Month: April 2025

  • Bu ilin ilk üç ayında 13 kişi məişət zorakılığına məruz qalıb

    2025-ci ilin 3 ayı ərzində məişət zorakılığına məruz qalanların sayı məlum olub.

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, onlardan 117-i qadın, 13-ü kişi, 93-ü uşaq (49 oğlan, 44 qız) olub.

    Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı daxil olan bu müraciətlərə əsasən, ən çox müraciət Bakı rayonları üzrə Sabunçu – 13, Abşeron-Xızı üzrə Abşeron – 11, Gəncə-Daşkəsən üzrə Gəncə şəhərindən – 8 olub.

  • Скончался ученик школы АДА

    Скончался учащийся школы Азербайджанской дипломатической академии (АДА) Турал Зейналлы.

    Причина смерти школьника пока неизвестна.

  • ADA məktəbinin şagirdi vəfat edib

    Azərbaycan Diplomatik Akademiyasının (ADA) məktəbinin 11-ci sinif şagirdi Tural Zeynallı vəfat edib.

    Şagirdin ölüm səbəbi hələ ki, məlum deyil.

  • У берегов Папуа – Новой Гвинеи произошло землетрясение магнитудой 6.0

    Землетрясение магнитудой 6.0 зафиксировано у берегов острова Новая Британия, принадлежащего Папуа – Новой Гвинее.

    Об этом сообщил Европейско-средиземноморский сейсмологический центр.

    По его данным, эпицентр располагался в 94 км к юго-востоку от города Кокопо (остров Новая Британия), где проживают около 26 тыс. человек. Очаг залегал на глубине 58 км.

    Информация о пострадавших и разрушениях не поступала. Угроза цунами не объявлялась.

  • Papua-Yeni Qvineya sahillərində güclü zəlzələ baş verib

    Papua-Yeni Qvineyaya məxsus Yeni Britaniya adası sahillərində 6.0 maqnitudalı zəlzələ qeydə alınıb.

    Bu barədə Avropa-Aralıq dənizi seysmoloji mərkəzi məlumat yayıb.

    Bildirilir ki, episentr təxminən 26 min nəfərin yaşadığı Kokopo şəhərindən (Yeni Britaniya adası) cənub-şərqə doğru 94 km məsafədə yerləşib. Ocaq 58 km dərinlikdə olub.

    Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

  • Наши позиции подверглись обстрелу с басаркечярского и горусского направлений

    11 апреля с 20:10 до 23:15 подразделения вооруженных сил Армении с позиций в направлениях Басаркечярского и Горусского районов периодически обстреливали из стрелкового оружия позиции азербайджанской армии.

    Об этом сообщает Министерство обороны АР.

    Нашими подразделениями были приняты адекватные ответные меры в указанных направлениях.

  • Mövqelərimiz Basarkeçər və Gorus istiqamətlərindən atəşə tutulub

    Aprelin 11-i saat 20:10-dan 23:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər və Gorus rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutublar.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

  • Bakıda estetik prosedurdan sonra qadının BURNU ÇÜRÜDÜ

    Burun əməliyyatı keçirən Bakı şəhər sakini Aişə Nəsibli “Afa studio” gözəllik salonunda işləyən kosmetoloq Afət Şamilovadan şikayətçidir.

    Median.Az Teleqraf.com-a istinadla xəbər verir ki, kosmetoloq tərəfindən ziyana uğradığını iddia edən Aişə Nəsibli Nəsimi rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib.

    Aişə Mahmudalı qızı Nəsiblinin üz nahiyəsinə “Afa studio”da düzgün botoks vurulmaması nəticəsində sağlamlığına ciddi ziyan dəyməsinə dair müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

    Araşdırma ilə bağlı izahat verən Aişə Nəsibli bildirib ki, 2024-cü ilin aprel ayında burun nahiyəsində estetik əməliyyat etdirib: “Əməliyyatdan sonra heç bir problem olmadı. 2024-cü il iyun ayının sonunda Nəsimi rayonunda yerləşən “Afa studio” gözəllik salonuna getdim, Afaq adlı kosmetoloqa üz nahiyəmi botoks etdirmək istədiyimi bildirdim. Afaq mənim alın, qaşarası və gözətrafı nahiyələrimə botoks etmək lazım olduğunu söylədi, bunun müqabilində məndən 70 manat pul istədi.

    Afaqa təzəlikcə burnumda estetik əməliyyat aparıldığını dedim. O isə vurulan botoksun burun əməliyyatına heç bir aidiyyəti olmadığını bildirdi. Həmin gün Afaq üz nahiyəmə botoks vurdu, burnumun ətrafına isə heç bir müdaxilə olunmadı”.

