Month: April 2025

  • В Азербайджане повысился уровень воды в ряде рек

    По данным автоматических гидрологических станций, по состоянию на утро 29 апреля в некоторых реках на территории Азербайджана повысился уровень воды.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    Согласно информации, уровень воды в протекающих по территории Большого Кавказа реках Гарасучай-Зардаб поднялся на 9 см, Эйричай-Агъязы – на 5 см, в протекающей по территории Малого Кавказа реке Гянджачай-Зурнабад – на 2 см, в протекающей в Лянкяран-Астаринском регионе реке Лянкяранчай-Сифидор – на 8 см, Тенгерудчай-Ваго – на 6 см.

    В трансграничных реках уровень воды в пункте Ганых-Джелаир повысился на 2 см, а расход воды составляет 160 м3/сек, то есть 90% от нормы.

  • Azərbaycanın bəzi çaylarında sululuq artıb

    Çaylarda müşahidə olunan faktiki hidroloji vəziyyət açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

    Məlumata görə, bəzi çaylarda sululuq artıb. Böyük Qafqaz ərazisindən axan Qarasuçay-Zərdabda 9 sm, Əyriçay-Ağyazıda 5 sm, Kiçik Qafqaz ərazisindən axan Gəncəçay-Zurnabadda 2 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay-Sifidorda 8 sm, Təngərüdçay-Vaqoda 6 sm artım qeydə alınıb.

    Transsərhəd çaylarda Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 2 sm artıb, su sərfi 160 m3/san olmaqla normanın 90%-ni təşkil edir.

  • Həmkəndlisini bıçaqlayan, dayısının evini yandıran şəxsə AĞIR CƏZA

    Lənkəran Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa zərərvurma və əmlakı qəsdən məhvetmə və ya zədələmədə təqsirləndirilən Hicran Cavadovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə Hicran Cavadov 8 il müddətinə azadlıqdan məhrum edilib.

    İttihama görə, hadisə 2024-cü il dekabrın 14-də, saat 19 radələrində Masallı rayonunun Qızılağac kəndində bazar adlanan ərazidə yerləşən köhnə hamamın yanında qeydə alınıb.

    Belə ki, sərxoş vəziyyətdə olan Hicran Cavadov mübahisə zamanı həmkəndlisi, zərərçəkmiş Fuad İbrahimovu sinəsindən bıçaqlayıb. Olaya səbəb isə sərxoş vəziyyətində olan zərərçəkmişin ondan mobil telefonunu satıb-satmamasını soruşması olub.

    Bundan başqa, Hicran Cavadov həmin gün saat 20 radələrində dayısı, zərərçəkmiş Mahir Bədirovun (adı və soyadı şərtidir) yaşadığı kənddə yerləşən ona məxsus torpaq sahəsini əvvəllər satmasını əsas gətirib. Sonra Hicran dayısına məxsus 48 000 manat dəyərində fərdi yaşayış evini yandırıb. Beləliklə o, dayısına ümumilikdə 30 000 manat dəyərində maddi ziyan vurub.

    Hadisədən sonra Hicran Cavadov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

  • На границе Индии и Пакистана пятую ночь подряд фиксируют стрельбу

    Стрельба произошла на приграничной территории на линии контроля между Индией и Пакистаном в Джамму и Кашмире.

    Об этом говорится в заявлении индийской армии.

    Информации о пострадавших не поступало.

    Отношения Индии и Пакистана обострились после теракта в Кашмире, в результате которого погибли 27 человек. После этого страны приняли ряд мер в отношении друг друга. Среди них – закрытие воздушного пространства, аннулирование виз, приостановка подачи воды из реки Инд в Пакистан.

  • Hindistan və Pakistan sərhədində ardıcıl beşinci gecə atışma qeydə alınıb

    Hindistan və Pakistan sərhədində ardıcıl beşinci gecə atışma qeydə alınıb.

    Bu barədə Hindistan ordusunun bəyanatında deyilir.

    Bildirilir ki, atışma Hindistan və Pakistan arasında Cammu və Kəşmirdə nəzarət xəttində sərhədyanı ərazidə baş verib.

    Xəsarət alanlar barədə məlumat daxil olmayıb.

    Xatırladaq ki, aprelin 22-də Cammu və Kəşmir bölgəsində terror aktı baş verib. Silahlı döyüşçülər Baysaran vadisindəki cığırla qalxan turistlərə avtomat silahlardan atəş açıblar. Hücum nəticəsində 26 nəfər həlak olub. Terror aktına görə məsuliyyəti Pakistandan əraziyə daxil olan Əfqanıstanın “Müqavimət Cəbhəsi” qruplaşması öz üzərinə götürüb.

