Month: April 2025

  • Завтра в селе Мухах Загатальского района будет прекращена подача газа

    Завтра в селе Мухах Загатальского района будет прекращена подача газа.

    Об этом сообщили в Производственном объединении “Азеригаз” Государственной нефтяной компании Азербайджана (SOCAR).

    Отмечается, что в связи с ремонтными работами подача газа будет прекращена 11 апреля в 09:30. Подача голубого топлива будет возобновлена после завершения работ.

  • Sabah Zaqatalanın Muxax kəndində qaz olmayacaq

    Sabah Zaqatala rayonunun Muxax kəndində qaz təchizatı dayandırılacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

    Bildirilib ki, İstehsalat Birliyinin Zaqatala Regional Qaz İstismar İdarəsinin Zaqatala xidmət sahəsində Zaqatala rayonu Muxax kəndində qaz sayğaclarının girişinə qədər olan hissələri əymə borularla əvəz olunacaq.

    Bununla əlaqədar aprelin 11-də saat 09:30-dan etibarən 45 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır. İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

  • Qaradağda dəyəri 11 min manata yaxın olan naqili oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

    Bakının Qaradağ rayonunda 10 min 800 manat dəyərində naqil oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı Ş.Mustafayev və 27 yaşlı B.Həsənov müəyyən olunaraq saxlanılıblar. Həmçinin, rayon ərazisində yerləşən bir evin həyətindən 8500 manat dəyərində xırdabuynuzlu heyvanlar oğurlamaqda şübhəli bilinən 54 yaşlı E.İsmayılov və 42 yaşlı F.Köçəriyev də polis əməkdaşları tərəfindən saxlanılıblar.

    Bundan başqa, Sumqayıt şəhəri ərazisində yerləşən sexlərin birindən 3500 manat dəyərində kompressoru oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 31 yaşlı M.Əliyevin saxlanılması da təmin edilib.

    Araşdırmalar aparılır.

  • ХАМАС просит Британию исключить его из списка террористических организаций

    Палестинское движение ХАМАС обратилось к властям Великобритании с запросом о выводе из списка террористических организаций, запрещенных в стране.

    Как передает Median.Az со ссылкой на “Интерфакс”, об этом сообщило агентство ЭФЭ.

    Отмечается. что в адвокатском бюро Riverway Law, которое представляет интересы движения в Лондоне, подтвердили в четверг, что запрос был направлен в МВД Великобритании накануне.

    В этом запросе на 106 страницах оспариваются правовые основания для признания ХАМАС террористической группировкой на территории Великобритании. Документ подкреплен аргументами 20 экспертов из юридической, академической, журналистской, политической и культурной сфер, включая бывшего специального судью Международного суда ООН Джона Дугарда.

    Адвокаты обратились к министру внутренних дел Великобритании Иветт Купер с призывом “сделать, хоть и трудный, но важный и отважный шаг к миру”.

    ЭФЭ напоминает, что движение ХАМАС было включено в британский список запрещенных террористических организаций в ноябре 2021 года.

  • HƏMAS Böyük Britaniyadan onu terror təşkilatları siyahısından çıxarmağı xahiş edir

    Fələstinin HƏMAS hərəkatı Böyük Britaniya hakimiyyətinə onun ölkədə qadağan edilmiş terror təşkilatları siyahısından çıxarılması ilə bağlı sorğu göndərib.

    Median.Az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

    Qeyd olunub ki, Londonda hərəkatın maraqlarını təmsil edən “Riverway Law” Vəkil Bürosu sorğunun bir gün əvvəl Böyük Britaniya Daxili İşlər Nazirliyinə göndərildiyini təsdiq edib.

    106 səhifəlik sorğuda HƏMAS-ın Böyük Britaniya ərazisində terror qruplaşması kimi tanınmasının hüquqi əsaslarına etiraz edilir. Sənəd hüquq, akademik, jurnalistika, siyasi və mədəni sahələrdən olan 20 ekspertin, o cümlədən BMT-nin Beynəlxalq Məhkəməsinin keçmiş xüsusi hakimi Con Duqardın arqumentləri ilə əsaslandırılıb.

    Vəkillər Böyük Britaniyanın daxili işlər naziri İvett Kuperə müraciət edərək “çətin olsa da, sülhə doğru mühüm və cəsarətli addım atmağa” çağırıblar.

    EFE xatırladır ki, HƏMAS hərəkatı 2021-ci ilin noyabrında Britaniyada qadağan edilmiş terror təşkilatları siyahısına daxil edilib.

  • В Армении пройдут очередные сборы резервистов

    В Армении пройдут очередные сборы резервистов.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, постановление об этом было принято на заседании правительства в четверг.

    Сборы пройдут с 15 апреля по 15 июня.

    Как и прежде, каждая группа военнослужащих-резервистов привлекается на срок до 25 дней.

    Отметим, учебные сборы резервистов объявляются несколько раз в течение года.

  • Ermənistanda ehtiyatda olan hərbçilərin növbəti toplanışı keçiriləcək

    Ermənistanda ehtiyatda olan hərbçilərin növbəti toplanışı keçiriləcək.

    Bu barədə qərar bu gün hökumətin iclasında qəbul edilib.

    Toplanışlar 15 aprel – 15 iyun tarixlərində keçiriləcək.

    Əvvəlki kimi, təlim-məşq toplanışlarına ehtiyatda olan hərbçilərin hər bir qrupu 25 təqvim günündən çox olmayan müddətə cəlb edilməlidir.

    Qeyd edək ki, ehtiyatda olan hərbçilərin təlim toplanışları il ərzində bir neçə dəfə elan edilir.

  • В Нахчыване 36-летний мужчина погиб от удара током

    В Шарурском районе 36-летний мужчина погиб от удара током.

    Инцидент произошел в селе Юхары Яйджи Шарурского района (Нахчыванская Автономная Республика).

    Житель села Алиев Рахиб Валех оглу (1989 г.р.), погиб в результате удара электрическим током.

    По факту проводится расследование.

  • Şərurda 36 yaşlı kişini cərəyan vuraraq öldürüb

    Şərur rayonunda 36 yaşlı kişini elektrik cərəyanı vurub.

    Hadisə rayonun Yuxarı Yaycı kəndində qeydə alınıb.

    Kənd sakini, 1989-cu il təvəllüdlü Əliyev Rahib Valeh oğlu elektrik cərəyanının vurması nəticəsində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • İran qanunsuz yanacaq daşıyan iki gəmini saxlayıb

    İran sərhədçiləri Buşehr şəhəri yaxınlığında sahil sularında 175 ton qaçaqmal yanacaq daşıyan iki gəmini saxlayıb.

    Bu barədə Buşehr əyalətinin sərhəd xidmətindən bildirilib.

    Məlumata görə, aşkar olunan yanacaq müsadirə edilib, ekipaja mənsub 10 nəfər saxlanılıb.