    Şikayətçi qeyd edib ki, təxminən bir ay sonra korreksiyaya gedəndə burnunun ətrafında şişkinlik hiss edib və bunu Afaqa deyib:

    “Afaq həmin nahiyədə şişkinliyin qalması ehtimalının olmadığını bildirdi. Avqust ayının ortalarında burnumun ətrafında olan şişkinlikdən dəri cırılması baş verdi, qan axmağa başladı. Zəng edib Afaqdan kömək istədim. O, botoks elədikdən sonra başqa yerdə dolğu etdirdiyimi, dəri cırılmasının ona heç bir aidiyyətinin olmadığını, şər-böhtan atdığımı dedi. Halbuki mən kosmetoloqun yanında üz nahiyəmə botoks etdirdikdən sonra heç bir kosmetoloji prosedura getməmişdim”.

    Aişə Nəsibli izahatında hazırda şikayətinin “Afa studio” gözəllik salonunda işləyən Afaq adlı kosmetoloqdan olduğunu, oradan sonra heç bir kosmetoloji mərkəzə və klinikaya müraciət etmədiyini, ona 10 000 manata yaxın maddi-mənəvi ziyan dəydiyini göstərib.

    Barəsində şikayət olan Afət Şamilova bildirib ki, 2020-ci ildən onun “Afa studio” gözəllik salonu fəaliyyət göstərməyə başlayıb: “2024-cü ilin may ayında Aişə Nəsibli işlədiyim salona gələrək alın nahiyəsini botoks etdirmək istədiyini bildirdi. Alın nahiyəsinə baxdıqdan sonra botoks edə biləcəyimi dedim və qarşılığında 60-70 manat pul istədim. Aişə razılaşaraq pulu ödədi, onun alın nahiyəsini botoks etdim. Botoksdan sonra Aişə mənə burun əməliyyatı olduğunu və burnuna dolğu vurmaq istədiyini bildirdi. Əməliyyat olunmuş burun nahiyəsinə dolğu vura bilməyəcəyimi bildirdim. Bundan sonra Aişə getdi”.

    Afət Şamilovanın sözlərinə görə, təxminən 25 gün sonra Aişə Nəsibli korreksiyaya gəlib: “Alın nahiyəsində qaşın biri yuxarı dartılmışdı. Həmin yerə botoks vuraraq qaşı normal vəziyyətə gətirdim. Telefonla əlaqə saxlayanda Aişə hər şeyin yaxşı olduğunu bildirdi. Sentyabrın əvvəlində zəng edərək burun nahiyəsində sızanaq çıxdığını, bunun botoksdan sonra əmələ gəldiyini dedi. Yanıma dəvət etdim, amma gəlmədi. Burun nahiyəsində sızanağın botoksdan əmələ gəlmək ehtimalının olmadığını izah etdim. Aişə Nəsiblidən tələb etdim ki, burun nahiyəsində olan sızanağın botoksdan əmələ gəldiyini sübut edən sənəd təqdim etsin. Aişə heç bir sənəd göstərmədi. Təxminən bir ay sonra mesaj yazaraq, burun nahiyəsində çürümə getdiyini və bunun botoksdan əmələ gəldiyini dedi”.

    Afət Şamilova izahatında Aişənin alın nahiyəsinə vurulan botoks nəticəsində çürümə və digər fəsadların mümkün olmadığını bildirib. O, izahatında 2019-cu il tarixindən 2024-cü ilin oktyabr ayının sonuna kimi “Afa studio” gözəllik salonunda lisenziyasız fəaliyyət göstərdiyini qeyd edib.

    Araşdırma nəticəsində Aişə Nəsiblinin “Afa studio”da Afaq Şamilova adlı kosmetoloq tərəfindən düzgün müayinə edilməməsində cinayət tərkibi olmadığı müəyyən edilib.

    Toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilib.

    Aişə Nəsibliyə dəymiş maddi və mənəvi ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilib.

    Rəsmi sənədlərə görə, Afət Şamilovanın kosmetoloji fəaliyyətlə məşğul olması üçün lisenziyasının olmadığı müəyyənləşib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 210-cu maddəsi ilə inzibati icraat başlanması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət edilib.

  • Главы МИД Азербайджана и Армении провели переговоры в Анталье

    В Анталье состоялась встреча глав МИД Азербайджана и Армении – Джейхуна Байрамова и Арарата Мирзояна.

    Об этом сообщает пресс-служба МИД Азербайджана.

    “12 апреля 2025 года в турецком городе Анталья, на полях Дипломатического форума, состоялась встреча министра иностранных дел Азербайджана Джейхуна Байрамова и его армянского коллеги Арарата Мирзояна.

    Главной темой обсуждения стало текущее состояние дел в процессе нормализации после завершения работы над текстом мирного договора и установлении межгосударственных отношений между Азербайджаном и Арменией.

    Министры выразили готовность продолжать диалог”, – говорится в сообщении.

  • Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb

    Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ermənistan xarici işlər nazir Ararat Mirzoyanla görüşüb.

    Bu barədə Azərbaycan XİN məlumat yayıb.

    Görüş IV Antalya Diplomatik Forumu (ADF2025) çərçivəsində baş tutub.

    Tərəflər Azərbaycan və Ermənistan arasında Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş mətninin yekunlaşdırılmasından sonra normallaşma prosesində mövcud vəziyyəti müzakirə ediblər.

    Nazirlər dialoqu davam etdirməyə hazır olduqlarını ifadə ediblər.