Военнослужащие Западной группировки войск Вооруженных сил (ВС) России установили контроль над селом Дорошовка в Харьковской области.
Об этом сообщили в Минобороны РФ.
Rusiya ordusu Xarkov vilayətində yaşayış məntəqəsini tutub.
Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, əməliyyatı “Qərb” qoşun qruplaşmasının bölmələri həyata keçiriblər.
“Xarkov vilayətinin Doroşovka kəndi nəzarətə götürülüb”, – deyə məlumatda bildirilir.
Xatırladaq ki, dünən də vilayətin Kamenka yaşayış məntəqəsi nəzarətə götürülmüşdü.
Sabirabad rayonunda 1983-cü il təvəllüdlü Xəyyam Səmədov 1953-cü il təvəllüdlü atası Mirtahir Səmədovu qətlə yetirib.
Median.Az Teleqraf.com-a istinadla xəbər verir ki, Xəyyam “şizofreniya paranoid” ruhi-əsəb xəstəliyindən və narkomaniyadan əziyyət çəkirmiş. Eyni zamanda, müntəzəm narkotik qəbul etdiyindən atası Mirtahir Səmədovla tez-tez münaqişə edirmiş.
Sonuncu dəfə ötən il fevralın 23-də gecə saat 1-2 radələrində evdə spirtli içki içərkən yenidən atası ilə aralarında mübahisə baş verib. Əlinə götürdüyü şüşə butulka ilə, eləcə də yumruq və təpiklə atasının baş, qarın və bədənin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub. Mirtahir aldığı xəsarətlərdən Şirvan Şəhər Mərkəzi xəstəxanasında ölüb.
Hadisəni törədən Xəyyamın barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Məhkəmə baxışında cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş Xəyyam ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib.
O ifadəsində göstərib ki, hadisə günü Bakı şəhərində olub: “Bakıdan gəldikdən sonra həyətə daxil olanda atamın yıxıldığını dedilər. Bir gün sonra o, dünyasını dəyişdi. Atamın üzündə hadisədən 2-3 gün əvvəl solğunluq vardı. Hadisə günü Bakı şəhərində olduğumu sübut edən dəlillər var. Mən atamı öldürməmişəm, psixoloji problemlərim yoxdur, özümü yaxşı hiss edirəm. Mən NATO-nun Azərbaycanda hərbi baza yaratmasının qarşısını almaq üçün Bakı şəhərinə getmişəm. Tədbirə gedən adamlardan biri olduğum üçün məni şərləyiblər”.
Təqsirləndirilən şəxs deyib ki, Bakı şəhərinə Xalid adlı dostunun yanına gedibmiş: “Bakıda bir gecə qalıb qayıtdım. Mən atamı, atam da məni çox istəyib. Mən Bakı şəhərinə gedəndə atam sağıydı. Bakıda otelə getmişdim, otelin sahibi olmadığından divanda uzandım. Evdəki viskini mən içmişəm. Mən viskini içəndə atam sağ idi. Biz eyni evdə, ayrı otaqlarda yaşayırdıq”.
Məhkəmədə Xəyyam Səmədovun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. O, ifadəsində göstərib ki, 2024-cü il fevralın 22-dən 23-ə keçən gecə, saat 00:00-da banklardan birinin Sabirabad rayon filialının yanında yerləşən bankomatdan 168 manat pensiya pulunu çıxarıb: “Poçtla üzbəüz 24 saat işləyən mağazadan qutuda viski, çörək, kolbasa, şor və mayonez aldım. “VAZ 2107″ markalı taksi ilə atam Mirtahir Səmədovla birgə yaşadığım evə gəldim. Lakin atamı evdə görmədim. Təxminən beş dəqiqə sonra atam haradansa evə gəldi. Ona mənimlə birgə yeyib-içməyi təklif etdim. Lakin atam nədənsə əsəbi göründü, mənimlə birgə yeməkdən imtina etdi. Mən isə qonaq otağında tək yemək yedim, viski içdim. Atam bilmədiyim səbəbdən qonaq otağında kresloda əsəbi halda oturmuşdu. Mən yemək yeyib, iki-üç qədəh viski içdikdən sonra öz evimə, yəni Seyidağanın evinin birinci mərtəbəsində yerləşən otağıma getdim. Viskini də özümlə apardım və yatdım”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, səhər saat 8 radələrində Bakı-Sabirabad marşrutu ilə işləyən taksilərin biri ilə Bakı şəhərinə gedib, bir gün orada qaldıqdan sonra Sabirabad rayonuna qayıdıb: “Həmin gecə atamla aramızda heç bir münaqişə olmayıb. Atam xəstəlikdən ölüb, həmin gün əynində ağ rəngli “balonka” gödəkçə olub, bədənində olan xəsarətlərin hansı şəraitdə əmələ gəldiyini bilmirəm”.
