Month: April 2025

  • Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka: Hansı daha sərfəlidir? – VİDEO

    Ev almaq arzusunda olub, lakin qiymətlərin yüksək olması səbəbindən planlarını bir müddət təxirə salan şəxslər üçün bir neçə seçim mövcuddur. Bunlara ipoteka və kirayə yolu ilə təqdim olunan mənzillər daxildir.

    Bəs vətəndaşlar üçün hansı seçim daha sərfəlidir?

    Median.Az
    İTV-yə istinadən xəbər verir ki, satmaq öhdəliyi ilə verilən kirayə mənzillər İpoteka və Kredit Zəmanət Fondunun təklif etdiyi evlər arasından seçilir. Bu mənzillər yalnız müəyyən edilmiş ərazilərdə və binalarda təqdim olunur. Mənzili əldə etmək üçün vətəndaşlar 12 aylıq kirayə haqqını əvvəlcədən ödəməlidirlər.

    İpoteka ilə bağlı isə üç seçim mövcuddur: güzəştli, adi və kommersiya ipotekası.

    İpoteka yolu ilə mənzil almaq istəyən vətəndaş isə ölkənin istənilən yerindən çıxarışı olan mənzili seçə bilər.

    Amma burada tələb olunan ilkin ödəniş mənzilin dəyərinin təxminən 25-30%-i həcmində olur.

    Ətraflı süjetdə:

  • Dövlət qurumunda KÜTLƏVİ İXTİSAR – VİDEO

    Masallı rayonunda bir qrup vətəndaş işdən çıxarılmalarına etiraz edir.

    Median.Az İTV-yə istinadən xəbər verir ki, şikayətçilərin sözlərinə görə, onların işlədikləri Lənkəran Rayon Qaz İstismarı İdarəsinin Masallı rayon xidmət sahəsi tərəfindən heç bir xəbərdarlıq edilmədən əmək müqavilələrinə xitam verilib və onlara heç bir kompensasiya ödənilməyib.

    Şikayətçilər bildiriblər ki, bu sahədə 9 ildir çalışıblar və fəaliyyətlərində hər hansı nöqsan olmayıb.

    Məsələ ilə bağlı Lənkəran Regional Qaz İdarəsinin Masallı rayon xidmət sahəsindən bildirilib ki, şikayət edən şəxslər onların deyil, DOST Mərkəzinin işçiləridir.

    Qurumdan verilən məlumata görə, qeyd olunan şikayətlər araşdırılıb və əməkdaşların xəbərdarlıq edilmədən işdən çıxarılması ilə bağlı iddialar əsassız hesab edilib.

    Ətraflı süjetdə:

  • Кто отвечает за безопасность аттракционов в Азербайджане? – ВИДЕО

    Ранее на бульваре Бёюкшор в Баку сильный ветер унес в другую часть парка надувной аттракцион, на котором играли дети.

    Как сообщает Median.Az со ссылкой на İTV, обычно подобные устройства устанавливаются под шатрами с учетом погодных условий.

    Родители недовольны тем, что безопасность аттракционов не проверяется.

    “У всех есть маленькие дети, должен быть строгий контроль, чтобы избежать подобных случаев. Если мы платим за развлечения, аттракционы обязаны быть безопасными”, – заявил один из жителей.

    Специалисты подчеркнули, что регулярная проверка аттракционов на месте обязательна.

    В Азербайджане за исправность механических аттракционов отвечает Министерство по чрезвычайным ситуациям. По данным ведомства, согласно постановлению Кабинета министров №94, такие устройства проходят ежегодный технический осмотр. По выявленным неисправностям составляются акты, а устранение нарушений берется на контроль.

    Подробнее – в сюжете:

  • Uşaqların həyatı risk altında: Attraksionlara kim nəzarət edir? – VİDEO

    Bakının Böyükşor bulvarında uşaqların əyləndiyi hava ilə doldurulmuş attraksion güclü külək səbəbindən parkın digər sahəsinə uçub. Hadisənin baş verdiyi anda parkda azyaşlı uşaqların olması məsələni daha da ciddiləşdirib.

