siqaret satılıb.
    Gürcüstana satılan siqaretin bir paçkasının (20 ədəd) orta gömrük dəyəri 28 sent (48 qəpik), Rusiyaya satılan siqaretin bir paçkasının orta gömrük dəyəri isə 20 sent (35 qəpik) olub.
    Məlumat üçün bildirək ki, bu ilin ilk iki ayında Azərbaycanda 2 milyard 26,3 milyon ədəd siqaret istehsal edilib.

    Xatırladaq ki, Vergi Məcəlləsinin 187-ci maddəsinin tələbinə əsasən, aksizli malların, o cümlədən də siqaretin ixracı sıfır dərəcə ilə vergiyə cəlb olunur. Bu səbəbdən də “Tabaterra” MMC-nin büdcəyə ödədiyi vergilər Azərbaycanda satılan məhsullar hesabına formalaşıb.

    Hazırda siqaretin hər paçkasına (20 ədəd) 91 qəpik aksiz vergisi tətbiq edilir.

    ©Yeniavaz.com

  • “Green card”ın nəticələri bu tarixdə açıqlanacaq

    ABŞ Dövlət Departamentinin DV Lotereya səhifəsində açıqlanacaq 2025 “Green card” nəticələrinin tarixi açıqlanıb.

    ABŞ Dövlət Departamentinin verdiyi açıqlamaya görə, DV-2025 “Green card” lotereyasının nəticələri 4 may 2025-ci ildə açıqlanacaq.

    “Green card” lotereyasının nəticələrini öyrənmək üçün aşağıdakı addımları yerinə yetirə bilərsiniz:

    1- Rəsmi “Green card” nəticə sorğu səhifəsinə keçin

    //dvprogram.state.gov ünvanına daxil olun.

    2- Təsdiq nömrəsini daxil edin

    Müraciət edərkən sizə verilən təsdiq nömrəsi ilə sistemə daxil olun.

    3- Şəxsi məlumatlarınızı düzgün daxil edin

    Nəticəni soyadınızı və doğum ilinizi düzgün daxil etməklə sorğulaya bilərsiniz.

    4- Nəticə səhifəsini yoxlayın

    “Seçildi” mesajını görsəniz, növbəti addımlara keçmək üçün təlimatları diqqətlə oxuyun.
    //milli.az

  • Dələduzun vətəndaşa dəyən ziyanı qaytarmaq imkanı yoxdursa, pulu kim ödəyir? – AÇIQLAMA

    Son zamanlar bir çox insanlar dələduzların qurbanına çevrilirlər. Onların əksəriyyəti yaşadığı dələduzluq hadisəsi haqda polisə məlumat verirlər.

    Dələduz tutulandan sonra əgər imkanı yoxdursa, vətəndaşa dəyən ziyan necə ödənilir?

    Məsələ ilə bağlı hüquqşünas Vamiq Şükürov bildirib ki, əgər zərərçəkən şəxs məhkəmə mülki qaydada iddia qaldırıb bildirsə ki, ona dəymiş ziyan ödənilsin o zaman məhkəmə cinayət işinə görə cəza verməklə bərabər, dəymiş ziyanın tutulması barəsində hökm çıxarır. Burda artıq dələduz cəza çəkdi ya çəkmədi fərqi yoxdur. Hökm qəbul olunandan sonra icra olunmaq üçün göndərilir cəza çəkən şəxsin qeydiyyatda olduğu ünvanın Ədliyyə Nazirliyinin məhkəmə qərarlarını icra edən şöbələrinə.

    Yəni, şəxs azadlıqdan məhrum edilsə də, edilməsə də onun adına mülki məsuliyyəti qalır. Hüquqşünas qeyd edir ki, icra şöbələrinin məmurları pul məbləğinin zərərçəkənə geri qaytarılması üçün şəxsin adına olan daşınmaz əmlakları, bank hesablarını alır. Əmlak hərrac yolu ilə satışa çıxarılır və borc ödənilir.

    Bəs şəxsin adına əmlak yoxdursa nə baş verir?

    Əgər şəxsin adına əmlak yoxdursa, şəxs cəzaçəkmə müəssəsindədirsə, bu zaman o, azadlığa çıxdıqdan sonra əmlək məsuliyyətini yerinə yetirməlidir. Əgər o işləyərsə, onun əməkhaqqından tutula, ölkədən çıxışına qadağa qoyula bilər. Əgər şəxs azadlığa çıxdıqdan sonra borcunu ödəməzsə, onu ilk öncə cərimə daha sonra inzibati həbs verilə bilər. Bir sözlə, əgər dələduzluğa məruz qalmısızsa, məbləğ dərhal geri qaytarılmır.
    //valyuta.az

  • İşçinin maaşı hansı hallarda kəsilə bilər?

    Əsasən özəl müəssisələrdə işin gedişindəki nöqsanlara, gecikməyə və digər səbəblərə görə işçilərin maaşlarından tutulma halları ilə tez-tez rastlaşırıq. Hətta bunu qaydaya çevirən və əvvəlcədən işçilərin diqqətinə çatdıran işəgötürənlər də az deyil. Tutulmaların məbləği isə müəssisədən-müəssisəyə, həmçinin maaşın məbləğindən və baş vermiş haldan asılı olaraq dəyişə bilir.

    Bəs qanunla işçinin maaşından yuxarıda göstərilən səbəblərə görə tutulma ola bilər?

    Qanunvericiliyə əsasən, işəgötürən işçinin əməkhaqqından aşağıdakı ödənişlər tuta bilər:

    a) qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr;

    b) qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə müəyyən edilmiş məbləğ;

    c) işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği;

    ç) müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu;

    d) xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləği;

    e) mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər;

    ə) təsərrüfat ehtiyaclarından ötrü malların, əmtəələrin alınması üçün verilmiş, lakin xərclənməmiş və vaxtında qaytarılmamış pulun məbləği;

    f) kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda müəyyən edilmiş məbləğ;

    g) həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsi ilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları.

    Bir sözlə, bu halların heç biri işçinin nöqsanı ilə bağlı əməkhaqqının birbaşa azadılmasını nəzərdə tutmur.

    Əmək Məcəlləsinin 186-cı maddəsi əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növlərini müəyyən edir. Burada bildirilir ki, işçi əmək funksiyasını tam yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini tətbiq edə bilər:

    a) töhmət vermək;

    b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;

    c) aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək;

    ç) əmək müqaviləsini bu Məcəlləyə uyğun ləğv etmək.

    Göründüyü kimi, qanunvericilikdə işçinin buraxdığı nöqsanlara görə əməkhaqqından tutulma öz əksini tapmasa da, onun barəsində intizam tənbehi olaraq cərimə müəyyən edilib.

    Lakin sözügedən cərimə işçilərlə əmək müqaviləsi ilə yanaşı, kollektiv müqavilə (Kollektiv müqavilə işəgötürənin, əmək kollektivinin və ya həmkarlar ittifaqları təşkilatının arasında yazılı formada bağlanan əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən sənəddir) bağlandığı və bu sənəddə qeyd edildiyi halda nəzərdə tutula bilər. Əks təqdirdə isə işçinin əməkhaqqından sözgedən məqsədlə tutulma qanunsuzdur.

    ©qafqazinfo