Təqsirləndirilən şəxs ifadəsinin sonunda Bakı şəhərinə getməyini “NATO təşkilatının Azərbaycanda hərbi baza yaratmasının qarşısını almağa çalışması ilə” izah edərək qeyri-adekvat ifadə verib.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Xəyyam Səmədov cinayət məsuliyyətindən və cəzadan azad edilib. Onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilib.
Qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.
Государственная служба по вопросам имущества при Министерстве экономики Азербайджана 27 мая проведет очередной земельный аукцион.
Как сообщает Median.Az со ссылкой на информацию госслужбы, торги пройдут в территориальных отделениях ведомства в Сабирабаде, Евлахе, Гёранбое, Барде, Агдаме, Агджабеди, Джалилабаде, Ярдымлы, Агсу и Гахе. На аукцион будут выставлены 22 земельных участка, принадлежащих различным муниципальным органам.
Подробную информацию о предстоящих земельных аукционах можно получить на официальном сайте Государственной службы по вопросам имущества.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) mayın 27-də növbəti dəfə torpaq hərracı keçirəcək.
Bu barədə ƏMDX məlumat yayıb.
Məlumata görə, hərraclar ƏMDX-nin Sabirabad, Yevlax, Goranboy, Bərdə, Ağdam, Ağcabədi, Cəlilabad, Yardımlı, Ağsu və Qax ərazi şöbələrində olacaq. Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 22 torpaq sahəsi çıxarılacaq.
Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.

В Бакинском суде по тяжким преступлениям под председательством судьи Джавида Гусейнова завершился судебный процесс по уголовному делу в отношении бывшего управляющего филиалом Premium Bank Назакет Мамедхановой и главного кассира этого филиала Самиры Алиевой, обвиняемых в присвоении около полумиллиона манатов средств банка.
На заключительном заседании был объявлен приговор, согласно которому Назакет Мамедхановой назначено наказание в виде 7 лет лишения свободы, она была арестована в зале суда. Самиру Алиеву суд приговорил лишению свободы условно с испытательным сроком 2 года.
Напомним, что на предыдущем процессе прокурор потребовал приговорить Назакет Мамедханову к 9 годам, а Самиру Алиеву – к 7 годам лишения свободы.
Следствием, проведенным Главным управлением по борьбе с коррупцией при генеральном прокуроре, установлено, что Назакет Мамедханова, работавшая управляющей филиалом №5 ОАО Premium Bank, в период с 8 по 23 мая прошлого года, используя свое служебное положение, присвоила 461 170 манатов средств филиала.
В этом ей помогала Самира Алиева, работавшая главным кассиром этого филиала. Она на основании 32 приходных ордеров перевела 461 170 манатов со счета Назакет Мамедхановой в банке на ее счет на сайте Binance.com, где осуществляется купля-продажа криптовалюты через интернет, приобретая криптовалюту у разных лиц с помощью мобильного номера, используемого в программном обеспечении m10.
Им были предъявлены обвинения по статьям 179.3.2 (присвоение или растрата в крупном размере), 308.2 (злоупотребление должностными полномочиями, повлекшее тяжкие последствия) и 313 (служебный подлог) Уголовного кодекса.
По уголовному делу Premium Bank признан потерпевшим.