    Median.Az İTV-yə istinadən xəbər verir ki, adətən hava şəraiti nəzərə alınaraq bu cür qurğular çadırlarla örtülür. Valideynlər isə attraksionların nəzarətsiz qalmasını kəskin tənqid edirlər:

    “Hər kəsin körpə uşağı var. Mütləq nəzarət olunmalıdır ki, belə hadisələrin qarşısı alınsın. Biz övladlarımızı pulla əylənməyə aparırıqsa, attraksionlar da düzgün idarə olunmalıdır”, – deyə sakinlərdən biri bildirib.

    Mütəxəssislər bildirirlər ki, attraksionların vaxtaşırı yoxlanılması mütləqdir.

    Ölkədə mexaniki attraksionların norma və sınaq yoxlamalarını həyata keçirən qurum Fövqəladə Hallar Nazirliyidir.

    Nazirliyin məlumatına görə, Nazirlər Kabinetinin 94 nömrəli qərarına əsasən, bu cür qurğular ildə bir dəfə texniki müayinədən keçirilir. Müayinə zamanı aşkar edilən nasazlıqlar barədə aktlar tərtib olunur və onların aradan qaldırılması nəzarətə götürülür.

    Ətraflı süjetdə:

  • Саудовская Аравия ужесточает правила для паломников: нарушителей ждут крупные штрафы

    Паломники, пытающиеся попасть в Мекку и другие священные места без специального разрешения на совершение хаджа, будут оштрафованы на сумму в размере до 20 000 саудовских риалов (около 5 300 долларов США).

    Как сообщает Median.Az со ссылкой на турецкий телеканал TRT Haber, об этом говорится в информации Министерства внутренних дел Саудовской Аравии.

    Отмечается, что новые правила вступят в силу 30 апреля и будут действительны на протяжении 44 дней.

    Кроме того, иностранным гражданам, уличенным в попытке совершить хадж без разрешения, грозит депортация и 10-летний запрет на въезд в Саудовскую Аравию.

  • Səudiyyə Ərəbistanından sərt addım: Həcc üçün icazə almayanlar cəzalandırılacaqlar

    Həcc ziyarəti üçün icazəsi olmadan Məkkəyə və müqəddəs bölgələrə daxil olmağa çalışanlar 20 min riala (5 min 300 dollara yaxın) qədər cərimələnəcək.

    Median.Az “TRT Haber” telekanalına istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi məlumat paylaşıb.

    Bildirilir ki, yeni qaydalar aprelin 30-dan qüvvəyə minəcək və 44 gün davam edəcək.

    Bundan başqa, icazəsiz həccə cəhd edən əcnəbi ziyarətçilər deportasiya ediləcək və 10 il müddətinə ölkəyə girişləri qadağan ediləcək.

  • Azərbaycan Ordusuna qoşulmaq istəyənlərin NƏZƏRİNƏ – FOTO

    Regional sənəd qəbulu mərkəzlərində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üçün müraciətin müddəti uzadılıb.

    Bu barədə Milli Müdafiə Universitetindən məlumat verilib.

    Bildirilib ki, müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üçün müraciətin müddəti 15 may tarixədək uzadılıb.

    Namizədlərin regional sənəd qəbulu mərkəzlərinə yaxınlaşaraq sənədlərini təqdim etmələri yetərli hesab olunur.

    Sənəd qəbulu mərkəzləri Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Quba, Ağcabədi və Şirvan şəhərlərində yerləşən Dövlət Məşğulluq Agentliyinin məşğulluq filiallarında və xidmət şöbələrində, Bakı şəhərində isə Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda (Ünvan: Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi 9a) fəaliyyət göstərəcək.

