Month: April 2025

  • В Анталье состоялась встреча Президента Ильхама Алиева с генсеком Совета Европы Аленом Берсе

    12 апреля в Анталье состоялась встреча Президента Азербайджанской Республики Ильхама Алиева с генеральным секретарем Совета Европы Аленом Берсе.

    Как сообщает АЗЕРТАДЖ, в ходе беседы с удовлетворением были упомянуты визит Алена Берсе в нашу страну в рамках COP29 и его встреча с Президентом Азербайджана. Было еще раз подчеркнуто, что в ходе СОР29 приняты важные решения, связанные с глобальной климатической повесткой дня.

    На встрече состоялся обмен мнениями о перспективах отношений между Азербайджаном и исполнительными структурами Совета Европы.

    * * * * *

    12 апреля в Анталье состоялась встреча Президента Азербайджанской Республики Ильхама Алиева с генеральным секретарем Совета Европы Аленом Берсе.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev Antalyada Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşüb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 12-də Antalyada Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşü olub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Alen Bersenin COP29 çərçivəsində ölkəmizə səfəri və onun Azərbaycan Prezidenti ilə görüşü məmnunluqla xatırlandı. COP29 zamanı qlobal iqlim gündəliyi ilə bağlı vacib qərarların qəbul olunduğu bir daha vurğulandı.

    Görüşdə Azərbaycan ilə Avropa Şurasının icraedici strukturları arasında əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

    * * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 12-də Antalyada Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşü olub.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

  • Pullarımızı nağd saxlayaq, yoxsa kartda?

    Son günlər bank kartlarından pul oğurluqları gündəmi zəbt edib. Kiberüsullarla gerçəkləşdirilən, cinayətkarlıq növləri sırasında pushing (bank kartlarından pulların oğurlanması) adlanan qanunsuz müdaxilə geniş vüsət almaqdadır. Bu hadisələr vətəndaşları da çaşdırıb: pullarını nağd, yoxsa kartda saxlasınlar?

    Median.Az xəbər verir ki, İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov bununla bağlı fikirlərini Modern.az-la bölüşüb.

    O qeyd edib ki, müasir dövrdə pulun kartda və ya nağd formada saxlanılması şəxsi ehtiyaclar, texnoloji vərdişlər və təhlükəsizlik baxımından fərqli üstünlüklər və risklər daşıyır. Rəqəmsal dövrlə ayaqlaşmaq baxımından vəsaitlərin kartda saxlanılması rahatlıq və izləniləbilənlik baxımından üstünlük təşkil edir. Onlayn alış-veriş, sürətli ödənişlər, cashback və bank xidmətlərinə çıxış kart istifadəsini daha da stimullaşdırır.

    Onun sözlərinə görə, kartdan istifadə zamanı fişinq, skimming, hesab məlumatlarının oğurlanması və ya mobil tətbiqlərin zəif qorunması kimi kibertəhlükələr mövcuddur. Bu risklərə qarşı istifadəçilər 3D Secure-ni aktiv etməli, şübhəli linklərə daxil olmamalı və bank tətbiqlərini rəsmi mənbələrdən yeniləməlidir.

    Eyni zamanda banklar da mütəmadi monitorinq və sığorta mexanizmləri ilə bu sahədə qoruma tədbirlərini gücləndirməlidir.

    Ekspert açıqlayıb ki, nağd pul fiziki oğurluq, itki və ya təbii fəlakət riski daşıyır. Üstəlik, böyük məbləğləri daşımaq və ya saxlamaq praktiki baxımdan təhlükəlidir və izlənə bilmədiyi üçün hüquqi mübahisələrdə sübut problemi yarada bilər. Bu baxımdan, vətəndaşlar həm təhlükəsizlik, həm də rahatlıq balansını qorumaq üçün vəsaitlərini fərqli formatlarda saxlamaqla riskləri bölüşdürməlidirlər.

    Əsas məsələ – maariflənmək və şəxsi maliyyə təhlükəsizliyi vərdişlərinə sahib olmaqdır.

  • Azərbaycanlı milyonçunun bazarına basqın

    Rusiyanın Krasnoyarsk vilayətində hüquq-mühafizə orqanlarının əməkdaşları azərbaycanlı milyonçu Rəşad Həsənovun Şimal magistralında yerləşən tərəvəz anbarına basqın ediblər.