    Bu hadisənin fonunda Pakistan və Hindistan arasında münasibətlər kəskinləşib. Hindistanın Pakistanla su müqaviləsini 65 ildə ilk dəfə olaraq dayandırması isə iki nüvə dövləti arasında gərginliyi artırıb. Pakistan rəsmiləri bunu “su müharibəsi” adlandırırlar.

  • “Çelsi” 80 milyon avroya aldığı futbolçunu 27 milyona satır

    “Çelsi” “Lester Siti”dən 80 milyon avroya transfer etdiyi mərkəz müdafiəçisi Uesli Fofanadan yaxa qurtarmaq qərarına gəlib.

    Median.Az “Foot Mercato”ya istinadən xəbər verir ki, “Çelsi” futbolçu üçün həm tam transfer, həm də icarə təkliflərini nəzərdən keçirməyə hazırdır. Hazırda 24 yaşlı fransalıya ən böyük marağı “Marsel” göstərir.

    Xatırladaq ki, aprelin əvvəlində Fofana bud nahiyəsindən zədə alıb və əməliyyat olunub və cari mövsümün sonunadək sıradan çıxıb.

    Fofananın “Çelsi” ilə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub və mərkəz müdafiəçisinin transfer dəyəri 27 milyon avro olaraq qiymətləndirilir. 2022-ci ilin yayında London klubu müdafiəçi üçün “Lester Siti”yə 80 milyon ödəyib.

  • Ушел из жизни заслуженный архитектор Азербайджана – ФОТО

    Ушел из жизни заслуженный архитектор Азербайджана Джамаледдин Гадиров.

    Об этом iqtisadiyyat.az сообщили его родные.

    Отметим, что Дж.Гадиров родился в 1953 году в Гусаре.

  • Azərbaycanın əməkdar memarı vəfat etdi – FOTO

    Azərbaycan Respublikasının Əməkdar memarı Cəmaləddin Qədirov vəfat edib.

    Median.Az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat veriblər.

    Bildirilib ki, C.Qədirov 72 yaşında dünyasını dəyişib.

    Qeyd edək ki, C.Qədirov 1953-cü ildə Qusarda anadan olub. O, 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. Qusar rayonunda Tahircal kənd Mədəniyyət evinin bədii rəhbəri (1970-1974), Bakı Balıqcılıq Dəniz limanında matros (1974), Azərbaycan “Avtoyol” Layihə institutunda texnik, mühəndis (1983-1989), Bakı İcraiyyə Komitəsi “Bərpaçı” Baş İdarəsində memar, elmi layihə sektorun rəisi; “Bərpaçı” Elmi-istehsalat idarəsinin rəis müavini (1989-1990). 1990-2012-ci illərdə sərbəst memarlıq fəaliyyəti ilə məşğul olub. 2012-2015-ci illərdə “Archilit MMC”-da baş memar, 2015-ci ildən isə müstəqil memarlıq fəaliyyəti ilə məşğul olub.

    O, “İçərişəhər”də Məhəmməd məscidinin bərpası, Bakı şəhərində H.Əliyev Fondunun binası, H.Əliyev adına Müasir Təhsil Kompleksi, Maştağa, Lənkəran və Bərdədə olimpiya kompleksləri, Zaqatala şəhərində Fındıq zavodu, Bakıda Ə.Ələkbərov küçəsində yaşayış kompleksi, Lənkəran və Yevlax şəhərlərində telestudiya, Mingəçevir şəhərində H.Əliyev adına saray və qonaq evi, Dərbənd şəhərində H.Əliyev küçəsinin rekonstruksiyası; Gədəbəy şəhərində “Aşıqlar evi”nin rekonstruksiyası və s. layihələrin müəllifi olub.

  • Названо заболевание глаз, которое часто поражает молодых

    Новое исследование, проведенное учеными из Школы оптометрии Университета Астона (Великобритания), показало, что у подавляющего большинства молодых людей наблюдаются симптомы сухости глаз. Результаты работы, опубликованные в авторитетном журнале The Ocular Surface (ТОS), вызывают серьезную обеспокоенность специалистов, передает Median.Az.

    В ходе исследования были обследованы 50 добровольцев в возрасте от 18 до 25 лет. Участники поделились информацией о состоянии здоровья своих глаз и предоставили образцы слезной жидкости для лабораторного анализа. Шокирующие результаты показали, что у 56% испытуемых был диагностирован полноценный синдром сухого глаза, а у 90% молодых людей выявлен хотя бы один признак этого заболевания.