    Xidmətə təyinat zamanı, kursu müvəffəqiyyətlə başa vurmuş şəxslərə bölgələr üzrə xidmət yerlərinin seçilməsi üçün azad seçim imkanı təqdim edilir. Tələb olunan sənədlər: – kursa qəbul olunmaq barədə ərizə; – anket forması; – tərcümeyi-hal (1 nüsxədə); – təhsil haqqında sənədin surəti (1 nüsxədə); – doğum haqqında şəhadətnamənin surəti (1 nüsxədə); – yaşayış yeri və ailə tərkibi haqqında arayış (1 nüsxədə); – əlavə peşə və ya ixtisasınız varsa təsdiqedici sənədlərin surəti (diplom, sertifikat, şəhadətnamə və s.); – şəxsiyyət vəsiqəsinin surəti və ya yeni nəsil şəxsiyyət vəsiqəsindən çıxarış (1 nüsxədə); – sürücülük vəsiqəsinin surəti (əgər varsa, 1 nüsxədə); – nikah haqqında şəhadətnamənin surəti (evli olduqda, 1 nüsxədə); – həyat yoldaşının və uşaqların şəxsiyyət vəsiqələrinin surəti (1 nüsxədə); – rəngli fotoşəkil (baş geyimsiz, anfas, 6 ədəd 3×4 sm, 2 ədəd 4.5×6 sm və 3 ədəd 9×12 sm); – hərbi biletin bütün vərəqlərinin surəti (notarial qaydada təsdiq olunmuş, 1 nüsxədə); – psixonevroloji, narkoloji, vərəm və dəri- zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.

    Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.

  • Водителям грозят штрафы до 800 манатов за установку запрещенных автоаксессуаров – ВИДЕО

    В последнее время в социальных сетях широко распространилась продажа запрещенных автомобильных аксессуаров, таких как мигалки и специальные звуковые сигналы. Большим спросом пользуются и салфетницы, стилизованные под проблесковые маячки.

    Интересно, какие штрафы и ограничения предусмотрены за незаконное использование запрещенных автоаксессуаров?

    Как заявил начальник отдела Главного управления Государственной дорожной полиции Тогрул Насирли, согласно статье 74 закона “О дорожном движении”, запрещается установка специальной многотональной сигнализации и проблесковых световых сигналов без разрешения соответствующего органа Исполнительной власти Азербайджанской Республики.

    “В случае выявления такого нарушения в отношении водителя предусмотрен штраф в размере от 500 до 800 манатов, согласно статье 342.9 Кодекса об административных правонарушениях”, – отметил Т.Насирли.

    По словам юриста Хикмета Алиева, если устранить указанные нарушения на месте невозможно, то, согласно статье 96 КоАП, водитель отстраняется от управления автомобилем.

    Подробнее – в сюжете Baku TV:

  • SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə BİLƏRSİNİZ – VİDEO

    Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.

    Hətta sayrışan işıq görünüşlü salfet qutularına belə tələbat böyükdür.

    Maraqlıdır, qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların qanunsuz istifadəsinə görə hansı cərimə və ya məhdudiyyətlər nəzərdə tutulur?

    Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, “Yol hərəkəti haqqında” Qanunun 74-cü maddəsinə əsasən, müvafiq İcra Hakimiyyəti orqanının icazəsi olmadan nəqliyyat vasitəsinin xüsusi çox avazlı səs və sayrışan işıq siqnalları ilə təchiz olunması qadağandır:

    “Belə hal aşkarlandığı təqdirdə həmin sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən, 500 manatdan 800 manatadək cərimə nəzərdə tutulur”.

    Hüquqşünas Hikmət Əliyev isə qeyd edib ki, sözügedən pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda, İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə əsasən, sürücü avtomobilinin idarə olunmasından kənarlaşdırılır.

    Ətraflı Baku TV-nin süjetində:

  • Пожар в иранском порту Бендер-Аббас взят под контроль

    Работы по ликвидации крупного пожара в иранском порту Бендер-Аббас, южная провинция Хормозган, позволили взять огонь под контроль.

    Об этом передает РИА Новости.

    Согласно заявлению посольства в Иране, сотрудники МЧС России оказали содействие на месте происшествия, режим ЧС был понижен с национального до регионального.

    В официальном сообщении дипмиссии отмечается: “Пламя взято под контроль, режим ЧС с национального понижен до регионального. Можно сказать, что дело идет к финишу. Будем надеяться, что так оно и будет, без неприятных сюрпризов”.

    Взрыв, который произошел 26 апреля на складе с химикатами в порту Шахид-Раджаи, привел к гибели не менее 70 человек и более 1.2 тыс. пострадавших. МВД Ирана связывает происшествие с халатностью. Причины инцидента уточняются: по разным данным, речь шла о возгорании резервуара с топливом либо о химическом веществе, применяемом при производстве твердого ракетного топлива.

    Иранская сторона отрицает наличие военных грузов в затронутом районе.