    Median.Az “Bakupost”a istinadən xəbər verir ki, əməliyyat nəticəsində 20 miqrant ərazidən uzaqlaşdırılıb.

    Məlumata görə, müəssisədən 6 əcnəbi hərbi komissarlığa göndərilib, daha 3 nəfər isə çoxsaylı qanun pozuntularına görə ölkədən xaric ediləcək.

    İş adamı Həsənovun Krasnoyarsk diyarında bir neçə şirkəti olduğunu öyrənmək mümkün olub. Qeyd olunur ki, sahibkar regionun ən bahalı dövlət nömrə nişanlarından birinə malik “Rolls-Royce” markalı avtomobil sürür.

    Həsənov təhlükəsizlik qüvvələrinin əməliyyatı ilə bağlı vəziyyəti şərh etməyib.

  • Bu duzlarda uyğunsuzluq aşkarlandı – Məhv edildi

    “Vertex Commerce” MMC-nin İtaliyadan idxal etdiyi “İtalkali” şirkətinin istehsalı olan 144 kq “Italkali Sale Sicilia Fino Kg1” əmtəə nişanlı xörək duzu və “Fiuggi” şirkətinin istehsalı olan 151.2 kq “Fiuggi Acqua Nat.Lt1” əmtəə nişanlı qazsız təbii sudan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən götürülən nümunələrin laborator müayinəsi nəticəsində məhsullarda uyğunsuzluq aşkar edilib.

    Median.Az
    bu barədə AQTA-ya istinadən xəbər verir.

    Faktla bağlı məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib.

  • “Youtube”un pulsuz funksiyası – İstifadəçilər öz musiqilərini yarada biləcəklər

    “Youtube” məzmun istehsalçıları üçün süni intellektlə dəstəklənən və müəllif hüququndan azad musiqi hazırlamağa imkan verən yeni funksiyasını istifadəyə verib.

    Platforma “Creator Music” bölməsinə əlavə etdiyi yeni funksionallıqla istifadəçilərə sadə göstərişlərlə fərdi musiqilər yaratmaq imkanı təqdim edir.

    Şirkətin verdiyi açıqlamaya görə, “Creator Music” platformasına yeni “Music Assistant” (musiqi köməkçisi) bölməsi əlavə olunub. Bu bölmədə istifadəçilər yaratmaq istədikləri musiqini təsvir etməklə süni intellektin dəstəyindən yararlana bilirlər.

    “Youtube” bildirib ki, bu yeni xüsusiyyət 2023-cü ildə istifadəyə verilən “Creator Music” platformasının davamıdır. Platforma müəllif hüququ olan musiqiləri qanuni şəkildə təqdim etmək məqsədi daşıyırdı. Son yeniləmə ilə isə istifadəçilərə həm də müəllif hüququ olmayan və pulsuz musiqi yaratmaq imkanı da verilir. Qeyd olunur ki, bu xüsusiyyət hələlik yalnız ABŞ-da yerləşən “YouTube Partnyorlar Proqramı” üzvləri üçün əlçatandır.

    Qeyd edək ki, “YouTube” bundan əvvəl “Dream Track” adlı bənzər funksiyanı da sınaqdan keçirib. “DeepMind” şirkətinin “Lyria” texnologiyası ilə işləyən həmin sistem istifadəçilərə müəyyən üslublarda qısa musiqilər yaratmaq imkanı təqdim edirdi. Hazırda bu xüsusiyyət yalnız instrumental musiqi parçaları ilə məhdudlaşır.

  • Daha bir MTK fəaliyyətini dayandırdı

    MTK-ların ləğv olunması ilə bağlı olan elanların sayı günü-gündən artır. Onlar arasında uzun illərdir ki, fəaliyyət göstərən MTK-lar da var. Bu MTK-lardan biri də bu günlər də fəaliyyətini dayandırdığını elan edib.

    Uzun illərdir fəaliyyət göstərən və ləğv olunduğunu elan edən tikinti şirkətlərindən biri də “Yasamal-S” olub. 2013-cü ildə dövlət qeydiyyatına alınan bu MTK əvvəllər MMC kimi fəaliyyət göstərib.

    2018-ci ilin aprelindən isə təşkilati-hüquqi formasını dəyişib və kooperativ adlanmağa başlanıb. Ləğvi elan olunan MTK-nın nizamnamə kapitalı 50 manatdır. Bu şirkətin qanuni təmsilçisi isə Məhəmmədzadə Şəhanə Xasay qızıdır.