    Более того, у половины участников исследования отмечалась потеря не менее четверти мейбомиевых желез – специальных структур, отвечающих за формирование защитного слоя слезной пленки. Без этого барьера глаза становятся уязвимыми для внешних раздражителей и инфекций.

    Синдром сухого глаза развивается при недостаточной выработке слез или нарушении их состава. Это приводит к целому ряду неприятных симптомов: зуду, жжению, покраснению глаз, светобоязни и размытости зрения. Особенно подвержены риску носители контактных линз и те, кто проводит много времени за экранами электронных устройств. Как выяснили исследователи, в среднем участники использовали гаджеты по восемь часов в день – это колоссальная нагрузка на зрительный аппарат.

    Повторное обследование добровольцев через год показало ухудшение состояния у многих из них. Ученые подчеркивают важность ранней диагностики и профилактики болезни. Регулярные перерывы при работе за компьютером, упражнения на моргание, поддержание водного баланса, соблюдение режима сна и диета с высоким содержанием омега-3 жирных кислот могут значительно снизить риск развития синдрома сухого глаза.

    В будущем исследователи планируют изучить биомаркеры, свидетельствующие о начале заболевания, и роль питания в поддержании здоровья глаз.

  • Gözdə qaşınma, yanma, qızartı, bulanıq görmə – Səbəblər nələrdir?

    Böyük Britaniyanın Aston Universitetinin Optometriya Məktəbinin alimlərinin apardığı yeni araşdırma gənclərin böyük əksəriyyətində quru göz sindromu (göz quruluğu) əlamətlərinin olduğunu ortaya çıxarıb.

    Median.Az-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, bununla bağlı işin nəticələri nüfuzlu “The Ocular Surface” (TOS) jurnalında dərc olunub.

    Qeyd edilib ki, nəticələr mütəxəssislərin ciddi narahatlığına səbəb olub.

    Məlumata görə, araşdırmada 18-25 yaşlarında 50 könüllü iştirak edib. İştirakçılar öz göz sağlamlıqları haqqında məlumatları bölüşüb və gözyaşı mayesinin nümunələrini laboratoriya analizləri üçün təqdim ediblər. Şokedici nəticələr göstərib ki, araşdırmada iştirak edənlərin 56%-ində tam quru göz sindromu aşkarlanıb, gənclərin 90%-ində isə bu xəstəliyin ən azı bir əlaməti ortaya çıxıb.

    Üstəlik, tədqiqat iştirakçılarının yarısında meibomiya vəzilərinin ən azı dörddəbirinin itirilməsi halı müəyyən edilib. Bu xüsusi struktur gözyaşı plyonkasının qoruyucu təbəqəsinin əmələ gəlməsini təmin edir. Bu baryer olmadan gözlər xarici qıcıqlandırıcılara və infeksiyalara qarşı həssas olur.

    Quru göz sindromu, gözyaşı kifayət qədər ifraz olunmadıqda və ya gözyaşının tərkibi pozulduqda əmələ gəlir. Bu da qaşınma, yanma, gözlərdə qızartı, fotofobiya (işıqdan qorxma) və bulanıq görmə kimi xoşagəlməz simptomlar seriyasının yaranmasına gətirib çıxarır. Kontakt linzalardan istifadə edənlər və elektron cihazların ekranları qarşısında çox vaxt keçirənlər xüsusilə risk altındadırlar. Tədqiqatçıların müəyyən etdiyi kimi, iştirakçılar orta hesabla gündə səkkiz saat qadcetlərdən istifadə ediblər ki, bu da görmə aparatına böyük yükdür.

    Könüllülərin bir il sonra təkrar müayinəsi onların bir çoxunun vəziyyətinin pisləşdiyini göstərib. Alimlər xəstəliyin erkən diaqnozunun və profilaktikasının vacibliyini vurğulayırlar. Kompüter arxasında iş zamanı müntəzəm olaraq fasilələr edilməsi, göz qırpmaq üçün məşqlər edilməsi, su balansının saxlanılması, yuxu rejiminə riayət edilməsi və omeqa-3 yağ turşuları ilə zəngin olan diyetə əməl edilməsi quru göz sindromunun inkişaf riskini əhəmiyyətli dərəcədə azalda bilər.

    Gələcəkdə tədqiqatçılar xəstəliyin başlanğıcını və göz sağlamlığının qorunmasında qidalanmanın rolunu göstərən biomarkerləri öyrənməyi planlaşdırırlar.
    //oxu.az