Month: April 2025

  • Граждане Азербайджана будут напрямую обращаться к начальникам полиции – ВИДЕО

    Граждане Азербайджана будут напрямую обращаться к начальникам полиции.

    Об этом сообщает Median.Az со ссылкой на информацию, распространенную Министерством внутренних дел (МВД).

    Отныне они могут обратиться непосредственно к начальникам местных правоохранительных органов, записавшись онлайн на прием.

    Для того чтобы воспользоваться данной электронной услугой, предоставляемой в целях оперативного, объективного и чуткого рассмотрения заявлений, на официальном сайте МВД и в приложении e-Polis создан соответствующий раздел.

    “Процедура обращения предельно проста: достаточно зайти в мобильное приложение, перейти в раздел “Запись на прием” на главной странице и следовать подсказкам системы.

    Заявление каждого лица, записавшегося на прием, берется под контроль МВД, даются необходимые поручения для скорейшего решения проблемы”, – отмечается в информации.

  • Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər – VİDEO

    Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Məlumata görə, vətəndaşlar onlayn şəkildə qəbula yazılaraq ərazi polis orqanlarının rəislərinə birbaşa müraciətlərini edə bilərlər.

    Müraciətlərin operativ, obyektiv və həssaslıqla araşdırılması məqsədilə göstərilən bu elektron xidmətdən yararlanmaq üçün DİN-in rəsmi internet saytı və “e-polis” tətbiqində müvafiq bölmə yaradılıb.

    “Mobil tətbiqə daxil olaraq “Ana səhifə”dən “Qəbula yazıl” xidmətinə keçid edib qarşınıza çıxan müvafiq ardıcıllıqları yerinə yetirməklə müraciətinizi tamamlayırsınız.

    Qəbula yazılan hər bir şəxsin müraciəti Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülür və problemin ən qısa zamanda həlli üçün zəruri tapşırıqlar verilir”, – deyə məlumatda vurğulanıb.

  • В Азербайджане уволена замглавы ИВ – ФОТО

    Заместитель главы Исполнительной власти (ИВ) Исмайыллинского района освобождена от должности.

    Как сообщает Median.Az со ссылкой на Qaynarinfo, замглавы ИВ, начальник отдела общественно-политических и гуманитарных вопросов Севиль Ахмедова несколько дней назад была отправлена на пенсию по возрасту.

    Соответствующий приказ подписал глава ИВ Нахид Багиров.

    Отметим, что С.Ахмедова долгие годы проработала на руководящих должностях в передовых сферах района, на государственной службе, а с 2000 года возобновила деятельность на госслужбе в органах исполнительной власти. В 2015 году награждена медалью”За отличие на государственной службе”.

  • İcra başçısının müavini işdən çıxarıldı – FOTO

    İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının xanım müavini işdən çıxarılıb.

    Median.Az “Qaynarinfo”ya istinadla xəbər verir ki, RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Kazım qızı Əhmədova bir neçə gün əvvəl yaşa görə təqaüdə göndərilib.

    Bu barədə İcra Hakimiyyətinin başçısı Nahid Bağırov müvafiq əmr imzalayıb.

    Qeyd edək ki, Sevil Kazım qızı Əhmədova uzun illər rayonun aparıcı sahələrində rəhbər işdə, dövlət qulluğunda çalışıb, 2000-ci ildən İcra Hakimiyyətində yenidən dövlət qulluğunda fəaliyyət göstərməyə başlayıb. 2015-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

  • Ermənistanda qazdoldurma məntəqəsində partlayış baş verib

    Ermənistanın Qeqarkunik vilayətində, Sevan-İrəvan yolunun 3-cü kilometrliyində yerləşən qazdoldurma məntəqəsində partlayış baş verib.

    Median.Az bu barədə Ermənistan KİV-ə istinadən xəbər verib.

    İlkin araşdırma nəticəsində məlum olub ki, partlayış yanacaqdoldurma məntəqəsinin arxa hissəsində, kompressora gedən boruda sızma nəticəsində meydana gəlib.

    Hadisə nəticəsində xəsarət alan olmayıb. Yaxınlıqda olan üç avtomobil, həmçinin yaxınlıqda quraşdırılmış bir neçə günəş panelinin zədələndiyi bildirilir.

  • Bakıda avtobus “Range Rover”lə toqquşdu (YENİLƏNİB)

    “BakuBus” MMC-nin balansında olan 10 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan 77-JB-913 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi bu gün saat 08:55-də qeydə alınıb”.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında “BakuBus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva deyib.