//oxu.az

“Premium Bank”ın yarım milyon manata yaxın vəsaitini mənimsəməkdə təqsirləndirilən bankın sabiq filial müdiri Nəzakət Məmmədxanova və həmin filialın baş xəzinədarı Samirə Əliyevanın cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq təqsirləndirilənlərdən Nəzakət Məmmədxanova 7 il azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub, Samirə Əliyeva isə 2 il sınaq müddəti olmaqla azadlıqdan şərti məhrum edilib.
Xatırladaq ki, daha öncəki prosesdə prokuror Nəzakət Məmmədxanovanın 9 il, Samirə Əliyevanın 7 il müddətinə azadlıqdan məhrum olunmasını məhkəməyə təklif etmişdi.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla müəyyən edilib ki, “Premium Bank” ASC-də filial müdiri işləyən Nəzakət Şərəf qızı Məmmədxanova ötən ilin mayın 8-dən mayın 23-dək işlədiyi 5 saylı filialın 461 min 170 manat pulunu qulluq mövqeyindən istifadə edərək mənimsəyib.
Ona bu işdə həmin filialın baş xəzinədarı işləyən Samirə Novruz qızı Əliyeva kömək edib. O, 32 mədaxil qəbzi əsasında 461 min 170 manat pulu bankda olan Nəzakət Məmmədxanovaya məxsus hesab nömrəsindən “M10” proqram təminatında istifadəsində olan mobil nömrə vasitəsilə ayrı-ayrı şəxslərdən kriptovalyuta alaraq internet üzərindən kriptovalyuta alqı-satqısının həyata keçirildiyi “Binance.com” internet saytında onun hesabına yerləşdirib.
Onlar barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə – külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə – ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Cinayət işində “Premium Bank” zərərçəkmiş qismində tanınıb.
//oxu.az
Prezident İlham Əliyev qaz təchizatı ilə bağlı bir sıra qanun və fərmanlarda dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb.
Median.Az President.az-a istinadən xəbər verir ki, fərmanla Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti qaz təchizatı fəaliyyətinə nəzarət edən, onu istiqamətləndirən və qanunvericiliklə müvəkkil edilmiş müvafiq icra hakimiyyəti orqanı funksiyasını itirir.
Həmçinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 aprel tarixli 1658 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 4, maddə 319 (Cild I); 2024, № 6 (I kitab), maddə 654) 1-ci hissəsi ləğv edilir.
В Бакинском судебном комплексе продолжается судебное заседание по рассмотрению уголовного дела Рубена Варданяна, обвиняемого в нарушении законов и обычаев войны, терроризме, финансировании терроризма и по другим статьям Уголовного кодекса Азербайджана.
Как сообщает Report, судебный процесс проходит под председательством судьи Бакинского военного суда Зейнала Агаева.
Отметим, что на предыдущем заседании в рамках процесса дали показания потерпевшие.
Напомним, Рубену Варданяну предъявлены обвинения в совершении деяний, предусмотренных статьей 100 (планирование, подготовка, развязывание или ведение агрессивной войны), 107 (депортация или принудительное переселение населения), 109 (преследование), 112 (лишение свободы в нарушение норм международного права), 113 (применение пыток), 114 (наемничество), 115 (нарушение законов и обычаев войны), 116 (нарушение норм международного гуманитарного права во время вооруженных конфликтов), 214 (терроризм), 214-1 (финансирование терроризма) УК АР.
Кроме того, он обвиняется в совершении деяний, предусмотренных статьями 218 (организация преступного сообщества (преступной организации), 228 (незаконные приобретение, передача, сбыт, хранение, перевозка или ношение оружия, комплектующих деталей к нему, боеприпасов, взрывчатых веществ и взрывных устройств), 270-1 (деяния, создающие угрозу авиационной безопасности), 278 (насильственный захват власти или насильственное удержание власти, насильственное изменение конституционного строя государства), 279 (создание не предусмотренных законодательством вооруженных формирований или групп), 318 (незаконное пересечение государственной границы Азербайджанской Республики) УК АР.
Müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi məhkəmənin baxış iclası başlayıb.
Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmə prosesi keçirilir.
Qeyd edək ki, ötən prosesdə iş üzrə zərərçəkmiş şəxslər ifadə veriblər.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.
O, həmçinin həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.