    Xatırladaq ki, bu ilin ilk aylarında bir neçə MTK ləğvini elan edib. Bunlardan biri fevral ayında ləğv olunan “Park Azure” idi. Yeni həyatlar qrupuna daxil olan bu şirkətin qanuni təmsilçisi Səlimov Rüfət Nəcəf oğlu olub. Bu şirkət Azərbaycanda ad qazana bilmişdi.

    Bu ilin aprel ayında ləğvi barəsində qərar qəbul edilən MTK-lardan bir də 15 illik fəaliyyəti olan “Pərvin İnşaat” olub.2009-cu ildə dövlət qeydiyyatına alınan bu şirkət 2025-ci ildə müflis olduğunu elan edib. Şirkətin qanuni təmsilçisi Hüseynov Şəmməd Gülməmməd oğlu olub.
    //valyuta.az

  • “Güvən-İnşaat”ın rəhbərinə “stop” qoyuldu

    “Güvən-İnşaat” şirkətinin rəhbərinə “stop” qoyulub.

    Şirkətin vergi borcu yarandığından Naxçıvan Şəhər Vergilər İdarəsi Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsində şirkət rəhbərinə “stop” qoyulması ilə bağlı iddia qaldırıb. Məhkəmə iddianı təmin edib.

    Araşdırmalarımız zamanı məlum olub ki, şirkətin hazırda 23 812,4 manat vergi borcu var. “Güvən-İnşaat” şirkətinin qanuni təmsilçisi Hüseyn Singindir.
    //valyuta.az

  • Borcluların ölkədən getmək hüququ yeni qaydada məhdudlaşdırılacaq, SMS göndəriləcək

    Borcluların ölkədən getmək hüququ yeni qaydada müvəqqəti məhdudlaşdırılacaq.

    Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İcra haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Bununla əlaqədar qanunun 84-1-ci maddəsi yeni redaksiyada təklif olunur.

    Başqa sözlə, hazırda qüvvədə olan qanuna əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir.

    Yeni redaksiyada təklif olunan 84-1-ci maddəyə (Borclunun, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) əsasən, icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürüləcək və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat veriləcək, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndəriləcək.

    Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda bu barədə məlumat dərhal “Elektron icra” informasiya sisteminə daxil ediləcək və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürüləck və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin barəsində tətbiq edilmiş məhdudiyyət götürüləcək və bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndəriləcək.

    Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

  • Təlimçi kimi xidmət göstərən fərdi sahibkar 75 faizlik güzəştdən yararlana bilərmi?

    Mən təlimçi kimi hüquqi şəxslərə xidmət göstərirəm. Bilmək istərdim ki, bu fəaliyyət növü ilə məşğul olduğum zaman illik gəlirim 45.000 manatdan az olsa, gəlirlərimin 75 faizi gəlir vergisindən azad edilirmi?

    Valyuta.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən əldə etdiyi məlumata görə, Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsinə əsasən, bu maddədə qeyd olunan fəaliyyət növləri ilə məşğul olan və həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45.000 manatadək olan fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

    Bu fəaliyyət növlərinə elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər aid edilir. Sorğuya əsasən bildiririk ki, təlim fəaliyyətiniz bu sahələrə aiddirsə, qeyd olunan güzəştdən istifadə edə bilərsiniz.

    Əlavə olaraq bildirilib ki, nəzərdə tutulan fəaliyyət sahələrində muzdlu işçi kimi çalışan fiziki şəxsin əmək müqaviləsinə xitam verildiyi, həmin fəaliyyətlə fərdi sahibkar kimi məşğul olduğu və fərdi sahibkar kimi fəaliyyətə başladığı tarixdən 1 il müddətində eyni xidmətləri tam və ya qismən əvvəlki işəgötürənə göstərdiyi halda, həmin fərdi sahibkara bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan güzəşt şamil edilmir. Qeyd olunub ki, Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələri ilə məşğul olan fiziki şəxs eyni zamanda digər fəaliyyət sahəsi ilə də məşğul olduqda, həmin maddədə nəzərdə tutulan güzəşt hüququndan o halda istifadə edə bilər ki, bu Məcəllənin 102.1.30-1-ci maddəsində qeyd olunan fəaliyyət sahələrindən əldə edilən illik gəlirlərin illik ümumi gəlirlərdə xüsusi çəkisi 50 faizdən az olmasın.