    “Avtobusu idarə edən sürücü Salmanov Elməddinin verdiyi ilkin məlumata əsasən, hadisə minik avtomobilinin qəfil şəkildə avtobusun qarşısına çıxması səbəbilə baş verib. Hadisə zamanı sərnişinlər arasında xəsarət alan olmayıb.

    Sərnişinlərin təhlükəsiz və fasiləsiz daşınmasını təmin etmək məqsədilə onlar operativ şəkildə 10 nömrəli müntəzəm marşrut xəttinə məxsus digər avtobusa yönləndiriliblər və marşrut xəttinin qrafiki qısa müddətə bərpa olunub. Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib və araşdırma aparılır”, – deyə Ə. Əliyeva qeyd edib.

    * * * * *

    Bakıda sərnişin avtobusu qəza törədib.

    Median.Az lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu Ağ şəhər ərazisində qeydə alınıb.

    10 nömrəli marşrut avtobusu “Range Rover” markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.

    Qəza nəticəsində xəasrət alanların olması barədə məlumat yoxdur.

  • Abşeronda biraylıq körpə çimizdirilərkən boğulub (YENİLƏNİB)

    В Абшеронском районе младенец захлебнулся водой во время купания.

    Об этом в ответ на запрос Oxu.Az сообщили в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB).

    “25 апреля в 17:30 в Республиканский центр скорой и неотложной медицинской помощи поступил вызов из поселка Сарай Абшеронского района о том, что задохнулся младенец. На место была направлена бригада скорой медицинской помощи, которая зафиксировала факт смерти новорожденной (24 марта 2025 г.р.) до приезда врачей.

    По словам семьи, ребенок захлебнулся водой во время купания”, – отмечается в информации.

    * * * * *

    В поселке Сарай Абшеронского района скончался грудной ребенок.

    Как сообщает Report, местная жительница Инджи Гулиева, родившаяся 24 марта 2025 года, умерла в своем доме.

    Причины смерти ребенка выясняются.

  • Abşeronda biraylıq körpə çimizdirilərkən boğulub (YENİLƏNİB)

    Abşeronda 1 aylıq körpə evdə ölüb.

    Saray qəsəbə sakini, 24.03.2025-ci il təvəllüdlü İnci Quliyeva yaşadığı evdə ölüb.

    Onun tənəffüs çatışmazlığından vəfat etdiyi bildirilib.

    Faktla bağlı araşdırma aparılır.

    ***

    TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 25 aprel saat 17:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisindən yenidoğulmuşun boğulması səbəbilə çağırış daxil olub.

    Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 24.03.2025-ci il tarixli yenidoğulmuşun (cinsi qız) həkiməqədər ölüm faktı qeydə alınıb.

    Ailənin bildirdiyinə görə, yenidoğulmuş çimizdirilərkən boğulub.

  • Объявлены последние оптовые цены на муку в Азербайджане

    28 апреля в Азербайджане оптовые цены на мешок муки весом 50 кг варьировались от 26.6 до 28.2 маната, в том числе в городе Баку и Абшеронском районе – от 27 до 27.4 маната.

    Об этом сообщили в Государственном агентстве по антимонопольному контролю и надзору за потребительским рынком при Президенте.

    “По стране самая низкая оптовая цена муки зафиксирована в Шабранском районе – 26.6 маната, самая высокая – в городе Гянджа, 28.2 маната”, – подчеркивается в информации.

    Напомним, что 22 апреля в Азербайджане оптовые цены на мешок муки весом 50 кг варьировались от 26.8 до 28.2 маната, в том числе в городе Баку и Абшеронском районе – от 27 до 27.4 маната. По стране самая низкая оптовая цена муки была зафиксирована в Шабранском районе – 26.6 маната, самая высокая в городе Гянджа – 28.2 маната.

  • Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb

    Aprelin 28-nə olan məlumata görə, Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26.6-28.2 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 27-27.4 manat civarında dəyişib.

    Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

    “Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 26.6 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28.2 manat olmaqla Gəncə şəhərində qeydə alınıb”, – deyə məlumatda qeyd olunub.

    Xatırladaq ki, aprelin 22-nə olan məlumata görə, Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26.8-28.2 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 27-27.4 manat civarında dəyişib. Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 26.6 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28.2 manat olmaqla Gəncə şəhərində qeydə alınıb.